Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə115/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   111   112   113   114   115   116   117   118   ...   134

sonra qadınlar mürəbbəli və ya limonlu çayı içib, xeyir-dua verərək

dağılışırdılar. [57]

 “Paltarkəsdi” mərhələsindən sonra toy-düyünü son mərhələsi

olan böyük toy başlayardı.

 Qaynaqlarda Azərbaycanda qədim toyun 40 gün-40 gecə

edilməsi haqqında məlumat vardır. XIX-XX əsrlərdə isə böyük toy varlı

ailələrdə 7 gün-7 gecə, orta təbəqəli və yaxud yoxsul ailələrdə 3 gün,

çox vaxti isə bir gün davam edirdi.

Toy şənliyinə 2-3 gün qalmış “çağırışçı”, bəzi bölgələrdə

“salaçı” və ya “xəlfə” adlanan  bir nəfər müəyyən qədər noğul verib

adamları toya dəvət etməyə gondərərdilər. Çağırışçı evləri gəzib noğulu

paylar və adamları toya dəvət edərdi. Dəvət olunanlar “mübarək olsun”,

- deyib şirni nəlbəkidə yumurta, meyvə və yaxud xırda pul qoyardılar.

  Toya bir neçə gün qalmış oğlan evində çörək və yaxud yuxa

bişirib tədarük görərdilər. Ətlik heyvanlar isə toydan bir gün əvvəl

kəsilərdi. Həmin axşam yaxın qohumlar və qonşular bəy oğlanın evinə

məsləhətə yığışardılar. Bu vaxt sabahkı toy üçün heyvanlar kəsilər və ət

tədarük edilərdi. Kişilərdən bir-iki nəfər ət doğrayar, qadınlar isə

dolmalıq və lüləkabablıq əti döyüb hazırlayardılar. Bu ənənə  Şirvan

bölgəsində “danakəsdi” adlanırdı. Qadınlar isə öz aralarında ona

“ətdöydü” deyirdilər. “Danakəsdi” zamanı kəsilmiş heyvanların

içalatından qovurma hazırlayıb gələn qonaqlara axşam yeməyi

verirdilər. Yeməkdən sontra vəzifə bölgüsü aparılırdı: toyxana quranlar,

toyu idarə edəcək adamlar, xörək bişirənlər, xörək paylayanlar, çayçı,

çay paylayanlar, qonaq qarşılayanlar, gəlin gətirmək üçün gedəcək

adamlar, çalğıçıların dalınca gedənlər və s.

  Toy şənliyi üçün bəy oğlanın həyətində və ya maşqa münasib

yerdə böyük çadır qurulurdu. Ona “toyxana”, və ya “mağar” deyilirdi.

Toy Azərbaycanın bütün bölglərində qara zurna  ilə başlayırdı.

Zurnaçılar toyxanaya gələnə kimi hündür  bir yerə  çıxıb çalmaqla

toyun başladığını xəbər verərdilər. Uzaqdan zurna səsi eşidən kənd əhli

toyxanaya trəf axışardı. Toya gələnlər təzə və təmiz paltarlarını geyər,

bəzənərdilər. Toy kənd əhalisinin ümumi şənliyinə çevrilərdi.

 Azərbyacanda ailə-məişəti ilə bağlı adət-ənənələrin incisi toy-

düyün idisə, toy şənliklərini bəzəyi musiqi idi. Toya varlı ailələr



xanəndə, sazandalar və aşıqlardan ibarət bir neçə musiqiçi dəstəsi dəvət

edərdilər. Yoxsul ailələrin toyunda isə musiqiçilər zurna-balaban və

nağara-qaval çalanlardan ibarət olardı. Toyu ailənin sosial

mənsubiyyətindən və maddi durmundan asılı olmayaraq Azərbaycanın

Qarabağ bölgəsində xanəndəsiz, Şirvan və Qərb bölgələrində aşıqsız

təsəvvür etmək olmazdı.

  Toyda ustad aşıqlar  dastan söyləyən zaman kənd əhli, böyüklü-

kiçikli onları dinləməyə gələrdi. Ozan-aşıqlar qədim də də Azərbaycan

toylarının yaraşığı olmuşlar. Bütün oğuz toylarında ozan başda oturardı.

Oğuz toy şənlikərindən bəhs edən “Kitabi Dədə Qorqud” dastanında

musiqi alətlərindən “sırna (zurna) və nağaranın, rəqslərdən

“yellətmə”nin (yallınnı) adları çəkilməklə yanaşı, “qopuz çalıb boy

boylayan, soy-soylayan” ozan-aşıq yaradıcılığından da geniş bəhs edilir.

Orta əsr Azərbaycan dastanlarında da ozan  və aşıqların toylarda

göstərdikəri sənətkarlıq məharətlərindən xəbər verilir. Toylarda xalq

mahnılarını ifası da geniş yer  tumuş, musiqi ilə rəqs qədim

zamanlardan əkiz olmuşdur. Cavanalar “Yallı”, “Cəngi”. “qaytağı”,

“Uzundərə”, “Tərəkəmə”, “İnnabı”, “Turacı”, “Ceyerranı”, “Mirzəyi”,

“Köçəri”, “Əsgəri”, “Qazağı” və s. oyun havlarını rəqs etməkdən

yorulmazdılar.

 Toya çağırılan musiqiçilərə, müğənnilərə, xanəndələrə və

aşıqlara xələt, hədiyyə və pul vermkə qədim zamanlardan el adəti

olmuşdur. Azərbaycan xlq dastanlarında deyiliri ki, aşığı xalq

dolandırar. “Kitabi Dədə Qorqud” dastanında bacılarının yanına ozan

qiyafəsində gələn Beyrək bəy deyir: “Köhnə qaftanınız varsa geyəyin,

düyündə əlim qaftan girərsə geri qaftanınızı verəyin”. [58]

 Azərbaycan taylarını idarə edən, onun aparıcısı “toybəyi”

adlanırdı. Bəzi bölgələrdə ona “toy babası” , “toybaşı”, “toyağası”,

yaxud  “şah” deyilirdi. Toybəyini sözü toy iştirakçıları üçün qanun

sayılırdı; hamı onun dediklərini əməl etməli idi. O, toyda istədiyi adamı

oynamağa məcbur edər və ya  cərimələyərdi. Toybəyi şənlik məclisini

öz  köməkçisi vasitəsilə idarə edərdi.

 Keçmişdə Bakı kəndlərində sazəndələr əvəzinə dərvişlərin

iştirakı ilə toy etmək dəbdə olmuşdur. Belə toylarda dərvişlər

Məhəmməd Peyğəmbər (c), xəliflər , imamlar  və başqa müqəddəslərin



həyatlarından, igidliklərindən söhbət etməklə yanaşı, silah oynatmaq,

gözbağlıca, fala baxma və s. ilə toya gələnləri əyləndirdilər.

 Kənd yerlərində toy-düyün zamanı müxtəlif idman yarışları,

oyun və əyləncələr təşkil edilərdi. Kəndin gəncləri özlərinin at çapmaq

məharətlərini cıdır yarışında nümayiş etdirərdilər. Cıdırda qalın gəlmiş

atın boynuna kəlayağı bağlayar  və ya sahibinə köynək hədiyyə

verərdilər. Cavanların bir hissəsi güləş yarışında, digər hissəsi isə güc

sınama ilə bağlı başqa oyunlarda iştirak edərdilər. Bəzi toylarda atıcılıq

məharətinin göstərən yarışlar da təşkil olunurdu. Qədimdə Azərbaycan

toylarında  at  çapmaq  yarışı    və  bəy  oğlanın  üzüyünü  nişan  alıb  ox

atmaq yarışı “Kitabi-Dədə Qorqud” dastanında da  təsvir olunmuşduur:

“Məyər göykünün üzüyünə nişan atarlardı. Beyrək bir oxla üzüyü  urdu,

paraladı”.[59]

 Keçmişdə bəzi bölgələrdə oğlan evində toy olan zaman qız

evində də toy olardı. Qız toyunda çalğıçılarda qadınlardan  ibarət olardı.

Gəlin qızı bəzədib toy məclisinin yuxarı başında oturdardılar. Qazax

bölgəsində gəlin qızın qarşısına meyvə, çərəz və  şirniyyatla dolu iki

xonça və rəfiqələri tərəfindən bəzədilmiş “şax” qoyardılar. Toyda qadın

müğənnilər el bayatılarından oxuyar, qızlar oynayardılar. Şəki şəhər

toylarında oynayan qızların alnına “şabaş”  verənlərdən bir-iki şahı

metal pul alıb əsginaslarının özlərinə qaytaradı. Şəkidə toy sahibi

uzaqdan gələn qonaqları və qohumları gəlin qızla birlikdə xəlvəti bir

otağa çağırıb yemək verərdi, qalan qızlar  isə axşamacan toyda oturar,

gecələr evlərinə gedərdilər. [60]

  Toy şənlikərindən biri də qız evində icra olunan xınayaxdı idi.

Gəlin köçməmişdən bir gün öncə oğlan evindən qız evinə boynuna

qırmızı şərid bağlanmış bir qoç və toy tədarükü  üçün  ərzaq göndərirdi.

Qız  evində    xörək  bişirib  axşam  toy  şənliyinə  hazırlaşardılar.

Axşamüstü dəvət olunmuş qadınlar qız evinə  toy şənliyinə toplaşardılar.

Axşam  isə  oğlanın  anası,  bacıları,  ən  yaxın  qadın  qohumları    və

qonşuları xonça düzəldib qız evinə  xınayaxma mərasiminə gedərdilər.

Xonçada gəlin üçün həna, iki bəzəkli şam, qənd, çay, noğul və xuşkəbər

ilə birlikdə bir cüt ayaqqabı da olardı. Gələnləri qarşılayan qız anası və

ya bacısı xonçanı olardan alıb evə aparar, özlərini isə toy məclisinə

dəvət edərdi. Gecə yarısına qədər çalıb oynayardılar. Sonra qadınlara



Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə