Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə121/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   117   118   119   120   121   122   123   124   ...   134

 

Ailədə  uşaqların  tərbiyəsi  onların  bələnməsindən,

əmizdirilməsindən, yedizdirilməsindən onlarla oynamaqdan və söhbət

etməkdən başlanardı. N.Tusi yazır ki, “uşaq süddən ayrıldıqdan sonra

hələ  əxlaqı korlanmağa vaxt tapmamış onu tərbiyə etməyə, nizam-

intizama öyrətməyə başlamaq lazımdır”. [76] Azərbaycan ailəsində

uşaqlar kiçiл yaşlarından öyərdirdilər ki, süfrə başında söhbət etmək

olmaz, böyük danışanda  kiçik qulaq asmalıdı, özündən böyüklə,

xüsusilə də ağsaqqalla  ucadan danışmaq, əlini cibinə salmaq, əl-qol

hərəkəti etmək ədəbsizlikdir. Valideynlər uşaqlarına  təlqin edirdilər ki,

yalnız halal şey yesinlər, qismətdən artığa göz dikməsinlər,  insaflı

olsunlar, ətrafdakılara diqqətli olsunlar və onları qayğısına qalsınlar,

ehtiyacı olanlara imkan daxilində köməklik göstərsinlər. Ağsaqqala,

qonşuya, qadınlara hörmət hissinin də aşılanması  uşaqların ailə

tərbiyəsinin mühüm ünsürləri olmuşlar.

  Azərbaycan ailəsində uşaqlara kiçik yaşlarından əmək vərdişləri

öyrədirdiər. Kənd yerlərində oğlanlar çox işlərində atalarına  kömək

edər, kiçik yaşlarında anaları ilə birlikdə meşəyə gedər, odun

gətirərdilər, qızlar isə ev işlərində analarına  yaxından kömək edərdilər.

 Uşaqların fiziki trəbiyəsində keçmişdə uşaq oyunları, o

cümlədən uşaq  idman oyunları  əhəmiyyətli yer tuturdu.  Azərbaycan

əsilzadə və dövlətli ailələrində uşaqların fiziki tərbiyəsini qayğısına

xüsusi qalırdılar. Xan və bəy uşaqlarına  atıcılq məharətini öyərdərdilər.

Ataları onları özləri iə birlikdə ova aparardı. Xalqın bütün sosial

təbəqlərinin oğlan uşaqlarına kiçik yaşlarında at sürmək vərdişləri

öyrədilirdi. Keçmişdə xalqımızın təkcə oğlanları deyil, qızları da

idmanla məşğul olmuşlar. Bu, onların fiziki kamilliyi, at çapmaq

məharəti,  ox  atmaları,  qılınc  oynatmaları,  qurşaq    tutub  güləşmələri

haqqında “Dədə Qorqud”. “Şah İsmayıl”, “Məhəmməd-Güləndam” və s.

dastanlarda  verilən məlumatlardan aydın olur.

Ailədə uşaqların əqli tərbiyəsində ayağı göstərilərdi. Dövlətli

ailələrdə körpə vaxtı uşaqların tərbiyəsi ilə dayələr məşğul olardılar.

Uşaqlar 6-7 yaşına çatdıqda  onu oxumaq üçün molla yanına  qoyardılar.

İmknalı ailələr isə uşaqlarını mədrəsə və dünyəvi məktəblərdə oxudur,

təhsil və elm almaq üçün İstanbula, Qahirəyə, Nəcəfə, Peterburqa,

Moskvaya, Qori seminariyasına, Qazana, Odessayavə Rusiyanın başqa




şəhərlərinə, Almaniya, Fransa kimi Qərbi Avropa ölkələrinin

şəhərlərinə göndərərdilər.

Azərbaycanda  keçmişdə uşaqların estetik tərbiyəsinə də fikri

verilirdi. Zadəgan ailələrində və  şəhərlərin varlı ailələrində musiqi

təhsili vermək üçün xüsusi musiqi müəllimləri dəvət olunardı. Kənd

yerlərində uşaqlar aşıq musiqisinə və xanəndələrin oxumasına böyük

həvəs göstərərdilər. İstedadlı oğlan uşaqlarını ustad aşıqalrın,

xanəndələrin, simli, nəfəsli və zərb musiqi alətində çaln sənətçiərin

yanınd şagird qoymaqla onların estetik tərbiyəsinə qayğı göstərir və

gələcəkdə məşhur el sənətçilərini yetişməsini təmin edirdilər.

 Uşaqların ailə tərbiyəsində ana və ata ilə yanaşı kənd

ağsaqqalları, şəhərlərdə isə məhəllə ağsaqqalları və bütün böyüklər fəal

iştirak edirdilər.

Beləliklə, ailə tərbiyəsi nəticəsində uşaqları milli adət-

ənənələrimizi mənimsəməklə cəmiyyətimizin üzvü olmağı öyənir,

cəmiyyətin davranış qaydalarını, əxlaq normalarını və qanunlarını qəbul

etməyə hazırlaşırdılar.

DƏFN

Ailə məşiətini məsuliyyətli və ciddi məsələlərindən biri  dəfn və

yas ilə bağlı mərasimlər və adət-ənənələrdir. Ailə məişətinin digər adət

və  ənələrindən fərqli olaraq dəfn adətləri din ilə bağlı olduğuna görə

cüzi dəyişikliklərə uğramaqla  zəmanəmizədək qorunub saxlanılmışdır.

  Qədim zamanlardan formalaşmış xalq inamlarına görə, insanın

həyatı Allah tərəfindən əvvəllcədən müəyyən edilmiş yolla inkişaf edir.

İnsan doğulur, böyüyür, ailə qurur və bir gen taleyin hökmü ilə

dünyasını dəyişir. Bütün bunlar, insan hələ ana bətnində olarkən onun

alnına həkk olunduğuna görə “alın yazısı” adlandırırlar. Xalq arasında

əcəllə bağlı elmdə “alın yazısı” hesab edilirdi.

  Azərbaycanda Son Paleolit dövründən başlayaraq  zəngin qəbir

avadanlıqlarına  malik müxtəlif dəfn adətləri olmuşdur. Arxeoloji

qazıntılar zamnı Qobustandakı Firuz və Kənizə düşərgələrində aşkar

edilmiş iki dəfn abidəsi Azərbaycanın Mezoli-Eneolit dövrü əhalisini

kütləvi dəfn adətləri haqqında  təsəvvür yaradır. Son Mezolit dövrünə




aid Firuz  düşərgəsindəki kütləvi   dəfnlə  əlaqədar olan abidələr on

böyük və bir uşaq skeletinin qalıqları ilə yanaşı, bəzək əşyaları və

müxtəlif alətlər də tapılmışdır. Kənizə düşərgəsində aşkar edilmiş

Neolit dövrünün sonuna aid qəbirdə də əmək alətləri ilə birlikdə iki kişi

və bir qadın dəfn olnumuşdur. [77]

 Eneolit dövründə Azərbaycanda ölünü  bilavasitə yaşayış yeri

ərazisində dəfnetmə adəti varmış. İlk Tunc dövründə isə ölülər yaşayış

yerlərində deyi, xüsusi ayrılmış yerlərdə basıdırılırdı. Belə

qəbirstanlıqlarda ayır-ayrı nəsillərə, ailələrə məxsus  kurqan tipli dəfn

abidələri qurulmuşdur. Belə kuranlardan insan skeletləri ilə yanaşı

əmək alətləri, bəzək əşyaları, içərisinə azuqə qoyulmuş qab-qacaq da

tapılmışdır. [78]

 Azərbaycanda İlk Tunc dövrünə aid  bəzi kurqanların bir

hissəsində ölülər sadəcə dəfn olunduqları halda, digər hissəsində

yandırılmışdır. Ölüyandırma (kremasiya) adəti o dövrdə Qafqazın başqa

ölkələrində  və  İraqın şimal bölgələri çıxılmaqla  Qədim Şərq

ölkələrində yayılmamışdı. Azərbaycanda  isə Muğanda aşkar edilmiş

Orta Tunc dövrünə aid  Əliköməktəpə  abidəsində də kremasiya

müşahidə edilmişdir. [79]

 Azərbaycanda Orta Tunc dövrünə aid qəbir abidələrinin bir

qrupu kromlexli (daşdan qurulmuş dairə) kuranlarıdır; Urmiya  gölü

sahilində, Göytəpə yaşayış yerində və Naxçıvan ərazisində isə  daş

qəbirlər aşkar edilmişdir. Son Tunc və Dəmir dövrü üçün kurqan, daş

qutu və torpaq qəbirlər xarakterikdir. [80]

 Atropatena və Albaniya ərazilərində e.ə. III-I əsrlərdə torpaq

qəbirlərlə yanфşı, küp qəbirдər də geniş yayılmışdır. İri küplərdə meyit

bükülü vəziyyətdə dəfn edilirdi. Kişilər sol, qadınlar isə sağ böyrü üstə

dəfn edilmişlər. Küpün içərisinə bəzək əşyaları, yanında  isə gil qablar

qoyulurdu. Küp qəbirlər üfüqi vəziyyətdə aşkar edilmişlər və heç bir

məzarüstü abidlərə malik deyillər. [81]

 Orta əsrlərdən başlayaraq müsəlman xalqlarının əskəriyyətində

dəfn qaydaları və mərasimləri-mərhumun yuyulması, qüsullanması,

kəfənlənməsi, qəbrin quruluşu, ölü  nazmaının qılınması, cənazənin

məzara endirilməsi, təlqin və islam dininin qanunları  ilə müəyyən

edilmiş digər adətlər oxşardır, demək olar ki, eynidir və onlar əməl



Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə