Azərbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix04.07.2018
ölçüsü0,7 Mb.
#53304
1   2   3   4   5   6   7   8   9   ...   18

 

 

 



 

 

 



  

10 


 

funksional dəyişikliklərin baş vermə səbəblərinin müəyyən edilməsində və 

bir  sıra  bioloji  və  ekoloji  problemlərin  həll  edilməsində  əhəmiyyətli  rol 

oynayacaqdır.  



İşin  praktiki  əhəmiyyəti.  Azərbaycanda  vəhşi  məməlilərdə  qeyd 

olunan  helmint  növlərindən  81  növ  insan  və  ev  heyvanları  üçün  potensial 

təhlükə törədir. Bunlardan 26 növün epidemioloji və epizootoloji, 55 növün 

isə  əhli  heyvanlar  üçün  epizootoloji  rolu  vardır.  Tədqiqat  nəticəsində 

məlum olmuşdur ki, biosenozlarda helmintoz törədicilərinin saxlanmasında 

və ötürülməsində bir halda vəhşi, digər halda isə əhli heyvanlar rol oynayır.  

Beləliklə,  bu  göstərilən  məsələlərin  öyrənilməsinin  nəticələri  para-

zitoloji  istiqamətli  fənlərin  tədrisində,  epidemioloji  və  epizootoloji 

əhəmiyyət  kəsb  edən  helmintoz  törədicilərinə  qarşı  profilaktik  mübarizə 

tədbirlərinin  işlənib  hazırlamasında  və  vəhşi  məməli  heyvanların  növ 

müxtəlifliyinin  qorunub  saxlanması  məqsədilə  tədbirlər  hazırlanarkən 

istifadə  olunacaqdır.  Həmçinin  tədqiqat  zamanı  alınmış  nəticələr 

Azərbaycanda  vəhşi  məməlilərin  müxtəlif  xarakterli  landşaft-ekoloji 

zonalar  üzrə  helmintoloji  tədqiqinə  həsr  olunmuş  əsərlər  yazılarkən  və  ali 

məktəblərin ekoloji və parazitoloji fənlərin tədrisində istifadə oluna bilər.  

İşin  aprobasiyası.  Dissertasiyanın  materialları  Azərbaycan  Milli 

Elmlər  Akademiyasının  Zoologiya  İnstitutunun  elmi  seminarında, 

akademik  M.Ə.Musayevin  anadan  olmasının  75  (Bakı  1997),  80  (Bakı 

2001)  və  85  illiyinə  (Bakı,  2006a,  2006b,  2006c)  həsr  olunmuş  elmi 

konfranslarında; Görkəmli alim və ictimai xadim, akademik H.Əliyevin 95 

illiyinə  həsr  olunmuş  «Həsən  Əliyev  və  Azərbaycanda  ətraf  mühitin 

davamlı  inkişafının  problemləri»  (Bakı,  2002,  2002a,  2002b)  və  100 

illiyinə  həsr  olunmuş  «akad.  H.Əliyev  və  Azərbaycanda  ekologiya  elmi» 

(Bakı,  2007)  movzularında  elmi  praktik  konfranslarında;  Azərbaycan 

Respublikasının prezidenti  H.Ə.Əliyevin  80  illik  yubileyinə  həsr  olunmuş 

«Təbii  sərvətlərin  qiymətləndirilməsi  və  təbiətdən  istifadə»  mövzusunda 

elmi-praktik 

konfransında  (Bakı,  2003);  Azərbaycan  Zooloqlar 

Cəmiyyətinin I və II qurultayında (Bakı, 2003b, 2003c, 2008); V.Axundov 

adına  ET  Tibbi  Profilaktika  İnstitunun  son  10  illik  elmi-təcrübi 

fəaliyyətinin  yekunlarına  həsr  olunmuş  elmi  konfransında  (Bakı,  2004); 

USSR-nın parazitoloqlarının VIII elmi konfransında (Kiyev, 1975); ÜİHC-

nin  konfranslarında  (Moskva,  1974,  1983);  I  və  V  ümumi  parazitoloji 

Zaqafqaziya konfranslarında (Tbilisi, 1978, Yerevan, 1987); Rusiya Elmlər 

Akademiyasının “Dağ ekosistemləri və onların komponentləri” Beynəlxalq  

konfransının materialları III cild,  Moskva 2007,  Beynəlxalq elmi praktik 



 

 

 



 

 

 



  

11 


 

konfransın  materiallarında,  Volqoqrad,  2010,  XI  Beynəlxalq  elmi-praktik 

konfransının materiallarında (Sofiya, 2013) məqalələrlə çıxış etmişdir. 

