ailələrə haqqında məlumat verilmişdir. [13] Lakin ailə üzvlərinin
sayının çox olması ailə icmaları üçün yeganə meyar hesab edilə bilməz.
Ailə icmaları üçün əsas meyalardan biri də ailə üzvlərini sayı ilə yanaşı,
müxtəlif nəsilləri təmsil edən bir neçə kiçik ailənin birgə yaşamasıdır,
yəni valideylərin öz oğullarını ailələri ilə birlikdə yaşayıb bir təsərrüfat
daxilində kollektiv həyat tərzi sürməsidir. Ailə üzvlərinin sayına
gəldikdə isə qeyd etmək lazmdır ki, Azərbaycanda o dövrdə üzvlərnin
sayı 11 nəfərdən çox olan “kiçik” ailələr də az deyildi.
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda böyük
ailələr qalıq kimi mövcud olsa da, onlarda klassik ailə icmalarının
qayda-qanunlar, ənənələri saxlanmışdır. Böyük ailə daxilində qarşılıqlı
münasibətlər adətlərlə tənzim olunurdu. Ailə üzvləri arasına yaş
xüsusiyyətlərini nəzərə almaqla xüsusi davranış qaydaları mövcud idi.
Böyük ailənin başçısı ağsaqqal hesab edilirdi. Bir qayda olaraq ailənin
başçısı–böyük ata olurdu. Ata vəfat etdikdən sonra onun yerini böyük
oğul tuturdu. Odur ki, ata hələ sağ ikən oğlanlardan bacarıqlısının onu
əvəz edəcəyini vəsiyyət edirdi. XIX əsrin ikinci yarısı –XX əsrin
əvvəllərində Azərbaycanda böyük ailənin başçısına şəxsi adı ilə deyil,
qəbul olunmuş ənənəyə uyğun olaraq, “baba”, “dədə”, “böyük ata”,
“dadaş”, “əmi”, “dayı”, “ağa”, “lələ” kimi müxtəlif adlarla müraciət
edirdilər.
Ailə icmasnı başçısı olan “ağsaqqal” böyük hüquqlara malik
idi. O, ailə üzvləri arasında onların yaş xüsusiyyətini və şəxsi
qabiliyyətini nəzərə almaqla, vəzifə bölgüsü aparır, bütün təsərrüfatı
idarə edir, ailənin gəlirinin bir yerdə toplanmasına və bölüşdürülməsinə
nəzarət edirdi. İcma daxilində ailə başçısını böyük hüquqları olmasına
baxmayaraq hakimiyyəti qeyri-məhdud deyildi. Mövcud etik normaları
ailə daxilində və məşiətdə ailə başçısının hakimiyyətini
məhdudlaşdırırdı. Ailə icmasıın başçısı mühüm məsələlərin həllində
ailənin yaşlı üzvləri ilə, çox vaxt yaşlı qadınlar ilə məsləhətləşirdi. Ailə
icması daxilində ağsaqqalın hörməti və nüfuzu da onun belə məsələləri
necə həll etməsindən asılı idi.
Böyük ailənin daxilində ev işlərinə bir qayda olaraq ailə başçısını
arvadı- ağbirçək qadın başçılıq edirdi. Böyük ailənin ağbirçəyinə də
hörmət əlaməti olaraq, ailə icmlarında ağbirçəyə “böynənə”, “nənə”,
“ana”, “cici” və s. adlarla müraciət edilirdi. Ailənin bütün qadınları –
gəlinlər və qızlar, eləcə də uşaqlar və nəvələr və nəticələr ağbirçək
anaya tabe idilər və öz hərəkətləri üçün onu qarşısında cavab verirdilər.
Ağbirçək ana ailə icmasının ərzaq məhsularının saxlanmasına və
yeməklərin paylanmasına nəzarət edir, gəlinlər və qızlar arasında
vəzifə bölgüsü aparır, onlar tapşırıqlar verirdi. Adətən müdrik ağbirçək
analar öz vəzifələrin bir hissəsini böyük gəlinə tapşırırdılar. Böyük
ailənin başçısı vəfat etdikdə onun “müdrik” və ya “hökmlü” arvadı-
ağbirçək ana ailəyə başçılığı öz əlinə alırdı. Bəzən ailənin böyük
oğulları anlarının ağıllı və bacarıqlı qadın olduğu görüb özləri onun ailə
icmasına başçılıq etməsini xahiş edirdilər. Ağbirçək analar həm də
gözəl qayınana olurdular və ailəni gəlinləri arasında mehriban qarşlıqlı
münasibətlərin olmasına çalışırdlar. Bir sözlə, böyük ailə daxilindəki
qayda-qanunlar adətlərlə tənzimlənən demokratrik prinsiplərə uyğun
gəlirdi. Elə bu bu xüsusiyyətlərinə görə böyük ailə etnoqrafiya elmində
ailə icması adlandırılır.
Ailə icması üzvləri arasında
əmək bölgüsü mövcud idi.
Təsərrüfatda ağır işlərin görülməsi
ilə kişilər məğul olurdular. Kişilərin
bir neçəsi əkinçilik, bir neçəsi
maldalrq, bie neçəsi günədlik ev
təsərrüfatı iə məşğul olurdu. Kişilər
arasında əmək bölgüsü aparılan
zaman onların təcrübələri, vərdişləri
və bacarıqları nəzərə alnırdı. Bu da
bir tərəfdən gənlərin işə açmasına,
digər tərəfdən yaşlıların iş
təcrübələrinə
və
vərdişlərinə
yiyələnmələrinə imkan yaradırdı.
Ailə icmalarında mal-qaranın sağılması, süd məhsullarını hazırlanması,
xalça-palaz toxunması, yemək hazırlanmsı, qab-qacağın və paltarların
yuyulması, ev-eşiyin sahmana salınması işləri ilə qadınlar məşğul
olurdular. Qadınların arasında da əmək bölgüsü yaş xüsusiyyətləri və iş
təcrübələri nəzərə alınmaqla aparılırdı.
Ailə icmasına daxil olan ailələr bir evdə birgə yaşayışdılar. Xanlar
rayonu ərazisində apırlanan arxeoloji qazıntılar zamanı böyük ailələr
məxsus uzunsov formalı çoxlu yaşayış evi yerləri aşkar edilmişdir.
[14] Azərbaycanda böyük ailələr XIX əsrdə də birgə yaşamaqda davam
etmişlər. Naxçıvanın Kolanı kəndində XIX əsrdə tikilmiş və 100 kv.m
sahəsi olan “qaradam” tipli yaşayış evinin böyük ailəyə mənsub olduğu
müəyyən edilmişdir. [5] Qazax, Zəngəzur, Gəncə və Qarabağ
bölgələrində “qaradam” tipli yaşayış evlərinin bəzilərində də 30-35
nəfərlik böyük ailə yaşamışdı. [16] XIX əsrdə Azərbaycanın kənd
əhalisinin iqtisadi məişətinin öyrənilməsinə hərs olunmuş materiallarda
Şəki və Quba bölgələrində bir neçə evli qardaşın birgə yaşadıqları
“Г” çəkilində tikilmiş böyük evlər haqqında məlumat verilir. Hər biri
5-6 otaqdan ibarət olan belə evlər Quba bölgəsində XX əsrin 20-30-cu
illərinə qədər qalmışdı. [17]
XIX əsrin sonunda Rusiyada kəndli islahatları, kapitalist
münasibətlərin Azərbaycan kənd təsərrüfatına yol tapması, kənddə
əmtəə-pul münasibətlərinin formalaşması böyük ailələrin parçalanması
üçün zəmin yaradır. Böyük ailə daxilində kiçik ailələrin xüsusi
mülkiyyətə meyli artır. Evli qardaşların hər biri uşaqları böyüdükdə
müstəqilliyə can atır ki, ata mirasını öz varislərinə ötürə bilsin. Böyük
ailələrin dağılması prosesi XX əsrin 30-cu illərinədək davam edir. XX
əsrin 30-cu illərində ailənin təsərrüfat özəyi funksiyasını itirməsi
nəticəsində “qalıqlar” halında mövcud olan tək-tük ailə icmaları da
dağılaraq aradan çıxır.
Böyük ailənin başçısı olan atanın sağlığında ailə icmasının
əmlakının bölüşdürülməsinə adət və ailə etikası icazə vermirdi. Hələ
XIX əsrdə R.Əfəndiyev yazırdı ki, oğul ata malının qanuni varisi
sayılsa da, atasının sağlığında varidatın bölüşdürülməsini tələb etməyə
hüququ yox idi. [18] Ailə icmasını dağılması adətən ailə başçısı olan
atanın vəfatında sonra baş verirdi.
Patronimiya. Ailə icmaları parçalana zaman böyük ailəyə
məxsus torpaq sahəsi bir neçə yerə bölünməli idi. Bu isə təsərrüfatın
dağılmasına səbəb ola bilərdi. Ona görə də bir ailə icmasını dağılması
nəticəsində yaranmış yeni ailələr bir-biri ilə əlaqələr kəsmir, bir həyət
daxilində, yaxud bir-birinə yaxın yerlərdə, bir məhəllədə, ayrı-ayrı
Dostları ilə paylaş: |