10
funksional dəyişikliklərin baş vermə səbəblərinin müəyyən edilməsində və
bir sıra bioloji və ekoloji problemlərin həll edilməsində əhəmiyyətli rol
oynayacaqdır.
İşin praktiki əhəmiyyəti. Azərbaycanda vəhşi məməlilərdə qeyd
olunan helmint növlərindən 81 növ insan və ev heyvanları üçün potensial
təhlükə törədir. Bunlardan 26 növün epidemioloji və epizootoloji, 55 növün
isə əhli heyvanlar üçün epizootoloji rolu vardır. Tədqiqat nəticəsində
məlum olmuşdur ki, biosenozlarda helmintoz törədicilərinin saxlanmasında
və ötürülməsində bir halda vəhşi, digər halda isə əhli heyvanlar rol oynayır.
Beləliklə, bu göstərilən məsələlərin öyrənilməsinin nəticələri para-
zitoloji istiqamətli fənlərin tədrisində, epidemioloji və epizootoloji
əhəmiyyət kəsb edən helmintoz törədicilərinə qarşı profilaktik mübarizə
tədbirlərinin işlənib hazırlamasında və vəhşi məməli heyvanların növ
müxtəlifliyinin qorunub saxlanması məqsədilə tədbirlər hazırlanarkən
istifadə olunacaqdır. Həmçinin tədqiqat zamanı alınmış nəticələr
Azərbaycanda vəhşi məməlilərin müxtəlif xarakterli landşaft-ekoloji
zonalar üzrə helmintoloji tədqiqinə həsr olunmuş əsərlər yazılarkən və ali
məktəblərin ekoloji və parazitoloji fənlərin tədrisində istifadə oluna bilər.
İşin aprobasiyası. Dissertasiyanın materialları Azərbaycan Milli
Elmlər Akademiyasının Zoologiya İnstitutunun elmi seminarında,
akademik M.Ə.Musayevin anadan olmasının 75 (Bakı 1997), 80 (Bakı
2001) və 85 illiyinə (Bakı, 2006a, 2006b, 2006c) həsr olunmuş elmi
konfranslarında; Görkəmli alim və ictimai xadim, akademik H.Əliyevin 95
illiyinə həsr olunmuş «Həsən Əliyev və Azərbaycanda ətraf mühitin
davamlı inkişafının problemləri» (Bakı, 2002, 2002a, 2002b) və 100
illiyinə həsr olunmuş «akad. H.Əliyev və Azərbaycanda ekologiya elmi»
(Bakı, 2007) movzularında elmi praktik konfranslarında; Azərbaycan
Respublikasının prezidenti H.Ə.Əliyevin 80 illik yubileyinə həsr olunmuş
«Təbii sərvətlərin qiymətləndirilməsi və təbiətdən istifadə» mövzusunda
elmi-praktik
konfransında (Bakı, 2003); Azərbaycan Zooloqlar
Cəmiyyətinin I və II qurultayında (Bakı, 2003b, 2003c, 2008); V.Axundov
adına ET Tibbi Profilaktika İnstitunun son 10 illik elmi-təcrübi
fəaliyyətinin yekunlarına həsr olunmuş elmi konfransında (Bakı, 2004);
USSR-nın parazitoloqlarının VIII elmi konfransında (Kiyev, 1975); ÜİHC-
nin konfranslarında (Moskva, 1974, 1983); I və V ümumi parazitoloji
Zaqafqaziya konfranslarında (Tbilisi, 1978, Yerevan, 1987); Rusiya Elmlər
Akademiyasının “Dağ ekosistemləri və onların komponentləri” Beynəlxalq
konfransının materialları III cild, Moskva 2007, Beynəlxalq elmi praktik
11
konfransın materiallarında, Volqoqrad, 2010, XI Beynəlxalq elmi-praktik
konfransının materiallarında (Sofiya, 2013) məqalələrlə çıxış etmişdir.
Nəşr işi. Dissertasiya işinin materialları əsasında 63 elmi əsər (53
məqalə, 10 tezis), bunlardan 19-u xarici ölkələrdə nəşr olunub.
Dissertasiyanın quruluşu və həcmi. Dissertasiya işi 334 kompyuter
çap səhifəsində şərh edilmiş, giriş, 8 fəsil, nəticə, profilaktik təkliflər və
istifadə olunmuş ədəbiyyat syahısından ibarətdir. Ədəbiyyat siyahısına
dissertasiyada istinad edilmiş 279 adda mənbə daxil edilmişdir. Onlardan
60-ı azərbaycan dilində, 179-u rus dilində, 40-ı başqa xarici dillərdədir.
İşdə 112 cədvəl, 4 fotoşəkil verilmişdir. Dissertasiya işinin mətn hissəsi
225 səhifədən ibarətdir.
I FƏSİL. AZƏRBAYCANDA VƏ ONA YAXIN REGİONLARDA
VƏHŞİ MƏMƏLİLƏRİN (DOVŞANKİMİLƏR, GƏMİRİCİLƏR,
YIRTICILAR, CÜTDIRNAQLILAR) HELMİNT FAUNASININ
ÖYRƏNİLMƏ DƏRƏCƏSİ
Dissertasiyada Azərbaycanda və ətraf regionlarda vəhşi məməlilərin
helmint faunasının bioekoloji xüssiyyətləri və formalaşması yollarının
öyrənilmə dərəcəsi araşdırılmış və bu tədqiqatlara həsr edilmiş mühüm elmi
əsərlərin qısa xülasəsi verilmişdir.
Qeyd olunmuşdur ki, vəhşi məməlilərin helmintlərinə dair məlumatlar
bəzi kiçik istisnalar olmaqla 50-70 il bundan əvvəllərə aiddir. Tədqiqatlar
bəzi heyvan növlərini və ya regionları əhatə etməklə vəhşi məməlilərin
helmint faunasını tam əks etdirmir. Həmçinin geniş yayılan başlıca
helmintoz törəicilərinin bioekoloji xüsusiyyətləri və helmint faunanın for-
malaşması yolları öyrənilməmiş qalmışdır. Buna görə də Azərbaycanda
vəhşi məməlilərin helmint faunasının landşaft-ekoloji zonalar üzrə
yayılmasının, başlıca helmintoz törədicilərinin bioekoloji xüsusiyyətlərinin
və ümumilikdə helmint faunanın formalaşması yollarının öyrənilməsi
zərurəti ortaya çıxmışdır.
II FƏSİL. MATERİAL VƏ METODİKA
Azərbaycanda vəhşi məməli heyvanlardan helmintoloji material
toplamaq və bir sıra ekoloji və bioloji məsələləri öyrənmək məqsədi ilə
1981-2015-ci illər ərzində müxtəlif xarakterli üfüqi və şaquli landşaft-
ekoloji zonalara ekspedisiya və ezamiyyətlərə gedilmiş və tam helmintoloji