Nəşr  işi.  Dissertasiya  işinin  materialları  əsasında  63  elmi  əsər  (53 

məqalə, 10 tezis), bunlardan 19-u xarici ölkələrdə nəşr olunub. 



 

Dissertasiyanın  quruluşu  və  həcmi.  Dissertasiya  işi  334  kompyuter 

çap  səhifəsində  şərh  edilmiş,  giriş,  8  fəsil,  nəticə,  profilaktik  təkliflər  və 

istifadə  olunmuş  ədəbiyyat  syahısından  ibarətdir.  Ədəbiyyat  siyahısına 

dissertasiyada istinad  edilmiş    279  adda  mənbə  daxil  edilmişdir.  Onlardan 

60-ı    azərbaycan  dilində,  179-u  rus  dilində,  40-ı  başqa  xarici  dillərdədir. 

İşdə  112  cədvəl,  4  fotoşəkil  verilmişdir.  Dissertasiya  işinin  mətn  hissəsi 

225 səhifədən ibarətdir. 

 

I FƏSİL. AZƏRBAYCANDA VƏ ONA YAXIN REGİONLARDA 

VƏHŞİ MƏMƏLİLƏRİN (DOVŞANKİMİLƏR, GƏMİRİCİLƏR, 

YIRTICILAR, CÜTDIRNAQLILAR) HELMİNT FAUNASININ 

ÖYRƏNİLMƏ DƏRƏCƏSİ  

 

Dissertasiyada  Azərbaycanda  və  ətraf  regionlarda  vəhşi  məməlilərin 

helmint  faunasının  bioekoloji  xüssiyyətləri  və  formalaşması  yollarının 

öyrənilmə dərəcəsi araşdırılmış və bu tədqiqatlara həsr edilmiş mühüm elmi 

əsərlərin qısa xülasəsi verilmişdir.  

Qeyd olunmuşdur ki, vəhşi məməlilərin helmintlərinə dair məlumatlar 

bəzi  kiçik  istisnalar  olmaqla  50-70  il  bundan  əvvəllərə  aiddir.  Tədqiqatlar 

bəzi  heyvan  növlərini  və  ya  regionları  əhatə  etməklə  vəhşi  məməlilərin 

helmint  faunasını  tam  əks  etdirmir.  Həmçinin  geniş  yayılan  başlıca 

helmintoz  törəicilərinin  bioekoloji  xüsusiyyətləri  və  helmint  faunanın  for-

malaşması  yolları  öyrənilməmiş  qalmışdır.  Buna  görə  də  Azərbaycanda 

vəhşi  məməlilərin  helmint  faunasının  landşaft-ekoloji  zonalar  üzrə 

yayılmasının, başlıca helmintoz törədicilərinin bioekoloji xüsusiyyətlərinin 

və  ümumilikdə  helmint  faunanın  formalaşması  yollarının  öyrənilməsi 

zərurəti ortaya çıxmışdır.  

 

II FƏSİL. MATERİAL VƏ METODİKA 

 

Azərbaycanda  vəhşi  məməli  heyvanlardan  helmintoloji  material 

toplamaq  və  bir  sıra  ekoloji  və  bioloji  məsələləri  öyrənmək  məqsədi  ilə 

1981-2015-ci  illər  ərzində  müxtəlif  xarakterli  üfüqi  və  şaquli  landşaft-

ekoloji zonalara ekspedisiya və ezamiyyətlərə gedilmiş və tam helmintoloji 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə