Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə27/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   23   24   25   26   27   28   29   30   ...   134

    Yoxsul kəndlilərin əksəriyyəti taxıl və unu adətən kəndi və

saqanlarda saxlayırdılar. Azərbaycanda çubuqhörmə və gildən

düzəldilən kəndilərdən istifadə olunurudu. Kəndi ikigözlü düzəldilir,

birinə un, digərinə isə taxıl yığılırdı. Meşəətrafı kəndlərdə isə çox

zaman kəndi əvəzinə iri ağac yeşik-saqan işlədilirdi.



  Quraqlıq və ya yağmurluq əsasən kənd təsərrüfatı alətlərinin

(araba, xış, vəl, boyunduruq, mala, car-car, mərküz (kərdi), çərəngüş,

şana, bel,balta, yəhər-qoşqu dəsti və s.) saxlanılması üçün tikilirdi.

Düzbucaqlı planda olan quraqlığından örtüyü çatma və yastıdamlı

olurdu. Bəzən ətrafı qarğı və qamışla hörülmüş quraqlıqdan xalxal və

kərəskə, Şirvanda isə kümxana kimi də istifadə olunurdu. Yastıdamlı

tikilən quraqlığın üstünə ot tayası yığılırdı.

   Məişət bölməsində inşa edilən digər bir təsərrüfat tikintisi olan



buzxana adətən torpaqdan qazılırdı. Bunun üçün 4mx3mx1,5 m ölçüdə

sahənin torpağı çıxarılır, burada dam çardağı qurulub üstü torpaqlanırdı.

Naxçıvan bölgəsində isə adətən kəhrizlərin içərisində xüsusi səriştə ilə

düzəldilmiş yerlərdən buzxana (qırxayaq) kimi istifadə edirdilər.

Burada evlərin zirzəmisi (xərpiştə) də təsərrüfat tikilisi rolunu oynayır,

xüsusi divar açırımları ilə təhciz olunurdu.

   

XIX-XX  əsrin  əvvəllərində  Azərbaycanda  təsərrüfat



tikililərinin böyük bir hissəsi maldarlıq təsərrüfatı sahəsi ilə  əlaqədar

yaranmışdı. Burada qaramal, at və dəvə üçün nəzərdə tutulan pəyə,



tövlə, baharbənd, sığırxana, basdaray, ağzıbir, at xalaxalı,

karvansara, qoyun-quzu üçün nəzərdə tutulan kaya, yataq, vana,

kərəskə, küz, poru, paçal, ağıl, banıstan və s. kimi təsərrüfat tikililəri

mövcud idi. İqtisadi cəhətdən imkansız ailələr bəzən bütün heyvanları

bir yerə - pəyəyə salır, onun içərisində ağac və ya çubuq arakəsmələr

vasitəsilə xüsusi bölmələr (danalıq, buzovluq, quzuluq, bordaq yeri və

s.) ayrırdılar.

   Azərbaycanda qoşqu və yük heyvanları üçün tövlə tikilirdi.

Tövləni tikmək üçün həyətin bir tərəfində düzbucaqlı formada

təxminən 1-1,5 m dərinliyində kalafa qazır, onun ortasına “T” şəkilli

“aşıq dirəyi” basdırırdılar. “Aşıq dirəyi”nin üstünə atılan qoşa tirlərin

ucları harma diklərin üstündə yerləşdirilmiş kərənlərin üzərinə düşürdü.

Sonra kalafanın qırağı boyunca (əgər kalafanın içərisində daş divar



hörülübsə, daş divarın), üstünə harma (keşəbənd) döşəyib tövlənin

üstündə çəpəki şəkildə, bir ucu harmanın, birr ucu isə aşıq dirəyinin

üstündən keçən qoşa tirlərin üzərinə düşməklə, pərdilər düzür, onun da

üstünü avarla basdıraraq torpaq qatı əlavə edib möhkəm tapdalayardılar.

Tövlənin dam örtüyünün bütün ağırlığı “aşıq dirəyi”nin üstünə

düşdüyündən, o, adətən ağır və davamı ağac növlərindən (palıd, saqız,

qara ardıc və s.) yonulub dördkünc formada düzədilirdi. Tikilinin qapısı

dabanlı olmaqla, adətən palıd ağacından yonulur, geydirmə üsulu ilə

hissələr bir-birinə bərkidilirdi. Maili olaraq tövlənin içərisinə enən giriş

yolunun qarşısında dörd dirək üzərində çardaq tikilirdi. Tövlədə

heyvanların yemlənməsi üçün axur da tikilirdi.

 Maldarlıq məşğul olan hər bir ailənin mərəyə (samanlığa)

böyük ehtiyacı var idi. Mal-qara üçün tədarük olunmuş yeri saxlamaq

məqsədi ilə tikilən mərək, adətən, qışlaqlarda, bəzən də xırman

yaxınlığında olurdu.

  Sadə konstruksiyaya malik mərəklər kərpicdən, qarğı və ya

çubuqdan tikilərək yastıdamlı olurdu. Bəzən qazma dam formasında

tikilən mərəklərə də təsadüf olunurdu. Onlar torpağın içərisində

(yeraltı) tikilir, saman qoyub-götürmək üçün bir giriş yolu olurdu.

  Təsərrüfat tikililərinin digər bir qismini də ev peşəsi və kustar

sənətkarlıqla meydana gələn istehsal binaları təşkil edirdi. Bu qrupa

daxil olan təsərrüfat tikililərinin böyük əksəriyyəti kəndin içərisində və

ya həyət daxilində, bəziləri isə (dabbağxana, dəyirman) su mənbələri

üzərində tikilirdi.

   Azərbaycan xalqının gündəlik məişətində ağacdan hazırlanmış

ev avadanlıqları və təsərrüfat alətləri daha çox işləndiyindən dağlıq,

dağəyəti və meşəətrafı kəndlərin əksəriyyətində bu kustar sənət növləri

ilə məşğul olan ustalar fəaliyyət göstərirdilər. Onların bəzən həyət

daxilində (əgər yaşayış evi ikimərtəbəli idisə, alt mərtəbədə, ayrıca bir

otaqda), bəzən də kəndin ortasında xüsusi emalatxanları olurdu.

Ağacişləmə sənətinin mahir biliciləri olan bu ustalar ayrı-ayrı məişət

avadanlıqları hazırlamaq sahəsində ixtisaslaşmışdılar. Belə ki, onlardan

bir qismi arabaçılıq və təkərçilik üzrə, bir qismi ev avadanlıqları

hazırlamaq üzrə, bir qismi də kənd təsərrüfatı alətləri hazırlamaq üzrə

sifarişlər qəbul edirdilər. Bəzən bu avadanlıqlar həftəbazarlarına



çıxarılır, taxıla və b. ərzaq məhsullarına mübadilə edilir və ya nağd pula

satılırdı.

  Digər bir istehsal binası olan dəmirçixana adətən ikimərtəbəli

yaşayış binasının alt qatında, iri kəndlərdə ayrıca binada, şəhərlərdə isə

ticarət cərgələrində yerləşirdi. Onun ön tərəfində geniş qapı və

pəncərəsi olur, hazır məhsullar burada etdirilirdi. Dəmirçi məlumatları

(kotan ucluğu-gavajın, oraq, balta, bel, kərənti ağızlığı, mərküz,

sacayaq, sac və s.) emalatxananın özündə satılır, sifarişlər də burada

qəbul edilirdi. Əhalinin dəmirçilik məlumatlarına olan tələbatını qismən

də olsa ödəyən belə dəmirçixanalara, demək olar ki, hər bir kənddə

təsadüf etmək mümkün idi.

   XIX-XX əsrin əvvəllərində Azərbaycanın şəhər və şəhərətrafı

kəndlərində misgərçilik, papaqçılıq, başmaqçılıq, dəriçilik, keçəçilik,

toxuculuq, sərraclıq, dulusçuluq, dəmirçilik, kürkçülük və s. kimi kustar

sənət sahələri mövcud olduğundan, onların faəliyyət göstərməsi üçün

zəruri olan emalatxana tipli təsərrüfat tikililərinə böyük ehtiyac

olmuşdur. Dabbaq emalatxanaları və dəyirmanları daha çox suya

ehtoyacı olduğundan, onlar kənddən xeyli aralı, su mənbələri üzərində

tikilirdi. Dabbaq emalatxanasının kənddən aralı tikilməsinin bir səbəbi

də emal edilən dərinin islananda kəsif iyi verməsi idi.

Azərbaycanın baramaçılqla məşğul olan kəndlərində ipəkqurdu

bəsləmək üçün xüsusi təsərrüfat tikilisi dəyə- (kümxana) tikirdilər.

Kümxana, bir qayda olaraq, “toxmacar” və ya “gərrik” adlanan tut

bağının içərisində inşa olunurdu. Kümxananın içərisində 3-4 qatda

tərəcə düzəldilir, burada baramaqurdu bəsləyirdilər.

Xalqın istifadəsində olan fərdi təsərrüfat tikililərinin inşaat

texnikası yaşayış evlərinə nisbətən öz primitivliyi ilə seçilirdi. Əhali bu

tikililəri inşa edərkən, tikiniti materialı kimi, çay və qaya daşndan,

həmçinin ucuz başa gələn yerli tikinti materiallarından: qarğı, qamış

çubuq, möhrə, ayıbalası kərpic, ağac  və s. istifadə edirdi. Son zamanlar

xalq məişətində baş verən əsaslı dəyişikliklər nəticəsində yuxarıda qeyd

etdiyimiz təsərrüfat tikililərinin bir qismi aradan çıxmış, bir qismi  də

hələ də öz məişəti əhəmiyyətini saxlamaqdadır.

    


Yaşayış  məskənləri  və  evlərin  etnoqrafik  baxımdan

tədqiqindən tam aydın olur ki, maddi mədəniyyətin bu sahəsi əsrlər




Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə