Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə118/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   114   115   116   117   118   119   120   121   ...   134

ərinin dili ilə “ata” və “ana”, qayınlarına  və baldızlarına isə “qardaş”,

“bacı”  ifadəsi əlavə etməklə adları  ilə müraciət edərdi.

 Gəlin qırx gün öz həyətlərindən bayıra  və camaat arasına

çıxmazdı, hətta anasıgilə də gedə bilməzdi. Bu müddətdə onu “çillə” yə

düşməsindən ehtiyat edərdilər. Qırx gündən sonra baldız və qaynanası

gəlini camaat arasına çıxarar, özləri ilə bulaq başın aparardılar. Gəlinin

at-anası da qızlarını yalnız qırx gündən sonra qonaq çağırardı. Gəlinin

tası evinə qonaq çağrılmasını “ayaq açdı” adlanırdı. “Ayaq açdı”

zamanı gəlini atası qızına xalça, sağmal heyvan və qiymətli bir hədiyyə

verərdi. Bəzi ailələr kürəkənlərinə hətta at da bağışlayardılar. Odur ki,

gəlin köçmüş qızın atası evinə “ayaq açdı”  mərasimi həm də “kürəkən

görümcəyi” adlanırdı. Qayınata və qayınana üçün kürəkən olan qızın əri,

qayın və baldızlar habelə digər qohumlar üçün “yeznə” adlanırdı.

Azərbaycanın Şirvan, Gəncə, Qazax, Borçalı və Göyçə bölgələrində

qızın əri üçün kürəkən sözünün əvzinə “göy” sözü işlədilmişdir.

Ehtimal ki, Azərbaycanın bir çox bölgələrində müasir dövrdə də

“kürəkən” mərasimində işlədilən “göy” sözünün  zəmanəmizədək gəlib

çıxan  qədim oğuz “göykü” sözünün qısaldılmş formasıdır.




UŞAQLARIN TƏRBİYƏSİ

Gəlinin gətirilməsi ilə yeni bir ailənin təməli qoyulurdu. Gəlin ər

evinə gəldikdən sonar onnu həyatını yeni mərhələsi başlanırdı. Gən

ailənin mənəvi həyatında qayınata, qayınana, qayın və baldızlar, qayın

aravdaları və təzə bəyin digər qohumları  mühüm rol oynayırdılar.

Atalar yaxşı deyiblər: “Gəlin gəlin olmaz, düşdüyü ev gəlini gəlin edər”.

Gənc ailənin taleyində valideynlərin gəlinə verdiyi nəsihətlər də öz

təsirini göstərirdi. Belə ata nəsihətlərinin gözəl nümunəsi

Y.V.Çəməzəminlinin “Qızlar bulağı” romanında verilmişdir” “... Rəftar

adama bağlıdır. Sən istəsən qayınata və qayınananın çəmini taparsan.

Köhnələrin də rəyi ilə bir az hesablaşmaq lazımdır” [68] gəlinlər bir

hərəkətləri ilə ata və anaların onlara  verdikləri nəsihətlərə əməl etməyə

çalışırdılar. Azərbaycanda gəlin ər evinə gəldiyi üçün bir  uşağı olana

qədər qayınata və qayınanasından  üzünü gizlədər, yaşmaq tutar,

qayınatasının və böyük qayınlarını yanında yemək yeməz, onlarla

biləvasitə danışmaqdan çəkinər, hətta  çox zaman özündən kiçiklərlə də

astadan danışardı.

  Azərbaycan ailəsində gəlinin mövqeyi və ona münasibət uşaq

doğmasında asılı idi. Xalqımız gənc ailələrin övlad arzusunu nağıllarda

və dastanlarda ilahiləşdirmişdi: “qırx gün qırx gecə toy eldilər, gəlin

gətirdilər. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə gəlin

otdu,  pəhləvan cüssəli bir oğlan (və ya Günəşə, Aya bənzər, gözəl,

görçək bir qız) uşağı dünyaya gəldi”.  Nazğıllarımızın bu isindirici

nəfəsi “Kitabi-Dədə Qorqud” dastanında da Qlın Oğuz elinin hökmdarı

Bayındır xannı sözlərində də öz əksini tapmışdır: “Oğlu-qızı olmayanı

Allah-taala qarğayıbdır. Biz dəxi qarğarız, bəlli bilsin”. [69] El arasında

uşaqları evin yaraşığı adlandırır, uşaqsız evi isə susuz dəyirmanna

bənzədirdilər. Xalqın alqış və qarğışında  bu inam öz  ifadəsini tapmışdı.

Birini dua-sana edəndə deyərdilər: “Səni görüm övladlarında

yarıyasan!” birini qarğıyanda deyərdilər: “Sənin görüm, nəslin

kəsilsin!” və ya “Səni görüm, bayquş kimi tək qalasan!”.

  Gəlin toydan qırx gün keçəndən sonra uşağa qalmadıqda, “gəlin

çilləyə düşüb”, - deyərdilər. Xalq  inamına görə, gəlnin çilləyə

düşməsinə səbəb yanına hələ doğuşdan sınra qırxı çıxmamış qadının, ya




doğulduqdann sonra uşaqları qalmayan, bir-birini ardına ölən “şəşəli”

və ya “həmzatlı” qadının, ya da ölüsünün qırxı çıxmayan yaşlı adamın

gəlməsi ola bilərdi. Xalq inamına görə, gəlin onunla eyni vaxtda ərə

getmiş başq  gəlindən, hətta  piçik və ev heyvanalrından  da çilləyə düşə

bilərdi. Gəlini çillədən azad etmək üçün çilləsi kəsilməli idi. Çillə

kəsməkdən ötrü xalq  arasında müxtəlif üsul və ovsunlardan istifadə

olunurdu.

  Gəlin hamiləlik dövründə böyük qayğı ilə əhatə olunurdu. Gəlini

ürəyi nə istəsə tapıb gətirərdilər. Ona qüvvətli və keyfiyyətli ləziz şeylər

yedizdirərdilər. Gəlinə məsləhət görülürdü ki, çoxlu heyva  və xurma

yesin. Xalq təcrübəsinə görə heyva uşağı gözəl, xurma isə sağlam və

qüvvətli olmasına təsir edirdi. Hamilə qadın yalnız  gözəl şeylərə və

mənzərələrə,göyçək admalara baxmalı idi ki, uşağı da göyçək olsun.

Xalq inamına görə hamilə qadın bətnində uşaq tərpənən vaxtlarda çirkin

adama  baxsaydı uşaq

çirkin,  dovşana

baxsaydı-qorxaq və ya

dovşandodaq, tülküyə

baxsaydı-hiyləgər,  itə

baxsaydı-qəzəbli olardı.

Hamilə qadına haram şey

yedizdirilərdisə uşaq oğru

olardı.

 

Doğuş  zamanı



zahının yanında mamaça

qadın  və ya başqa  bir qadın mütləq növbə çəkməli idi. Zahının ağzına

saqqız  və y abaşqa  yeməli şeylər verirdilər ki, yatmasın. Xalq inamına

görə zahı yatsa, “hal anası” onun ürək və ciyərini çıxarıb apara  bilərdi.

Bu bardəd xalq arasında belə bir rəvayət yayılmışdı ki, guya  bir kişi

arxa su ayırmaq üçün sübh çağı çay kənarına gəldikdə görür ki, uca

boylu, əlləri olduqca uzun, dözləri çiyinlərinə atılmış bir bədheybət bir

qadın əlindəki ürək və ciyəri suda yumaq istəyir. Dünyagörmüş kişi

başa  düşür ki, bu “hal anası” adlanan cindir, əlindəkilər isə hansısa zahı

qadının ürək və ciyəridir.  Kişi özünü  itirmir  və  əlindəki beli yuxarı

qaldıraraq, qəzəblə onu üstünə qışqırır: “Ey məlun! Bu saat əlindəkiləri



Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə