Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə122/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   118   119   120   121   122   123   124   125   ...   134

olunması vacib sayılır. Müstəhəb, yəni yerinə yetirilməsi mütləq vacib

hesab edilən bu dənf adətləri ilə bərabər, Azərbaycanda keçmişdə bir

sıra yerli mənşəli dəfn adət-ənənələrinə də  əməl edilirdi. Həmin adət-

ənənələr müstəhəb omasalar da, yenə məcburi hesab edilməsələr də, el

arasında mütləq yerin yetirilmiş  və bu günədək qorunub saxlanmışdır.

 Hər bir azərbaycanlı ailəsində ölüm yatağında olan xəstə ilə

bağlı, onun yaşından asılı olmayaraq müəyyən hazırlıq işləri görülürdü.

Ev-eşiyi, həyət-bacanı təmziləyib səliqə-sahmana  salardılar. Xəstə

yaşlı olduqda  ona xüsusi qayğı göstərilir, vəsiyyət etməsinə ciddi

diqqət yetirilirdi. Xəstə vəsiyyət etdikdən sonra bir tərəfdən ailə üzvlərə

arasında münasibətlərə aydınlıq yaranır, digər tərəfdən, xalq  inamına

görə vəsiyyət etdikdən sonra xəstə yüngülləşirdi. Xəstənin həyatının

son çağlarının yaxınlaşdığını hiss etdikdə, islam dininin tələblərinə

uyğun olaraq xəstəni ayaq tərəfi qibləyə olmaqla arxası üstüə uzadar və

molla, yaxud axund “Quran” oxuya bilən bir nəfəri çağırardılar.

Xəstənin başı üstündə “Quran”ın və “Yasın ” surəsi oxunardı. “Yasın”

ucadan oxunardı ki, can verən şəxs onu eşitsin. Xəstə keçindikdən sonra

mərhumun gözlərinin qapaqların örtər, çənəsini çəkib bağlayar, əllərini

yanına salar, ayaqlarını uzadıb cütlyər  və üzünü  örtrədilər.

  Ölüm  yatağında    olan  şəxsin  son  nəfəsi  çıxan  kimi  başlanan

ağlaşma  el arasnda “şivən” adlanırdı. Adətən, qadınalar ucadan, xüsusi

avazala  ağlaşar, kişilər isə səssiz, nadir halda səslə astadan ağlayardılar.

“Şivən” mərhumun yaşından, onun ailədə və cəmiyyətdə mövqeyində

asılı olaraq,  müxtəlif xarakterili olurdu və cənazə həyətdən çıxana

qədər davam edirdi. Mərhumun cənazəsi ortaya qoyulur, ətrafına ən

yaxın qohum qadınlar oturub əl-qol hərəkətləri ilə ağı” deyir, özlərini

döyə-döyə ağlayar, saçlarını yolar, üzlərini cırardılar.

  Rəhmətə gedən ölünün  molla salat  oxumaqla  bütün kəndlərə,

qonşulara bidirərdi. Salat səsini eşidən qonşular, qohumlar, kənd

camaatı,  şəhərlərində isə məhəllənin kişiləri və qadınları ölü yerinə

toplaşar, “Allah rəhmət eləsin!” deyib, mərhumun ailə üzvlərinə

başsağlığı verərək dəfn üçün hazırlıq görülməsinə köməklik

göstərərdilər. Belə ki, el adətinə görə, dəfn və yas mərasimi təkcə

mərhumun ailəsini deyil, bütün el-obanın qayığısı idi. Bu işdə hər kəs




öz bacarığı və imkanı dairəsində köməklik göstərərdi. Dəfn və yasla

bağlı bütün köməkliklər  könüllü və təmənnasız olurdu.

 Mərhum axşamüstü və ya qaranlıq düşəndə keçirnərdisə, onu

dəfni sabaha saxlanardı. Sabaha  saxlanmış ölünü tək qoymazdılar.

Adətə görə yaşlı adamlardan  bir neçə nəfər ölünün  yanında qalardı və

bəzi bölgələrdə  mərhum şişməsin deyə, sinəsi üstünə güzgü qoyardılar.

[82]

 Dəfn günü  ilk növbədə qəbiri qazmaq üçün qəbirstanlığa



adamlar göndərilərdi. Sonra isə mollanın göstərişi ilə özünün

yuyulması mərasimi başlayardı. Meyitin yuyulması üçün müəyyən üsul

və qaydalar mövcud idi. Bu üsul və qaydalar toplasına “qüsul” deyilirdi.

Qüsl kənd yerlərində mərhumun öz həyətinin  bir tərəfində dörd tərəfinə

xalça, palaz və yaxud həsir tutulmuş “qüslxana” adlandırılan yerdə,

şəhərlərdə isə məscidlərin yanında bu məqsədlə xüsusi düzəldilmiş.

Qüslxanalarda icra  olunurdu. Hər bir kənddə və məscidin yanındakı

qüsulxanalarda ölü yumaqla  məşğul olan xüsusi adamlar var idi.

Onlara “mürdəşir” deyirdilər.

 Qüsl zamanı qəbul edilmiş üsul və qaydalara  ciddi əməl

olunurdu. Qüsl üç mərhələdə icra olunurdu. Birinci mərhələdə

mərhumun boğazından yuxarı üzü, alını, sifəti, burnu və qulaqları sidr

tozu qatılmış su ilə yuyulurdu. İkinci mərhələdə mərhumun bədən

hissəsi kafur qatılmış su ilə yuyulurdu. Üçüncü mərhələdə meyit təmiz

su ilə yuyulurdu. Bu zaman meyidin üstünə başdan ayağadək üç dəfə su

tökməklə mərhuma qüsl verilərdi. Bəzi bölgələrdə bu mərhələ “abı-

xalis qüsulu” adlanırdı. Qüsl vermə başa çatdıqdan sonra meyidin yeddi

nayihəsinə-alnına, sağ və sol əllərinin üstünə, sağ və sol ayaqlarını

dizlərinə, sağ və sol ayaqlarını baş barmaqlarına sidr-kafur çəkilirdi.

 Mərhuun yuyulması başa çatdırıldıqdan sonra “kəfənləmə”

başlanırdı. Kənd yerlərində dünyagörmüş kişilər ömrlərinin sonunun

yaxınlaşdığını hiss etdikdə  şəhərə gedər, sidr və kafur ilə birlikdə ağ çit

də alıb kəfən üçün tədarük görərdilər. Şəhər yerlərində isə belə tədarükə

ehtiyac yox idi. Məscidlərin nəzdindəki qüslxanalarda sidr və kafura

yanaşı kəfənlik ağ  şit də olurdu. Xələt adlanan hissə mərhumun

boyundan 40-50 sm. uzun biçilirdi. Köynək və şalvar adlanan hissələr

çələtin içərisinə yerləşdirilirdi. Kəfənin hissələri hazır olduqdan sonra



mərhumun cənazəsi pambıqlanıb şalvar və köynəklə örtülür və xələtin

üstünə qoyulub bükülürdü. Kəfən baş və ayaqdan həmin parçadan

kəsilmiş iplərlə bağlanırdı. Həmin iplərdən cənazənin belindən kəmər

kimi də bağlanırdı ki, cənazə qəbirə qoyulan zaman həmin iplərdən

tutumaq mümkün olsun.

 Yuyulub kəfənləmə başa çatdıqdan sonra mərhumun cənazəsi

tabuta qoyulurdu, tabut isə mafənin üstünə yerləşdirilərək qüslxanadan

hüzr yerinə gətirilirdi. Ailə üzvləri, qohular və qonşular mərhuma

hallalıq verib onunla vidalaşdıqdan sonra mafə həyətdən götürülüb dəfn

üçün qəbirstanlığa aparılardı. Mafə qəbirstanlığa aparılarkən adətən

görə üç dəfə qaldırılıb yerə qoyular və sonra mərhumun ayaq tərəfi irəli

olmaqla, ən yaxın adamlarının çiynidə qəbirstanlığa yola salınardı.

Qəbirstanlığa yalnız kişilər gedərdi. Yol boyu kişilər növbə ilə mafənin

altına girib  onu qəbirsitanlığa çatdırardılar. Hətta dəfn qafiəsi ilə üz-

üzə gələn müsafirlər mafəni altına girər və onu bir qədər apardıqdan

sonra “Allah rəhmət eləsin!” –deyib, yollarına davam edərdilər. Dəfn

qafiləsini önündən gedən molla “Quran”dan surələr oxumaqla cənazəni

qəbirstanlığa qədər müşayiət edərdi. Mafə qəbirstanlığın girəcəyinə

yerə qoyulardı və molla bütün qəbirtsanlıq əhli üçün dua oxuduqdan

sonra qaldırılıb mərhum üçün qazılmış qəbrin yayına aparılardı. Burada

mafə yerə qoyulduqdan sonra hamı mollanın arxa tərəfində durub ölü

namazı qılar və mərhumun cənazəsi qəbrə qoyulardı. Cənazəni kəfənin

arxa və baş tərəflərindən və belinə bağlanmış kəmərlə tutmaqla dörd

nəfər qəbrə sallayar, bir nəfər isə qəbrin içində durub onu nizamlayardı.

Cənazə sağ çiyni üstə, üzü qibləyə olmaq şərtilə qəbrin dibində “əhlət”

adlanan yerə qoyulardı.

  Qəbrin dərinliyi ayrı-ayrı bölgələrdə torpağın xüsusiyyətlərindən

asılı olaraq müxtəlif olurdu. Şəriətə görə qadın qəbri bir qədrə dərin

qazılırdı. Qəbrin dibində cənazə qoyulacaq əhlət adlanan  yer o qədər

dar qazılırdı ki, meyit böyrü üstə qoyulanda  onun divarlarına söykənib

aşamasın. Əhlətin sağ və sol divarlarını üstü  qəbrin ümumi divarlarına

qədər hamar hazırlanırdı ki, cənazə yerləşdirilmiş əhlətin üstünü örtmək

məqsədilə ağac və ya daş lövhələrin uclarını qoymaq mümkün olsun.

 Kəfənin ayaq və baş tərəflərinə bağlanmış ipləri və kəməri

açmaq və cənazəni yerləşdirib nizama salmaq üçün məzara düşən adam



Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə