evdə qayınana və baldız olduqda həm ev, həm də çöl-təsərrüfat
işlərində çalşan əlinin vəziyyəti bir qədər yüngül olurdu. Qayınana və
baldız ona həyan olur və kömək edirdilər. Bəzi qayınanalı ailələrdə isə
gəlinin günü qara olurdu. Çöl işlərindən yorğun gələn gəlin ev işlərini
də bütün ağırlığını öz çiyinləri üzərində daşımalı olurdu. Belə
qayınanalı ailələrdə gəlin hamıdan gec yatmalı və tezdən durmalıydı.
Ərin cavan arvadına münasibət çox vaxt çox vaxt qayınananın gəlinə
münasibətindən asılı olurdu. Qayınanan gəlinə çox gəlmirdisə, gəlin
ərini gözündən düşürdü. Bəzən qayınana-gəlin münasibətlərinin gərgin
olmasında təqsirkar gəlin olurdu. Qayınana-gəlin münasibətlərinin hər
iki durumu haqqında şifahi xalq yaradıcılığında və bədii ədəbiyyatda
çoxlu nümunələr var idi. Həmin nümunələr və etnoqrafik ədəbiyyat
göstərir ki, Azərbaycan ailəsində yaxşı, qayğıkeş, mülayim, mehriban
gəlin və qayınanaların sayı çox olmuşdur. Əsil-nəsilli ailələrdə
qayınana da, gəlin də yaxşı dərk edirdilər ki, onların hər ikisi qadındır
və hər ikisi də balalarına qarşı eyni hissi keçirən anadır, uşaqlarını və
ailənin xoşbəxtliyi, gələcəyi onların mehriban və qayğıkeş
münasibətlərindən asılıdır. Əlbəttə, belə mehriban münasibətlərin
yaranmasında müdrik atanın (qayınatanın) və ağıllı oğulun (ərin) rolu
da az deyildi.
NİKAH
Ailənin nəsilartırma və uşaqların tərbiyəsi kimi funksiyaların
yerinə yetirməsi şərhi nikah, toy və uşaqların tərbiyə bölümündə
açıqlanır. Ailə-nikah münasibətlərin açıqlamazdan əvvəl Azərbaycan
etnoqrafiyasında bu məsələ ilə bağlı anlayışlarda bəzi dolaşıqların və
səhf fikirlərin mövcudluğunu qeyd etmək lazımdır. Həmin səhvlərin
kökü XIX əsrdə azərbaycanlıların ailə-nikah münasibətləri haqqında
məlumat verən müəlliflərinin tədqiqatlarından gəlirdisə, indi də bəzi
əsərlərdə belə mülahizələr təsadüf edilir. Belə ki, monoqamiya
(təkkəbinlilik) və poliqamiya (çoxkəbinlilik) kimi nikah formları kiçik
çailə və böyük ailə anlayışları ilə qarşılaşdırılaraq monoqam və
patriarxal ailələr adlandırılır, ibtidai cəmiyyətdə ekzoqam olan
qəbilələr “endoqam”, endoqam olan tayfalar “ekzoqam” kimi verilir,
[22] azərbaycanlılarda qohumla evlənməyə icazə verilmə adəti qəbilə
icması və tayfa quruluşuna məxsus olan endoqamiya ilə qarışdırılır və
müasir Azərbaycan ailəsində ibtidai icma quruluşu dövrünə aid olan
ekzoqam və endoqam nikahlar və ya onların qalıqları axtarılır [23] və s.
Azərbaycanlılarda ailə-nikah münasibətləri ilə əlaqədar
anlayışlara aydınlıq gətirmək üçün onların mahiyyətindən irəli gələn
təsnifatdan istifadə etmək məqsədəuyğundur. Bu təsnifata nikah
formaları-monoqamiya və poliqamiya, niah adətlərə-qohumla evlənmə,
levirat və sororat, nikah üsulları-elçilik, nişan, toy və qoşulub qaçma
daxildir. Bu forma, adət və üsulların hər birinin icra prosesində
rəngarəng qayda, ənənə və vərdişlərdən istifadə edilmişdir.
Tarixi və hüquqi kateqoriya olan nikah kişi ilə qaıdını intim
münasibətlərini rəsmiləşdirən aktdır. İnsan cəmiyyətinin inkişaf
tarixində müxtəlif nikah formaları mövcud olmuşdur. İ.Bahoven,
C.Mak-Lennan, L.Morqan və F.Engelsin əsərlərində və klassik
etnoqarik ədəbiyyatda ayrı-ayrı xalqlar içərisində olmuş qrup nikahlar,
qoşa nikahlar, punalua və s. nikah formları haqqında məlumat verilir.
Ibtidai nikah formaları ehtimal ki, Azərbaycan xalqının uzaq keçmişinə
aiddir. E.ə. I əsrin sonu eramızın I əsrinin əvvəllərində yaşamış yunan
coğrafiyaçısı Strabonu əsərlərində madalıqlarda poloqamiya
(çoxarvadlılıq) nikah firmasını olmaq haqqında məlumat verilir. Ola
bilsin ki, Albaniyada da IV əsrədək poliqamiya nikah forması olmuşdur.
Bu ehtimalı xiristian dininin təkkəbinliyi məcburi nikah forması elan
etməsi ilə əsalandırır və belə bir nəticə çıxarılır ki, bu qadağanın səbəbi
Albniyada əvvəllər çoxarvadlılığın mövcudluğu ola bilərdi. [24]
qədimdə Albiniyada çoxarvadlılığın mövcudluğu haqqında qaynaqlarda
konkret fakt yoxdur. “Kitabi-Dədə Qorqud” dastanında da monoqam
nikahlar tərənnüm edilir. Dastanda Dirsə xan övladı olmayan arvadını
hətta “baxtıma çıxan qadınım” adlandırır və onun üstünə günü gətirmək
belə fikrinə düşmür. O, yalnız bütünoğuz bəylərinə qonaqlıq verir,
acları doydurur, çılpaqlara paltar verir, və borcluların borcunu ödəyir ki,
Tanrıya dua edib ona övlad diləsinlər. [25]
Orta əsrlərdə də təkarvadlılıq Azərbaycanda əsas nikah
forması olmuşdur. “Koroğlu” dastanında qəhrəman Koroğlu və Nigar
xanımın övladları olmur. Onlar həyatlarındakı bu boşluğu igid Eyvazı
oğulluğa götürməklə doldurur [26] və monoqam ailəni qoruyub
saxlayırlar. Orta əsrlərdə monoqamiya ilə yanşı, poliqamiyanı
qalıqlarına da rast gəlinir. Orta əsrlər şifahi xalq ədəbiyyatında azad
sevgiyə əsaslanan monoqam nikahlar təbliğ olunsa da, məhəbbət
dastanlarının dördündə poliqam nikahlardan söhbət gedir. Belə ki, “Şah
İsmayıl”, “Əmrah”, “Lətif şah” və “Valeh-Zərnigar” dastanlarında
qəhrəmanların yalnız bir sevgilisi olur və öz sevgilərinin dalınca gedən
qəhrəmanlar, sevgiliərinə qovuşan qədər başqa qızlarla tanış olub
müəyyən səbəblərlə bağlı onlarla evlənməyə söz verirlər. Dastanların
qəhrəmanları Şah İsmayıl-Gülzar, Ərəbzəngi və Rəhdar Pəri, [27]
Əmrah-Sayad, Pəri, Sərvinaz, Lətif şah-Mehriban ,Soltan və Əsma, [28]
Valeh-Sənəm, Zərnigar və Xətai [29] ailə qururlar. Deməli, poliqam
nikahlar qədim dövrlərdə Azərbaycanda da mövcud olmuşsa da, sonra
aradan çıxmış və orta əsrlərdə yalnız qalıqlar şəklində qalmışdır.
Orta əsrlərdə Azərbaycanda poliqamiyanın qalıqlarının
saxlamasının səbəblərini çox vaxt islam dini ilə bağlayırlar. Doğrudur,
poliqamiya islam ailə hüququna zidd deyil. İslam ailə hüququ rəsmi
surətdə müsəlmana dörd arvad alamağa icazə verir. Lakin poliqam
nikahı, çoxarvadlılığı müsəlman xalqlar arasında islam bərpa
etməmişdir. Çünki, islam ehkamları nikahı kişi və qadının şəhvət
hissələri ilə bağlamır. Poliqam nikah müsəlman xalqların çoxunun, o
cümlədən ərəblərin arsında hələ islamaqədərki dövrdə geniş yayılmış
nikah forması olmuşdur. İslam dini ailənin möhkəmliyini qorumaq
məqsədilə kişini qadınlara qarşı ədalətli olmağa çağırıraq çətin şərtlər
qoymaq poliqamiyanı məhdudlaşdırmağa cəhd göstərmişdir. Məhz bu
məqsədlə “Qurani-Kərim” də deyilir: “Əgər (onunla) ədalətli
dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir (azad) qadın və ya sahib
olduğunuz kənizlə evlənin. [30] Deməli, islam dininin müsəlman
ölkələrində pliqam nikah formasının bərpasında deyil, 2,3 və ya 4 arvad
alamağ icazə verməklə, onun saxlanmasında müəyyən rolu olmuşdur.
İslamın şəriət qanunlarına görə bir neçə arvad almış kişi,
“Qurani-Kərim” də deyildiyi kimi, qadına qarşı ədalətsizliyə yol
Dostları ilə paylaş: |