Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə37/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   33   34   35   36   37   38   39   40   ...   134

birinin ağırlığı 45 qrama  çatırdı. Düymələrin üstü  oval və naxışlı

olurdu.


Küləcənin digər bir variantı Azərbaycanın Gənc-Qarabağ,

Lənkəran-Astara, Bakı və b. bölgələrində “baharı” adı ilə məlum olan

geyim tipi olmuşdur. Biçim üsuluna və tikiş texnikasına görə küləcə ilə

eyni olan baharı bəzən yaxa kəsiyinin quruluşuna (düzbucaqlı və oval),

qol kəsiyiniə (adətən yarımqol olurdu)  və  ətək biçiminə görə (ətək

küləcədən qısa, arxalıqdan isə uzun olurdu) fərqlənirdi. Astarlı və sırıqlı

olan baharı  bahalı parçalardan (məxmər, atlas, darayı) hazırlanır,

yaxası boyvəboy açıq biçilir, ətək yanları, yaxa və qol kəsikləri

küləcədə olduğu kimi bəzədilirdi.

Bütün bu geyimlərlə yanaşı, Azərbaycan qadınları ilin soyuq

vaxtlarında kürdüyə bənzəyən, lakin, xəz qoyulmadan tikilən qolsuz və

sırıqlı-astarlı bir geyim tipindən də istifadə edirdilər ki, buna Qərb

bölgəsində içlik (işdik, zıvın), Şəki-Zaqatala bölgəsində- “döşlük”,

Quba-Xaçmaz bölgəsində “candonu”,  Lənkəran-Astara və Naxçıvan

bölgələrində “cilitka”, “bədənçə”, “qolsuz”, eləcə də “pambıqlı”,

“sırıqlı” və “canlıq” və s. deyirdilər. Astarına pambıq və ya yun döşənib

sırınmaqla hazırlanan bu geyim növü köynəyin üstündən, çəpkən,

arxalıq, küləcə, baharı və s. isə altından geyilirdi.

Qışı sərt keçən etnoqrafik bölgələrdə qadınlar bellərini isti yun

və dəvəyunu şal vasitəsilə sarıyırdılar. Keçən əsrdə bəzi bölgələrdə

(Zaqatala), yaşlı qadınlar bellərini qurşaqla da bağlayırdılar. Lənkəran-

Astara bölgəsində hələ indiyədək yay  ayalarında qadınlar  bellərini

üçkünc qatlanmış yaylıqla bağlayırdlar. Yaylıq kəmər yerində

düyünlənir, onun üçkünc qatlanmış tərəfi də arxada qalırdı.

XX yüzilliyin 20-30-cu illərindən başlayaraq ənənəvi qadın

geyim kompleksi əsaslı dəyişikliyə məruz qalmış, fabrik istehsalı olan

yerli, rus və avropa libaslarının (qofta, kostyum, palto, plaş və s.) xalq

məişətinə sürətlə  daxil olması hesabını geyim fondu büsbütün

yenilənmişdir. Əhalinin mədəni həyat səviyyəsinin yüksəlməsi, yeni

geyim tiplərinə maraq  milli geyimlərin məişətimizdə mühafizə

olunmasına imkan verməmişdir. Bununla belə, xalq arasında yayılmış

geniş inama görə, vəfat etmiş ailə üzvlərinin paltarlarını (onlar “barata

və ya “sovxa” adlanırdı”)  yuyucuya (mürdəşirə) verilməklə, ya da



evdən kənar bir yerdə torpağa basdırılmaqla yad (bəd) ruhları

kənarlaşdırmaq mümkün idi. Zənnimizcə, milli geyimlərimizin

məişətdə mühafizə olunmamasına başlıca səbəb  elə bu zərərəli inam və

adət olmuşdur. Vaxtilə Azərbaycanın qadın geyim kompleksinin üzvi

tərkib hissəsi olmuş geyimlərlə indi biz muzey salonlarında, milli

rəqslərimizi ifa edən rəqqasələrin əyinlərində, bayram və el

şənliklərində rastlaşırıq.

 Baş geyimləri. XIX-XX yüzilliyin əvvəllərində istifadə edilən

Azərbaycan baş qadın

geyimləri öz mühafizəkarlığı

ilə digər geyim tiplərindən daha

çox seçilir. Keçən əsrlərdə

Azərbaycan qadınlarının sosial-

iqtisadi vəziyyətini əks etdirən

xeyli baş geyim tipi mövcud

olmuşdur.  Şərq aləmində

qadınların nəinki  yanında,

hətta evdə belə başıaçıq

gəzməyi qəbahət hesab

olunduğundan, baş geyim tiplərinin çoxluğu və müxtəlifliyi də görünür,

bu mülahizlərdən irəli gəlmişdir.

 Qadın baş geyimləri qeymə (qoyma) və bağlama ( örtmə)

olmaqla iki qrupa bölünürdü. Birinci qrup baş geyimlərinə təsək

(çəpçik), çutqu, araqçın, dingə, ikinci qrup baş geyimlərinə isə müxtəlif

ölçülü və adlı ləçəklər, çalmalar, kəlağıyalar, şallar, örpəklər, eləcə də

niqab, rübənd, çutquqabağı, çadar, çarşab, duvaq və s. aid idi.

Təsək (çəpçik) tipli qadın baş geyimləri XIX-XX yüzilliyin

əvvəllərində Azəbaycanın Gəncəbasar, Şirvan, Qarabağ, Şəki-Zaqatala

və Qərb bölgələri üçün daha xarakterik

olmuşdur. Qərb bölgəsində qadın təsəklərinin

biçim üsuluna, formasına, başa geyilmə tərzinə

və parça materialına görə fərqlənən üçü növü

(saya, qaysava və inci təsəkələr) qeydə

alınımışdır.

Saya  təsək  ağa  və  ya  rəngli  pambıq



parçadan kəsmə biçim üsulu ilə hazırlanırdı. İki yan (qulaqcıq) və

kəlləlikdən ibarət olan təsək tər üzünə tikildikdən sonra çevrilir və

tikişlər içəridə qalırdı. Təsəyi başa elə geyirdilər ki, o, həm boyun ardını,

həm də qulaqların üstünü örtür,  xüsusi əndazə üsulu ilə düzəldilmiş

burma və birçəkləri  möhkəm saxlayırdı. Başda möhkəm durması üçün

təsəyin sağ qulaqcığına ucu ilgəkli qaytan (qatma) tikilir, çənənin

altından keçirilərək sol qulaqcığa bəd edilmiş düyməyə bağlanırdı.

Başın əmgək hissəsində dayanan təsəyin “alınlığı” na müstəlif rəngli

saplarla bəzək də vurulurdu. Saya təsəyin daha mükəmməl forması

“inci” və “qaysava” adlanan üstü bəzəkli təsəklər (araqçın) idi. [79]

“İnci təsək”, bir qayda olaraq, yekrəng ipək parçadan tikilir, yan

dairəsinə və mərkəzinə “buta”, “sarma”, “güləbətin”, “ulduz”,

“əşrəfi”və s. bəzəklər tikilirdi. “İncə təsəy”in alın dövrəsinə üstü baftalı

bəzəklərlə örtülmüş  “qəfəsə” adlanan qabaqlar tutulurdu.

 “Qaysava”  təsəyin  də  üstü  müxtəlif

naxışlarla “işlənilirdi”. Bir qayda olaraq, qırmızı

və ya yaşıl məxmərdən tikilən “qaysava” təsəyin

yanları ensiz, tərki isə yastı olurdu. “Qaysava”

təsəyə gənclərin, xüsusilə də gəlin köçən qızların

geyim dəstində tez-tez təsadüf etmək olardı. Buna

görə də belə təsəyin qız üçün gələn nişan boğçası

içərisində olması vacib şərt sayılırdı.   “Qaysava”

təsək müxtəlif asma və tikmə bəzəklərlə zəngin

olurdu. Adətən, dingəyə bağlanan üzəri gümüş,

bəzən də üzəri pullu bəzək bu təsəyin qabağına bənd edilirdi. Hərəkət

və rəqs zamanı bu bəzəklər, həmçinin sağ hörüyün uclarına bənd edilən

qumroylar (zınqırov) xoşanəhg cingiltili səslər yaradırdı. [80] Şəki-

Zaqatala bölgəsində saya təsəyin bir variantı “düyməçə” adlanan baş

geyimi olmuşdur. Lakin saya təsəkdən fərqli olaraq, onun arxa hissəsi

əlvan naxışlarla bəzədilir, boğazın altında keçirilən ucu qozalı gümüş

zəncir  əks tərəfdə gümüş pul-düyməyə bağlanırdı. Zəncirin də üzərinə

gümüş pullar düzmək dəb idi. “Düyməçə” tipli qadın baş geyimləri

Dağıstan və İran da geniş yayılmışdır. [81]

Şirvan təskləri “araqçın” saya və ya nadir hallarda güllü

parçalardan, “baş platar” təsəkləri isə bahalı  şax parçalardan, xüsusilə



Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə