Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə106/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   102   103   104   105   106   107   108   109   ...   134

evlərdə yaşasalar da torpaq faktiki olaraq bölünmür, yenə birgə əkilib-

becərilirdi. Yeni kiçik ailələr müstəqil təsərrüfatlara malik olsalar da,

əksər hallarda təsərrüfat əlaqələrində  və ictmai münasibətlərində birliyi,

ideoloji ümumiliyi müəyyən müddət qoruyub saxlıyırdılar. Böyük

ailələrdə mövcud olmuş vahid təsərrüfatın yerini iməcilik, əvrəz, hoy,

mödgəm və s. qarşlıqlı yardım firmaları bir-birinə kömək edən kiçik

ailə təsərrüfatları tuturdu. Belə qohum ailələr qrupu patronimiya

adlanır. [19]

Azərbaycanın müxtəlif bölgələrində patronimik qruplar uşağı,

əqrəba, nəsil, övlad, toxum, tirə, kürək, törəmə və s. adlarla mövcud

olmuşdur. Patronimiyaya daxil olan ailələr çox vaxt bir-birinə yaxın

yerlərdə  yurd salıb kənd daxilində  məhəllə təşkil etmişlər. Patronimik

qrupların təşkil etdikləri məhəllələr Azərbaycanın müxtəlif bölgələrində

məhlə, oba, oymaq, dəkkə, dingə, tirə, coma, basalaq və s. adlarla

tanınmışlar.

Hər bir patronimiyanın ağsaqqalı olurdu. Xeyir-şər işlərində

patronimiyanın üzvləri başçı sayılan ağsaqqalla məsləhətləşirdilər. Hər

bir məhəllənin öz  ictmai yeri var idi. İctimai yerlər ayrı-ayrı

bölgələrində  meydan, ortalıq, gim, gəmgə, gimgə, dingəxana və s.

adlanırdı. Belə meydanları kəndin ortasında, arx kənarında, qovaq və

çinar  kimi  böyük ağacların kölgəliyində salırdı. Patronimiyanın yaşlı

kişiləri meydanlara yığılıb dincələr, həm də məhəllə və kəndlə bağlı

problemləri müzakirə edərdilər.

Patrnomiyanın ictimai birliyi qohumları bir-birinə qarşılıqlı

yardımlarında toy və yas mərasimlərində, qan intiqamı məsələlərində

özünü göstərirdi. Cavanların patronimiya daxilində evlənməsinə

üstünlük verilirdi. Bir ailənin düşməni patonimiyaya daxil olan bütün

ailənin düşməni hesab edilirdi.




Patronimyanı mənəvi birliyi məsciddə ibadətdə,  pirlərdə və

qəbirstanlıqlarda özünü  təzahür etdirirdi. Məclislərdə patronimik

qrupların toplaşdıqları və birgə ibadət etdikləri, namaz qıldıqları daimi

yerləri, həmçinin öz  qəbirstanlıqlar  və pirləri olurdu. Hazırda böyük

kəndlərdə bir neçə qəbirstanlığın olması da, vaxtilə mövcud olmuş

patrinimik

qəbirstanlıqlarla

bağlıdır. Pirlərin

bəziləri

ulu


əcdadların

qəbirləri ondən

ibarət olmuşdur.

Öz

qəbirstanlıqları



olmayan

patronimiyalar öz

ölülərini

ulu


əcdadlarını pirə

çevrilmiş qəbri ətrafında dəfn edirdilər. Beləliklə, bir çox kəndlərin

ümumi qəbirstanlıqlarında patronimiyalara məxsus  ayrıca qəbirlər

sahəsi    əmələ  gəlmişdir.  Bu  onu  göstərir  ki,  əcdada  sitayiş,    uluların

xatirəsinə hörmət patronimiyanın  mənəvi birliyin əsas ünsürlərindən

biri olmuşdur.

İctmai-iqtisadi inkişafın müəyyən mərhələsində  patonimik

qurplar arasında qohumluq əlaqələrin artması nəticəsində

patronimiyaların qapalılığı aradan qalxır, ictimai və mənəvi birliyi

tədricən mahiyyətini itirir, nəticədə patronimiya yaxın və uzaq

qohumların  “qalıq” ları halında bizə gəlib çatan arxaik ictimai

institutuna çevrilir.



Kiçik ailə. Azərbaycanda orta əsrlərdə olunduğu kim, XIX-XX

əsrlərdə ailənin əsas forması kiçik ailə idi. Böyük ailə ilə kiçik ailə

arasında fərq yalnız ailə üzvlərinin sayında olamamışdır. Onlar arasıda

kəmiyyət fərqli ilə yanaşı  əsas iki keyfiyyətə fərqi də olmuşdur.

Əvvələn, böyük ailənin varidatı bütün ailəyə məxsus olduğu halda,

kiçik ailədə mülkiyyətin başçısı yalnız  onju başçısı olan kiş ihesab




edilirdi. İkinci fərq nəsillərin durumu ilə bağlı idi. Məlum olduğu kimi,

böyük ailə 3-4 və daha çox nəsildən ibarət idi. Böyük ailə  şaquli

istiqamətində baba, ata, oğul və nəvələrin, üfüqi istiqamətdə isə

qardaşların ailələrinin birliyi idi.

Kiçik ailələr üçün xarakterik cəhət onun  yalnız şaqüli

istiqamətdə iki və üç nəsildən ibarət olmasıdır.

Kiçik ailə iki yolar-“qalıqlar” halında mövcud olan böyük

ailənin parçalanması və ailədə həddi buluğa çatmış oğulun evləndikdən

sonra müstəqil ailə təşkil etməsi yolu ilə yaranmışdır.

Kiçik


ailələr

özləri də

quruluşlarına görə iki tipə bölünürlər: sadə və mürəkkəb ailələr. Sadə

ailə iki nəsidlən yəni, ata-ana  və onların uşaqlarından ibarət olurdu.

Mürəkkəb ailənin tərkibində isə üç nəil-baba-nənə, ata-ana və nəvələr

olurdu. Sadə ailələrdə uşaqlardan biri evləndikdən sonra ata-anası iə

birlikdə yaşadıqda aiənni tipi dəyişir və sadə ailə mürəkkəb ailəyə

çevrilir, lakin kiçik ailə olaraq qalmaqda davam edir. Çünki gənc ailə

müstəqil ailə kimi özünü doğrultmur, hələ ailə içərisində ailəyə çevrilə

bilmir. Baba və nənə nəvələrinnə də öz uşaqları kimi münasibət

bəsləyirlər. Belə mürəkkəb kiçik ailələri cəmiyyət vahid ailə kimi qəbul

edir. Sadə ailələrdə uşaqlarıdan ikisi  evləndikdən sonra ata-anaları ilə

birlikdə yaşayırlarsa, bu zaman ailənin tipi deyil, forması dəyişir, o,

artıq böyük ailə hesab olunur.




Sadə ailə bütün ailələrin özəyirdir. Bütün ailə formaları və tipləri

onnu əsasında  təşəkkül tapırlar. Məhz bu keyfiyyətlərinə görə sadə ailə

elm aləmində nuklear (latınca-“nukleus”, “nüvə”, “özək” sözündəndir)

ailə adlanır. [20] Nuklear ailə üçün uşaqların sayı həlledici əlamət deyil.

Sadə ailələrdə 1-2 nəfər uşaq olduqda onu azuşaqlı ailə, 3-4 nəfər

olduqda orta saylı ailə, 5 nəfər və daha çox olduqda-çoxuşaqlı ailə

hesab edirdilər.

Çox uşaqlı ailələrə Azərbaycan üçün səciyyəvi və  ənənəvi hal

hesab olunmuşdur. Uşaqların sayı 9-12 olan ailələr az deyildi. Ailədə

uşaqların sayı artdıqca onun valideynlərinə deyirdilər: “Allah payıdır”.

Çoxuşaqlı ailə xoşbəxt ailə heab edilirdi. Çox uşağı olan valideynlər

cəmiyyətdə böyük hörmət və nüfuza sahib idilər. Göründüyü kimi, ailə

üzvlərinin sayının çoxluğu və ya azlığı ilə onu böyük ailə və ya kiçik

ailə, sadə və ya mürəkkəb ailə olma arasında birbaşa əlaqə asılılığı

yoxdur. Sadə kiçik ailələr də ailə üzvlərinin sayına görə “böyük ailə”

ola bilirlər. Lakin belə “böyük ailələr” klassik böyük ailə, yəni ailə

icması hesab edilmirlər.

Azərbaycanda kiçik ailənin yaranamsı, yəni həm böyük ailənin

parçalanması, həm də oğulun evləndikdən sonra ata-anasından ayrılıb

müstəqil ailə təşkil etməsi zamanı  əmlak bölgüsü baş  verirdi. Əmlak

bölgüsünün həyata keçirlməsi eyni prinsiplərə  əsaslanırdı və ailənin

üzvləri tərəfində zərurət kimi qarşılanırdı. Bu zərurilik bir zərb

məsəlində də öz əksini tapmışdır: “Qardaşıq, amma cibimiz ayrı”.

Əmlak bölgüsü ailənin ümumi mülkiyyətini əhatə edirdi. Böyük

ananın və gəlinlərin cehizi, mehr (kəbin haqqı) və gəlin ər evinə gələn

zaman qayınatası tərəfindən bağışlanmış “dizdayağı” qadınların şəxsi

mülkiyyəti hesab edilirdi. Ailə  əmlakına bir hissəsi ailənin ümumi

mülkiyyətinə aid edilmirdi. Ailəni ümumi mülkiyyəti torpaq sahəsi,

yaşayış evləri, təsərrüfat tikiliəri, mal-qara, əmək alətləri, ev əşyaları,

qızıl-gümüş və pul vasitəsindən ibarət olurdu. Ailə mülkiyyyətinin

bölgüsü əksər hallarda məhəllə ağsaqqalının, bəzən mollanı iştirakı ilə

həyata keçirlirdi. Ailə mülkiyyətini bölünməsi zamanı payayırma

qaydaları Azərbaycanın hər yerinə, ayrı-ayrı bölglərində lokal xarakterli

fərqlər isitisna olmaqla, təxminə eyni olmuşdur. Ailə  əmlakının el

arasında deyildir kimi “ata malının” bölüşdürülməzdən öncə qadınların



Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə