birinin ağırlığı 45 qrama çatırdı. Düymələrin üstü oval və naxışlı
olurdu.
Küləcənin digər bir variantı Azərbaycanın Gənc-Qarabağ,
Lənkəran-Astara, Bakı və b. bölgələrində “baharı” adı ilə məlum olan
geyim tipi olmuşdur. Biçim üsuluna və tikiş texnikasına görə küləcə ilə
eyni olan baharı bəzən yaxa kəsiyinin quruluşuna (düzbucaqlı və oval),
qol kəsiyiniə (adətən yarımqol olurdu) və ətək biçiminə görə (ətək
küləcədən qısa, arxalıqdan isə uzun olurdu) fərqlənirdi. Astarlı və sırıqlı
olan baharı bahalı parçalardan (məxmər, atlas, darayı) hazırlanır,
yaxası boyvəboy açıq biçilir, ətək yanları, yaxa və qol kəsikləri
küləcədə olduğu kimi bəzədilirdi.
Bütün bu geyimlərlə yanaşı, Azərbaycan qadınları ilin soyuq
vaxtlarında kürdüyə bənzəyən, lakin, xəz qoyulmadan tikilən qolsuz və
sırıqlı-astarlı bir geyim tipindən də istifadə edirdilər ki, buna Qərb
bölgəsində içlik (işdik, zıvın), Şəki-Zaqatala bölgəsində- “döşlük”,
Quba-Xaçmaz bölgəsində “candonu”, Lənkəran-Astara və Naxçıvan
bölgələrində “cilitka”, “bədənçə”, “qolsuz”, eləcə də “pambıqlı”,
“sırıqlı” və “canlıq” və s. deyirdilər. Astarına pambıq və ya yun döşənib
sırınmaqla hazırlanan bu geyim növü köynəyin üstündən, çəpkən,
arxalıq, küləcə, baharı və s. isə altından geyilirdi.
Qışı sərt keçən etnoqrafik bölgələrdə qadınlar bellərini isti yun
və dəvəyunu şal vasitəsilə sarıyırdılar. Keçən əsrdə bəzi bölgələrdə
(Zaqatala), yaşlı qadınlar bellərini qurşaqla da bağlayırdılar. Lənkəran-
Astara bölgəsində hələ indiyədək yay ayalarında qadınlar bellərini
üçkünc qatlanmış yaylıqla bağlayırdlar. Yaylıq kəmər yerində
düyünlənir, onun üçkünc qatlanmış tərəfi də arxada qalırdı.
XX yüzilliyin 20-30-cu illərindən başlayaraq ənənəvi qadın
geyim kompleksi əsaslı dəyişikliyə məruz qalmış, fabrik istehsalı olan
yerli, rus və avropa libaslarının (qofta, kostyum, palto, plaş və s.) xalq
məişətinə sürətlə daxil olması hesabını geyim fondu büsbütün
yenilənmişdir. Əhalinin mədəni həyat səviyyəsinin yüksəlməsi, yeni
geyim tiplərinə maraq milli geyimlərin məişətimizdə mühafizə
olunmasına imkan verməmişdir. Bununla belə, xalq arasında yayılmış
geniş inama görə, vəfat etmiş ailə üzvlərinin paltarlarını (onlar “barata
və ya “sovxa” adlanırdı”) yuyucuya (mürdəşirə) verilməklə, ya da
evdən kənar bir yerdə torpağa basdırılmaqla yad (bəd) ruhları
kənarlaşdırmaq mümkün idi. Zənnimizcə, milli geyimlərimizin
məişətdə mühafizə olunmamasına başlıca səbəb elə bu zərərəli inam və
adət olmuşdur. Vaxtilə Azərbaycanın qadın geyim kompleksinin üzvi
tərkib hissəsi olmuş geyimlərlə indi biz muzey salonlarında, milli
rəqslərimizi ifa edən rəqqasələrin əyinlərində, bayram və el
şənliklərində rastlaşırıq.
Baş geyimləri. XIX-XX yüzilliyin əvvəllərində istifadə edilən
Azərbaycan baş qadın
geyimləri öz mühafizəkarlığı
ilə digər geyim tiplərindən daha
çox seçilir. Keçən əsrlərdə
Azərbaycan qadınlarının sosial-
iqtisadi vəziyyətini əks etdirən
xeyli baş geyim tipi mövcud
olmuşdur. Şərq aləmində
qadınların nəinki yanında,
hətta evdə belə başıaçıq
gəzməyi qəbahət hesab
olunduğundan, baş geyim tiplərinin çoxluğu və müxtəlifliyi də görünür,
bu mülahizlərdən irəli gəlmişdir.
Qadın baş geyimləri qeymə (qoyma) və bağlama ( örtmə)
olmaqla iki qrupa bölünürdü. Birinci qrup baş geyimlərinə təsək
(çəpçik), çutqu, araqçın, dingə, ikinci qrup baş geyimlərinə isə müxtəlif
ölçülü və adlı ləçəklər, çalmalar, kəlağıyalar, şallar, örpəklər, eləcə də
niqab, rübənd, çutquqabağı, çadar, çarşab, duvaq və s. aid idi.
Təsək (çəpçik) tipli qadın baş geyimləri XIX-XX yüzilliyin
əvvəllərində Azəbaycanın Gəncəbasar, Şirvan, Qarabağ, Şəki-Zaqatala
və Qərb bölgələri üçün daha xarakterik
olmuşdur. Qərb bölgəsində qadın təsəklərinin
biçim üsuluna, formasına, başa geyilmə tərzinə
və parça materialına görə fərqlənən üçü növü
(saya, qaysava və inci təsəkələr) qeydə
alınımışdır.
Saya təsək ağa və ya rəngli pambıq
parçadan kəsmə biçim üsulu ilə hazırlanırdı. İki yan (qulaqcıq) və
kəlləlikdən ibarət olan təsək tər üzünə tikildikdən sonra çevrilir və
tikişlər içəridə qalırdı. Təsəyi başa elə geyirdilər ki, o, həm boyun ardını,
həm də qulaqların üstünü örtür, xüsusi əndazə üsulu ilə düzəldilmiş
burma və birçəkləri möhkəm saxlayırdı. Başda möhkəm durması üçün
təsəyin sağ qulaqcığına ucu ilgəkli qaytan (qatma) tikilir, çənənin
altından keçirilərək sol qulaqcığa bəd edilmiş düyməyə bağlanırdı.
Başın əmgək hissəsində dayanan təsəyin “alınlığı” na müstəlif rəngli
saplarla bəzək də vurulurdu. Saya təsəyin daha mükəmməl forması
“inci” və “qaysava” adlanan üstü bəzəkli təsəklər (araqçın) idi. [79]
“İnci təsək”, bir qayda olaraq, yekrəng ipək parçadan tikilir, yan
dairəsinə və mərkəzinə “buta”, “sarma”, “güləbətin”, “ulduz”,
“əşrəfi”və s. bəzəklər tikilirdi. “İncə təsəy”in alın dövrəsinə üstü baftalı
bəzəklərlə örtülmüş “qəfəsə” adlanan qabaqlar tutulurdu.
“Qaysava” təsəyin də üstü müxtəlif
naxışlarla “işlənilirdi”. Bir qayda olaraq, qırmızı
və ya yaşıl məxmərdən tikilən “qaysava” təsəyin
yanları ensiz, tərki isə yastı olurdu. “Qaysava”
təsəyə gənclərin, xüsusilə də gəlin köçən qızların
geyim dəstində tez-tez təsadüf etmək olardı. Buna
görə də belə təsəyin qız üçün gələn nişan boğçası
içərisində olması vacib şərt sayılırdı. “Qaysava”
təsək müxtəlif asma və tikmə bəzəklərlə zəngin
olurdu. Adətən, dingəyə bağlanan üzəri gümüş,
bəzən də üzəri pullu bəzək bu təsəyin qabağına bənd edilirdi. Hərəkət
və rəqs zamanı bu bəzəklər, həmçinin sağ hörüyün uclarına bənd edilən
qumroylar (zınqırov) xoşanəhg cingiltili səslər yaradırdı. [80] Şəki-
Zaqatala bölgəsində saya təsəyin bir variantı “düyməçə” adlanan baş
geyimi olmuşdur. Lakin saya təsəkdən fərqli olaraq, onun arxa hissəsi
əlvan naxışlarla bəzədilir, boğazın altında keçirilən ucu qozalı gümüş
zəncir əks tərəfdə gümüş pul-düyməyə bağlanırdı. Zəncirin də üzərinə
gümüş pullar düzmək dəb idi. “Düyməçə” tipli qadın baş geyimləri
Dağıstan və İran da geniş yayılmışdır. [81]
Şirvan təskləri “araqçın” saya və ya nadir hallarda güllü
parçalardan, “baş platar” təsəkləri isə bahalı şax parçalardan, xüsusilə
Dostları ilə paylaş: |