Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə109/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   105   106   107   108   109   110   111   112   ...   134

verməmək məqsədilə, hər bir ravadı üçün ayrıca ev düzəltməli idi, yəni

arvadların  sayı  qədər  iki,  üç  və  ya  dörd  ailə  saxlamalı  idi.  Deməli,

poliqam nikah əsasında vahid ailə deyil, bir neçə ailə yaranırdı və bu

ailələr ayrı-ayrılıqda yaşadığından çox vaxt müxtəlif təsərrüfatlar

olduqlarından onları böyük bir ailə adlandırmaq düzgün olmazdı. Bu

xüusiyyət aydın göstərir ki, Azərbaycanda poliqamiya ailə forması deyil,

nikah forması olmuşdur.

       


Azərbaycanda  poliqamiya  əsasən  ikiarvadlılıq  şəklində

yayılmışdı.  Ruhanilər və bəzi varlı  şəxslərlə yanaşı, ortabab və yoxsu

əhali arasında ikiarvadlılığın əsas səbəbi kişini birinci nikahdan

övladının olmaması və yaxuid yalnız qız uşaqlarının olması idi.

Uşaqsızlıqla əlaqədar  kişini birinci arvadın üstünə “günü”  (ikinci

arvad) gətirməsi  müxtəlif sonluqlara nəticələnirdi. Kişi şəriətin ona

veridiyi hüquqdan istifadə edərək ikinci arvad aldıqda, çox vaxt birinci

arvad üstünə günü gətirməsi ilə razılaşmaq istəmirdi. İkinici arvadın

özü də günü  vəziyyətindən xoşallanmırdı. Evdə günü arvadlar arasında

tez-tez dava-dalaş baş verirdi. Onların biri digərini  ərinin gözündən

salmağa çalışırdı. Çox vaxt ikinici arvadın tərəfini saxlayır və birincini

boşayırdı. Belə halda poliqamiya dama etmirdi və ikiaravadlılığa

çevrilmirdi. Bəzən günü  arvadlar  bu dava-dalaş adət edirdilər və ailədə

belə gərginlik ömürlərini axırna qədər davam edirdi. Bu halda

poliqamiya ikiarvadlılığa çevrilirdi. Bəzən də uşağı olmayan arvad

ərinin yenidən evlənməsinə  razılıq verir və əri ikinici dəfə evləndikdə

boşanıb öz atası evinə qayıdırdı. Bu halda poliqam nikah baş vermirdi.

Ailə həyatında elə  hallar olmuşdur ki, uşağı olmayan  ağıllı qadın özü

ərinə ikinci arvadı almasını təklif etmiş və ərinin razılığı ilə ailədə qalıb

ev işlərin də  əsas rol oynamış, günüsü iə mehriban rəftar etmiş, hətta

ərini ikinci arvaddından olan uşaqlarına öz doğma övladları kimi

münasibət bəsləyərək onların tərbiyəsi ilə məşğul olmuşdur. Belə

hallarda poliqamiya ikiarvadlılığa çevrilirdi. Poliqam nikah formasında

belə ailəni böyük ailə formasına aid etmək olmaz. Əslində, belə ailə

poliqam nikah əsasında genişləndirilmiş,  üç nəsildən ibarət vahid kiçik

ailədir.


   Poliqamiya levirat adəti iə də bağlı idi. Kiçik uşaqları olan

cavan qardaşlardan biri cavan vaxtında vəfat etdikdə və onun subay




qardaşı olmadıqda,  evli qardaşlardan biri mərhum qardaşını uşaqlarını

saxlamaq məqsədilə o dul qalmış arvadı ilə evlənirdi. Adət buna yol

verdiyinə görə camaat  buna pis münasibət bəsləmirdi. Poliqam nikah

əsasında levirat adəti ilə yaranmış belə ailəni, iki ailədən ibarət

olduğuna görə, böyük ailə formasına aid etmək olar.

    


Nikah  formlarında  bəhs  edərkən  “siğə”  adlanana  nikaha

toxunmamaq olmaz. Siğə islam dininin şiə təriqətinə mənsub olan

ruhanilər və tacirlər üçün səciyyəvi olmuş müvəqqəti  nikah qaydasıdır.

Siğə qaydasına görə, kişi mollanın yanına gedib müvəqqəti  yaşamaq

istədiyi qadının adını deyir və kəbin kəsdirirdi. Siğə yalnız qadının

icazəsilə bağlanan və   istənilən vaxt tərəflərin hər birinin təşəbbüsü ilə

pozula bilərdi. Siğə nikahdan uşaq doğulduqda kişi həmin uşağı kənar

yerdə saxlayırdı. Azərbaycanda siğə nikah qaydası geniş yayılmamışdı.

Xalq arasında  siğə nikahla yaşayan  qadınlara  siğə  münasibət

bəslənirdi. Siğə nikahlardan olan uşaqlara “bic”, “bicbala”, “bicvələd”,

“düşəngə”  və s. təhqiredici ad verilirdi. Azərbaycanın mütərəqqi şair və

yazıçıları, mütəfəkkirlərin həmişə siğə nikahlara qarşı çıxmış, öz

əsrlərində siğəni pisləmişlər.

     Nikah adətləri sırasında qohumla evlənməyə münasibət əsas

yer tutur. Qohumla evlənmə adəti yalnız qohumla evlənməyə icazə verir,

onu məcburi saymır. Bi adət qohum olmayanlarla evlənməyi qadağan

etsəydi, onu endoqamiyanın qalığı adlandırmaq olardı, çünki söhbət

qəbilə-icma tayfasından deyil, müasir qohum ailələrdən gedir. Bu

sözləri ekzoqamiya haqqında da demək olşar. Qohum ilə evlənməyi

qadağan edən adət olsaydı,  onu ekzoqamiya alığı adlandırmaq olardı.

V.Kurılyov, “Kitabi-Dədə Qorqud” dastanındakı İç Oğuz  bəylərin Daş

Oğuzdan, Daş Oğuz bəylərini isə İç Oğuzdan evlənmələri haqqında bir

məlumatdan belə yalnış nəticə çıxarır ki, Azərbaycanın bu qədim

dastanında  bir ənsidən törəmiş və endoqam nikahın hökm sürdüyü

vahid oğuz tayfasının ekzoqam nikaha əsaslanan iki fratriyası, qəbiləsi

təsvir olunmuşdur. [31] Əslində isə Azərbaycan oğuzlarının nikah

münasibətlərində endoqam və ekzoqam xarakterli qəti qadağalar

olmamışdır. Belə ki, Qantutralı evlənmək üçün öncə  İç Oğuzdan qız

axtarır. Deməli, qəbilənin üzvü iə nikah qadağan edən və yalnz

qəbilədənkənar evlənməyə icazə verən  ekzoqam nikah forması




Azərbaycan oğuzları arasında olmamışdır. Qanlı qoca sonra həmin İç

Oğuzda, həm də daş Oğuzda oğlunun arzu etdiyi kimi qız arayıb

tapmaqda qalın Oğuz elindən kənara çıxır və nəhayət Trabzonda belə

bir qıza rast gəlir. Qanturalı atasının tapdığı Selcan adlı həmin qızla

evlənir. [32] Bu amil göstərir ki, yalnız tayfa daxilində evlənməyi  tələb

edən  endoqam nikah forması da Azərbaycan oğuzları arasında

olmamışdı.

   


Azərbaycanda  ta  qədim  zamanlardan,  ən  yaxın  qohumlar

istisna olmaqla, qohumlar evlənməyə icazə verilirdi. Bunun qədim

Albaniyanın Böyük Aran vilayətindəki Aluen (Aquen) kəndində 488-ci

il yanvarın 26-də  çağrılmış Alban xristian kilsəsinin  böyük məclisi

tərəfindən əmi və bibi nəvələrini qadağan  olunması kimi məhdudiyyət

qoyulması sübut edir. [33] Buradan aydın görnür ki, Azərbaycanda

qohumla evlənmək adəti geniş yayılmışdı və xiristian dini onu müəyyən

qədər məhdudlaşdırır.

    

Azərbaycanda qohumla evlənmə adəti sonralar   islam dini



tərəfindən tənzimlənmişdir. İslam  ehkamına görə, Allah  kişilərə,

anaları, qızları, bacıları, bibiləri, xalaları, qardaş və bacılarını qızları,

süd anaları, süd bacıları, qayınanaları, ögey qızları və öz belindən gələn

oğullarının arvadları ilə evlənməyi və iki bacını birlikdə almağı

qadağan etmişdi. [34] İslamı qəbul etdikdən sonra Azərbaycan xalqı

qohumla evlənmə adətini “Qurani-Kərim”lə müəyyən edən islam

dininin  bu normalarına uyğunlaşdırmış və ailə məşiətində həmişə ona

raiyət etmişdir. Azərbaycanda qohumla evlənmə adətin bu normaları

ehkam sayıldığından onların mənşəyini araşdırmağa lüzum yoxdur.

     


Azərbaycanda  qohumla  evlənmə  adətin  iki  qrupa  bölmək

olar: yaxın qohumlar  və uzaq qohumlar  ilə evlənmə. Yaxın qohumlarla

evlənmə adəti kuzen nikahlar adlanır. Kuzen nikahlar dedikdə əmioğlu

ilə  əmiqızının və yaxud xalaoğlu ilə xalaqızının nikahları (buna

ortokuzen nikahlar deyilir) və dayıoğlu ilə bibiqızının və bibiboğlu ilə

dayıqızının nikahları (bunlara korsskuzen  nikahlar deyilir)  nəzərdə

tutulur. Digər qohumlarla evlənmə uzaq qohumlarla evlənmə adətidir.

     


Azərbaycanda  qohumla  evlənmə  adətində  ən  çox  kuzen

nikahlar adəti yayılmışdı. Keçmişdə valideynlər mox vaxt gənclər yaxın

qohumları ilə evləndirməyə çalışmışlar. Yaxın qohumlarla evləndirmə



Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə