Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə36/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   32   33   34   35   36   37   38   39   ...   134

Gəncəbasar və Qəbələ bölgəsində dəbdə olan zıvınıdan azacıq uzun

biçilən lavadanın  qolları dirsəyə qədər düz biçimli və atmaqol olmaqla

iki variantına təsadüf olunurdu. Tikiş texnikasına görə zıvınıdan

fərqlənən lavadanın qoltuq yerləri biçilir, atma qolları, ətəyi,

qulaqcıqlarının (yan kəsiklərinin) üstü qaytan, zəncirə və baftan ilə

işlənir, yaxa kəsiyi və  ətəklərinin qıraqlarına  başqa rəngli parçadan

köbə tutulurdu. Lavada bədənə kip  otursun deyə, onun qabağı 3-4

cərgə  çarpaz qarmaqla (çarışqa, car-car) keçirlmiş rəngli qaytanla

bağlanırdı. Lavadanın yaxasına gümüşdən qoza düymələr düzülər, atma

qolların kənarlarına zınqırov çəkilli asmlar bəndləyərdilər. Lavada,

adətən, məxmərdən, taftadan, qanovuzdan və b. bahalı parçalardan

tikilirdi.



Çərkəzi- biçim üsuluna görə lavadanda fərqlənirdi. Ətək, gövdə

və qollardan ibarət biçilən çərkəzinin ətəyi 7-8 sm enində büzülərək

gövdəyə tikilirdi. Çərkəzinin ətəyi o qədər də uzun olmayıb, qurşaq

yerindən 10 sm aşağıya qədər enlənirdi. Bu geyimin arxa kəsiyi hər iki

çiyindən başlayarq gövdənin qurtaracağına  8-12 sm qalan qədər

trapesiya formalı biçilir, yaxalığın aşağı hissəsi isə ortadan açıq

saxlanılırdı. Buraya 4-5 cərgə ilgək-düymə tikilirdi. Çərkəzi

düymələnən zaman gövdənin aşağı hissəsi düymələr vasitəsilə bədənə

kipləşdiyindən, qurşağa ehtiyac qalmırdı. Çərkəzin qolları dekorativ-

bəzək xarakteri daşıyırdı. Adətən, dirsəyə qədər düzdəmə biçilən qollar

burada qoyulan çapığın köməyi ilə getdikcə enlənirdi. Varlı qadınlar

bəzən çərkəzinin qollarının ağzına və yaxa kəsiyinin ətrafına tamam

ayrı rəng parçadan lentvari qırçın da qoyurdular. İqtisadi imkanlardan

asılı olaraq çərkəzi bahalı ipəək parçlardan (atlas, məxmər, tafta, darayı)

və ucuz pambıq parçalardan (çit, sətin, qədək, şilə) tikilirdi.

Mövsümi səciyyəli qadın geyimlərindən bir tipini də kürdü

(eşmək) təşkil edirdi. Adətən, onu məxmər, ayulduz, bafta, tirmə və b.

parçalardan tikir, bəzən də yaxşı aşılanmış dəridən, xəzi içəriyə olmaqla

hazırlayırdılar. Bu zaman kürdü astarlı tikilırdi. Azərbaycanda tünd sarı

rəngli dəridən hazırlanmış və üzəri eyni rəng ipək sapla naxışlanmış

Xorasan kürdüsünə böyük üstünlük verilirdi. [73] Parçadan hazırlanan

kürdülər isə yerli bazarlarda satılalma üsulu ilə   əldə edilirdi. Adətən,

qolsuz və yarımqol  tikilən kürdünün (eşməyin) ətəyinə, peş (çapıq)



yerinə, yaxa və qol kəsiklərinin ətrafına xəz qoyulurdu. Kürdü yarımqol

tikildikdə eşmək adlanırdı. Bəzən kürdünü sırıqlı formasında da

tikirdilər.  Onun  üçün  parçanın  üstünə  yun  döşənir,  astar  tikili  və

ətraflara xız qoyularaq sırınırdı. Xəzin ətrafı isə baftaya tutulurdu.

Qarabağ kürdüsü bədəbə kip yapışır, qolsuz tikilir, xəz və baftadan

başqa heç bir bəzəyi olmurdu. Gəncədə isə dəridən hazırlanan kürdünü

qollarına və kar tikişlərinə  əlavə xəz qoyulmurdu. Dirsəyə qədər qolu

olan kürdü (eşmək) yaxası açıq olur, qoltuqaltına çapıq (peş  əlavə

edilirdi).

    Muğan bölgəsində kürdünün bu növü calıq (yəl) adlanırdı.

“Gövdəsi iki hissədən biçilən yəlin (canlığın) qabaq və arxa tərəfləri

bütöv olub, ətəyi qurşağa qədər uzanırdı. Onun yaxa kəsiyi ətəyə qədər

davam edərək təxminən 2-3 düymə (bu bəzən gümüşdən kəsilmiş

“qoza” olardı ) ilə düymələnirdi. Qırmızı və yaşıl məxmərdən, pambıq

parçlardan biçilib-tikilən yəlin qol yerinə, yaxası və  ətəyinə xəz

qoyulurdu”. [74]

  Kürdü  (eşmək)  və katıvı (və ya katibi) tipli qadın üst

geyimləri çox böyük oxşarlıq təşkil edirdi. Etnoqrafik ədəbiyyatda, bir

qayda olaraq, onları eyni geyim tipi kimi  təqdim edirlər. Lakin bununla

belə Borçalı bölgəsinin katıvı tipli qadın geyimləri Azərbaycanın digər

bölgələrində mövcud olan və kürdüyə bənzəyən katıvılardan kəskin

fərqlənir. Borçalının Kəpənəkçi və Qaracalar kəndlərindən Gürcüstan

Dövlət Muzeyinin fonduna verilmiş katıvılar atmaqol və yarımqol

olmaqla, hər ikisi uzunətəklidir. Maraqlıdır ki, Qaracalar katıvısı

“katubu” kimi verilmiş, yuxarı yaxa kəsiyi istisana olmaqla qol, ətək və

aşağı yaxa kəsiyi xəzlə işlənmişdir. Kəpənəkçi katıvısının isə ancaq

yuxarı kəsiyi xəzə tutulmuşdur. [75] Xatırladaq ki, Azərbaycanın digər

etnoqrafik bölgələrində əhalinin istifadəsində olan katıvı tipli qadın üst

geyimi qolsuz tikilmiş, kürdü kimi ətəyi, qol və yaxa kəsiyi xəzə

tutulmuşdur. Onu əsasən tafta, məxmər, tirmə, bəzən də mahud və

şaldan astarlı tikirdilər. Bu geyim növü Cənubi Qafqazda geniş

yayılmışdır. Biçim üslubu  və tikiş tərzinə görə, azərbaycanlı və erməni

katıvıları [76] bir-birinə bənzəsələr də, gürcü katıvıları onlardan kəskin

surətdə fərqlənirdi. Belə ki, gürcü katıvısının uzunluğu dizə qədər çatır,




eyni uzunluqda olan qollar atma olur, yaxasına dekorativ bəzək

məqsədilə iri düymələr bənd edilirdi. [77]

 Qadın üst geyimləri arasında çəpkənlə tipoloji oxşarlıq  təşkil

edən, ancaq qolunun biçiminə və  ətəyinin uzunluğuna görə ondan

fəqlənən küləcə Azərbaycanın Gəncəbasar, Borçalı, Naxçıvan, Şirvan,

İrəvan və Qərb bölgələrində boğçalıq (bayramlıq) geyim dəstinin

mühüm tərkib hissəsi olmuşdur. Onu varlılar xara, darayı, qanovuz,

atlas, məxmət, tafta və s.-dən, yoxsullar isə ucuz pambıq parçlardan

astarlı tikirdilər. Küləcənin yaxa kəsiyi oval formada biçilir, yaxası

boyvəboy açıq olur və qolları, bir qayda olaraq, düzdəmə tikilərək ensiz

bilərziklə tamamlanırdı. Bəzən bilərziksiz (məcəsiz) tikilən küləcə

qollarının ağzına zərli saplarla “qıyı” tikilirdi. Ətəyinə gəldikdə isə

çərkəzidən fərqli olaraq, ətək xeyli uzun tikilir,  dizə qədər bədəbi

örtürdü. İki qabaq (döş), bir arxa (kürək), iri qol və  ətəkdən ibarət

tikilən küləcə, ayrı-ayrı hissələrin bir-birinə tikilməsi ilə hazırlanır,

qoltuğunun altına kvadrat formalı yarıq qoyulurdu. Küləcə qurşaq

yerində xırda düymə və çarpaz vasitəsilə bağlanırdı. Bel nahiyəsinə

qədər bədəni kip tutan küləcənin uzun ətəyi gövdəyə büzmə edilərək

birləşdirildiyindən, çox vaxt əhali arasında “büzmə” də deyilirdi.

Küləcənin bəzək elementləri olduqca zəngin idi. İmkanlı qadınlar üst

tumanın ətək bəzəkləri ilə küləcənin bəzək elementlərinin həmahəng

olmasına olmasına xüsusi diqqət verirdilər. Küləcənin yaxası, bel

kəsikləri, ətəyi, qolllarının ağzı tikmə sənətinin o dövrü üçün son

nailliyyət hesab olunan gülbətin, muncuqlu pilək, məlilə tikmə, zəncirə,

bafta, sərmə, qaragöz, buta, piləkli doldurma və düzmə, örtmə və s. ilə

işlənirdi. Bəzək elementlərinin sayının çoxluğunu, əlvanlılığını üstündə

baharı xatırladan gül-çiçək təsvirlərinin zənginliyinni nəzərə alaraq

küləcənin “gülücə” sözündən əmələ gəldiyini söyləmək mümükündür.

[78]

 Naxçıvan küləcələri qanovuzdan, tirmədən və məxmərdən



tikilir, yanları və qoltuqaltlarının altı (xişdəkli) saxlanılırdı. Ətək və ya

yaxa nahiyələrini əldə səliqə ilə toxuyun oraya tikirdilər. Bu nahiyələrə

“zəncirə” deyilirdi. Bəzən küləcənin üstündəki güllər badam formasında

olduğu üçün ona “badamı küləcə” deyirdilər. İmknalılar küləcəyə hər

tərəfdə 6 ədəd olmaqla, 12 qızıl düymə qoyurdular ki, bunların da hər



Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə