Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə114/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   110   111   112   113   114   115   116   117   ...   134

şərtilə qız evindən gəlmiş “qənd başı” xonçasındakı kəllə qəndin  baş

hissənin üstünə bir qədər şirniyyat və  bəxşişlər qoyub yaxın dostu iə

birlikdə nişanlı qızın qonşusu evinə “nişanbazlıq” gedərdi. Qonşu arvad

“qəndbaşı” və sovqatı aparıb qız evinə verərdi qızın anası isə xörək

hazırlayıb oğlana göndərərdi. Xörək isə bərəbər qızın anası adaxlı oğlan

və onun dostu üçün içində müxtəlif əşyalar olan  iki xonça düzəldərdi.

Oğlanın dostu xələtini alıb gedərdi, oğlan isə qalıb nişanalısı ilə

görüşərdi. Azərbaycanın bir çox bölgəsində qızın atası çox halda

“nişanbazlığa” razılıq vermədiyindən nişanlı oğlan və qız toy gecəsinə

qədər bir-birilərini görməzdilər.  [54]

 “Novruz”, “Ramazan” və “Qurban” bayramlarında oğlan evi

nişanlı  qıza bayramlıq göndərirdi. Bu adətə Şəki bölgəsində “Qudalıq”

deyirdilər. R.Əfəndiyev Şəkidə qudalıq “adəti bel təsvir edir:

“bayramlarda oğlan evi nişanlı qızın bayramlığını göndərərdi. “Novruz”

qabağı “çərşənbə yemişi”, “Qurban” və “Ramazan bayramlarında  tel

halva, paxlava, peşvəng və s. halvalar xonçası, üstündə də  əlbəsəlik

(paltarlıq-red.),  ipək parça  göndərilirdi. “Qurban” bayramında

boğazında ipək parçadan  əlbəsəlik olan qoç göndərilərdi. Bu xonçaların

qarşılığı qız evi tərəfindən göndərilməli idi.  Məsələn, qız evininin

oğlan evə “Qurban” qoyununun ətindən qutab, lüləkabab, girs və dolma

göndərməsi adətdi”. [55]

  Adətə görə, nişanlı qıza atasının evində olduğu müddətdə oğlan

evi geyim alıb göndərməyə borclu idi. Bakı şəhərində yay aylarında qız

evi  bağa köçərkən, olan evi “bağbaşı” aparmalı idi. H.Sarabski bu

barədə yazırdı: “Şorqoğalı, şəkərbura, şəkərçörəyi, qənd, çay, qız üçün

yay paltarı, əla akulə düyüsü hazırlanıb gəlinlərinin görməyə bağa

gedərdilər. Bunun  adına da “bağbaşı” deyərdilər”. [56]

 Nişandan  sonra olan evi böyük toya hazırlaşmağa başlardı.

Gəlin üçün paltar və zinət əşyaları alınır, toy tədarükü  görülərdi. Bu

müddətdə də qız evi cehiz tədarükünə başlardı. İmkanlı və ehtiyatlı

ailələrdə qızları üçün cehizi lap kiçik yaşlarından hazırlardılar. Gəlinin

köçməsinə az qalmış qohum və qonşular qız evinə yığışar, gəlini

yorğan-döşəyinin sırıyar, cehizlərini qaydaya salardılar.

  El adətinə görə, toy-düyün şənlikərindən əvvəl gəlin köçən qız

qohum-əqrəba tərəfindən qonaq çağrılardı. Qonaqlıqların sonunda



qohum-qardaş gəlin köçəcək qıza yorğan, döşək, yastıq, xalça, nalça,

nazbalşı, mis qazan və qab-qacaq və s. hədiyyə edərdi. Həmin

hədiyyələr gəlinin cehizinə əlavə olunurdu.

  Ənənəyə görə oğlan  və ya qız evi axundə və el ağsaqqalları ilə

məsləhətləşdikdən sonra razılaşıb toy şənlikərini gününü  müəyyən

edirdi. Öncə qız evində toy şənlikəri olardı. Adətə görə qız evindəki toy

xərcini oğlan evi çəkərdi. Oğlan evindən boynuna qırmızı parça

bağlanmış və ya başına qırmızı rəng vurulmuş bir neçə qoç və  ərzaq

məhsulları göndərilərdi.

 Qız evində təşkil olunan toy şənlikərindən biri  “paltarkəsdi”

adlanırdı. Şirvan  bölgəsində ona həm də “bazarlıq” deyilirdi.

“Paltarkəsdi” günü  çalğıçıların iştirakı ilə oğlan evindən başlayaraq

çalıb-oynayırdılar. Günorta üstü gəlin üçün alınmış pal-paltarı sandığa,

şirni-xuşkəbər və  ərzaq  məhsullarını isə zənbillərə yığıb musiqi

sədaları altında  qız evinə aparardılar. Şeyləri qız evinə gətirən kişilər

çalıb-oynayanlara tamaşa  etdikdən sonra bir stəkan çay içərək

gedərdilər. Qadınlar isə ürəkləri istədikləri qədər rəqs edər,

şənlənərdilər. Sonra isə oğlanın anası “başıbütöv”, yəni əri, oğlu və qızı

olan  bir qadınla otaqların birindən paltarları çıxarıb xonçalara yığardı.

Oğlanın qohumlarından bir neçə qadın xonçaları başlarına qoyub

oynaya-oynaya  məclisə gətirər və ortada yerə qoyardılar. “Başıbütöv”

qadın xonçaların yanında oturaraq şeyləri bir-bir götürər, ayaq üstə

durmuş başq bir qadına verərdi. Öncə gəlinin baş örpəyi verilərdi. Ayaq

üstə durmuş qadın da baş örpəyini məclisdəkilərə göstərib deyərdi: “Bu

gəlinin baş örpəyi! Allah mübarək eləsin, görənlər görüb, görməyənlər

də görsün!” Beləliklə, gəlin üçün gətirilmiş  bütün şeylər nümayiş

etdirilər və sonra yenidən xonçalara yığılardı. Sonra birini oğlanı anası

platarların üstünə pul atardı. Qızın anası da bir o qədər pul atardı. Daha

sonra oğlanın və qızın bütün qohumları, qonşuları və tanışları hallı-

halına görə paltarların üstünə pul atardılar. Oğlanın və qızın anaları pul

atanları yaxşı yadda saxlayırdılar ki, gələcəkdə  əvəzini çıxsınlar.

Yığılan  pullar ayaqüstə duran  həmin qadına verilərdi. Ona görə də çox

vaxt vəzifə üçün dul qadın seçiərdi ki, yığılan pullar  ona  kömək olsun.

Paltarları aparıb o biri otaqda yenidən sandığa yığdıqdan sonra oğlanın

anası sandığı qıfıllayıb açarını qızın anasına verərdi. Başqa bir evdə isə



evin kişiləri qənd və noğulu nəlbəkilərə yığardılar. Hər nəlbəkiyə bir

ovuc qənd  və noğul qoyulardı. Bir qadın həmin nəlbəkini bir qaba

yığıb  məclisə gətirər və qonaqlara paylayardı. Şirniyyat alanlar

“mübarək olsun” deyib noğul il qəndi yaylıqlarına başladırdılar.

Məclisin sonuna qızın anası  ən yaxın adamalrından  on-on beş nəfərə

“paltarkəsdiyə” qalmağı təklif edərdi. Oğlanın anası da  qabaqcadan bir

o qədər qadının vədəsini alardı.

  Quba bölgəsindəki “paltarkəsdi” mərasimi paltar bə “bazarlıq”

aparıldıqdan sonra, ayrıca təyin olnumuş bir gendə olardı. R.Babayeva

Quba  şəhərində “paltarkəsdi”ni belə təsvir edir: oğlan anası qız evinə

xəbərdarlıq göndərin sabah bir neçə qadınla “paltarkəsdi”yə gələcəyini

bilrərdi. Qız anası oğlan evindən xəbər bilən kimi tədarükə başlar və ən

yaxın adamlarına bir neçə qadına : “Sabah bizə paltarkəsdiyə gəlin”, -

deyə xəbər göndərərdi. O günün sabahı nahar vaxtı dəvət olunanlar qız

evinə paltarkəsdiyə gedərdilər. Oğlanın anas da on nəfərə yaxın qohum-

qonşu ilə gələrdi. Gələnlər xalılar üstündə nalçalar üstündə  oturub

söhbətə başlardılar. Onların qənşərinə süfrə salınar  və şirin çay, pendir,

çörək, şəkərtıxma, şorqoğalı və i.a. şirniyyat  gətirilərdi. Paltarkəsdiyə

yığışanlar yeyib-içib: “Mübarək olsun, oğullu-qızlı olşsun!” –deyin

süfrdədən çəkildikdən sonra yemkə süfrəsi yığılar və otağın ortasına

“dəstərxan” süfrə, Quba  bölgəsində deyildiyi kimi, “qələmkar” süfrə

salınardı.  Qız  adamı  palat  sandığını  gətirib  ortalığa  qoyar  və  paltarları

çıxarıb süfrəni üstünə qoyardılar. “Başıbütöv” qadın paltar  bişirməyi

bacarırdısa, qızın həmin paltarlarının üstünə parçadan biçərdi. Biçməyi

bacarmayanda isə parçanın üzərinə qayçı qoymaqla kifayətlənərdi.

Paltar kəsiləndən sonra hamı: “Allah mübarək eləsin, oğullu-qızlı olsun,

qoşa qarısın!”- deyərdi. Paltar  biçilib qurtarandan sonra bütün paltar-

parça sandığa yığılar və bir yana qoyulardı. Yenidən qonaqların

qarşısına süfrə sərilər və bir qadın öncə oğlanın anasının, sonra isə o

birilərinin əlinə aftafa-ləyəndə su tökərdi. “Paltarkəsdi”yə çağrılanlara

varlı ailələrdə zəfəranlı aş, toyuq plov, yanında səbziqovurma, çığırtma,

badımcan dolması və nar qovurması, orta səviyyəli ailələrdə südlü plov

(yanında qarası, kişmiş, xurma və quru kütüm və ya xəşəm balığı

olmaqla), yoxsul ailələrdə bozbaş, dolma və dovğa verilərdi. Yeməkdən




Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə