Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə40/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   36   37   38   39   40   41   42   43   ...   134

nəleyin, məst, lapçın (nafçıl), dabanlı uzunboğaz və yarımboğaz çəkmə,

quşkeçən, kəlik və s.-dən ibarət olmuşdur.

Qış aylarında ayaq geyimləri içərisində yundan toxunma

corablar əsas yer tuturdu. Adətən, onu saya (rezinli) və bəzəkli

(rezinsiz) toxuturdular. Saya corabların boğaz hissəsində 7-8 sm enində

rezin toxunurdu. Bunun üçün ilmələri “sülü ”adlanan dörd ədəd corab

milinə düzür, sərbəst qalan beşinci sülü ilə toxunma aparılırdı. Hər dəfə

ilmələrin bir cərgəsi toxunub başa çatdıqda sülülərdən biri sərbəst

qalırdı. Rezin hissə qurtardıqdan sonra ilmələr tərsinə deyil, avandına

düzülür və toxuma qurtarana qədər bu qayda ilə davam etdirilir.

Corabın ölçüsü hər kəsin ayağı üzərində gözəyarı təyin edilirdi.

 Bəzəkli corablarda isə rezin toxunmur, hörmə içi rəngli iplər

vasitəsilə aparılırdı. Azərbaycan qadınları coraba bəzək vurmaq işində

mahir idilər. Əhali arasında “taxta-

müjə”, “ərsin”, “alamuncuq”,

“qarğaağzı”, “qoçbuynuzu”, “güllü-

xəmsə”, “dəhrəburnu, “cəhrəpəri”,

“gəldirgə”, “zəncir”, “göl”,

“quyrum” və s. kimi həndəsi, bitki

və xalça ornamentləri olan corablar

daha geniş yayılmışdı.

“Dəhrəburnu” naxışlı corabı

toxumaq üçün gülləri (ilmələri) yan-

yana düzür, ilmənin birindən o birinə “sındıra-sındıra” keçməklə hörmə

işini davam etdirirdilər. Bəzəkli corabların boğazında adətən, 30-40 sm

uzunluğunda yun ip saxlanılırdı ki, bununla corabı baldıra bağlayırdılar.

Üzərində xalça ornamentləri salınmış  bəzəkli corablar Qarabağda

“gəbə corab”, Astara bölgəsində isə “şal corab” adlanırdı. Qış corabları

bəzən dizə qədər, əksər hallarda isə dizdən bir qarış aşağıyadək

toxunurdu. Azərbaycanın Qərb bölgəsi, Gəncəbasar, Şəki-Zaqatala,

Quba-Xaçmaz, Lənkəran, Naxçıvan və b. bölgələrində corab

toxuculuğu xarakterik olmuşdur.

  Naxçıvan bölgəsində boyanmış ipək saplardan toxunan əlavə

naxışlı “keci corablar” da geyilirdi. Adətən  belə cirablar ya qız evinin

adamları, bəzən də nişanlı qızın özü bəy, onun sağdışı və soldışı üçün



toxuyurdu. Belə corablar yüksək zövqlə toxunar, uzunboğaz olar,

tamam naxışlarla bəzədilərdi. Yalnız toy günü geyilən belə corablar

toydan sonra da uzun müddət yadigar kimi saxlanılır, qıyılıb geyilməzdi.

   


Ənənəvi  xalq  geyimlərindən  bir  də

badış idi. O, ayaqlığı olmayan corab kimi

toxunur, topuqdan yuxarı və dizdən aşağı qatma

ilə baldıra bağlanırdı. Badışı həm qadınlar həm

də kişilər geyirdilər. Əsasən  köçmə maldarlıq

məşğul olan əhali arasında bu geyim növü daha

geniş yayılmışdı. Qadınlar dağ və aran köçü

zamanı, həm soyuqdan qorunmaq, həm də

sərbəst hərəkət etmək üçün taylı tumanın

balaqlarının badışın içərisinə yığırdılar.

  Ev şəraitində  Şirvan, Şəki-Zaqatala və

Quba-Xaçmaz bölgəsinin azərbaycanlı, tat və

ləzgi qadınları “şətəl” adlanan gödəkboğaz, hörmə, toxunma ayaqqabı

geyirdilər. Qalın yun iplərdən toxunan belə ayaq geyimlərinin altına

keçədən və ya aşılanmış dəridən altlıq salınırdı. Qalın pəncəli şətəlin

burnu şiş olub, yuxarı qatlanmış formada toxunurdu.

  XIX yüzillikdə daha xaraterik qadın aya geyimi növü başmaq

olmuşdur. Arxası açıq, hündür dabanlı, pəncə üstü müxtəlif rəngli

müşkü və tumacdan, altlığı isə aşılanmış göndən hazırlanan qadın

başmaqları “zənanə”, “miyanə” və “qız başmağı” olmaqla üç ölçüdə

tikilir, sifarişdən asılı olaraq yüksək zövq ilə bəzədilirdi.  Uc hissəsi

yuxarı qatlanmış formada tiklilən belə başmaqlar, ayaqda gözəl

görünsün deyə, əlvan saplarla və qızılı simlərlə tikilir, daban oturcağına

əlvan parçlardan  “döşəmə” qoyulurdu. Varlılarda başmağın daban

hissəsi gümüşdənvə ya qızıldan kəsilən lövhəyə tutulur, ətrafına

bəzəklər, (naxışlar) salınırdı. Başmağın pəncə üstü qalın qalın parçadan

(məxmərdən) tikildikdə, onun üzərini güləbətin tikmə ilə bəzəyirdilər.

Azərbaycanın Bakı, Şamaxı, Şuşa, Gəncə, Şəki və Naxçıvan (Ordubad)

kimi iri sənətkarlıq mərkəzləri başmaq hazırlanmasında

məşhurlaşmışdılar.

  Azərbyacan şəhərlərində başmaq ustalarının say göstəricisi də

bu sənət sahələrini inkişafını təsdiqləyir. Belə ki, XIX yüzilliyin 30-cu



illərində Azərbaycan şəhərlərində 327 başmaqçı işləyirdisə, əsrin

oratalarında onların sayı 579 nəfərə çatmışdı. Başmaqçılığın Şamaxı

mərkəzində bu dövrdə 227, Nuxa (Şəki) mərkəzində isə 147  nəfər

başmaqçı işləyirdi. [92] Səriştəli başmaq ustalarının hazırladığı

başmaqlar çox zaman istehsal olunduğu  sənət mərkəzinin adı ilə

tanınırdı: Gəncə başmağı, Qala başmağı, Ordubad başmağı, Şirvan

başmağı və s. Naxçıvanda mövcud olan üç bazar meydanından biri

məhz “Başmaqçı meydanı” adlanırdı. Ordubadın yaşlı sakinləri indi də

başmaqçı  Ələkbərin yüksək zövqlə hazırdığı başmaqlarını (çəpiş

başmaq)  yaxşı xatırlayırlar. İmkanlı ailələr “sağrı başmağ”a daha çox

üstünlük verirdilər.

   Naxçıvan və Qərb bölgələrində geniş istifadə olunan qadın

ayaq geyimlərindən biridə “quşkeçən” idi. Onun dabanı hüdür

olduğuna görə, çox güman ki, bnelə adlandırılırdı. Naxçıvan

quşkeçənləri zərif aşılanmış dəridən üzlənir, üstünə muncuq düzülür,

qatma (qaytan) ilə bağlanır, burun hissəsi enli olurdu.

    El şənliklərində, toylarda dikdaban (quşkeçən) geyən qızlara

gözaltı axtaran oğlanlar tərəfindən müştəri gözü ilə baxılardı. Naxçıvan

toylarında oxunan el mahnılarının birində deyilirdi:

Gəl gedək beləsinə,

Sarvanlar  məhləsinə,

Axtarıb tapammasaq,

Od vuraq məhləsinə.

Ay sarı yaylıq, sarı kofta, badamı çittuman,

Yandırıb yaxar adamı dikdaban.

         

Adətən,  quşkeçən ayaqqabıları  nişanlı qızlara  bayram və

toy hədiyyəsi kimi aparırdılar. Ümumiyyətlə, XIX yüzillikdə

Azərbaycanda gəlin köçməli olan hər bir nişanlı qıza oğlan evi

tərəfindən gönədirilən nişan (toy) libası içərisində bir neçə cüt

başmağın, uzunboğaz çəkmə və quşkeçənin olması vacib hesab

olunurdu. [93]

 

Qərb bölgəsində  quşkeçən,  uzunboğaz  və  yarımboğaz,



hündürdabanlı çəkmə növünə deyilirdi.  Belə çəkmələrin üstü bəzən


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə