Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə29/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   25   26   27   28   29   30   31   32   ...   134

Məşhur coğrafiyaşünas Strabonun əsərində də albanların

geyimləri haqqında  ötəri məlumatlar vardır. O qeyd edirdi ki, albanlar

da iberlər kimi iri qalxanlar gəzdirir və başlarına vəhşi heyvan

dərisindən tikilmiş dəbilqə qoyurlar.

Geyimlər haqqında tarixi mənbələrin, təsviri materialların və

maddi mədəniyyət nümunələrinin cəlb edilməsi ilə aparılan tədqiqatlar

sübut edir ki, eramızdan əvvəl I minillikdə Azərbaycan əhalisi yun və

kətanda toxunma köynək və  şalvar geymiş,  dəri bürüncəklərdən

istifadə etmiş, keçə və yun papaqlar gəzdirmiş, ayaqlarına isə ucları

yuxarı qatlanmış dəri ayaqqabılar geymişlər. Paltar hazırlamaq üçün

başlıca xammal yun, dəri, çox ehtimal ki, həm də keçə olmuşdur.

 Xalq geyimlərinin təkmilləşmə prosesi  orta əsrlər dövründə

daha intensiv olmuşdur. İstər yazılı mənbələr, istər arxeoloji qazıntıların

nəticələri, istərsə də qayaüstü təsvirlər, şifahi xalq yaradıcılığı

nümunələri, Azərbaycanda olmuş səyyahların yol qeydləri və s.

Azərbaycan xalq geyim fondunun yeni geylərlə zənginləşdiyini

izləməyə imkan verir. Bu dövrdə geyim materialları içərisində dəri və

yunla yanaşı, kətan və pambıqdan da geniş istifadə olunduğu qeyd

edilir.  Pambıq və kətandan bir qayda olaraq, “bez” adlanan parça

hazırlanırdı. “Kitabi-Dədə Qorqud” dastanında “əski pambıq bez

olmaz” ifadəsi,  [14] dastan qəhrəmanı Qanturalının “altunlu incə kətan

bezini belinə sarıması”, [15] eləcə də Azərbaycanda pambıq

yetişdirilməsi haqqında yazılı qaynaqlar  [16] və arxeoloji dəlillər [17]

sübut edir ki,  bəhs olunan dövrdə kətan və parçalar geyim materialları

içərisində özünəməxsus yer tutmuşdur.

 Erkən orta əsrlərin Azərbaycan kişi və qadın geyimləri

haqqında ətraflı məlumatları “Kitabi-Dədə Qorqud” dastanından almaq

olar. Burada kişi və qadın geyimlərində  kömlək (köynək), şalvar (

“mahmudi şalvar”, “al məxmuru şalvar”), cübbə (“samur cübbə”), çuxa

(adi və doqquzlama 18 –doqquz qırçınlı çuxa), kaftan (uzun və qısaqol,

yaxası açıq, ağ və qırmızı parçadan tikilən üst geyim növü), qurşaq (“

altunlu incə kətan bez” ), kürk və yapıncının (“kəpənək”); eləcə də baş

geyimlərində  xanların tacı, bəylərin baş sarığı (çalma, dolbənd), börk

(keçə börkü, külah, niqab, duvaq, yaşmaq və çəmbərin (dingə);

ayaqqabı növlərində isə başmaq, ədik (çəkməni xatırladan uzunboğaz



kişi ayaqqabısı), soqman,  (topuğa qədər boğazı olan ayaqqabı) və

sərmuzənin (qadın ayaqqabısı) xalqın geyim fondunda üstünlük təşkil

etdiyi aydınlaşır. [19]

  Sasanilər imperiyasının ərəblərə qarşı mübarizəsində Sasanilər

tərəfindən bu döyüşlərdə iştirak etmiş Cavanşiri mükafatlandırmış

Sasani hökmdarı III Yezdəgird onun belinə mirvari ilə işlənmiş qızıl

kəmər və qızıl saplı qılınc bağlatmış, qollarına qolbaqlar saldırmış,

başına daş-qaşlı tac qoydurmuş, boynuna ağır mirvari boyunbağlar

asdırmış, çiyninə taftadan tikilmiş  şah geyimi saldırmış və zərli ipək

parçadan tikilmiş dörd qotazlı mavi rəngli şalvar geydirtmişdir. [20]

       VII-IX əsrlərdə Azərbaycan şəhərlərinin ənənəvi əmtəə

mallarından bəhs edən ərəb müəllifləri yerli və dünya bazarlarına

Bərdədən ipək, yaxşı pərdələr, müxtəlif parçalardan tikilmiş paltarlar,

Dərbənddən isə kətan parçalar,  onların boyanmasına istifadə edilən

“qırmız” deyilən qiymətli boyaq maddəsi və marena ixrac edildiyini

qeyd edirlər. [21]

  Azərbaycanın “intibah dövrü” hesab edilən XII əsrdə yaşamış

böyük şair N.Gəncəvinin “Xəmsə”sində həmin dövrün parça

materialları və geyim növləri haqqında maraqlı məlumatlara rast gəlirik.

[22] Bu dövrdə yüksək keyfiyyətli parça növləri içərisində ipək

parçaların geniş çeşidindən (atlas, pərniyan, qumaş, diba, gurçeşm

ipəyi, şüştər ipəyi, zərbaf və s.) söhbət açan şair, Azərbaycanda qadın

və kişi geyimlərindən köynək, arxalıq, şalvar, kürk, çuxa, əba, cübbə,

qəba, papaq, qəsəb, əmmamə, çarıq, xətayi, başmaq, corab, ləbbadə,

nimtənə, don, çalma, qaftan və s.-nin xalqın gündəlik məişətində və

bayramlıq geyim dəstlərində əsas yer tutduğunu söyləyir. [23] “Xosrov

və  Şirin” əsərində Nizami Azərbaycan qadının geyimini real poetik

pafosla  tərənnüm edir:

             Gülnar rəngində bir don geydi,

             Onun üzərində saçının  hər bir hörüyü bir kəmənd idi.

             Həlqəyə oxşar bir kəmənd çiyninə salmış

             Hər bir həlqəsinə dünya qulağı halqalı qul idi.

             Xalis qızıldan bir həmayili,

             Ərğəvan rəngli ipəyin üzərinə çəkmişdi.




             Çinlilər qaydası ilə başına

             Cəvahirlə bəzənmiş bir örpək salınmışdı.

             Ənbər saçan zülf kimi qara bir örpək

             Dürr saçan ay üzünə asmışdı.

             Bir tovuz kimi bəzənmiş hüma

             Turac kimi havada süzürdü. [24]

Aparılan tədqiqatlar göstərir ki, artıq XII-XIII əsrlərdə

Azərbaycanın ayrı-ayrı sənət-ticarət mərkəzləri bu və ya digər parça və

geyim növünün hazırlanmasında, bir növ, ixtisaslaşmışdı. Belə ki,

Gəncədə zərlə işlənmiş atlas və diba kimi ipək parçalar, eləcə də sadə

ipək parçalar, beyləqanda “kəzzkaşidə” adlanan ipək parça, Ərdəbildə

“camə” adlandırılan qara rəngli zərif parça, habelə, Naxçıvanda zərif

çuxalar, Təbrizdə atlasdan kişi üst geyimləri, Gəncədə yun paltarlar

hazırlanırdı. [25] Hələ X əsr ərəb müəllifi əl-İstəxri “Kitabi məsalik əl-

Mamalik” (Məmləkətin yolları kitabı) əsərində əl-Babdan (Dərbənddən)

kətan parçalar ixrac edildiyindən, Arran, Ərməniyyə və Azərbaycandan

başqa, heç yerdə kətan paltarlar hazırlanmadığını yazırdı. [26]

Dərbənddə kətan paltarlar tikildiyini XIII əsr müəllifi Yaqut əl-Həməvi

də təsdiq etmişdir. [27] Təbriz haqqında danışan müəllif burada əbalıq

parça, siqlatun (qızılı sapla işlənmiş ipək parça), xətayi (toxunma Çin

parçası), atlas və b. parçalar toxunduğunu,  bütün Şərq və Qərb

ölklərinə ixrac olunduğunu göstərmişdir. [28] XIII əsr İtaliya səyyahı

Marko Polo da Azərbaycan haqqında məulmatlar verərkən burada ipək

və ipək məlumatlarının bolluğundan, toxunan ipək və zərxara

parçalardan, bu parçalara heç yerdə rast gəlmədiyindən, eləcə də

Təbrizin ipək və zərxara parçalarından ağızdolusu danışmışdır. [29]

“Cami ət-təvarix” (“Tarixlər toplusu”) əsərinin müəllifi F.

Rəşidəddin XIV  əsrdə oğlu Şihabəddinə yazdığı məktubunda hər bir

hakimin ona gərəkli olan üç  xəzinəsi (pul, yaraq, geyim-ərzaq)

içərisində geyimin mühüm rol olduğu göstərilirdi. [30]

XIV-XV əsrlərdə Azərbaycan xalqı geyim fondunda ciddi

dəyişiklikər baş vermişdir. Hər şeydən əvvəl geyimlər gündəlik və

mərasim  (toy,  qonaqlıq,  bayram,  yas  və  s.)  geyimləri  kimi  müxtəlif

səciyyə kəsb etmiş, mərasim geyimlərində motivləşmə (bişin, rəng,




Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə