Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə102/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   98   99   100   101   102   103   104   105   ...   134

Xaçmaz rayonni köhnə Xaçmaz adlaan ərazisində  piyadaların

istifadə etdiyi belə bir körpü Qudyalçay üzərindən, Xanlar rayonunun

Eldar kədində isə Qabırrı çayı üzərində salınmışdı.

Rabitə vasitələri. Maddi istehsalın əsas sahələrindən biri olan

rabitə vasitəlrəi həm də xalqın mədəni həyat səviyyəsini gösətərən

amillərdəndir. Rabitə vasitlərinin inkişafı  hər bir ictmai-iqtisadi

mərhələdə məhsuladar qüvvələrin inkişaf səviyyəsindən asılı olmuşdur.

Qədim zamanlardan insanlar lazımi məlumatları  istənilən yerə

çatdırmaq  məqsədilə zəng, dəf səslərindən, işıq, tonqal, məşəl və s.

vasitlərdən, müxtəlif bayraq və  əl hərəkətlərindən, habelə öyrədilmiş

göyərçinlərdən istifadə etmişlər.

Adətən, düşmən  hücumlarına məruz qalan yerlərin əhalisi hündür

yerlərdə və ya qüllələrdə tonqal qalayıb, tüstünün qalınlığı, istiqaməti

ilə  düşmən orudusunun sayını, hərəkət və istiqamətini qonşu bölgələrə

xəbər vermişlər.

Qədim zamanlarda şifahi məlumatları lazımi yerə çatdırmaq üçün

“çapar” və “qasid”lərdən geniş istifadə olunmuşdur. Sonralar yazılı

məlumatlarla rabitə (əlaqə) saxlanması əsasında poçt idarəsi yarandı.

Şərqdə poçtun təşkili və nizama salınması  İran hökmdarı I

Daranın (eramızdan əvvəl 522-486-cı illər) adı ilə bağlıdır. [112]

Poçt sözü qədim yunan  dilində “dayanacaq” mənasında

işlənmişdir. Geniş mənada isə o, istifadə üçün əlaqə növlərindən biri

olmuş və olmaqdadır.

Qədim şərq  ölklərində olduğu kimi, Azərbaycanda da poçtun

fəaliyyəti atalrla həyata keçirilirdi. Poçt vasitəsilə, sənədlər, məktublar,

xırda bağlamalar, pul baratları və b. əmanətlər göndərilirdi. Qədim poçt

dayanacaqlarında məktub və bağamalara möhürlər də vurulurdu.

Dayanacaqlar arasındakı məsafə təbii-coğrafi şəraitlə əlaqədar olaraq 15

km-dən 20-25 km-ə qədər olurdu. Hər dayanacaqda hazır duran çapar

onu çatdırılan göstərişləri qəbul edib növbəti dayanacağa yola düşür və

beləliklə, məktub və yüklər yolda ləngidilmədən, sürətlə istənilən yerə

çatdırılırdı.

Dövlət əhəmiyyətli gizli sənədlər daşıyan çapar isə məktubu

başqa çapara vermirdi. O, ancaq dayanacaqda atını dəyişərək yoluna

davam edirdi. Beləliklə, bir çapar bəzən gün ərzində 150 km-ə qədər




yol gedə bilirdi. Orta yüzilliklərdə güclü hakimyyətə malik bir çox

ölkələrdə poçt işlərinə xüsusi  fikir verilməsinə baxmayaraq, poçt

rabitəsi çox aşağı səviyyəd idi. Poçt xidmətinin sürətli inkişafı, xüsusilə

buxar gəmilərinin və dəmir yolarının inkişafı ilə bir vaxta təsadüf edir.

   

Çar  Rusiyası  Azərbaycana  müntəzəm  əlaqə  saxlamaq



məqsədilə 1818-ci ildə Yelizavetpolda (Gəncə) poçt idarəsinin

açılmasına, 1826-cı ildə isə Bakıda poçt ekspedisiyasının təsis

olunmasını təşkil etdi.

[113] XIX əsrin 30-cu illərində Quba, Naxçıvan, Şuşa, Şamaxı,

eləcə  də  Lənkəran,  Nuxa  (Şəki)  ,  Salyan  və  digər  yerlərdə  də  poçt

idarələri yaradıldı. [114]

XIX əsrin 60-cı illərindən sonra Rusiyasının mərkəzi

quberniyalarında sənayenin sürətli imkişafı xammala olan təlabatı

artırırdı. Buna görə də, Rusiya ipək, texniki bitkilər və digər məhsullar

istehsal olunan mərkəzlərlə  əlaqəni möhkəmləndirmək məqsədilə

Azərbaycanda yol çəkilişi  ilə yanaşı, poçt rabitəsinin yaxınlaşmasınada

xüsusi fikir verirdi.

XIX əsrin 60-70-ci illərində Azərbaycanın, demək olar ki,bütün

şəhərlərində və qəza mərkəzlərində, o cümlədən Göyçay, Ağdaş,

Zaqatala, Şuşa, Culfa, Ordubad və s. yerlərdə poçt idarələri fəaliyyət

göstərirdi. Əsrin axırlarında  Azərbaycanda poçt idarələrninin sayı 60-

dan çox olmuşdu ki, bunlarında yaranmasına Bakı-Tiflis və Bakı-

Dərbənd dəmir yolu xətlərinin işə düşməsini böyük rolu olmuşdu. [115]

Çünki dəmir yolu stansiyaların hamısında poçt qəbulu təşkil

edilmişdi.

Kapitalizmin inkişafı və ticarət  əlaqlərin genişlənməsi daha

münasib rabitə vasitlərinin yaranmasını təmin edirdi. Belə rabitə

vasitələrindən bir də teleqraf olmuşdur. İlk teleqraf  rabitəsi XIX əsrin

30-cu ilərində  meydana gəlmişdi. Rabitənin sənədli forması olan

teleqrafla ancaq qısa məlumatlar göndərilirdi.

Azərbaycanda ilk teleqraf xətti 1864-cü ildə Naxçıvanda Culfa

arasında çəkilmişdir. Bu, Tiflis-Culfa teleqraf xətinin bir hissəsi idi.

[116]


XIX əsrin ikinici yarısından etibarən Azərbaycanda xalq

təsərrüfatını müxtəlif sahələrinin, o cümlədən neft, dağ-mədən,




ipəkçilik, tütünçülük və digər sənaye sahələrinin  sürətli inkişafı

teleqrafın da inkişafına təkan verdi. Buna görə də, təəccüblü deyil ki,

yeni teleqraf  stansiyaları  o yerlərdə yaradılırdı ki, oranın sənətkarlıq,

ticarət və hərbi  münasibətlərində böyük rolu vardı.

1868-cı ildə Nuxa, Ağdaş, Göyçay və  Şamaxıdan keçən Bakı-

Tiflis teleqraf xətti başa çatdırıldı. Yenə həmin ildə Nuxanı və Gədəbəy

mis zavodunu Yeliozavetpolla (Gəncə) ilə birləşdirən teleqraf xətti

çəkildi. Şuşa şəhərində yerləşən mülki müdriyyət və inzibati idarəlrəin

tələbini dəmək məqsədilə  1876-cı ilin yanvarında Yelizavetpoldan

Şuşaya teleqraf xətti çəkildi. [117]

Bakını Rusiya teleqraf xəttinə birləşdirilməsi və onun

Krasnovodsk (Türkmənbaşı) ilə müxtəlif əlaqələrin genişlənməsi  bu

şəhərlər arasında teleqraf xətini yaranmasına səbəb oldu. Xəzər dənizin

dibi ilə gedən bu xəttin çəkilməsi 1879-cu ilin oktyabrında başa

çatdırıldı. [118]

Sərhəd rayonlarına yerləşən hərbi hissələrin tələbini öyrənmək

məqsədilə  1880-ci ildə Şuşa şəhəri ilə iran sərhəddindəki Vəng kəndi

teleqraf xətti iə birlşdirildi. [119] 1882-83-cü illərdə Qubanı Qusarla,

Bakını Salyan və Lənkərana birləşdirən teleqraf xətləri də istismara

verildi.  1880-90-cı illərədə teleqraf stansiyaları Qazax, Yevlax,Tətər,

Ağdaş, Cəbrayıl və s. yerlərdə də açıldı. [120]

Beləliklə, XIX əsrin axırlarında Azərbaycanın bütün şəhərlərində

və bir çox kəndlərnidə poçt stansiyaları ilə yanaşı, teleqraf məntəqələri

də fəaliyyətdə idi.

Teleqrafın mövcud olması öz növbəsində rabitənin yeni, həm də

daha rahat və təcili növü  olan telefonun yaranmasına səbəb oldu.

XIX əsrin sonlarına yaxın Azərbaycan da sənayenin, ticarətin,

xüsusilə də Bakıda neft sənayesinin sürətli inkişafı telefon rabitəsinə

olan ehtiyacı artırmışdı. İlk telefon xətti 1880-ci ildə Bakıda “Qafqaz və

Merkuri” cəmiyyəti tərəfindən çəkilmişdi. Bunun ardınca 1881-cı ildə

Nobel qardaşlarının yaratdığı ikinci telefon xətti Balaxınıdakı Nobel

mədənlərini Qaraşəhərdəki neft zavodları ilə birləşdirirdi.

   Nobel qardaşlarından sonra telefon əlaqələrinin yaradılması ilə

H.Z.Tağıyev və başqaları da məşğul olmuşdur. Daha sonra Bakıda

mərkəzləşdirilmiş telefon xəttlərini qurşadırılması  üçün poçt və teleqraf



Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə