Elçi göndərməzdən əvvəl qohumlar və ağsaqqalarla
məsləhətləşmək qədim çağlardan xalq ənənəsi olub.
Xalq arasında elçi xüsusi nüfuza malik olmuşdur. Elçiliyə el
içində xüsusi hörmət qazanmış, sözü keçən adamlar gönədrilirdi. Elçi
göndərilən şəxs istedadlı olmalı, ünsiyyət yaratmağı, xaq arasında
deyildiyi kimi, “qız atası daşda olsa, onu yumşaltmağı” bacarmalıydı.
Elçi xoşagəlimli sözlər seçməli, ürəyə yatmalı sözlərlə birbaşa mətləbə
keçməli və fikirlərini əsaslandıra bilməliydi.
Keçmişdə qız evinə elçiləri gödərməzdən əvvəl molla yanına
gedib “istixarə” açdırardılar, yən kitaba baxıb hansı günün düşərli
olması haqqında məsləhət alardılar. Elçiliyə, adətən üç-dörd kişi və bir-
iki nəfər qadın gedirdi. Elçilərin tərkibində oğlanın babası, atası, əmisi
və dayısı olardı. Oğlanın atası sağ olmadıqda onu əvəzi kimi böyük
qardaş gedə bilərdi. Qız uzaq eldən və yaxud qonşu kənddən olduqda
elçilərin arasında oğlan nəslindən bir ağsaqqal, ləyaqətli, el arasında
deyildiyi kimi, “urvatlı” bir adamın olması məsləhət bilinirdi. Qadınlar
oğlan anası, xalası və ya bibisi olardı.
Adət-ənənəyə görə, elçilər qızın ailəsi tərəfində hörmət və
izzətlə qarşılanırdılar. Çünki, elçi Allah elçisi sayılırdı. Qızı vermək
niyyətləri olmasada belə elçiyə ehtiram göstərmək, onu ləyaqətlə qəbul
edib, yola salmaq hər bir ailənin borcu hesab edilirdi. Elçiləri qarşılayan
kişilər onlar “xoş gəlmisiniz” deyib qonaq otağına aparardılar. Elçilərə
gələn qadınları isə başqa bir otağa ötürərdilər. Elçilərə münasibət
müsbət olardısa, qızın anası hörmət əlaməti olaraq oğlanın anasını
boyunun qucaqlayıb üzündən öpərdi. Qonaqların qabağında süfrə açılsa
da oğlan adamları “həri” cavabını almayınca süfrəyə əl uzatmazdılar.
Bəzən qzı evinin bu elçiliyə münasibəti müsbət olduqda, süfrəyə baldan
ahzırlanmış şərbət də qoyulardı. Qızın razılığı el arasında deyildiyi kimi,
“hərisi” verildikdən sonra “Allah mübarək eləsin”, -deyib süfrədəki
çaya qənd salar, şirinçay və ya qəndlə “ağızlarını şirin edərdilər.” Sonra
oğlanın və qızın analarını qonaq otağına çağırıb bu sevindirici xəbəri
onlara bildirər və süfrədəki təamlardan yeməyə başlardılar. Süfrəyə aş
(plov) da verilərdi. Qadınlar o biri otağa qayıdıb hamıya gözaydınlığı
verərdilər. Oğlanın anası gəlinin çağırıb barmağına nişan üzüyü taxar,
başına ipək örpək salardı. Bu, Azərbaycanın bir çox bölgələrində
“bəlgə”, bəzi bölglərində isə “xatircəmlik” adlanırdı.
Qız üçün elçi gəlməsi xəbərini qohum-əqrəba, qonum-qonşu
sevinclə qarşılayar, qızın ata-anasını və bütün ailə üzvlərini təbrik
edərdilər. Qızın “hərisi” verildiyi gündən olan və qız bir-birinə
“deyikli” hesab edilirdi.
Elçilərə rədd cavabı verildikdə də çox ədəb-ərkanla, elə tərzdə
deyirdilər ki, oğlan tərəfi bundan inciməz və düşmənə çevrilməzdi.
Böyük Nizaminin “Leyli və Məcnun” poemasında elçilik edən
Məcnunun atası birbaşa mətləbə keçərək məqsədini lakonik dildə ifadə
edir və eləcə də lakonik, həm də məntiqə əsalandırılmış rədd cavabını
alır. [48] Bu ənənəyə Azərbaycanın digər dühası Füzulinin “Leyli və
Məcnun” poemasında da rast gəlinir. Leylinin atasın elçiliyə gəlmiş
Məcnunun atasına, onun şərəf və ləyaqətini gözləmək məqsədilə
lakonik tərzdə rədd cavabı verir:
“Sən çox gəldin, səfa gətirdin,
Torpaqlardan bizi götürdün!
Müşkülcə xitabdır xitabın,
Bilməm necə verəyim cəvabın?
Qürbün bilirəm mənə şərəfdir,
Əma xələfin əcəb xələfdir.
“Məcnun”-deyə tən edər xəlayiq
Məcnuna mənim qızım nə layiq?” [49]
Poemada Leylinni atası hümanistlik göstərərək Məcnunun
atasının ümidini qırmır, “tədbir gör oğlan sağalsın”, və “oğlun sağalarla
qız onun olsun”, -deyə əhd edir.50
Şifahi xalq ədəbiyyatı nümunələrdən-dastanlardan, nağıllardan
məlum olur ki, keçmişdə qız atası elçilərə münasibətdə ədəb-ərkan
gözləyərək rədd cavabı əvəzi başqa bir yol seçərdi, oğlanın qarşısında
yerinə yetirilməsi müşkül olan ağır şərtlər qoyardı.
Azərbaycanın əksər bölglərində nişan və çirni bir yerdə olardı.
Bəzi bölgələrdə bu mərasimə “ağsaqqal plov” da deyilirdi. Nişanda qız
üçün üzük və şal aparıldığına görə bu mərasimə Bakı, Lənkəran, Təbriz
və başqa bölgələrdə “şal-üzük” aparma da deyilirdi. “Kitabi-Dədə
Qorqud” dastanında nişan aparmaq və şirni içmək mərasimi “kiçik
dügün” adlandırılmışdır. Dastanda deyilir: “yalançı oğlu yalıncıq qızı
alır oldu, kiçik düyünü elədi, ulu düyünə vədə qoydu”. [51]
Nişan təyin olunduğu gün gündüz oğlanın evindən qız evinə
nişan xonçası aparılırdı. Xonçaya üzük və baş örpəyi-tirmə şal ilə
bərabər, ailənin imkanına görə də sırğa, bilərzik, boyunbağı, medalyon
və s. zinət əşyaları, Gəncə kəlayağısı, 1-2 dəst paltarlıq parça və
şirniyyat məlumatı qoyulardı. Axşam üstü 15-20 nəfər oğlan adamı-
yaxın qohum, dost və tanış qız evinə gələrdi. Nişan zaman bəy oğlanın
anası və bacısı ilə yanşı yaxın qohumları da xonça tutar və hərəsi öz
xonçası ilə qız evinə gedərdi. Nişana qız tərəfindən də qonaq dəvət
edilərdi. Yeyib-içdikdən sonra qonaqların hər biri öz yaylığına bir qədər
noğul, konfet və şirniyyat yığıb evlərinə aparardı. Nişan xonçasının
qablarını boş qaytarmazdılar. Həmin qablarda qız evindən oğlan evinə
“qənd başı” xonçası göndərilərdi. Kəllə qəndin baş hissəsini sındırıb bu
xonçaya qoyardılar. Xonçada olan şəkərbura, şəkərçörəyi, paxlava,
şorqoğalı və s. ilə birlikdə toy plovundan da oğlana pay göndərilərdi.
“Deyikli” qız və olan artıq nişandan sonra rəsmi olaraq
“nişanlı” və ya “adaxlı” hesab edilirdilər. Azərbaycanda nişanlı qızın
qədim zamanlardan bəri “nişanlı” və ya “adaxlı” adlanması “Kitabi-
Dədə Qorqud” dastanında da öz əksini tapmışdır. Dastanda deyilir:
“...Bu otaq...Banıçiçək otağıymış ki, Beyrəyin beşikkərtmə nişanlısı,
adaxlısıydı”. [52] Nişan aparılan gündən etibarən nişanlı qız adaxlısının
qohum-əqrabasından yaşınmalı, üzünü gizlətməli idi, adaxlı oğlan da
öz nişanlısıın qohumlarında qaçmalı idi.
Nişandan sonra qız və oğlanın rasında məhəbbətin daha
da möhkəm olması və onların bir-birinə isnişməsi üçün, qızın atasının
xəbəri olması şərtiə anası adaxlı oğlana şərait yaradırdı ki, xəlvəti qızın
yanına gəlsin. Bu adət el arasında “adaxlıbazlıq” və ya “nişanbazlıq”
adlanırdı. Böyük Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musqili
komediyasında Azərbaycanın şəhər yerlərində “adaxlıbazlıq” adətinin
gözəl təsviri verilmişdir. [53] Azərbaycanı aran Qarabağ bölgəsində isə
nişandan 1-2 gцn sonra nişanlı oğlan hər iki ailənin razılığını almaq
Dostları ilə paylaş: |