15
T.hydatigena növünün sahibə görə spesifikliyini öyrənmək məqsədilə
donuz, qoyun, ada dovşanı, laboratoriya siçovulu və siçanı üzərində
təcrübələr aparılmışdır (cədvəl 1). Təcrübələrin gedişatı dissertasiyada
ətraflı şərh edilmişdir.
Məlum olmuşdur ki, T.hydatigena qurdunun yumurtaları ilə geniş
şəkildə donuzlar və qoyunlar, az hallarda isə siçanlar yoluxurlar. Görünür
sinantrop ocaqlıqda bu qurdun inkişafı ev yırtıcıları ilə əhli cütdırnaqlılar
arasında (qoyun, əhli donuzlar) gedir və sanitariya qaydaları pozulduqda
bu prosesdə gəmiricilər də iştirak edirlər.
Cədvəl 1
Təcrübə heyvanlarının T.hydatigena yumurtaları ilə yoluxdurulması
(şəxsi tədqiqat əsasında)
Heyvanların
adları
Yoluxdu-
rulmuş
heyvanların
sayı
Verilmiş
yumur-
taların
miqdarı
Yumurtaların
saxlandığı mühit
Tapılmış
qovuqların
sayı
Donuz
2
6800
adi su
74
Donuz
2
4500
distillə edilmiş su
23
Donuz
1
3700
fizioloji məhlul
89
Qoyun
2
5650
adi su
56
Qoyun
1
6700
distillə edilmiş su
2
Qoyun
2
2600
fizioloji məhlul
74
Ada dovşanı
4
2560
adi su
-
Ada dovşanı
3
1970
distillə edilmiş su
-
Ada dovşanı
3
3100
fizioloji məhlul
-
Laborotoriya
siçovulu
3
3180
distillə edilmiş su
-
Laborotoriya
siçovulu
2
4100
fizioloji məhlul
-
Laborotoriya
siçanı
4
2800
distillə edilmiş su
4
Laborotoriya
siçanı
2
3700
fizioloji məhlul
-
16
2. Taenia pisiformis (Bloch, 1780)
Tədqiqat zamanı Abşeron və cənub-şərqi həmsərhəd rayonlarından
T.pisiformis növünün yetkin və sürfə mərhələlərinə dair helmintoloji
materiallar toplanmış və tədqiq edilmişdir. Tədqiqat rayonlarında
gəmiricilər dəstəsindən 11 növ, dovşankimilər dəstəsindən isə 2 növ
Taenia pisiformis növünün aralıq sahibi kimi müəyyənləşdirilmişdir. Bu
rayonlarda T.pisiformis növünün sürfə mərhələsi - Cysticercus pisifor-
mis ilə boz dovşanda 19,5%, su siçovulunda 15,3%, meşə siçanında
12,1%, qara siçovulda 11,5% və boz siçovulda isə 9,7% yoluxma qeydə
alınmışdır. Bu növlə ən az yoluxma isə adi çöl siçanında 2,2%, ictimai
çöl siçanında 2,3%, ev siçanında 3,3% müşahidə edilmişdir.
Axırıncı sahiblərin – yırtıcıların bu növlə yoluxmasını təhlil etdikdə
görürük ki, bunlarda yüksək yoluxma müşahidə edilmişdir. Bu göstərici
itdə 28,0%, tülküdə 25,0%, çaqqalda isə 21,0% olmuşdur. Tədqiq
edilmiş 5 canavardan 2-də bu qurda rast gəlinmişdir. Sistiserklərin
gəmiricilər arasında yayılması lokal xarakter daşıyır. Çünki kiçik həcmli
gəmiricilər yuvaya bağlı olub, çox uzağa getmirlər. Ona görə də onların
təbiətdə invazion mərhələyə çatmış qurd yumurtaları ilə yoluxma
ehtimalı azalır. Azərbaycan şəraitində T.pisiformis növünün aralıq və
axırıncı sahiblərdə inkişafını və spesifikliyini öyrənmək məqsədilə 3
aylıq 10 ada dovşanı, 10 laboratoriya siçanı, 1 aylıq 10 toyuq cücəsi və
2 it küçüyü üzərində təcrübələr aparılmışdır.
Nəticədə məlum olmuşdur ki, ada dovşanı və laboratoriya siçanları
Cysticercus pisiformis üçün spesifik, toyuq cücələri isə qeyri spesifik
heyvanlardır. Yoluxdurulmuş itlərdə T.pisiformis növünün yetkin
buğumları 40-cı gündə görünməyə başlamışdır.
3. Echinococcus granulosus (Batsch, 1786)
Tədqiqat zamanı protoskolekslərin və onkosferlərin həyat qabiliy-
yətinə bəzi abiotik amillərin (temperatur, nəmlik, işıq və s.) təsiri
təcrübələr yolu ilə öyrənilmişdir. Məlum olmuşdur ki, protoskolekslərin
həyat qabiliyyəti 10-15
0
C temperaturda 7 gün, 15-20
0
C-də 4-5 gün və
25-30
0
C temperaturlarda isə 4 gün davam edir və sonra çürümə baş
verir. Ancaq protoskolekslər +3 və -5
0
C temperaturda exinokokk
qovuğunun məhlulunda 10-13 gün, fizioloji məhlulda 8-10 gün, adi suda
isə 7-8 gün həyat qabiliyyətini saxlamış və sonra çürümə baş vermişdir.
Ancaq -10-12
0
C temperatur rejimində protoskolekslərin inkişafı
exinokokk qovuğunun məhlulunda və fizioloji məhlulda 2 gün, adi suda
isə bir gün davam edir, sonra isə həyat qabiliyyətini itirirlər. Göründüyü
17
kimi, protoskolekslərin inkişafı üçün ən əlverişli mühit sahib orqanizm
tərəfindən sintez olunan məhlul və fizioloji məhluldur. Məlum olmuşdur
ki, bütün variantlarda temperatur yüksəldikcə protoskolekslərin həyat
qabiliyyətləri
zəifləyir
və
sonra
inkişaf dayanır. Həmçinin
protoskolekslər +28-30
0
C temperaturda Petri kasalarına və əşya şüşələri
üzərinə yerləşdirilmiş və bir saatdan sonra onların həyat qabiliyyəti
yoxlanılmışdır. Məlum olmuşdur ki, məhlul quruduqdan sonra
protoskolekslər öz həyat qabiliyyətini 2 saatdan 4 saata qədər qoruyub
saxlayırlar. Göründüyü kimi, protoskolekslər aşağı mənfi və yuxarı
müsbət temperaturlara davamlı deyillər.
Tədqiqat zamanı onkosferlərin həyat qabiliyyətini öyrənmək üçün
laboratoriya şəraitində bir sıra təcrübələr aparılmışdır. Məlum olmuşdur
ki, +12-20
0
C temperaturda onkosferlər adi suda 35, fizioloji məhlulda
30-32 və distillə edilmiş suda 20-25 gün öz həyat qabiliyyətini
saxlayırlar. Laboratoriya və çöl şəraitində onkosferlərin müxtəlif tempe-
raturlarda yaşama qabiliyyəti öyrənilmişdir. Məlum olmuşdur ki,
onkosferlər öz həyat qabiliyyətini torpağın üst qatında kölgədə +10-
26
0
C temperaturda 1 aya qədər, +15-20
0
C temperaturda 12 gün, +30-
35
0
C temperaturda 7-8 gün saxlayırlar. Ancaq 0
0
C-dən –3
0
C-yə qədər
temperaturda isə 116 gün saxlayırlar. Temperaturun +48-50
0
C-yə qədər
yüksəldikdə onkosferlər 1-2 saata, +60
0
C-də 15-20 dəqiqəyə, +100
0
C-də
isə dərhal həyat qabiliyyətini itirirlər.
Məlum olmuşdur ki, ilin rütubətli aylarında (payız, qış, yaz)
şəraitdən asılı olaraq onkosferlər 3 ay və daha çox müddətdə öz həyat
qabiliyyətlərini saxlaya bilirlər. Yay aylarında açıq çöllükdə torpağın
temperaturu +25-30
0
C-yə çatdıqda onkosferlər 7 gün ərzində məhv
olurlar. Göründüyü kimi, exinokokkun onkosferləri xarici mühitin
təsirlərinə qarşı çox davamlıdırlar.
Protoskolekslərin axırıncı sahibləri yoluxdurmaq qabiliyyətini və
onların bağırsağında yetkin mərhələyə qədər inkişafını izləmək məqsədi
ilə küçüklər üzərində 3 variantda təcrübələr aparılmışdır.
Hər 3 variantda 30-cu gündən başlayaraq mütamadi olaraq
koproloji müayinələr aparılmışdır. Kalda ilk buğumlar 45, 47 və 60-cı
günlərdə görünməyə başlamışdır. İnvaziyanın intensivliyi 400-627 ədəd,
axırıncı buğumlarda onkosferlərin sayı isə 250-320 ədəd olmuşdur.
Qoyun və iribuynuzlu heyvanlardan götürülmüş qovuqlarda itlərin
(küçüklərin) yoluxdurulması göstərdi ki, qoyunların qaraciyərindən və
ağ ciyərindən götürülmüş qovuqlar daha çox həyat qabiliyyətli olub,