6
meşədən sonrakı çəmən-kolluq landşaftında 77 növ, Böyük Qafqazın
düzənlik zonasında inkişaf edən alçaqdağlığın çöl landşaftında 76 növ,
dağətəyi zonada inkişaf edən ortadağlığın dağ kserofiti (dağ bozqırları)
landşaftında 58 növ, dağlıq zonada inkişaf edən enliyarpaqlı meşələr və
meşədən sonrakı çəmən-kolluq landşaftında 91 növ helmint qruplaşmışdır.
Abşeron yarımadasında inkişaf edən düzənliklərin və alçaqdağlıqların
yarımsəhra 28 növ, Kür-Araz ovalığında inkişaf edən alçaqdağlıqların
quru-çöl və yarımsəhra landşaftında 96 növ və Lənkəran ovalığında inkişaf
edən alçaqdağlıqların və düzənliklərin çəmən-meşə landşaftına isə 55 növ
helmint qruplaşmışdır.
10. Azərbaycanda vəhşi məməli heyvanların helmint faunasının
formalaşması landşaft-ekoloji zonalarda mövcud olan biotik və abiotik
amillərin təsiri ilə yanaşı, həm də sanitariya, baytarlıq, təbiəti mühafizə,
idman-ovçuluğu və digər antropogen və sosial amillərin təsir dərəcəsindən
də asılıdır və helmint faunanın formalaşmasında bu amillər də mühüm rol
oynayırlar.
11. Azərbaycanda vəhşi məməli heyvanlarda aşkar edilmiş 144 növ
helmintdən 81 növün ev heyvanları və insanların helmintləri ilə ümumilik
təşkil edir. Bu növlərdən 26 növün epidemioloji və epizootoloji, 55 növün
isə ev heyvanları üçün epizootoloji rolu vardır. Biosenozlarda helmintoz
törədicilərinin ötürülməsində bir halda vəhşi, digər halda isə ev heyvanları
rol oynayır.
12. Azərbaycanda Taenia hydatigena növünün yayılmasında eyni
gücə malik iki ocaqlıq aşkar edilmişdir. Bu invaziya törədicisi təbii
ocaqlıqda vəhşi yırtıcılarla (itkimilər, pişikkimilər) vəhşi cütdırnaqlılar,
sinantrop ocaqlıqda isə əhli yırtıcılarla (it, pişik) əhli cütdırnaqlılar (ev
donuzu, xırdabuynuzlu heyvanlar) arasında dövr edir. Hər iki ocaqlıqda
invaziya törədicilərinin yayılmasında gəmiricilər də iştirak edir. Təbii
ocaqlıqla sinantrop ocaqlıq arasında trofik əlaqə yarandıqda invaziya
mübadiləsi baş verir.
13. Azərbaycanda Taenia pisiformis növünün yayılmasında iki
ocaqlıq aşkar edilmişdir. Təbii ocaqlıqda bu növün inkişafı yetkin
mərhələdə bu növün daşıyıcıları və yayıcıları olan vəhşi itkimilər və
pişikkimilər, sürfə mərhələsinin daşıyıcıları və yayıcıları olan boz dovşan
və müxtəlif növ gəmiricilər arasında dövr edir və güclü təbii ocaqlığı əmələ
gətirir. Sinantrop ocaqlıqda isə yetkin mərhələnin daşıyıcıları və yayıcıları
olan itlər və pişiklər, sürfə mərhələsinin daşıyıcıları və yayıcıları olan ada
dovşanları və sinantrop mühitdə məskunlaşmış gəmiricilər arasında dövr
7
edir və zəif sinantrop ocaqlığı əmələ gətirir. Təbii ocaqlıqla sinantrop
ocaqlıq arasında əlaqə yarandıqda invaziya mübadiləsi baş verir.
14. Alveoccus multilocularis növünün təbii ocaqlığının formalaşması
Kiçik Qafqazın dağlıq zonasında tülkü və ictimai çöl siçanı, düzənlik
zonasında çaqqal, Böyük Qafqazın dağlıq zonasında meşə siçanı və
qırmızıquyruq qum siçanı, Kür-Araz ovalığında yetkin mərhələdə çaqqal,
tülkü, sürfə mərhələsidə kiçik ərəb dovşanı, boz siçovul, ev siçanı,
qirmızıquyruq qum siçanı və ictimai çöl siçanı arasında dövr edir və güclü
təbii ocaqlılığı əmələ gətirir.
15. Azərbaycanda insan və ev heyvanları üçün ciddi təhlükə törədən
Echinococcus granulosus növünün iki ocaqlığı aşkar edilmişdir. Bu növ
təbiətdə vəhşi yırtıcılarla vəhşi otyeyənlər (boz dovşan, çöl donuzu, avropa
cüyürü və s.) arasında dövr edir və zəif təbii ocaqlılığı əmələ gətirir.
Sinantrop ocaqlıqda isə əhli ətyeyənlərlə (itlər) əhli otyeyənlər, ev donuzu
və s. arasında dövr edir və güclü sinantrop ocaqlığı əmələ gətirir. Vəhşi
heyvanlarla əhli heyvanlar arasında əlaqə yarandıqda invaziya mübadiləsi
baş verir.
16. Vəhşi məməli heyvanlar arasında T.spiralis geniş zonallığa malikdir.
Bu növ bizim tədqiqatlarda bütün landşaft-ekoloji zonalarda çaqqalda,
canavarda, tülküdə, daşlıq dərəsində, meşə dələsində, meşə pişiyində və qamış
pişiyində tapılmışdır. T.spiralis eyni zamanda invaziyanın nisbətən zəif
ekstensivliyi və intensivliyi ilə ev donuzunda, itdə və insanda da tapılmışdır.
Göründüyü kimi, trixinellyoz törədicisinin Azərbaycanda 2 ocaqlılığı vardır.
Bunlardan birincisi güclü təbii ocaqlılıqdır ki, onun dövriyyəsində vəhşi
yırtıcılar və az miqdarda da çöl donuzu rоl oynayır, ikincisi isə zəif sinantrop
ocaqlılıqdır ki, onun dövriyyəsində ev donuzu, it, ev pişiyi və boz siçovul rоl
oynayır.
Bir çox helmint növlərinin inkişaf dövriyyəsi, onların inkişafına təsir
edən müxtəlif biotik və abiotik amillərin təsiri, helmint növlərinin üfüqi və
şaquli qurşaqlar üzrə yayılmaları, helmint faunanın formalaşması yollarının
aşkar edilməsi və bu qəbildən olan digər məsələlər də bu günə qədər öy-
rənilməmişdir. Kiçik və Böyük Qafqazın bəzi əraziləri istisna olmaqla
əksər ərazilərində, xüsusilə Kür-Araz ovalığında, Lənkəran təbii
vilayətində, Abşeron-Qobustanda və bir çox digər ərazilərdə vəhşi
məməlilərin helmintlərinə dair məlumatlar yox dərəcəsindədir. Bu sahədə
aparılan bəzi tədqiqatlar isə 50-70 il bundan əvvəllərə aid olduğundan
məlumatlar tarixlik baxımından köhnəlmişdir.
Tədqiqatın məqsədi və vəzifələri. Bu məqsədlə qarşıya aşağıdakı