12
yarma üsulu ilə 32 növə daxil olan 1415 vəhşi məməli heyvan tədqiq
edilmişdir.
Taenia hydatigena, T.pisiformis və Echinococcus granulosus
növlərinin sürfə və yetkin mərhələlərinin aralıq və axırıncı sahiblərini,
sahibə
görə spesifikliyini və digər bioekoloji xüsusiyyətlərini,
Trichocephalus leporis, T.myocastoris və T.ovis növlərinin yumurtalarının
embrional inkişaf mərhələlərini öyrənmək məqsədilə çöl və laboratoriya şə-
raitində bir sıra təcrübələr aparılmışdır. Təcrübələrin gedişi və alınmış
nəticələr dissertasiyada ətraflı şərh edilmişdir.
Tədqiq edilmiş vəhşi heyvanlar lissenziyalar əsasında tələlər, fərdi tut-
ma və ovlanma yolu ilə əldə edilmişdir.
Zooloji sistematikada trematodların sistemi Lya Ryuye (1957) görə,
sestodların sistemi R.S.Şults, Y.V.Qvozdyevə (1970) görə, akantosefalların
sistemi A.Meyerə (1931a, 1931b) görə, nematodların sistemi isə
K.İ.Skryabin, V.M.İvaşkinə (1968) görə verilmişdir. Helmint növlərini
təyin edərkən hazırlanmış müvəqqəti və daimi preparatlar helmintoloji
tədqiqatlarda istifadə edilən ümumi metodikalar əsasında hazırlanmışdır
(Boyev S.N., Sokolova V.F., Panin V.Y., 1962; Orlov İ.V., Oqrinski N.İ.,
Nikolski S.N., 1962; Kotelnikov, 1974). Yeni və şübhəli növləri təsvir
edərkən onların üzərində biometrik ölçülər aparılmış və şəkilləri
çəkilmişdir. Bu işlər MBİ-3, MBİ-6 mikroskoplarının, MFİ-3 mikrofotona-
sadkasının və PA-4 və PA-5 cizgiçəkən aparatlarının köməyi ilə yerinə
yetirilmişdir. Bir sıra helmint növlərinin şəkilləri mikrofotoqrafiya üsulu ilə
çəkilmişdir.
III FƏSİL. AŞKAR EDİLMİŞ HELMİNTLƏRİN
SİSTEMATİK İCMALI
Dissertasiyanın bu fəslində Azərbaycanda vəhşi məməlilərdə qeyd
olunan helmint növlərinin sahibləri, lokalizasiyası və qeyd olunduğu yerlər
göstərilir. Şəxsi material əsasında sahibləri və invaziyanın intensivliyi və
ekstensivliyi göstərilməklə landşaft-ekoloji zonalar üzrə yayılması verilir.
İlk dəfə aşkar edilən, yeni sahiblərdə qeyd edilən, nadir tapılan və kifayət
dərəcədə təsvir edilməmiş növlərin orijinal materiallar əsasında təsviri
verilmişdir.
Azərbaycanda vəhşi məməlilərin helmintlərinin növ tərkibi 4 sinifdə
birləşən 9 dəstəyə, 17 yarımdəstəyə, 43 fəsiləyə və 74 cinsə daxil olan 144
növdən (onlardan 6 növü cinsə qədər təyin edilmişdir) ibarətdir.
13
Vəhşi məməlilərin helmintləri içərisində növ tərkibinə görə ən zəif
göstərici akantosefallarda müşahidə edilmişdir. Akantosefallar istisna
olunmaqla qeyd olunan siniflər içərisində elə fəsilələr vardır ki, onlar
nəzərə çarpacaq dərəcədə çox cinslər və növlərlə təmsil olunmuşdur. Ses-
todlardan Anoplocephalidae 5 cins 6 növlə, Taeniidae 6 cins 14 növlə,
Hymenolepididae 2 cins 3 növlə, Mesocestoididae 1 cins 3 növlə təmsil
olunmuşlar. Trematodlardan Heterophyidae, Notocotylidae və Alariidae
fəsilələri 2 cins, 2-3 növlə təmsil olunmuşlar. Nematodlar içərisində
Trichostrongylidae 5 cins 16 növlə, Trichocephalidae 1 cins 10 növlə, Ca-
pillaridae 3 cins 8 növlə, Angylostomatidae 3 cins 7 növlə və s. təmsil
olunmuşdur.
Beləliklə, məlum olur ki, vəhşi məməlilərin helmintləri bəzi endemik
və spesifik növlər istisna olmaqla böyük əksəriyyətlə müxtəlif xarakterli
landşaft-ekoloji zonalarda yaşamağa uyğunlaşmışlar və ekoloji plastik
növlərdir. Qeyd olunan fəsilələrə daxil olan növlərin böyük əksəriyyəti
geniş coğrafi zonallığa malikdirlər. Bu növlər inkişaf dövriyyəsində quruda
yaşayan torpaq və su onurğasızları və onurğalı heyvanlarla senotik
əlaqədədirlər. Qeyd olunan növlərin əksəriyyəti (76 növ) mürəkkəb inkişaf
dövriyyəsinə malikdirlər.
IV FƏSİL. FAUNİSTİK İCMAL
Bu fəsil vəhşi məməlilərin taksonomik kateqoriyalar üzrə helmintoloji
tədqiqatının nəticəsinə həsr edilmişdir. Azərbaycanda aparılan helmintoloji
tədqiqatlar zamanı dovşankimilər dəstəsindən 1 növ, gəmiricilər
dəstəsindən 16 növ, yırtıcılar dəstəsindən 12 növ və cütdırnaqlılar
dəstəsindən isə 3 növ vəhşi məməli heyvan tədqiq edilmişdir Tədqiqat
nəticəsində Dovşankimilərdə 18 növ, Gəmiricilərdə 48 növ, Yırtıcılarda 63
növ və Cütdırnaqlılarda 35 növ helmint aşkar edilmişdir. Dissertasiyada
vəhşi məməlilərin dəstələr üzrə taksonomik kateqoriyaları göstərilməklə
Azərbaycanda yayılmaları, qidası, həyat tərzi və digər bioekoloji xüsusiy-
yətləri və onlarda qeyd olunan helmint növlərinin sistematik ardıcıllıqla
landşaft-ekoloji zonalar üzrə yayılma dərəcəsi verilir.
14
V FƏSİL. AZƏRBAYCANDA VƏHŞİ MƏMƏLİLƏRİN BƏZİ
BAŞLICA HELMİNTOZ TÖRƏDİCİLƏRİN BİOEKOLOJİ
XÜSUSİYYƏTLƏRİ
Dissertasiyanın bu fəslində Azərbaycanda geniş yayılmış və inkişaf
dövriyyəsi öyrənilməmiş bəzi başlıca helmintoz törədicilərinin bioekoloji
xüsusiyyətlərinin çöl və laboratoriya şəraitində öyrənilməsi və alınmış
nəticələr şərh edilir.
1. Taenia hydatigena (Batsch, 1786)
T.hydatigena növünün yetkin və sürfə mərhələlərinin inkişafına
müxtəlif ekoloji amillərin (nəmlik, temperatur, işıq və s.) təsirini və onun
inkişaf dövriyyəsini öyrənmək məqsədilə çöl və laboratoriya şəraitində
müxtəlif variantlarda təcrübələr aparılmışdır. Tədqiqat zamanı
sistiserklərin və onkosferlərin xarici mühitdə yaşama qabiliyyətini
öyrənmək məqsədilə 13 variantda təcrübələr aparılmışdır. Müəyyən
edilmişdir ki, havanın nisbi rütubəti 45%-ə qədər aşağı düşdükdə və
havanın temperaturu 5
0
C-dən 30
0
C-yə qədər yüksəldikdə işıqlanma
dərəcəsindən asılı olmayaraq onkosferlər öz həyat qabiliyyətini 36-50 saat,
bu şəraitdə temperatur 45
0
C-yə qədər yüksəldikdə isə 10-24 saat, +5-20
0
C
temperaturda 80-95% nisbi rütubətdə 3-13 gün saxlaya bilirlər. Havanın
nisbi rütubəti 95% və temperatur - 5
0
C-yə qədər aşağı düşdükdə rüşeymlər
ancaq 5-8 saat yaşaya bilirlər. Məlum olmuşdur ki, 95% nisbi rütubət,
+37
0
C temperaturda T.hydatigena növünün yumurtaları həyat qabiliyyətini
500 lüks işıqlanma şəraitində müxtəlif məhlullarda 11-13 günə, ancaq eyni
temperatur və nisbi rütubət şəraitində və qaranlıqda isə 11-15 günə qədər
saxlayırlar. Beləliklə, aparılmış təcrübələrin nəticələri göstərir ki,
sistiserklər aşağı mənfi və yuxarı müsbət temperaturlarda öz həyat
qabiliyyətini tez itirirlər. Yumurtalar isə aşağı və yüksək temperaturlarda
həyat qabiliyyətini 18 saatdan 45 günə qədər saxlaya bilirlər. T.hydatigena
qurdunun inkişaf mərhələlərini və sahibə görə spesifikliyini öyrənmək
məqsədi ilə it və pişiklər üzərində təcrübələr aparılmışdır. Məlum
olmuşdur ki, Cysticercus tenuicollis–in (T.hydatigena-nın sürfə
mərhələsinin adı) inkişafı yoluxdurulmuş küçüklərdə 34-36 günə, yaşlı
itlərdə 60-64 günə, pişik balalarında 58-67 günə, pişiklərdə isə 70-73 günə
başa çatır. Tədqiqatın nəticələri göstərir ki, istər yaşlı pişiklər, istərsə də
körpələr bu parazitlə it və küçüklərə nisbətən zəif yoluxurlar. Hər halda
küçüklərdə və pişik balalarında yoluxmanın intensivliyi yaşlılara nisbətən
daha yüksəkdir.
Dostları ilə paylaş: |