Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə112/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   108   109   110   111   112   113   114   115   ...   134

         Birisi necə söylərsən bayağıdır”. [44]

Dədə Qorqud sabah-sabah yerindən durur, əl üzünü  yumadan

doyunca yeyib naşükür olan “solduran soydur”ları, səhər sübhdən durub

el-obanı  gəzib söz gəzdirən “dolduran toydur”ları, qonağa mərifətsizlik

göstərib ərini sözünü  qulaqardına vuran “bayağı” qadınları deyil, qonaq

qəbul edib yola salmağı bacaran qadınları ailə ocağına övrət gətirməyi

məsləhət görürdü.

Qızı bəyənmək üçün birinci növbədə onu gormək lazım idi, həm

də təkcə oğlanın özünün deyil, onun ailə üzvlərini də qızı görüb

bəyənməsi vacib idi. Keçmişdə qızı 10-12 yaşına çatanda sonra əl-ayağı

küçədən-bacadan yığılırdı. Çox vaxt oğlanı anası, xalası, bibisi və ya

bacısı qızı toyda, yasda, bulaq başında, bayram və el şənliklərində,

şəhər yerində həm də hamamda, şəhər kənarına seyrə çıxan zaman, ya

da başqa  bir şəraitdə görüb bəyənərdi. Sonra oğlan anası ərinə deyirdi

ki,  bir nəfər göndər qohum-qonşudan öyrənsin ki, görük kimin qızıdı,

kimlərdəndi, bizə münasib ailədəndirmi,  həm də qızın anasının ağzını

arasın.

Başqa bir halda isə kimdə yetişmiş qız olduğunu biləndə dərhal



ora saymazyana  bir qadın gönədrərdilər. Həmin adın bir bəhanə ilə

gedib qızı görər, onun haqqında xəbər gətirərdi. Sonra oğlanın anası və

bacısı qızgilə gedərdi. Bu vaxt qızın gözü qapıda, qulağı səsdə olardı

gələnlərin niyyətini hiss etsə də, qız özünü  bilməməzliyə vurar, çay

gətirər, qonaq kimi qulluq göstərərdi. Söz-söhbət əsnasında qızın

anasını gələnlərin oğlan anası və ya  bacısı olduğunu bilib daha da

hörmət edər, mehribanlıq göstərərdi.

Azərbaycanda, adətən qız ərə verilərkən rəyi soruşulmurdu. Bu,

adət şəklini aldığı üçün qızdan rəy sorşulanda da o: “atam-anam bilər” ,

-deyə cavab verərdi. Kübar ailələrdə isə qızın rəyi soruşulur və vaxt

əsas götürülürdü. Azərbaycanda kübar dairələrdə keçmişdə “qız görmə”,

“qız bəyənmə” adəti  iı yanaşı  qız tətəfindən “oğlan görmə”, “oğlan

bəyənmə” adəti də olmuşdur.

Qız evi də öz növbəsində layiqli bir ailə dəyanətli bir oğlanla

qohum omağı arzulamışdır. “Oğlan görmə” adəti də onu imtahanı

çəmkə adəti iə bağlı idi. Azərbaycanda bəzi hallarda qız evi oğlanı




imtahana  çəkmək üçün  ona kötük yardırar, keçənin ucunu

buraxmamaq şətilə  biz ilə çarıq tikdirər və s. işlər gördürərdilər.

Oğlanın qız evi tərəfindən imtahana  çəkilməsini klassik

nümunələrindən biri də “Dədə Qorqud” dastanında Trabzon hakiminin

qızı Selcanı Qanturalıya verməmişdən öncə onu ağır imtahana

çəkməsidir.  Qantural  vəhşi  buğa,  aslan  və  buğra  (erkək  dəvə)  ilə

vuruşub öldürdükdən sonra qızın atasının rəğbətini qazanır. Bu həm də

qız üçün “oğlan görmə” səhnəsi olur. Qanturalı heyvanlarala döyüşmək

üçün  meydana girərək, niqabını çıxardanda  köşkdən baxan Selcan  onu

görüb bir könüldən min könülə aşiq olur. [45]

Azərbaycanda bəzən “qız bəyənmə” və “oğlan görmə”

adətlərinə ehtiyac olmurdu. Bu, xalq arasında “beşikkərtmə”

(“beşikkəsmə”) və ya “göbəkkəsmə” adalanan adətin icrası iə bağlı

olurdu. Adətə görə, oğlanın və qızın valideynləri övladlarını hələ

beşikdə ikən adaxlayırdılar. Bir çox hallarda övlad  həsrəti çəkən kişilər,

arzuları yerinə yetərsə,  övladlarını bir-biriylə evləndirməyi əhd

edərdilər. “Beşikkəsmə”, həqiqi  mənada kəbin  olmasa da,  bir növ

rəmzi nikah idi. Valideynlərlə bərabər bütün  qohum-əqraba bilirdi ki,

“beşikkəsmə”  olan uşaqlar böyüdükdə  evlənib ailə quracaqlar.

“Beşikkəsmə”  adəti həm mənəvi həm də iqtisadi səbəblərlə

bağlı idi. İqtisadi səbəb böyük ailələrdə və patronimik  qruplarda var-

dövlətin parçalanmasına yol verməmək, varidatın bir nəslin daxilində

saxlanması  zərurəti ilə  əlaqədar  olmuşdur. Mənəvi səbəb qohumluq

əlaqələrinin, dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi

məqsədilə izah edilir.

 “Beşikkəsmə” adəti zamanı oğlan  və ya qız uşaqları hələ

beşikdə, yəni qundaqda ikən onların valideyləri sövdələşib uşaqlarını

bir-birinə deyikli edir, bunun təsdiqi kimi qızın beşiyinə kərt (nişan)

qoyudular. “Beşikkərtmə” sözü də buradan yaranmışdır. Bəzi hallarda

qız uşağı oğlan uşağından sonra  doğulurdu. Uşaqların valideynləri

qabaqcadan sərtləşdiklərinə görə  mamaça  körpənin göbəyini kəsən

zaman  “göbəyini filankəsin oğluna kəsirəm” sözlərini deyirdi. Buradan

da “göbəkkəsmə” ifadəsi meydana çıxmışdır. Azərbaycanın bəzi

bölgələrində oğlanın anası qundaqda olan qız uşağını  köynəyini




yaxasından salıb ətəyindən çıxarmaqla  “beşikkəsmə” mərasimini

yerinə yetirirdi.

Bəzən “beşikkəsmə”  adəti ilə deyili olmuş uşaqların “nikahı”

böyüdükdən sonra uğursuzluqla  bitirdi; valideynlər öz əhdlərinə dönük

çıxırdılar. Hadisələrin belə dönümü şifahi xalq  ədəbiyyatında da  öz

əksini tapmışdır. “Əsli və Kərəm” dastanında Gəncədə Ziyad xanla

Qara Keşiş arasında belə bir  əhd  bağlanmasına baxmayaraq, uşaqlar

böyüdükdən sonra keşişin dönüklüyü üzündən  onların aqibəti faciə ilə

başa çatır. “Tahir və Zöhrə” dastanında isə sultan Hatəm ağa qardaşı

vəzir Əhməd arasında övladları olarsa onları bir-birilə evləndirmək

bardə  əhd bağlanır. Tanrı sultan Hamətə bir qız, vəzir Əhmədə isə bir

oğlan verir. Lakin uşaqlar böyüdükdə sultan Hatəm öz sözünə dönük

çıxır. [46] Bəzən də qızın atasını öz əhdinə dönük çıxması ilə bərabər,

qıza da böyüdükdən sonra öz deyiklisi olana  oğlana getmək istəmirdi.

Belə vəziyyət iki nəsil, iki ailə arasında gərgin münasibətlərin

yaranmasına səbəb olur, düşmənçiliyə çevrilirdi.

“Beşikkəsmə” adəti ilə, “Kitabi-Dədə Qorqud”  dastanında

deyildiyi kimi, bir-birnə “yavuqlu”  elan edilən körpələr böyüdükdən

sonra el arasında onları “deyikli” adlandırırdılar. Adətə görə, deyikli

qıza büütn bayramlarda nişanlı qız kimi “bayramlıq” aparardılar.

Deyiklilər nikah yaşına çatdıqda rəsmi “elçilik” vasitəsilə əhdi təzələyib

toy-düyün mərasimlərinə başlamaq olardı.

Oğlan adamlarını qızı bəyənməsindən, yaxud da oğlan və qızın

bir-birin bəyənməsindən sonra  ilk razılaşma, qeyd edildiyi kimi,

oğlanın və qızın anaları arasında olurdu. Oğlanın fikrini bilən ana qız

anasının yanına “ağız aramaya” gedərdi. Çox vaxt qız anasını fikrini

bilən oğlan anası, el arasında deyildiyi kimi “bəlgə”- gəlin üçün baş

örpəyi və qızıl üzük qoyub gedərdi. Bu adətə oxşar hadisə “Kitabi-Dədə

Qorqud” dastanında  da təsvir edilir. Beyrək və Banıçiçək görüşdükdən

sonra Beyrək barmağındakı qızıl üzüyü çıxarıb  Banıçiçəyi barmağına

taxır və deyirdi ki, qoy bu aramızda nişan  olsun. [47]

“Qız bəyənmə” adətindən sonra gələn elçilik mərhələsi

azərbaycanlıların ailə məişətində xüsusi diqqət mərkəzində dayanan

hadisə hesab edilir və ona böyük əhəmiyyət verilirdi.




Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə