Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə41/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   37   38   39   40   41   42   43   44   ...   134

safyandan, bəzən də tumac və meçindən tikilir, müxtəlif tikmə

naxışlarla bəzədilirdi.

 Əhali arasında Şirvanın “qaytarmaburun”, Gəncəbasarın isə

yanları hörmə rezinli və ya adi aşılanmış göndən tikilmiş alçaqdabanlı,

uzunboğaz çəkmələri geniş istifadə olunmuşdur. Bir qayda olaraq,

boğazlığı qırmız, ayaqlığı isə yaşıl. Qara, göy rəngli dərindən

hazırlanan belə ayaq geyimi özünün formasına, materialına, tikilmə

tərzinə görə Kazan tatarları arasında “içeki” adı ilə məhşur olan dabanlı,

üstü tikmə naxışlarla bəzədilmiş qadın çəkmələri ilə tipoloji oxşarlıq

təşkil edir. [94]

 Təsərrüfat işləri zamanı qadınlar corab və badışın üstündən

çarıq da geyirdilər. Qadın və kişi çarıqlarının tikilmə tərzi və

materialları arasında heç bir fərq olmasa da, qadın çarığı ölçüsünün

kiçikliyinə görə seçilirdi. [95]

Ev şəraitində geyilən ayaqqabılar içərisində nisbətən yumşaq

dəridən hazırlanan “məst” yüngül geyim növü olub,  başlıca olaraq

qara, qırmızı, tünd göy,  yaşıl rəngli safyandan və tumacdan dabansız

tikilirdi. “Çust” isə həm şəhər həm də kənd qadınlarının başmağa

nisbətən üstünlük verdikləri ayaq geyimi idi. Onun altı aşılanmış

göndən, üstü isə müşkü və tumacdan hazırlanırdı. Çust, bəhs olunan

dövrdə həm qadın həm də kişi ayaq geyimi olmuşdur.

Şəhərli qadınlar ev şəraitində daha çox nəleyin və kəlik

geyməyə üstünlük verirdilər. Digər ayaqqabı növlərindən fərqli olaraq,

nəleyin və kəliyin dabanı yastı olub, ev işləri görərkən daha rahat hesab

edilirdi. İlin isti mövsümlərində imkansız qadınlar həyətin eşik (məişət)

bölməsində ev işləri görərkən  çox zaman ayaqlarına köhnəlmiş

ayaqqabılardan dabanın kəsməklə düzəldilən “şap-şap”, “sürütmə”,

“çəkələk”  və s. geyir, toxunma yun corabın altına keçə və ya dəri tikib

ayaqqabı düzəldərək istifadə edirdilər. Əksər hallarda isə ayaqyalın

gəzməyə üstünlük verilirdi.

XIX yüzilliyin sonu XX yüzilliyin əvvəllərindən başlayaraq

iqtisadi-ticarət əlaqələrinin güclənməsi, əmtəə itehsalının artması,

əhalinin maddi  və mədəni həyat səviyyəsinin nisbətən yüksəlməsi ilə

əlaqədar olaraq, qadın ayaq geyimlərin də də  əsaslı dəyişikliklər baş

vermişdir. Fabrik istehsalı mallarının xalq məişətinə kütləvi sürətdə




daxil olması, Rusiya və digər Şərq ölkələri ilə ticarət münasibətlərinin

genişlənməsi əhalinin ayaq geyimlərində tufli, səndəl, qaloş və b. geyim

növlərinin üstün yer tutmasını zəruri etmişdir.



KİŞİ GEYİMLƏRİ

XIX-XX yüzilliyin əvvəllərində azərbaycanlıların ənənəvi kişi

geyimləri biçim üsuluna və tikiş texnikasına görə Ümumqafqaz

səciyyəsi daşınmaqla, yalnız çox da böyük əhəmiyyəti olmayan lokal-

məhəlli xüsusiyyətləri ilə seçilirdi. Ənənəvi kişi geyimləri alt (can) və

üst köynəyi, dizlik, çalvar, arxalıq, içlik (canlıq, cılıtqa, pambıqlı), çuxa,

kürk, yapıncı, eləcə də müxtəlif formalı və adlı baş və ayaq

geyimlərindən ibarət idi. XIX yüzilliyin  80-ci illərində Qazax qəzası

Salahlı kənd əhalisinin kişi geyimlərindən bəhs edən B.Veniaminov

yazırdı ki, onlar çit və ağdan tikilmiş köynək, ipək və onun üstündən

tikilmiş yun arxalıq (kəmər və xəncərlə birlikdə), yun və ya mahud çuxa,

yun başlıq və mahuddan tikilmiş  şalvar, qoyun dərisindən papaq,

başmaq. Kürk və yapıncı geyirlər. [96] Bu geyimlər gündəlik (iş paltarı)

və boğçalıq (xeyir-şər paltarı) olmaqla iki dəstdən ibarət hazırlanırdı.

Boxçalıq paltarlar qoymətli parçalrdan tikilir, geyim elementlərinin

çoxluğuna, təzəliyinə və s. görə gündəlik geyimlərdən fərqlənirdi.

Burada bir məsələni də qeyd etmək yerinə düşər ki, Azərbaycan

etnoqrafiyası elmində ilk dəfə olaraq xalq geyimlərimizin, qeyri-dəqiq

olsa da təsnifatını verən görkəmli maarifçi-alim H.Zərdabi olmuşdur. O,

azərbaycanlıların geyim dəstlərinin “alt paltarı”, “uşaq paltarı”, “səfər

paltarı” və “yuxu və yatacaq paltarı”ndan ibarət hazırlandığını

göstərirdi.

      

Kişi  geyimləri  həmçinin,  əhalinin  sinfi  mənsubiyyətində,



sosial vəziyyətindən, iqlim şəraitindən, təsərrüfat məşğuliyyətinin

istiqamətindən və s. asılı olaraq da bir-birindən fərqlənirdi. Buna işarə

edən B.F.Adler yazırdı ki, şəxsin cəmiyyətdəki sosial vəziyyəti

geyimlərdə öz əksini tapan xüsusi tələblərlə müşayiət olunurdu. Belə ki,

ovçu libası tacir libasına az bənzəyirdi; din xadiminin, şamanın,

monarxın geyimləri öz biçim üsuluna və rənginə görə müxətlif olurdu.

Böyüklərin, uşaqların və qocalarn da geyimləri eyni olmayıb, şəxsin

cəmiyyətdə mövqeyini və yaş xüsusiyyətlərinin tələbləri ödənməli idi.

[98] İqlim şəraiti Azərbaycanda mövsümi səciyyəli kişi geyimlərinin

(kürk, başlıq, yun corab, yapıncı, ayaq şalı və s.) , sosial mənsubiyyət




isə din xadimlərinin geyimlərinin (əba, qəba, əmmamə, çəltarı və s.)

formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir.



Alt paltarları.  Ənənəvi kişi alt paltarı alt köynəyi ilə dizlikdən

(kişi tumanı) ibarət idi. Qeyd etmək lazımdır ki, Azərbaycanın əksər

etnoqrafik bölgələrində fabrik istehsalı olan parçaların kəndli məişətinə

kütləvi surətdə daxil olduğu zamanadək  ayrıca alt və üst  köynəyi

olmamışdır. Adətən, köhnəlmiş yamaqlı köynəklər altdan, təzə və

bahalı parçalardan tikilən köynəklər isə üstdən geynilərdi. Necə

geyilməsindən (altdan və ya üstdən) asılı olmayaraq, hər iki köynəyin

biçim üsulu və tikiş texnikası eynilik təşkil edirdi.

Kişi alt köynəyi bez, qalın ağ, midqal, batist (patısğa), humyun

ağı, Tağıyev çiti, satin və s. parçalardan tikilirdi. Tuniki və kəsmə

üsulla biçilən belə alt köynəyinin Azərbaycanda “düzyaxa” forması

dəbdə olmuşdur. Adından məlum olduğu kimi, düzyaxa köynəyin

yaxası düzbiçimli

olurdu. Onu tikmək

üçün parçanı iki

qatlayıb ortadan

qövsvari boyun

kəsiyi və düzünə

yaxa kəsiyi

açırdılar. Gövdə,

yaxa və qollardan

biçilən alt köynəyi

tərs üzünə tikilərək

hissələr bir-birinə

birləşdirilir və avand üzünə çevrilirdi. Tikiş prosesində müxtəlif tikiş

növlərindən  (“kökməmə”  və ya “kökatma”, “basdırma” və ya

“qıraqbasma”, “xırdasırıq”, “közəmə” və s.) istifadə edilirdi. Adətən,

düzyaxa köynəyin qolları bilərziksiz (məcəsiz) tikilirdi. [99] Ensiz

parçalardan tikilmiş köynəyin qollarının altına bir qayda olaraq, xişdək

(qoltuqaltı) qoyulur, ətəyinin yanlarında isə 10-12 sm ölçüdə çapıq

saxlanılırdı. Yeniyetmələrin və nişanlı oğlanların alt köynəyinin

boyunluğu və yaxa kəsimi müxtəlif motivli tikmə naxışlarla bəzədilirdi.

Köynəyin yaxası ilgək-düymə, bəzən də rəngli ip-qaytanla bağlanırdı.



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə