Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə103/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   99   100   101   102   103   104   105   106   ...   134
    Bu səhifədəki naviqasiya:
  • AİLƏ

baş idarəsi tacir Qustav Listlə müqavilə bağladı və bunun nəticəsində

tezliklə Balaxınadakı köməkçi stansiya ilə birlikdə Bakı telefon

stansiyası yaradıldı. [121]

   


Bakının  yüksək  inkişaf etmiş sənaye  mərkəzi olması,  onu

Rusiya və  İran arasında ticarət yolu üzərində yerlşməsi və eləcə də

Tiflisin o vaxtlar bütün Qafqazın mərkəzi olmaqla bank, ticarət

firmalrının, ayrı-ayrı təşkilatların, həmçinin bütün  dövlət idarələrinin

buarda yerləşməsi bu iki şəhərin telefona əlaqələndirilməsini  tələb

edirdi. Beləliklə, 1911-ci ilin dekbarında Bakı-Tiflis telefon rabitəsi

xətti işə düşdü.

   


XIX  əsr  Azərbaycanda  geniş  xalq  kütlələrinin  adlarını

çəkdiyimiz rahat və  səmərli rabitə növlərinin istifadəsi zəif idi. Buna

görə də xalq bəhs oluna dövrdə  ənənəvi rabitə vasitələrindən olan

“nişanə göndərmək”, “ismarıc etmək”, “dil yetirmək” (“dilcavabı”) və

s.-dən isitfadə etməyə məcbur idi.

  

1920-ci  ildən  sonra  poçt  xidməti  sahəsində  əhəmiyyətli



dəyişikliklər həyata keçirilmiş, geniş telefon, teleqraf rabitəsi şəbəkəsi

yaradılmış, rabitənin radio, televiziya kimi yeni  növləri fəaliyyətə

başlamışdır. Əhalinin maddi və mənəvi mədən ihəyat səviyyəsinin

yüksəlməsi ilə  əlaqdar olaraq kəndli məişətinə bu rabitə növləri geniş

daxil edilmişdir.

   


Əhaliyə  rabitə  xidməti   mədəniyyətini  yaxşılaşdırmaq

məqsədilə son vaxtlar şəhərlərarası  telefon rabitəsi  avtomatlaşdırılmış,

ötürücü televiziya qüllələri tikilmiş,  kəndlərin telefonlaşdırılması və

radiolaşdırılması demək olar ki, başa çatdırılmışdır.  Hazırda xalqımız

rabitə xidmətinin  bütün növlərindən geniş şəkildə istifadə edir.




                                AİLƏ

          Ailə cəmiyyət ilə qırılmaz tellərlə bağlıdır. Məlumdur ki,

bəşər cəmiyyətinin özəklərindən birini təşkil edən ailə xüsusi mülkiyyət

və dövlətlə eyni zamanda təşəkkül  tapmışdır. Cəmiyyət inkişaf etdikcə,

onunla birlikdə ailə də inkişaf etmişdir. Məşhur amerikan ailimi L.

Morqanın yazdığı kimi, “ailə fəal bir başlanğıcdır, o heç bir vaxt bir

yerdə dayanıb durmur, cəmiyyət aşağı pillədən yüksək pilləyə doğru

inkişaf etdikcə, o da aşağı formadan yuxarı formaya keçir”. [1] Tarixin

müxətlif inkiaşf mərhələrlərndə baş verən ictimai-iqtisadi və siyasi

mədəni  dəyişikliklər ailədə və onun məişətində də öz əksini tapır.

Deməli, ailə icitmai-tarixi kateqoriyadır. Сəmiyyətin özəyini təşkil edən

ailələr nikah münasibətləri əsasında qurulur,  qan qohumluğu prinsipi

ilə formalaşır, qarşılıqlı cavabdehlik, məsuliyyət və köməklik kimi

ənənəvi münasibətlər sistemi ilə möhkmələndirlilir. Ailə üzvləri-ər ilə

arvad, valideylər və övladlar, qardaşlar ilə bacılar arasındakı

özünəməxsus münasibətlər sistemi ailənin əsas əlaqələrini

müəyyələşdirir.

  

İnsanların həyatının   çox hissəsi ailədə keçir.  Təsərrüfat



ənənələrinin və əmək vərdişlərinin əsası, yeni nəslin tərbiyəsinin təməli

ailədə qoyulur, onların maddi və mənəvi tələbatları burada təmin olunur,

qarşılıqlı cabadehlik, məsuliyyət və köməklik hissələri  ailədə formlaşır.

Deməli, ailəni səciyyələndirən əsas xüsusiyyətlər  nikah, qan

qohumluğu, məişət  birliyi və ailə üzvləri arasındakı münasibətlər

sistemindən ibarətdir. Ailə tarixi inkişafın müəyyən  mərhələsində

nikah və qan qohumluğu əsasında  cəmiyyətin özəyi kimi təşəkkül

tapmış ümumi mənafe ilə birləşən, məişət birliyi və birgə yaşayış şəraiti

ilə bir-birinə  bağlı olan insanların ən kiçik təbii kolektividir. Ailə həm

də mənəvi dəyərlərin o cümlədən adətlərin  və mərasimlərin icra

olunduğu özəkdir.  Şübhəsiz, Azərbaycan ailəsi də qədim zamanlardan

bəri bəşəriyyət üçün səciyyəvi olan  bu əsaslar üzərində qurulmuşdur.




Azərbaycan ərazisinidə ailəni təşəkkül prosesinin Eneolit

dövrünü  sonunda baş verdiyi ehtimal edilir. Azərbaycanda arxeoloji

qazıntılar zamanı  aşkar edilmiş, eneolitin sonlarına aid yaşayış

məskənlərindəki təsərrüfat-məişət komplekslərini kərpic arakəsmələr və

divarlar vasitəsiə yaşayış otağı; ərzaq anbarı və həytəyanı  sahələr

ayrılması, ehtimal ki, ailənin təşəkkülü ilə bağlı olmuşdur. [2] Erkən

Tunc dövründə (e.ə. IV miniiliyin sonu –III miniiliyin əvvəli)

Azərbaycan ərazisində xüsusi mülkiyyət, sinfli cəmiyyət və dövlət

qurumlarının təşəkkülü haqqındakı qədim sümər kitabələrdə məlumat

vardır. E.ə. 2104-cü aid olan bir sümər kitabəsində xəbər verilir ki,

Uruk şəhərini hökmdarı ensi Utuhenqal Kuti və Tirikanı

hakimiyyətindən devirmək üçün onu “arvad ərindən, övladı

valideyndən ayırmaqda” ittiham edərək, əhalini ona qarşı qoyama

qaldırır. [3] Qaynağın verdiyi məlumatdan aydın olur ki, qədim

Mesopotamiya və Azərbaycan ərazisində ailə cəmiyyətinin mənəvi

dəyərlərindən biri kimi qiymətləndirilirdi. Azərbaycanın qədim




soylarında  olan kutilər ailənin cəmiyyətin müqəddəs  kiçik özəyi hesab

edirmişlər.

Azərbaycan ailəsi və ailə məişəti haqqından mənbələrdə, yazıl

abidələrində və qaynaqlarda, [4] XIII əsr böyük Azərbaycan alimi

Nəsirəddin Tusinin, [5] Azərbaycan ədəbiyyatı klassiklərini əsərlərində,

şifahi xalq ədəbiyyatını nümunələri olan dastanlarda əhəmiyyətli

məlumatlar vardır. Azərbaycanlıların ailə və ailə məişətinə dair maraqlı

materiallar XI-XVIII əsrlər aid mənbələrdə öz əksini tapmışdır. [6]

Azərbaycanda ailə və ailə məişəti məsələləri XVIII əsrin sonundan

başlayaraq XIX əsr və XX əsrin başlanğıcında yazılmış etnoqrafik

səpkili rusdilli ədəbiyyatda da öz əksini tapmışdır. [7]

Həmin materilların müqayisəli təhlili aydın surətdə göstərir ki,

Azərbaycanda orta əsrlərin ailə məişəti ilə yeni dövrün ailə məişəti

arasında kəskin fərqlər olmamışdır, yəni Azərbaycan xalqının ailə

məişətində varislik ənənələri müşahidə edilir. Deməli, Azərbaycan xalqı

ailə və ailə məişəti ilə bağlı olan adət-ənənələrini əsrlər boyu qoruyub

saxlaya bilmiş, onları təkmiləşdirmiş,  inkiaf etdrimiş və bu ənənələr

tarixin sınaqlarından keçərək zəmanəmizədək gəlib çatmışdır.

Azərbaycan xalqı dünyanın əxlaqi cəhətdən ən təmiz və möhkəm

ailələrindən biridir. Ailə üçün mühüm olan bu xüsusiyyətlərindən dərin

kökləri vardır. Həmin köklər Azərbaycan ailəsinin inkişaf yolu ilə

bağlıdır. Dünyanın bütün xalqlarında olduğu kimi, azərbaycanlılarda da

tarixi inkişaf prosesində  ailənin  həcmi və strukturu ilə müəyyən edilən

iki forması mövcud olmuşdur: böyük ailə və kiçik ailə.



Böyük ailə. Böyük ailələrə tarixi və etnorqafik ədəbiyyatda ailə

icması, yaxud patriaxal ailə, nəsli ailə, bölünməmiş, birləşmiş və ya

mürəkkəb ailə və s. adlarla məlumdur. Ailə icması üç, dörd  və bəzən

beş nəslin nümayəndələrindən ibarət olub ata, oğul, nəvə, nəticə və

eləcə də qardaşların ailələrini birləşdirən kiçik ictimai kollektiv,

təsərrüfat özəyidir. Bu kollektivə oun ağsaqqalı başçılıq edirdi. Ailə

icması üçün səciyyəvi cəhət onun üzvlərini torpaqdan, əmək

alətlərindən, ev heyvanlarından, digər mülkiyyət və əmlakdan  birlikdə

isitfadə etməklə,  birgə istehsal və birgə mənimsəmədir. Bu

xüsusiyyətlər ailə icmasını təsərrüfat və ictimai mahiyyətini

müəyyənləşdirməklə onun təbii əsasını təşkil edir.



Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə