Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə104/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   100   101   102   103   104   105   106   107   ...   134

Ailənin tarixi forması olan böyük ailənin təşəkkülü xüsusi

mülkiyyətdən meydana  çıxması, ata nəslininə qərarlaşması və nəticədə

qəbilə icmalarının dağılması, kənd icmalarını yaranması ilə əlaqədardır.

Qan qohumluğu prinsipi ilə təşəkkül tapmış qəbilə icmalarında fərqli

olaraq kənd icmalarında   böyük  patriaxal ailələr qonşuluq, ərazi

prinsipləri  ilə birləşirlər. Kənd icmaları daxilində mövcud məhsuldar

qüvvələrin inikişaf səviyyəsi, təbii olaraq, ailə icmaların həcmini

məhdudlaşdırırdı. Böyük ailələr müəyyən həddə çatdıqda parçalanaraq

kiçik ailə icmalarına  bölünürdülər.  Bu yeni ailə icmaları da böyüyərək

müəyyən həddə çatdıqdan sonra öz növbəsibndə dah yeni ailə icmasına

bölünürdülər. [8]

   Azərbaycanda qəbilə icmalarını nə vaxt kənd icmaları il əvəz

olunması  və onların tərkbində ailə icmasını nə vaxt yaranması və

dağılması tarixini dəqiq müəyyənləşdirmək mümkün deyildir. Qoşu

İran  və orta Asiyada ailə icmalarının dağılmasını və böyük ailələrin

kiçik ailələrə parçalanmasını rus alimləri eramızın V əsrinə aid edirlər.

[9] Azərbaycan etnoqrafı Q.Qeybullayev də həmin materiallara



əsaslanaraq Azərbaycanda böyük ailələrin V əsrdən başlyaraq  kiçik

ailələrə bölünmsəini ehtimal edirş [10] Bu fərziyyə orta əsr Azərbaycan

xalq dastanlarını materialları ilə də təsdiq olunur. Dastanlarda böyük

ailələr haqqında  demək olar ki,  heç bir məlumat verilmir və təsvir

olunan  ailələrin hamısı kiçik ailələrdir. Bu da təbiidir. Çünki, böyük

ailələr ptriaxal-qəbilə quruluşu üçün tipik olan ailə forması hesab edilir,

və ictmai icma quruluşunu dağılması nəticəsində böyük ailələr də

dağılmalı idi.

    XIX əsrdə Azərbaycanda böyük ailələrin bərpası üçün tarixi

şərait yaranır. XIX əsrin ortalarında Azərbycanda olmuş alman səyyahı

A.Qaksthauzen “qalıqlar”  halında mövcud olan böyük ailələr haqqında

məlumat verərək yazırdı ki, ata vəfat etdikdən sonra, adət əsasında

varidatın bölüşdürülməsinə icazə verilməsinə baxmayaraq,  çox vaxt

qardaşlar ailənin təsərrüfatına birgə sahiblik etməkdə davam edirdilər.

[11] XIX əsrdə Azərbayucanda ailə icmasını  bərpası Rusiya

imperisyasında çar hökümətinin kənd icmalarının (cəmiyyətlərinin)

bərpası üçün  göstərdiyi qayğı ilə bağlı  idi. Kənd cəmiyyətləri haqqında

hazırlanmış  əsasnaməyə uyğun olaraq vergilər kənd əhalisini sayına

görə deyil, kənddəki “tüsütlərin”,  yəni aliə təsərrüfatlarının sayına görə

müəyyən edilirdi. Vergilərin ödənilməsi üçün cavabdeh olan kənd

cəmiyyətləri böyük ailələrin kiçik ailələrə parçalanmasınıı qarşısını

almağa çalışırdılar. Çünki hər bir yeni ailənin meydana  gəlməsi

icmanın ödəməli olduğu ümumi verginin artmasına səbəb ola bilərdi.

Kənd cəmiyyətləri daxilində böyük ailələrin saxlanmasında həmin

ailələrin özlərini də maraqları vardır. İcma torpaqlarında birgə istifadə

qaydalarına  görə  əkin yerləri və biçənəklər vaxtaşırı olaraq icma

üzvləri arasında bölüşdürülürdü. Pay torpaqların əkib becərmək üçün

müəyyən miqdarda işçi qüvvəsi, qoşqu heyvanları, toxum və  əmək

alətləri tələb olunurdu. Kiçik ailələrin belə imkanları az olduğundan çox

vaxt  öz pay torpaqlarını  əkib-becərməyə gücləri çatmırdı. Kifayət

qədər işçi qüvvəsi, qoşqu heyvanı, toxum və əmək alətlərinə malik olan

böyük ailələr də isə qardaşlar  pay torpaqlarını birgə səy ilə  əkib—

becərə bilirdilər.

XIX əsrin ikinici yarısı -XX əsrin əvvəllərində Azərbaycan

kəndini məişətini tədqiq etmiş müəlliflər Qazax, İrəvan, Naxçıvan,



Gəncə, Qarabağ, Şəki, Şirban, Muğan, Quba, Bakı və Lənkəran

bölgələrində, həmçinin Gürcüstanın və Dağıstanın azərbaycanlılar

yaşayan bölgələrində   böyük ailələrin mövcud olması haqqında

məlumat  verir  və  qeyd  edirdilər  ki,  ailənin  başısı  vəfat  etdikdən  sonra

da varidat ailə üzvlərinin ümumi istifadəsində qalırdı. Ailə  əmlakının

bölüşdürülməsi nadir hallarda baş verirdi.

 XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində Azərbaycanda

böyük ailələrin yaranması tarixən mövcud olmuş  ənənəvi yolla, yəni

ailə icmalarının müəyyən həddə qədər böyüyərək, nisbətən kiçik ailə

icmalarına parçlanması yol ilə baş vermirdi. Əkisnə bu dövrə

Azərbaycanın böyük ailələrin əksəriyyəti ictimai-iqtisadi şəraitlə

əlaqədar olaraq qardaşlarını azsaylı kiçik ailərinin bir qimsinin

müəyyən müddət, əsasən atalarının sağlığında bir yerdə yaşamaları

nəticəsində təşəkkül tapırdı. Adətən, belə ailələr ailə başçısını

vəfatından sonra  kiçik ailələrə parçalanırdı və ailə icmaları dağılırdı.

XIX əsrin sonu XX əsrin əvəllərində Azərbaycanda mövcud olan ailə

icmalarının necə adlanması haqqında qaynaqlarda heç bir məlumat

olmadığı kimi, Azərbaycan entoqrafiya elmində də dəqiq və vahid fikri

yoxdur.  Etnoqrafik ədəbiyyatda böyük ailə mənasında “külfət”, “bir

çətən”, “xizan”, “arxa” və s. ifadələr işlədilir. Əslində isə xalq arasında

işlədilən bu ifadələr sadəcə “ailə” anlayışının sinonimləri olub, dilimizə

Azərbayucan xalqının etnogenezi prosesində iştirak etmiş soy və

xalqların dillərindən keçmişdir. Böyük ailə üçün 11 nəfərdən ailə

üzvünü olmasın meyar götürən Q.Qeybullayev XIX əsrin sonunda

Azərbaycanı  əksər bölgələrini əhatə edən Bakı və Yelizavetpol

quberniyalarına 25283 böyük ailənin olduğu  qənaətinə gəlmişdir. [12]

Əlbəttə ailə üzvlərnin sayının çoxluğu böyük ailələrin səciyyəvi

xüsusiyyətlərindən biridir.

Azərbaycanda daha çox

böyük üzvü olan ailələr

haqqında məlumat vardır.

Etnoqraf Q.Qaraqaşlı XIX

əsrin əvvllərində Qazax

qəzasında hər birinin 30-40

nəfər üzvü olan  böyük



Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə