Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə44/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   40   41   42   43   44   45   46   47   ...   134

Arxalığı sıx sırıq,

Büzməsi beldən buruq.

Kim sevdi, kim apardı,

Kim qalıd boynu buruq. [104]

 Arxalığın üstündən, bir qayda olaraq, mötəbər şəxslər, rühani,

tacir və baqqallar qurşaq dolayır, kasıblar qayış-kəmər, varlılar isə qızıl

kəmər, gümüş təkbənd bağlayırdılar.

    


Kişi qurşaqları  və  yerhanasında  zərif  quzu  yunu  ipindən

toxunur, ya da parçadan tikilirdi. Ortayaşlı kişi qurşağının eni təxminən

2-3 qarış, uznuluğu isə 3-4 arşın olurdu. Müxtəlif əhali təbəqələrinin

bağladıqları qurşağın rənginə görə ayırmaq mümkün idi. Belə ki,

varlılar Kirman şalından hazırlanmış ağ qurşaq, din xadimləri yaşıl,

yoxsul və ortabab əhali təbəqəsi isə qonur, qəhvəyi və qara rənli qurşaq

bağlayırdılar.

       Qadın  kəmərlərindən fərqli olaraq,  kişi kəmər və qayış və

təkbəndləri  əməli əhəmiyyət daşıyırdı.  Bir qayda olaraq, kəmərdən

xəncər  asılır,    içərisinə  tütün,  çaxmaq,  çaxmaq-qov  və  s.  qoyulan  dəri

və parçadan tikilən kiçik torbalar bənd edilirdi. Tacir-tüccar əhlinin

kəmərləri isə xüsusi əndazə ilə düzəldilib üzlə astar hissəsininn arası

boş saxlanılrdı. Oraya qızıl sikkələr doldurulurdu ki, bu da qarətçilik

mülahizələrini aradan qaldırmaq üçün düşünülmüşdü. Çünki keçmişdə

tez-tez karvan və dəvə nəqliyyatı qarətçi hücumlara məruz qalırdı.

    


Kişi  geyim dəsti  içərisində  üst  geyim  növü  kimi  çauxa

müühüm yer tuturdu. Azərbaycan ərazisində çuxanın qədim növü

olmasını “Kitabi-Dədə Qorqud” dastanı təsdiq edir. Nabranda çuxanın

“adi” və “doqquzlama çuxa” olmaqla iki forması haqqında məlumat

verilir. [105]

    Biçim üsuluna görə, Ümumqafqaz səciyyəli olan çuxalar bir-

birindən yalnız müəyyən lokal xüsusiyyətlərinə və adlarına görə

fərqlənirdi. Cənubi Qafqazda geniş yayılaraq qurşağa qədər

düymələnən erməni [106] və gürcü çuxalarından  (çoxaxaloxi) [107]

fərqli olaraq, Azərbaycan çuxlarının yaxası düymələnmir (və ya




müstəsna hallarda bir çarpaz və ilgək-düymə ilə düymələnir üstündən

qurşaq vurulmurdu. [108]

  

XIX-XX  yüzilliyin  əvvəllərində  azərbaycanlıların  istifadə



etdiyi çuxalar ətəyinin formasına görə “büzməli” (kəmərçin), “çinli”

(kahli), “büzməli- çinli”; qol yerinin formasna görə isə “qoltuqaltı və

“qoltuqsuz” (“atmaqol”) olmaqla müxtəlif variantlarda mövcud

olmuşdur. Bundan başqa, Naxçıvan və Qarabağ bölgəsi üçün xarakterik

olan oyma yaxalı çuxalar, eləcə də döş hissəsinə vəznə qoyulan və ətəyi

qısa “vəznəli çuxa” (“çərkəzi çuxa”) da xalqın geyim dəstində mühüm

yer tutmuşdur. Maraqlıdır ki, Naxçıvan bölgəsində, xüsusilə Ordubad

da oymayaxalı kişi çuxası “küləcə” və ya “katibi” adlanmışdır. [109]

    Adlarındakı fərqin müxtəlifliyinə baxmayaraq, çuxalar, adətən,

bədən (gövdə), ətək və qollardan ibarət olmaqla biçilib–tikilir, uzunluğu

dizdən aşağı olurdu. Şirvanda geniş yayılmış “düzdəmə çuxa” dan fərqli

olaraq, Gəncəbasar və Qərb bölgəsi əhalisinin büzməli çuxasının qabaq

hissəsi boyvəboy deyil, bədən və  ətəkdən ibarət biçilirdiı. Büzməli

çuxanın ətəyi bədənə birləşən yerdə büzülərək bel yerinə tiklirdi.

     Çinli çuxanın ətəyi, adından göründüyü kimi, çinli düzəldilirdi.

Buna görə də çuxanın ətəyi yuxarıdan aşağıya doğru getdikcə enlənirdi.

Çuxanın tikilmə tərzindən asılı olaraq, çinlərin sayı da müxtəlif olurdu.

Adətən, 6,8 və 9 çinli çuxalar daha çox sifariş verilirdi.

    

Həm  büzəmli,  həm  də  çinli tikilən  çuxalar  arxa  tərəfdən



büzməli, iki yan tərəfdən isə çinli olurdu.

 Varlıların gündəlik geyimi olan “vəznəli çuxa”nın döş hissəsinin

hər iki tərəfinə vəznələr tikilirdi. Əvvəllər  əməli əhəmiyyət kəsb edən

vəznələr (ondan patrondaş kimi istifadə olunurdu) sonralar dekorativ-

bəzək səciyyəsi daşımışdır.

 Çuxalar, həmçninin qollarının quruluşu və onun gövdəyə

birləşmə tərzinə görə də bir-birindən fərqlənirdi. Adətən, qollar bütöv

çəkildə biçilirdi. Bu zaman çuxanın qolları biləyə doğru getdikcə daralır,

ya da enlənirdi. Qollar bəzən qoltuğun altından başlayaraq biləyə qədər

açıq saxlanılırdı ki,  buda dekorativ-bəzək məqsədilə edilirdi. Belə çuxa

“atmaqol çuxa” adlanıb, qol kəsiyinin ucları oval və ya düz kəsilmiş

qolçaqlarla tamamlanırdı. Soyuq vaxtlarda ataqol çuxanın qolları




buarda qoyulan ilgəklərə çalkeçir qaytan keçirməklə biləyə qədər

bağlayırdılar.

  Çuxa yun şaldan, mahuddan, qəsdrdan, tirmədən və b. başqa

parça növlərindən tikilir, adətən gövdə və qollarına, bəzən də hər yerinə

yumşaq ipək və pambıq parçadan astar qoyulurdu. Əhali çuxanı yaş

səviyyəsinə görə. Açıq və tünd parçalardan tikdirirdi. Bir qayda olaraq

cavanların çuxası qısa ətəkli, açıq rəngli, yaşlılarınki isə tünd rəngli

parçalardan hazırlanırdı. Çuxanın qol astarı xoş görünmək üçün

gözoxşayan parçalardan qoyulurdu. Onun qol kəsikləri, yaxası, ətəyi

güləbətinlə bəzədilir, müxtəlif qızıl bafta və sərməyə tutular, başqa

parçalardan köbə ilə haşiyələnərdi. Şirvan bölgəsi üçün xarakterik olan

digər bir el adətincə isə toy çuxası arxalığın rəngi ilə uzlaşdırılırdı.

Adətən, arxalıq açıq rəngli olduqda, çuxa tünd parçadan və ya əksinə

tikilərdi. Ağ çuxa- ağ günün, xoş güzəranın, qara çuxa isə iqbalın,

bəxtin yatması, qara günün başlanması, güşəşinlik kimi mənalandırılırdı.

Çuxanın növünə, tikildiyi parçanın dəyərinə görə  şəxsin sosial

mənsubiyyətini və iqtidarını müəyyən etmək mümkün olurdu.

   Mövsümi səciyyəli kişi geyimləri arasında bir neçə aşılı qoyun

dərsindən tikilən kürk də  əhəmiyyətili yer tuturdu. Azərbaycanda

kürkün müxtəlif biçim üsulu ilə hazırlanan “kaval kürk” (buna bəzi

etnoqrafik bölgələrdə “sallama kürk” və ya “üzlü kürk” də deyirdilər)

və geyinmə kürk (“çoban kürkü”) kimi iki növü geniş yayılmışdı.

Əsasən maldar elatların geyim növü olan geyinmə kürk 4-5 qaba

aşılanmış qoyun dərisindən kustar üsulla hazırlanır, tikişləri kobud olur,

üzərində heç bir bəzək-naxış elementi olmurdu. Çox zaman belə kürklər

əhalinin özü tərəfindən biçilib-tikilirdi.

 Kaval kürk isə yeksək keyfiyyətlə zərif aşılanmış 9-10 qoyun

dərisindən yunu içəri olmaqla biçilib-tikilir, dekorativ bəzək səciyyəsi

daşıyan qolları və  ətəyi topuğa qədər uzun olurdu. Qolları bütöv

(aldadıcı, yalançı) olduğundan, onu çiyinə salmaqla geyirdilər. Kaval

(sallam) kürk varlı zümrələrin və  şəhər əhalisinin geyim dəstinə daxil

idi. Belə kürklərdən zəvvar və çarvadarlar səfər zamanı yatacaq kimi də

istifadə edirdilər. Bu geyim növünün varlı zümrələrə aid olması

Naxçıvan bölgəsində geniş yayılmış “kürküm var, mülküm var!” –

deyimi də təsdiq edir. Xalq arasında kaval (sallama)  kür daha çox



Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə