Azərbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix04.07.2018
ölçüsü0,7 Mb.
#53304
1   2   3   4   5   6   7   8   9   ...   18

 

 

 



 

 

 



  

12 


 

yarma  üsulu  ilə  32  növə  daxil  olan  1415  vəhşi  məməli  heyvan  tədqiq 

edilmişdir.  

Taenia  hydatigena,  T.pisiformis  və  Echinococcus  granulosus 

növlərinin  sürfə  və  yetkin  mərhələlərinin  aralıq  və  axırıncı  sahiblərini, 

sahibə 

görə  spesifikliyini  və  digər  bioekoloji  xüsusiyyətlərini, 



Trichocephalus  leporis,  T.myocastoris  və  T.ovis  növlərinin  yumurtalarının 

embrional inkişaf mərhələlərini öyrənmək məqsədilə çöl və laboratoriya şə-

raitində  bir  sıra  təcrübələr  aparılmışdır.  Təcrübələrin  gedişi  və  alınmış 

nəticələr dissertasiyada ətraflı şərh edilmişdir. 

Tədqiq edilmiş vəhşi heyvanlar lissenziyalar əsasında tələlər, fərdi tut-

ma və ovlanma yolu ilə əldə edilmişdir.  

Zooloji  sistematikada  trematodların  sistemi  Lya  Ryuye  (1957)  görə, 

sestodların sistemi R.S.Şults, Y.V.Qvozdyevə (1970) görə, akantosefalların 

sistemi  A.Meyerə  (1931a,  1931b)  görə,  nematodların  sistemi  isə 

K.İ.Skryabin,  V.M.İvaşkinə  (1968)  görə  verilmişdir.  Helmint  növlərini 

təyin  edərkən  hazırlanmış  müvəqqəti  və  daimi  preparatlar  helmintoloji 

tədqiqatlarda  istifadə  edilən  ümumi  metodikalar  əsasında  hazırlanmışdır 

(Boyev  S.N.,  Sokolova  V.F.,  Panin V.Y.,  1962;  Orlov  İ.V.,  Oqrinski  N.İ., 

Nikolski  S.N.,  1962;  Kotelnikov,  1974).  Yeni  və  şübhəli  növləri  təsvir 

edərkən  onların  üzərində  biometrik  ölçülər  aparılmış  və  şəkilləri 

çəkilmişdir. Bu işlər MBİ-3, MBİ-6 mikroskoplarının, MFİ-3 mikrofotona-

sadkasının  və  PA-4  və  PA-5  cizgiçəkən  aparatlarının  köməyi  ilə  yerinə 

yetirilmişdir. Bir sıra helmint növlərinin şəkilləri mikrofotoqrafiya üsulu ilə 

çəkilmişdir.  

 

III FƏSİL. AŞKAR EDİLMİŞ HELMİNTLƏRİN 

SİSTEMATİK İCMALI 

 

Dissertasiyanın  bu  fəslində  Azərbaycanda  vəhşi  məməlilərdə  qeyd 

olunan helmint növlərinin sahibləri, lokalizasiyası və qeyd olunduğu yerlər 

göstərilir.  Şəxsi  material  əsasında  sahibləri  və  invaziyanın  intensivliyi  və 

ekstensivliyi  göstərilməklə  landşaft-ekoloji  zonalar  üzrə  yayılması  verilir. 

İlk dəfə aşkar edilən, yeni sahiblərdə qeyd edilən, nadir tapılan və kifayət 

dərəcədə  təsvir  edilməmiş  növlərin  orijinal  materiallar  əsasında  təsviri 

verilmişdir.  

Azərbaycanda  vəhşi  məməlilərin  helmintlərinin  növ  tərkibi  4  sinifdə 

birləşən 9 dəstəyə, 17 yarımdəstəyə, 43 fəsiləyə və 74 cinsə daxil olan 144 

növdən (onlardan 6 növü cinsə qədər təyin edilmişdir) ibarətdir. 



 

 

 



 

 

 



  

13 


 

Vəhşi  məməlilərin  helmintləri  içərisində  növ  tərkibinə  görə  ən  zəif 

göstərici  akantosefallarda  müşahidə  edilmişdir.  Akantosefallar  istisna 

olunmaqla  qeyd  olunan  siniflər  içərisində  elə  fəsilələr  vardır  ki,  onlar 

nəzərə  çarpacaq  dərəcədə çox  cinslər  və  növlərlə təmsil  olunmuşdur.  Ses-

todlardan  Anoplocephalidae  5  cins  6  növlə,  Taeniidae  6  cins  14  növlə, 

Hymenolepididae  2  cins  3  növlə,  Mesocestoididae  1  cins  3  növlə  təmsil 

olunmuşlar.  Trematodlardan  Heterophyidae,  Notocotylidae  və  Alariidae 

fəsilələri  2  cins,  2-3  növlə  təmsil  olunmuşlar.  Nematodlar  içərisində 

Trichostrongylidae 5 cins 16 növlə, Trichocephalidae 1 cins 10 növlə, Ca-

pillaridae  3  cins  8  növlə,  Angylostomatidae  3  cins  7  növlə  və  s.  təmsil 

olunmuşdur.  

Beləliklə,  məlum  olur  ki, vəhşi  məməlilərin  helmintləri bəzi  endemik 

və  spesifik  növlər  istisna  olmaqla  böyük  əksəriyyətlə  müxtəlif  xarakterli 

landşaft-ekoloji  zonalarda  yaşamağa  uyğunlaşmışlar  və  ekoloji  plastik 

növlərdir.  Qeyd  olunan  fəsilələrə  daxil  olan  növlərin  böyük  əksəriyyəti 

geniş coğrafi zonallığa malikdirlər. Bu növlər inkişaf dövriyyəsində quruda 

yaşayan  torpaq  və  su  onurğasızları  və  onurğalı  heyvanlarla  senotik 

əlaqədədirlər. Qeyd olunan növlərin əksəriyyəti (76  növ) mürəkkəb inkişaf 

dövriyyəsinə malikdirlər.  

 

 

IV FƏSİL. FAUNİSTİK İCMAL 



 

Bu fəsil vəhşi məməlilərin taksonomik kateqoriyalar üzrə helmintoloji 

tədqiqatının nəticəsinə həsr edilmişdir. Azərbaycanda aparılan helmintoloji 

tədqiqatlar  zamanı  dovşankimilər  dəstəsindən  1  növ,  gəmiricilər 

dəstəsindən  16  növ,  yırtıcılar  dəstəsindən  12  növ  və  cütdırnaqlılar 

dəstəsindən  isə  3  növ  vəhşi  məməli  heyvan  tədqiq  edilmişdir  Tədqiqat 

nəticəsində Dovşankimilərdə 18 növ, Gəmiricilərdə 48 növ, Yırtıcılarda 63 

növ  və  Cütdırnaqlılarda  35  növ  helmint  aşkar  edilmişdir.  Dissertasiyada 

vəhşi  məməlilərin  dəstələr  üzrə  taksonomik  kateqoriyaları  göstərilməklə 

Azərbaycanda  yayılmaları,  qidası,  həyat  tərzi  və  digər  bioekoloji  xüsusiy-

yətləri  və  onlarda  qeyd  olunan  helmint  növlərinin  sistematik  ardıcıllıqla 

landşaft-ekoloji zonalar üzrə yayılma dərəcəsi verilir.  



 


 

 

 



 

 

 



  

14 


 

V FƏSİL. AZƏRBAYCANDA VƏHŞİ MƏMƏLİLƏRİN BƏZİ 

BAŞLICA HELMİNTOZ TÖRƏDİCİLƏRİN BİOEKOLOJİ 

XÜSUSİYYƏTLƏRİ 

 

Dissertasiyanın  bu  fəslində  Azərbaycanda  geniş  yayılmış  və  inkişaf 

dövriyyəsi  öyrənilməmiş  bəzi  başlıca  helmintoz  törədicilərinin  bioekoloji 

xüsusiyyətlərinin  çöl  və  laboratoriya  şəraitində  öyrənilməsi  və  alınmış 

nəticələr şərh edilir.  

1. Taenia hydatigena (Batsch, 1786) 

T.hydatigena  növünün  yetkin  və  sürfə  mərhələlərinin  inkişafına 

müxtəlif ekoloji amillərin (nəmlik, temperatur, işıq və s.) təsirini və onun 

inkişaf  dövriyyəsini  öyrənmək  məqsədilə  çöl  və  laboratoriya  şəraitində 

müxtəlif  variantlarda  təcrübələr  aparılmışdır.  Tədqiqat  zamanı 

sistiserklərin  və  onkosferlərin  xarici  mühitdə  yaşama  qabiliyyətini 

öyrənmək  məqsədilə  13  variantda  təcrübələr  aparılmışdır.  Müəyyən 

edilmişdir  ki,  havanın  nisbi  rütubəti  45%-ə  qədər  aşağı  düşdükdə  və 

havanın  temperaturu  5

0

C-dən  30



0

C-yə  qədər  yüksəldikdə  işıqlanma 

dərəcəsindən asılı olmayaraq onkosferlər öz həyat qabiliyyətini 36-50 saat, 

bu şəraitdə temperatur 45

0

C-yə qədər yüksəldikdə isə 10-24 saat, +5-20



0

temperaturda  80-95%  nisbi  rütubətdə  3-13  gün  saxlaya  bilirlər.  Havanın 



nisbi rütubəti 95% və temperatur - 5

0

C-yə qədər aşağı düşdükdə rüşeymlər 



ancaq  5-8  saat  yaşaya  bilirlər.  Məlum  olmuşdur  ki,  95%  nisbi  rütubət, 

+37


0

C temperaturda T.hydatigena növünün yumurtaları həyat qabiliyyətini 

500 lüks işıqlanma şəraitində müxtəlif məhlullarda 11-13 günə, ancaq eyni 

temperatur  və  nisbi  rütubət  şəraitində  və  qaranlıqda  isə  11-15  günə  qədər 

saxlayırlar.  Beləliklə,  aparılmış  təcrübələrin  nəticələri  göstərir  ki, 

sistiserklər  aşağı  mənfi  və  yuxarı  müsbət  temperaturlarda  öz  həyat 

qabiliyyətini  tez  itirirlər.  Yumurtalar  isə  aşağı  və  yüksək  temperaturlarda 

həyat qabiliyyətini 18 saatdan 45 günə qədər saxlaya bilirlər. T.hydatigena 

qurdunun  inkişaf  mərhələlərini  və  sahibə  görə  spesifikliyini  öyrənmək 

məqsədi  ilə  it  və  pişiklər  üzərində  təcrübələr  aparılmışdır.  Məlum 

olmuşdur  ki,  Cysticercus  tenuicollis–in  (T.hydatigena-nın  sürfə 

mərhələsinin  adı)    inkişafı  yoluxdurulmuş  küçüklərdə  34-36  günə,  yaşlı 

itlərdə 60-64 günə, pişik balalarında 58-67 günə, pişiklərdə isə 70-73 günə 

başa  çatır.  Tədqiqatın  nəticələri  göstərir  ki,  istər  yaşlı  pişiklər,  istərsə  də 

körpələr  bu  parazitlə  it  və  küçüklərə  nisbətən  zəif  yoluxurlar.  Hər  halda 

küçüklərdə və pişik balalarında yoluxmanın intensivliyi yaşlılara nisbətən 

daha yüksəkdir.  



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə