Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma



Yüklə 0,84 Mb.
səhifə21/134
tarix24.02.2022
ölçüsü0,84 Mb.
#84075
1   ...   17   18   19   20   21   22   23   24   ...   134
layihe menecmenti (1)

İlk anlayışlar


Layihənin məqsədini, tərkib hissələrini və heyətini formalaşdırmaq, planlaşdırma və nəzarət prosesini həyata keçirmək üçün onur strukturunu müəyyənləşdirmək lazımdır.

Müxtəlif ierarxik səviyyələrdə təsvir edilmiş bir-birilə əlaqəli olan elementlər və proseslər çoxlüğüna layihənin strukturu deyilir.

Layihənin tam həyat dövründə onun idarə edilməsi üçün müxtəlif struktur modelləri qurulur. Bu modellər layihəin 46

strukturu əsasında qurulur. Beləliklə, layihənin strukturu layi- lıonin idarə edilməsinin müasir metodologiyasında əsas elementlərdən biri sayılır.

Layihələrin strukturu dekompozisiya edilmiş ierarxiya şəklində təsvir edilir. Layihələrin strukturu aşağıdakı tələblərə cavab verməlidir:


  1. Layihənin dekompozisiya edilmiş ierarxiyasınm hər bir səviyyəsindəki bütün elementlər müəyyən qiymətlər ilə əhatə olunmalıdır.

  2. Layihənin ierarxiyasınm hər bir səviyyəsindəki onun elementlərini xarakterizə edən parametrlərin sayı eyni olmalıdır.

  3. Layihənin ierarxiyasınm en aşağı səviyyəsindəki elementlər daha da ətraflı xarakterizə olunmalıdır: işin həcmi, qiyməti, tələb olunan resurslar, icraçılar, digər elementlər ilə əlaqələri və s.

Layihedəki iştirakçılar arasında münasibətlərin qurulması və sənədləşmə işləri onun strukturu əsasında aparlır. Bu səbəbdən kiçik struktur dəyişikliklərinə baxmayaraq layihənin ho}'at dövründə əvvəldən axıra kimi qəbul edilmiş struktur istifadə edilir.

Layihə, strukturlaşmış bir obyekt kimi bütün formal qaydalara və məntiqi fikirlərə tabe olaraq layihələrin idarə edilməsi metodlannm əsasmı təşkil edir. Layihənin strukturlaş- dırılması üçün əsas şərtlərdən biri struktur elementlərinin kodlaşdınlmasıdır. Bu kod layihənin bütün sənədlərində öz əksini tapmalıdır. Bu sənədlərə texnoloji, iqtisadi, maliyyə, toşkilati, idarəetmə və s. digər növlü sənədlər daxildir. Layihənin elementlərinin struktur kodu onun qiymət, vaxt, ehtiyat, icraçı və s. digər elementləri kimi hesablama prosedurunu

formalaşdırır və bütün iştirakçılan tələb olunan informasiya ilə təmin edir.


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə