Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə35/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   31   32   33   34   35   36   37   38   ...   134

İstər faktik, istərsə də etnoqrafik

materialların araşdırılmasından aydın olur ki, zıvını

da daxil olmaqla, arxalıq, nimtənə, ləbaddə

(lavada), baharı və küləcə kimi qadın üst

geyimlərinin biçilməsində, xüsusi geyim növü kimi

ayrılmasında “çəpkən” mühüm rol oynamışdır.

Başqa sözlə desək, Azərbaycanın Şəki, Şamaxı,

Bakı, Naxçıvan, İrəvan, Lənkəran, Gəncə, Şuşa,

Qərb və başqa bölgələrində geyilən qadın üst geyimləri birbaşa

çəpkənin sələfləridir. [67] Bel, qol və yaxa kəsiklərinin, ətək düzümünü

tərtiblənməsində ki fərqlər nəzərə alınmazsa, biçin tərzi, tikiş üslubu,

rəng seçimi və bədənə kip oturması ilə bu geyimlər, demək olar ki,

eyniyyət təşkil edir.

Çəpkən- köynəyin üstündən geyilən üst geyim tipi olub, astarlı

tikilir və hətta yüngül sırınırdı. Onu, iqtisadi imkandan asılı olaraq

bəzən bahalı ipək parçalardan (məxmər, tirmə, zərxara, tafta, qumaş,

atlas, kəmxa və s.) bəzən də pambıq, yun və adi parçalardan

hazırlayırdılar. Rəng seçimi çəpkəndə daha çox nəzərə alınardı. Belə ki,

cavan gəlin və qızlar, qırmız, mavi, yaşıl; yaşllar göy, palıdı, bənövşəyi,

qara parçalardan tikilmiş geyimə üstünlük verirdilər.  Çəpkən bədəni

yerinə qədər kip tutur, buradan isə yanlardan qoyulmuş çaıpıq vasitəsilə

enlənirdi. Adətən, yaxa, qol, çapıq, ətək və calaq tikilşlərinin üzəri

görünməsin deyə  müxtəlif bafta, zəncir, köb, şahpəsənd, həşyə,  və s.

bəzək elementləri vasitəsilə “basdırırlırdı”. Çəpkənin yaxasının hər iki

tərəfinə cərgə ilə qızıl və gümüşü pullar və on ədəd  çilik tikilirdi.

Bədənə möhkəm otursun deyə, çəpkənin yaxa hissəsi, ətəyə yaxın yerdə

1 m uzunluğunda qızılı və ya gümüş zəncirlə çal-çarpaz bağlanırdı. [68]

Yaxasına rus pulları, İran abassıları və  şahıları bəndlənən belə

çəpkənlər Qarabağda “pullu çəpkən” adı ilə geniş yayılmışdı. Onlar

sırıqlı olub, qolsuz boyunduruqsuz tikilirdi.

 Azərbaycanın ayrı-ayrı etnoqrafik bölgələrində çəpkən, adətən,

qollarının quruluşuna görə fərqli xüsusiyyətlər kəsb edirdi. Etnoqrafik

materiallar onun “unuzqol” və “sallamaqol” kimi iki variantının daha

çox yayıldığını təsdir edir. Qarabağ bölgəsində “sallamaqol”, Naxçıvan

və Lənkəran-Astara bölgələrində “uzunqol”  Gəncəbasar bölgəsində isə




dirsəyə qədər qola açan çəpkən geniş istifadə olunmuşdur. Uzunqol

çəpkənin qolları dirsəyə qədər dar olur,

sonra yelpazə şəkilində 20-30 sm enlənirdi.

Hərəkət sərbəstliyi yaratmaq üçün

qoltuğun altında kəsik saxlanılırdı.

Sallamaqol çəpkəndə isə qollar qondarma

olaraq çiyin tikişlərinin üstünə tikilir, ucları

“əlcək” və ya “qolçaq” la tamamlanırdı.

Adətən, qondarma qolun kənarına tikilmiş

ilgək-düymə vasitəsilə soyuq havalarda qolçaq yığıb qol şəklinə

salınırdı. Bəzən isə qolçaq dirsək bükümündən dirsəyə qədər  bəzəkli

qaytanla da bağlanırdı. Bir qayda olaraq, sallamaqol çəpkənin

qoltuqdan dirsəyə, biləkdən barmaq uclarına qədər  olan hissəsi açıq

saxlanılırdı. Çəpkən qollarına gözl görkəm vermək və rəng harmoniyası

yaratmaq  üçün  onun astarı daha qiymətli, rəngli və fərqli parçadan

hazırlanırdı. Xalq  oyunları və rəqsləri zamanı bu rəng harmoniyası,

qolçaq ətrafının bəzəyən qozalı düyələr, xırda zəngi (zınqırovu)

xatırladan bəzəklər, qızıl və gümüşdən kəsilmiş pulların (sikkələrin)

çıxardığı melodik səslərlə həmanəhg qadın gözəliyinə xüsusi rövnəq

verirdi.


Özünün biçim üsuluna və tikiş tərzinə görə çəpkənlə daha çox

eynilik təşkil edən ənənəvi qadın geyimi “nimtənə” və ya “mintənə”

olmuşdur.  Gündəlik geyim növü kimi nimtənə yun və pambıq parçada,

“baş paltarı”  kim isə məxmər, darayı, tirmə və b.parçalardan tikilirdi.

Çəpkəndə olduğu kimi, onun ətəyinə, bafta tutulur, pərvanə verilir,

zəncirə tikilirdi.

Azərbaycanda geniş yayılmış üst geyim elementlərindən  biri də

arxalıq olmuşdur. Varlılarda tirmə,  tafta, atlas, xara, zərxara, məxmər,

darayı, qanovuz və b. parçalardan, kasıblarda isə sətin, qara lastik və

digər ucuz parçalardan tikilən arxalıq Abçeronda “don” Azərbaycanın

qərb bölgələrində isə “küləcə” adı ilə yayılmışdır. [69] Qadın arxalıqları

qol, yaxa və bel  kəsiyinin quruluşuna görə etnoqrafik bölgələri üzər

lokal xüsusiyyətlər kəsb etmişdir. Belə ki, bel kəsiyini görə, Bakı,

Şirvan, Borçalı və Kürdəmir arxalıqları 10 sm-dən 31-dən uzunluğu

olan büzməli ətəkli, Gəncə-Qarabağ arxalıqları isə 8-18 sm




uzunluğunda zərif qırçınlı, nisbətən qısa ətəkli, Naxçıvan, Lənkəran,

İrəvan, Şəki, Qazax arxalıqları isə boyaboy olub, əlavə ətəksiz tikilirdi.

Qolarının formasına görə Lənkəran, Naxçıvan, İrəvan arxalıqları

dirsəyə qədər düz, dirsəkdən aşağı qondarma qollu; Gəncə-Qarabağ

arxalıqları isə “nilufər qollu” (yelpazəli) olurdu. [70] Qadın arxalıqları

yaxa kəsiyinin formasına görə (düzyaxa, düzbucaqlı, oymalı) bir-

birindən fərqlənirdi. Dağlıq Şirvanda qeydə alınmış oyma arxalığın bir

variantı “bəhləli arxalıq” adlanırdı və onun qolları yarıq qolçaqla

tamamlanırdı. Buraya çarpaz-ilgək və qaytan-ilgək qoyulurdu.

Dekorativ-bəzək səciyyəli qolçağın astarı sarı, qırmız, abı və b. bahalı

parçalardan (xüsusilə zərridən) tikilirdi. [71]

Qadın arxalığının bir variantı Azərbaycanın Qərb bölgəsində

qeydə alınmış “əlcəkli arxalıq” dır. Onu gövdə və qollardan ibarət biçib

astarlı tikirdilər. Kişi arxalığından fərqli olaraq, ətəksiz tikilən belə

arxalığın yaxası boyvəboy açıq olur, ətək yanlarında 20-25 sm ölçüdə

çapıq qoyulurdu. Çiyin tikişləri vasitəsilə gövdəyə birləşdirilən qollar

dirsəyə qədər  yarıq saxlanılır, buradan biləyə qədər ilgək-qaytanla

bağlanılır və nəhayət  əlcəklə (qolçaqla) tamamlanırdı. Qolçağın üstü

ziqazaqlı xətlə bəzədilirdi. Libasın davamlılığını artırmaq və ona

dekorativ-bəzək səciyyəsi vermək üçün arxalığın yaxa kəsiyinə və ətək

yanlarına başqa rəng parçadan köbə tutulurdu. [72]

Bəzi məhəlli xüsusiyyətlərinə və lokal elementlərinə

baxmayaraq, Azərbaycan qadın arxalıqlarının əksəriyyəti gövdə ilə

bədən hüdudunda 2-3 ədəd çarpazla və ya düymə ilə (basma pilək)

bağlanırdı ki,  bu da belə kip oturmaqla, qadın görkəminin olduğu kimi

saxlayırdı. Arxalığın yaxasına “midaxıl”, “həbbabi qızıl”, nazik

uzunsov gümüş muncuqlardan ibarət “gümüş sərmə”, qızıl və gümüş

pullar, qızıl qozalardan ibarət “yaxalıq” və s. tutmaq dəb idi.

XIX əsrin son rübündə Azərbaycanın Şəki-Zaqatala və Quba-

Xaçmaz bölgələrində büzməli ətəkli, düzbiçimli qollu və bütöv  yaxalı

qadın arxalığı da əhalinin istifadəsində olmuşdur.

Gəncəbasar, Şirvan, Bakı, Qərb bölgəsi və  Şəki rayonu

hüdudlarında geniş yayılmış qadın üst geyimlərindən biri də lavada

(ləbbadə) olmuşdur. O iki qabaq (döş), bir arxa (kürək) və iki qoldan

ibarət biçilir, içərisinə nazik yun və ya pambıq döşəməsi qoyulurdu.



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə