Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə108/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   104   105   106   107   108   109   110   111   ...   134
    Bu səhifədəki naviqasiya:
  • NİKAH

evdə qayınana və baldız olduqda həm ev, həm də çöl-təsərrüfat

işlərində çalşan əlinin vəziyyəti bir qədər yüngül olurdu. Qayınana və

baldız ona həyan olur və kömək edirdilər. Bəzi qayınanalı ailələrdə isə

gəlinin günü qara olurdu. Çöl işlərindən yorğun gələn gəlin ev işlərini

də bütün ağırlığını öz çiyinləri üzərində daşımalı olurdu. Belə

qayınanalı ailələrdə gəlin hamıdan gec yatmalı və tezdən durmalıydı.

Ərin cavan arvadına münasibət  çox vaxt çox vaxt qayınananın gəlinə

münasibətindən asılı olurdu. Qayınanan gəlinə çox gəlmirdisə, gəlin

ərini gözündən düşürdü. Bəzən qayınana-gəlin münasibətlərinin gərgin

olmasında təqsirkar gəlin olurdu. Qayınana-gəlin münasibətlərinin  hər

iki durumu haqqında şifahi xalq yaradıcılığında və bədii ədəbiyyatda

çoxlu nümunələr var idi. Həmin nümunələr və etnoqrafik ədəbiyyat

göstərir ki, Azərbaycan ailəsində yaxşı, qayğıkeş, mülayim, mehriban

gəlin və qayınanaların sayı çox olmuşdur. Əsil-nəsilli ailələrdə

qayınana da, gəlin də yaxşı dərk edirdilər ki, onların hər ikisi qadındır

və hər ikisi də balalarına qarşı eyni hissi keçirən anadır, uşaqlarını və

ailənin xoşbəxtliyi, gələcəyi onların mehriban və qayğıkeş

münasibətlərindən asılıdır. Əlbəttə, belə mehriban münasibətlərin

yaranmasında müdrik atanın (qayınatanın) və ağıllı oğulun (ərin) rolu

da az deyildi.



                                          NİKAH

 Ailənin nəsilartırma və uşaqların tərbiyəsi kimi funksiyaların

yerinə yetirməsi şərhi nikah, toy və uşaqların tərbiyə bölümündə

açıqlanır. Ailə-nikah münasibətlərin açıqlamazdan əvvəl Azərbaycan

etnoqrafiyasında  bu məsələ ilə bağlı anlayışlarda bəzi dolaşıqların və

səhf fikirlərin mövcudluğunu qeyd etmək lazımdır. Həmin səhvlərin

kökü XIX əsrdə azərbaycanlıların ailə-nikah münasibətləri haqqında

məlumat verən müəlliflərinin tədqiqatlarından gəlirdisə,  indi də bəzi

əsərlərdə belə mülahizələr təsadüf edilir. Belə ki, monoqamiya

(təkkəbinlilik) və poliqamiya (çoxkəbinlilik)  kimi nikah formları kiçik

çailə və böyük ailə anlayışları ilə qarşılaşdırılaraq monoqam və



patriarxal ailələr adlandırılır, ibtidai cəmiyyətdə ekzoqam olan

qəbilələr “endoqam”, endoqam olan  tayfalar “ekzoqam” kimi verilir,

[22] azərbaycanlılarda qohumla evlənməyə icazə verilmə adəti qəbilə

icması və  tayfa quruluşuna məxsus olan endoqamiya ilə qarışdırılır və

müasir Azərbaycan ailəsində ibtidai icma quruluşu dövrünə aid  olan

ekzoqam və endoqam nikahlar və ya onların qalıqları axtarılır [23] və s.

    

Azərbaycanlılarda  ailə-nikah  münasibətləri  ilə  əlaqədar



anlayışlara aydınlıq gətirmək üçün  onların mahiyyətindən irəli gələn

təsnifatdan istifadə etmək məqsədəuyğundur. Bu təsnifata nikah

formaları-monoqamiya və poliqamiya, niah adətlərə-qohumla evlənmə,

levirat və sororat, nikah üsulları-elçilik, nişan, toy və qoşulub qaçma

daxildir. Bu forma, adət və üsulların hər birinin icra prosesində

rəngarəng qayda, ənənə və vərdişlərdən istifadə edilmişdir.

    Tarixi və hüquqi kateqoriya olan nikah  kişi ilə qaıdını intim

münasibətlərini rəsmiləşdirən aktdır. İnsan cəmiyyətinin inkişaf

tarixində  müxtəlif nikah formaları mövcud olmuşdur.  İ.Bahoven,

C.Mak-Lennan, L.Morqan və F.Engelsin əsərlərində və klassik

etnoqarik ədəbiyyatda ayrı-ayrı xalqlar içərisində olmuş qrup nikahlar,

qoşa nikahlar, punalua və s. nikah  formları haqqında məlumat verilir.

Ibtidai nikah formaları ehtimal ki, Azərbaycan xalqının uzaq keçmişinə

aiddir. E.ə. I əsrin sonu eramızın I əsrinin əvvəllərində yaşamış yunan

coğrafiyaçısı Strabonu əsərlərində madalıqlarda poloqamiya

(çoxarvadlılıq) nikah firmasını olmaq haqqında məlumat verilir. Ola

bilsin ki, Albaniyada da IV əsrədək poliqamiya nikah forması olmuşdur.

Bu ehtimalı xiristian dininin təkkəbinliyi məcburi nikah forması elan

etməsi ilə əsalandırır və belə bir nəticə çıxarılır ki, bu qadağanın səbəbi

Albniyada əvvəllər çoxarvadlılığın  mövcudluğu ola bilərdi. [24]

qədimdə Albiniyada çoxarvadlılığın mövcudluğu haqqında qaynaqlarda

konkret fakt yoxdur. “Kitabi-Dədə Qorqud” dastanında da monoqam

nikahlar tərənnüm edilir. Dastanda Dirsə xan övladı olmayan arvadını

hətta “baxtıma çıxan qadınım” adlandırır və onun üstünə günü gətirmək

belə fikrinə düşmür. O, yalnız bütünoğuz  bəylərinə qonaqlıq verir,

acları doydurur, çılpaqlara paltar verir, və borcluların borcunu ödəyir ki,

Tanrıya dua edib ona övlad diləsinlər. [25]



        

Orta  əsrlərdə  də  təkarvadlılıq  Azərbaycanda  əsas  nikah

forması olmuşdur. “Koroğlu” dastanında qəhrəman Koroğlu və Nigar

xanımın övladları olmur. Onlar həyatlarındakı bu boşluğu igid Eyvazı

oğulluğa götürməklə doldurur [26] və monoqam ailəni qoruyub

saxlayırlar. Orta əsrlərdə monoqamiya ilə yanşı, poliqamiyanı

qalıqlarına da rast gəlinir. Orta əsrlər şifahi xalq ədəbiyyatında azad

sevgiyə  əsaslanan monoqam nikahlar təbliğ olunsa da, məhəbbət

dastanlarının dördündə poliqam nikahlardan söhbət gedir. Belə ki, “Şah

İsmayıl”, “Əmrah”, “Lətif şah” və “Valeh-Zərnigar” dastanlarında

qəhrəmanların yalnız bir sevgilisi olur və öz sevgilərinin dalınca gedən

qəhrəmanlar, sevgiliərinə qovuşan qədər başqa qızlarla tanış olub

müəyyən səbəblərlə bağlı onlarla evlənməyə söz verirlər. Dastanların

qəhrəmanları  Şah İsmayıl-Gülzar, Ərəbzəngi və Rəhdar Pəri, [27]

Əmrah-Sayad, Pəri, Sərvinaz, Lətif şah-Mehriban ,Soltan və Əsma, [28]

Valeh-Sənəm, Zərnigar və Xətai [29] ailə qururlar. Deməli, poliqam

nikahlar qədim dövrlərdə Azərbaycanda da mövcud olmuşsa da, sonra

aradan çıxmış və orta əsrlərdə yalnız qalıqlar  şəklində qalmışdır.

   

Orta  əsrlərdə  Azərbaycanda  poliqamiyanın  qalıqlarının



saxlamasının səbəblərini çox vaxt islam dini ilə bağlayırlar. Doğrudur,

poliqamiya islam ailə hüququna zidd deyil. İslam ailə hüququ rəsmi

surətdə müsəlmana  dörd arvad alamağa icazə verir. Lakin poliqam

nikahı, çoxarvadlılığı müsəlman xalqlar arasında islam  bərpa

etməmişdir. Çünki, islam ehkamları nikahı kişi və qadının şəhvət

hissələri ilə bağlamır. Poliqam nikah müsəlman xalqların çoxunun, o

cümlədən ərəblərin arsında hələ islamaqədərki dövrdə geniş yayılmış

nikah forması olmuşdur. İslam dini ailənin möhkəmliyini qorumaq

məqsədilə kişini qadınlara qarşı  ədalətli olmağa çağırıraq çətin şərtlər

qoymaq poliqamiyanı məhdudlaşdırmağa cəhd göstərmişdir. Məhz bu

məqsədlə “Qurani-Kərim” də deyilir: “Əgər (onunla) ədalətli

dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir (azad) qadın və ya sahib

olduğunuz kənizlə evlənin. [30] Deməli, islam dininin müsəlman

ölkələrində pliqam nikah formasının bərpasında deyil, 2,3 və ya 4 arvad

alamağ icazə verməklə, onun saxlanmasında müəyyən rolu olmuşdur.

    


İslamın şəriət qanunlarına görə bir   neçə arvad almış kişi,

“Qurani-Kərim” də deyildiyi kimi, qadına qarşı  ədalətsizliyə yol




Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə