şəxsi mülkiyyəti –“cehz”, “mehr”, “dizdayağı” ayrılırdı. Sonra isə
valideynlər baba ilə nənə, ata iə ana üçün “xeyratlıq” (Gəncə bölgəsində
“adnalıq” adlanırdı. Bu pay valideyn vəfat edərkən onların dəf və yas
mərasim iüçün nəzərdə tutulurdu), subay qardaşın toy xərci üçün
“ərgənlik”, və yaxud “subaylıq” , subay bacı üçün “cehizlik” (bəzi
bölglərdə bu paya “isə ” deyilir) ayrılırdı. Bundan sonra ailənin yerdə
qalan mülkiyyəti yerdə qalan aiələr arsında bölüşdürülürdü. Bu zaman
islam hüququna bə şəriət qayadlarına uyğun olaraq qardaşlar bərabər
pay alırdılar, qızlara qardaşın payının yarısı, anaya isə səkkizdə biri
qədər pay ayrılırdı. Anaya ayrılan payın azlığını səbəbi əvvəldən onu
şəxsi mülkiyyətini ayrılması idi.
Böyük ailələr kiçik ailələrə parçalanan zaman əmlak bölgüsü
aparılırarkən qardaşların sayı qədər istehsal və alət vasitələri
olmadığından çox vaxt əmək alətləri -kotan, xış, istehal vasitələri-
cəhrə, hana, toxucu dəzgahı, su dəyirmanı, su dingi və qoşqu heyvanları,
həmçinin məişətlə bağl bəzi əşyalar –məclis qazanı, məclis samovarı,
arxıd (ağac nehrə) və s. bölüşdürülmürdü və qardaşların ümumi
mülkiyyətnidə saxlanaraq ata sağdırsa onu, vəfat etmişdirsə,
qardaşlardan birinin, adətən, ata ocağında oturan qardaşın sərəncamında
qalırdı. Bu istehsal vaistələrində yeni ayrılmş kiçik ailələr növbə ilə,
məişət əşyalarından isə zərurət olan da istifadə edirdiər.
XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində Azərbaycanda
dövlət torpaqlarını bir hissəsi icma torpaq sahibliyi hüququnda kənd
cəmiyyətlərini istifadəsinə verilmiş, bir hissəsi isə mülkədarlarda
qalmışdı. Həm dövlət, həm də mülkədar torpaqlarında yaşayan kəndli
ailəsinə əmlak bölgüsü zamanı torpaq ayrılmırdı. Dövlət torpağında
yeni yaranmış ailələrə ev tikmək üçün həyətyanı torpaq sahəsini kənd
cəmiyyətləri verirdi. Həmin ailələr əkin və biçənək sahələrini vaxtaşırı
bölgüsündə müstəqil tüstü kimi iştirak edərək icma torpaqlarında pay
alırdılar. Mülkədar torpaqlarında yaşayan ailələrdə əmlak bögüsü
zamanı həyətyanı torpaqlarda bölünürdü əkin və biçənək sahələrini isə
yeni ailələr mülkədardan icarəyə götürürdülər.
Göründüyü kimi, həm böyük, həm də kiçik ailədə kişi ailənin
başçısı sayılırdı. Ailədə ata uşaqların mənafeyi üçün əməli işlər görmək
bacarığına və inamına malik olduğuna görə, ailənin bütün üzvləri onun
iradəsinə tabe idilər. Ailə həyatı ilə bağlı olan bütün əsas qərarları ailə
başçısı qəbul edirdi. Ana isə uşaqlarını böyüdür, onları cəmiyyət üçün
ləyaqətli bir insan kimi yetişdirir. Ananın zəhməti, hədsiz fədakarlığı
ailədə qiymətləndirilirdi.
Əsrlərdən kçeib gələn Azərbaycan milli ənənsinə görə, atanı
övlada üç borcu vardır: tərbiyə, təhsil və evləndirmək. Bu üç borcu
atanın oğlanları da öz övladları qarşısında yerinə yetirməli ididlər.
Dastanlarımızda bu üç borcun [21] yerinə yetirilməsi Allahın hökmü
kimi təbliğ və tərənnüm edilir.
Atanı övlad qarşısında bu üç borcu yerinə yetirdiyi vəzifələrlə
təmin olunur. Bütün xalqalrda olduğu kimi Azərbaycan ailəsi də üç
funksiyanı yerinə yetirmişdir: təsərrüfat funkiyası, nəsilartırma və
uşaqların tərbiyəsi. Ailənin bü üç funksiyası arasında qarşılıqlı əlaqələr
mövcuddur. Onlardın biri digərini doğurur, biri digərini tamamlayır. Bu
funkiyaların həyata keçirilməsi ilə ailə üzvləri arasınd adət-ənənələrə
arasında formalaşmış münasibətlər mövcuddur. Azərbaycan ailəsində
valideynlər və övladlar arasında əsrlər boyu təşəkkül tapmış taxiri
sınaqlarından çıxmış milli ənənlərimizlə tənzimlənən qaydalar
mövcuddur. Bu qaydalar sistemində böyüyün də, kiçiyin də öz yeri
vardı. Onların nüfzu və hörməti həm ailə daxilində, həm də ailədən
kənarda, ailə həyatı ilə bağlı çətin problemlərin aradan qaldırılmasına
həlledici rol oynayırdı.
Ailənin maddi durumu, iqtisadi vəziyəti onu təsərrüfat
funksiyasını yerinə yetirməsində asılır. Ailənin təsərrüfat işlərini yerinə
yetirməsi vəzifəsi onu həm də təsərrüfat özəyi hesab edilməsi ilə
əlaqədar idi. Ailənin bütün üzvləri təsərrüfat işi ilə məşğul olurdu.
Ailədə ən ağır fiziki işləri kişilər görürdü. Torpağı şumlamaq, əkib-
becərmək, taxılı bikçmək və dəyirmanda üyütmək, məhsulu yığmaq, ot
çalmaq, qoyunların qırxılması, arx qazmaq, hasar çəkmək, meşədən
odun gətirmək və s. ağır işləri ailədə kişilərin öhdəsinə düşürdü. Ailənin
daxili təsərrüfat işləri isə qadınların qayğısı idi. Qadınlar bostan və
dirrikdə çalışır, qoyun-quzu bəsləyir, iknəkləri sağır, süd məhsulları
sağır, qırxılmış yunu yuyur, darayır, əyirir, boyayır, yun iplikdə çarıq
bağı və corabdan tutmuş xalça-palaz və xalı-gəbədəyək müxtəlif
əşyaları toxuyur, yorğan sırıyır, paltar yuyur, paltar tikir, evi yığışdırır,
çörək bişirir, səliqə-sahman yaradır və üstəlik uşaqların tərbiyəsi ilə
məşğul olurdular.
Ailə üzvlərinin qarşlıqlı münasibətlərin mərkəzində qadını
ailə və cəmiyyətdə mövqeyi və vəziyyəti dururdu. Yoxsul və ortabab
kəndli ailələrində qadın ev təsərrüfatında gördüyü işlərdən əlavə əri iə
yanaşı çöl işlərində də çalşırdı. Quba bölgəsində meyvəçilikdə,
Lənkəran
bölgəsində
çəltiçilikdə, Şəki,
Şirvan, Qarabağ
və Naxçıvanda
baramaçılıqda,
Qazax, Zəngilan
və
İrəvanda
qoyunçuluqdan
qadın əməyindən
geniş istifadə
olunurdu. Belə
kəndli ailələrində qadın ailənin bütün təsərrüfat işlərində fəal iştirakına
görə onu ailədə sosial vəziyyəti bir qədər yaxşı idi, kişi onunla
məsləhətləşirdi. Şəhərlədə və varlı kəndli ailələrində isə vəziyyət belə
deyildi. Ev təsərrüfatında dayə, nökər, kəniz və qarabaş qadına kömək
edirdi. Lakin onun ərini işlərinə qarışmağa ixitiyarı yox idi.
Azərbaycanın bir sıra şəhər və kəndlərində qadınlar yaşmaq tutmalı,
çadra örtməli idilər. Naməhrəm kişilər onların üzlərini görməməli idi.
Hətta zadəgan ailələrində olan və yüksək cəmiyyətə məxsus qadınlar
küçəyə çıxdıqda üzlərinə toxunma niqab tuturdular. Cavan gəlin nəinki
yad kişidən hətta bir uşağı olanadək qayınatasında, qayınlarından və
ailənin digər yaşlı kişilərindən üzünü gizlətməli, başını örtməli idi.
Kəndli ailələrində isə qadın kişilərlə birlikdə çöl işlərində çalşdığından
nisbətən sərbəst idi. Qayınata və qayınlar “üzgörəncəyi” verdikdən
sonra gəlini yaşmağı açmağa icazə verirdilər. Kənddə cavan gəlin bir
uşağı olandan sonra daha üzünü gizlətmirdi.
Ailə üzvləri arasında qarşlıqlı münasibətlərdə qayınana və
gəlin münasibətləri xüsusi yer tuturdu. Yoxsul və kəndli ailələrində
Dostları ilə paylaş: |