Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə48/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   44   45   46   47   48   49   50   51   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
baxımından  yanaşılır.  Məsələn:  «Saatınız  yoxdur?»  -  deyə  sual verdikdə  saatın 
neç
ə olmasını soruşmaq nəzərdə tutulur. Ona görə də bu suala qarşı «Bəli, var» - 
cavabı  (saatın  neçə  olmasını  göstərmədikdə) kontekstdən  uzaqlaşmadan  xəbər 
verir, nitq etiketi t
ələbləri pozulur. 
V
ə yaxud: «Burada nə baş verir?» - sualı (xüsusən müəyyən konteksdə) baş 
ver
ənlərə qarşı narazılıq hissinə işarə olub, etiketi poza bilər. 
Hazırkı vaxtda ümumi vətəndaş etiketinə aid edilən bir çox şərtlərin sadələş-
dirilm
əsi meyilləri, demək olar ki, hər yerdə qeyd olunur. Bu, zamanın rəmzlərin-
d
ən biridir: dəyişmiş həyat tempi və çevik dəyişməkdə davam edən sosial-məişət 
şəraiti etiketə güclü təsir edir. Buna görə də əsrin əvvəllərində və ya ortalarında 
q
əbul  edilmiş  bir  çox  şeylər  əsrin sonunda  absurd görünə  bilər. Bununla belə
ümumv
ətəndaş etiketinin əsas və yaxşı ənənələri hətta dəyişilmiş formada belə öz 
möv
cudluğunu davam etdirir. 
 
Ədəbiyyat 
 
1.
 
Вандриес Ж. Язык. Лингвистическое введение в историю. М., 1937. 
2.
 
Верешагин  Е.М.,  Костомаров  В.Г.  Лингвострановедческая  теория  слова. 
М., 1980. 
3.
 
Леонтьев А.А. Слово в речевой деятельности. М., 1965. 
4.
 
Титц Габриэле. Этикетные формулы обращения и привлечения внимания 
в современной русском языке. АКД. Воронеж., 1977. 
5.
 
Формановская Н.И. Употребление русского речевого этикета. М., 1982. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
110 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
Ş.K. QOCAYEVA  
 
AİLƏDƏ TABUDAN VƏ EVFEMİZMLƏRDƏN İSTİFADƏ 
 
Açar sözl
ər: dil tabuları, dil və ailə, evfemistik ifadələr, nəzakətli danışıq. 
Ключевые  слова:  языковые  табу,  язык  и  семья,  эвфемистические  выраже-
ния, вежливая речь 
Key words: language taboos, language and family, euphemistic expressions, polite 
speech 
 
Tabu-müxt
əlif əşyalar və sözlərə qoyulan xüsusi yasaqdır. Hələ çox qədim 
dövrl
ərdə ailələr də inanırdılar ki, ad ilə həmin adı daşıyan insan arasında xüsusi 
üzvi 
əlaqə  mövcuddur. Evfemizm isə  predmet və  prosesləri  öz  adı  ilə  deyil, 
tabuda  olan  semantikanı  ehtiva  edən digər söz və  ifadələrlə  adlandırmaqdır. 
Evfemizm tabunu m
əzmun  etibarı  ilə  əks etdirir. Evfemizm tabunu əvəz edir, 
onda olan m
ənanı  «nəzakətləşdirir». Tabunun əşyavi-məntiqi anlamı evfemizmə 
b
ərabər,  uyğun  gəlir. Lakin evfemizm tabunu-  yasaq və  qadağa  olunan  söz  və 
ifad
əni həddən artıq  yumşaldılmış formada təqdim edir. Təhqiredici ekspressiya 
evfemizm vasit
əsilə  münasib, müsbət ekspressiya ilə  əvəzlənir. Evfemizmlərin 
özünd
ə yalana çevrilmək qorxusu da gizlənməkdədir. 
Ail
ə  cəmiyyətin kiçik bir hissəsidir, özəyidir. Bu hissədə  dil bütün 
sferalarda f
əaliyyət göstərir. Gündəlik məişət məsələlərindən tutmuş hər bir ailə 
üzvünün, f
ərdin problemləri ailədə  dil vasitəsi ilə  müzakirə  olunur.  Doğulmaq, 
evl
ənmək, ailə qurmaq və nəhayət, ölmək kimi tabu və evfemizm əmələ gətirən 
anlayışlar ailə çərçivəsində öz işlək xarakteri ilə seçilir. «Tabu və evfemizm lap 
ilkin dövrl
ərdə ailə içərisində formalaşmışdır» (B.A.Larin). Ailədə işlənən tabu və 
evfemizml
ər ümumişlək xarakteri daşıyır. «Ümumişlək evfemizmlər iki anlayışın 
daxili münasib
ətləri ilə və bu münasibətləri nizama salan norma ilə təyin edilir» 
(Qorodeka
ə İ.L.) 
Ail
ədə  tabu və  evfemizmlərin  işləkliyi bir sıra  məsələlərlə  bağlı  meydana 
çıxır: 
a) evl
ənmək və  evləndirməklə  əlaqədar evfemistik ifadələr: Nəhayət ki, 
Orucun 
başını  bağladılar,  qonşu  qızını  ona  aldılar  (danışıq  dilində); Həsənin 
ayağını yığdılar, küçələrdən çəkildi (danışıq dilində); -Ay arvad, səninlə düz əlli 
ildir ki, 
bir yastığa baş qoyuruq və s. Burada insanın bədən üzvlərinin adları (baş, 
ayaq) çoxm
ənalılıq keyfiyyəti qazanmış, evfemistik ifadələrin yaranmasında fəal 
iştirak etmişdir. 
b) ail
əyə  verilən xəbərlərlə  bağlı:  Bəllidir ki, ölmək anlayışı  ilə  ötürülən 
x
əbər  daha  sarsıdıcı  xarakter  daşıyır,  belə  xəbərlər ailəyə  öz mənfi təsirini 
göst
ərir. Bu təsirin nəticəsində  məyusluq,  peşmançılıq,  qəmginlik, kədər kimi 
ekspesiyalar üz
ə  çıxır.  Məs.: Ailənin  böyük  oğlu  qəhrəmancasına  həlak oldu. 
 
111 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Atam Böyük V
ətən müharibəsində  gözlərini  əbədi  yummuşdu.  Nənəm birdən 
çıraq kimi söndü və s. 
Ail
ədə metafor əsasında yaranan evfemistik ifadələr də çox işlənir. Məsələn: 
N
ənəmin  beli  bükülmüşdü.  Az  yaşı  olsa  da,  qardaşımın  birçəyi  ağarmışdı. 
X
əstəlik babamı bir dəri, bir sümük etmişdi. 
Evfemizm-
pis,  xoşagəlməz sözlərin  yaxşı,  xoşagələn sözlərlə  verilməsi 
anlamında  işlənir. Kobud sözlər yerinə  yumşaq  idadələrdən istifadə  etmək 
evfemizmin 
əsas məğzini  təşkil  edir.  Bəzi ailələrdə  kobud xarakterli adamlarla 
rastlaşmaq olur. Ailədə  xoşagəlməz hadisələr də  baş  verir  ki,  bu  zaman  həm 
tabulardan, h
əm də  evfemizmlərdən istifadə  olunur.  Ədəbsiz fikir və  niyyətlər 
b
əzən mədəni olmayan ailələrdə  istifadə  olunur, amma bəzi ailələr nəzakət 
qaydalarına əməl edərək həmin söz və ifadələri yumşaldılmış şəkildə təqdim edir. 
M
əsələn, ər hirslənir, ağzından kobuzd ifadələr çıxarır. Həyat yoldaşı ona ,-a kişi, 
n
əzakətli danış, ayıbdır, uşaqlar eşidər-deyir. 
Ail
ədə ər-arvad munasibətində tabu və evfemizmlər əmələ gəlir. Bu münasi-
b
ətlər sakral həddə çata bilir. Yəni ər öz arvadının adını başqalarının, lap öz vali-
deyn v
ə uşaqlarının yanında çəkmir. Arvadın adı əvəzinə, «kül atan», «uşaqların 
ana
sı», kişi əvəzinə «evin böyüyü», «evin dirəyi» və s. evfemistik ifadələr araya 
g
əlir. 
Dild
ə tabuların əmələ gəlməsinin səbəbləri də müxtəlifdir.Tabuların bəziləri 
ail
ə, məişətlə  əlaqədar olan söz və  ifadələrdir. Məsələn,  Şərq aləmində  belə  bir 
ad
ət  mövcud  idi  ki,  qadın  öz  ərinin  adını  söyləyə  bilməz, bu onun üçün böyük 
q
əbaət və  hörmətsizlik sayılırdı.  Qadın  öz  həyat  yoldaşını  təqdim edərkən, 
çağırarkən «uşaqların atası», «hacının atası», «evimizdəki», «evin sahibi», «evin 
böyüyü», «sahibim», «m
ənim qocam» və s. evfemistik söz və ifadələrdən istifadə 
edirdil
ər. Məs.: Mən kiməm, evin sahibi var (danışıq dilində), Başımın ağası var, 
a bala, imkan verm
əz ki...(danışıq dilində). 
Ail
ədəki  uşaqlardan  biri  o  birini  qorxutmaq  üçün  «cin  gəldi»,  «şeytan 
g
əlir», «xortdana bax, xotdana» və  s. ifadələri  işlədir ki, bu da dini-mifoloji 
anlayışların qorxu hissinin artmasına şərait yaradır. 
Ail
ədə cins və yaşından, ailə üzvlərinin münasibətlərinin xarakterindən asılı 
olaraq bir çox söz v
ə ifadələrin işlənməsi etik normaya sığmır və onlara uyğun gə-
l
ən «təhlükəsiz sözlər»dən məqsədəuyğun şəkildə istifadə olunur. Buraya, əsasən, 
evl
ənmək, hamiləlik və doğum anlayışları ilə bağlı söz və ifadələr aid edilir. 
Ail
ədə dialoji şəraitdə, mühitdə sözügedən ifadələrdən istifadə olunur. Bu, 
t
əbiidir. «Bir şəxs tərəfindən ifadə olunmuş qaba, xoşagəlməz sözlər dinləyənə-ai-
l
ə üzvünün birinə pis təsir bağışladıqda və deyən subyekt (ailənin başqa üzvü) bu-
nu h
əmin anda hiss etdikdə, ifadənin təsir qüvvəsini azaltmaq üçün təkrar onu 
yum
şaldılmış formaya salır, əvvəlki qaba ifadənin ağır təəssüratını yüngülləşdir-
m
əyə səy göstərir» (T.Əfəndiyeva). 
 
112 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə