Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə34/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   30   31   32   33   34   35   36   37   ...   134

   Qırçınlı tumanda isə büzmə və nifəyə ehtiyac olmur, taxtanın

baş tərəflərinin bir-birinin üstünə qoyub “qarsdıqdan sonra” üstünə

köbə tutur və ütüləyirdilər. [60] Qırçınlı tumanı belə saxlamaq üçün

onu, sol yanda köbənin davamı kimi tikilmiş qatma ilə və ya ilgək-

düymə ilə bağlayırdılar. İlgək-düymə ilə bağlanan tuman “ətək”

adlanırdı. Bunun üçün tumanın başına təxminən 8-10 sm uzunluğunda

yarıq qoyulurdu. Formasından asılı olmayaraq, geyilərkən hər iki

tumanın başı üzəri bəzəklərlə zəngin olan üst köynəyin altında qalırdı.

Gəncəbasar bölgəsində bəzən bağlı-qotazlı tumanın ətəyi

yarıdan aşağı qırçınlı formada tikilirdi. Qırçınlı tuman dizə qədər 5-6

taxtadan, dizdən aşağı isə 10-12

taxtadan hazırlanırdı. Taxtaların

qovuşduğu hissəyə tikiş boyu yaşıl,

gör,  qırmızı  və  b.  rəngli  atlas  və

tirmədən zolaq (qıy) qoyulurdu.  [61]

Qadın tumanlarının ətək

hissəsinə 3-5 sm enində, üzəri pullar

və tikmə naxışlarla bəzədilmiş

“balaq” adlanan 62 əlavə parça da

tikilirdi. Şirvanda belə qadın

tumanlarının ətəyi bafta, qaragöz, hərəmi, gümüş və qızıl pul, qiymətli

ipək parçalardan tikilmiş  “qıyqac balaq”  və s. ilə tamamlanırdı.

Dövlətli qadınların xara və məxmərdən tikilmiş tumanlarının ətəyi 2-3



cərgə “bacaqlı” və ya qızıl pulla bəzədilirdi. Çox vaxt “bacaqlı” ilə qızıl

pul arasında “real” və ya “imperial” da düzülürdü. [63]

 Qadın tumanı, bir qayda olaraq, alt tumanı, orta (ara) tumanı,

üst tumanı olmaqla üç çeşid də hazırlanırdı. Bəzən iqlim şəraitindən və

imkanından asılı olaraq 2,5 hətta 8 tumanı üstü-üstə geyinə bilirdilər.

Lənkəran düzənliyi, Şəki-Zaqatalanın bir çox kəndləri və Naxçıvan-

Ordubad bölgəsi istisna olmaqla, qadın tumanı, əsasən topuğa qədər

uzun tikilirdi. Köçmə maldarlıqla məşğul olan Şirvanın elat qadınları

bəzən gen tumanın arxa ətəyini parçanın arasında gətirib öndə nifənin

başına sancmaqla onu süni cürbalaq

tuman edirdilər. Bu isə at minəndə,

yağışlı-yağmurlu havalarda sərbəst

hərəkət üçün əlverişli olurdu.

Qarabağ bölgəsində qış

aylarında  orta (ara ) və üst tumanın

arasına geyilən “yoğan tumanı” geniş

yayılmışdı. Sırınmış yorğanı xatırladan

belə tumanı, bir qayda olaarq, yaşlılar

geynirdilər. Üzlüyü ilə astarı arasına

yun döşənib sırınmış belə “sırıqlı

tuman” lar Naxçıvan bölgəsi  (Şahbuz

rayonu) üçün də xarakterik olmuşdur.

Onu  “şəltə”  adlanan  qısa  alt  tumanın

üstündən geynirdilər.

Azərbaycanda

kapitalist

münasibətlərin intensiv inkişafı ilə

əlaqədar olaraq artıq XIX  əsrin ikinci

yarısından avropa biçimli geyim

elementlərinin xalq məişətinə nüfuzu

qadın geyimləri içərisində “don”

adlanan digər bir geyim növünün meydana gəlməsinə imkan vermişdir.

(Xatırladaq ki, köhnə Bakıda arxalıq və küncə tipli kişi və qadın

geyimini yerli əhali “don” adlandırmışdır. Buarda isə söhbət sırf

“bütövbədənli qadın donu”ndan gedir.) Tumandan fərqli olaraq, bu

bütövbədənli olur, ətək, gövdə və qolardan ibarət biçilib-tikilirdi.




Etnoqrafik məlumatlar Azərbaycanda uzun ətək və qısa ətək qadın

donlarının “gövdəli, “kəmərçin”və “büzməli” olmaqla üç müxtəlif

formasını mövcud olduğunu göstərir. Bir qayda olaraq, belə geyim

növlərini tirmə, şəmsi-qəmər, zırrı, şal, “hacı, mənə bax”, “gendə dur”,

məxmər və b. adlarla məlum olan parçalardan hazırlayır, ətəklərinə

sərmə, güləbətin, yaxasında isə hər tərəfdən 8-10 ədəd olmaqla “şəms”

adlanan qızıl kəsmələr düzürdülər. [64]

Qeyd etmək lazımdır ki, Azərbaycanlıların qadın geyimləri həm

də gündəlik bə boğçalıq (bayramlıq) geyimlər olmaqla da iki dəstə

hazırlanmışdır. Adətən,  boğçalıq (bayramlıq) geyimlər hər bir qadının

“baş libası” hesab olunar, ilk dəfə toyunda geyilər, sonralar isə

əlamətdar günlərdə, bayramlarda, el şənliklərində istifadə olunardı.

Bundan fərqli olaraq, gündəlik geyimlər, ailə-məişət tərzindən,

təsərrüfat məşğuliyyəti istimaqətindən  və iqlim şəraitindən və s.

amillərin fəal təsirindən asılı olaraq dəstlənirdi.

İstər gündəlik, istərsə də

boğçalıq (bayramlıq)  geyim

dəstinin tərkib hissəsi kimi



“döşlük” və “önlük”, [65], bir

növ, geyim dəstini tamamlayırdı.

Döşlük, adından məlum olduğu

kimi döşdən başlayaraq dizdən

aşağıya qədər qadın libasının ön

hissəsini tuturdu.  Onu bəzən

boyvəboy bütöv taxtalardan, bəzən də döş və  ətək hissələrdən ibarət

biçib-tikirdilər. Onun yuxarı  ətək yanlarına bağlanan qatmalar çanaq

sümüyünün üstündə (beldə) düyünlənir, döş hissəsinin uclarına bənd

edilən “aşırma” və ya “üzəngi” isə boyuna keçirilirdi. Bəzən döş

qatması iki müstəqil hissədən ibarət olub, boyunun arxasında



düyünlənir, bəzən isə həm döş, həm də bel ipləri ilgək-düymə vasitəsilə

bəndlənirdi.

Döşlükdən fərqli olaraq, ölnüyün döş hissəsi olmur, hər iki

yuxarı  ətək yanlarına tikilmiş yuxarılarına tikilmiş qatmalar vasitəsilə

bağlanırdı. Gündəlik libaslar üstündən döşlük və önlük ucuz

parçalardan tikilir, əməli əhəmiyyət kəsb etməklə, məişət işləri ilə

məşğul olarkən paltarın çirklənməsinin qarşısını alırdı.

Toy və bayram libaslarının tərkib hissəsi olan döşlük və önlüklər

isə, bahalı parçalardan (qanavoz, xara, alışı, xaçqırmızı) tikilir, ətək

yanlarına başqa rəng parçadan qırçınlı köbə qoyulurdu. İmkanlılar

qırçınlarının üstünə qızıl-gümüş qozalar və düymələr  düzürdülər.

 Xatırladaq ki, döşlük təkcə qadınlardan deyil, həm də müxtəlif

peşəyönümlü sənətkarların (dülgər, xarrat, bənna, pinəçi, başmaqçı,

dabbağ, sərrac, şatırçı və s.) gündəlik geyimi olmuşdur. Sənətkar

döşlüyü bəzən dəridən hazırlanırdı.

  

Azərbaycanın qərb bölgəsi   və  Gəncəbasar  hüdudlarında



mövsümi səciyyəli, çiyinə geyilən qadın geyimi-zıvın (zıbın) və ya

zıvını geniş yayılmışdı. Onu isti qış platarı kimi köynəyin üstündən

geyirdilər. Uzunluğu tumanın nifə yerinə qədər olan zıvının yan

tərəflərində çapıq (peş) olur, qolları dirsəyə qədər çatır, xişdək əvəzinə

qoltuğunun altına kəsik-qoltuqaltı qoyulurdu. Mövsümi səciyyəli üst

geyimlərinin (arxalıq, lavada, çərkəzi və s.) altından geyildiyindən, onu

ucuz parçalardan tikir, heç bir bəzək növü əlavə etmirdilər. [66]

Zıvının çapığı  ətəkdən 8-10 sm kənara çıxır və “qulaqcıq”

adlanırdı. Adətən, qulaqcığın hər iki tərəfi qabaq ətəyinə, digəri isə arxa

ətəyə, yuxarı isə qoltuqaltına tikilirdi.



Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə