Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə111/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   107   108   109   110   111   112   113   114   ...   134

Üzeyir Hacıbəylinin “Arşın mal alan” komediyasında olduğu kimi,

bütün söhbətlərinin sonunu ərə getmək  probleminin üstünə gətirib

çıxarırdılar. Ərə getmək vaxtları ötəndə qızlar məscidə gedib şam

yandırar, “bəxtlərinin açılmasını” diləyər və  əhd edərdilər. “Qarıyıb

evdə qalmaq  və un çuvalına  tay olmaq” həm qız uşaqları, həm də ata-

ana  üçün böyük dərd idi.

İkincisi, azyaşlı cavan gəlinin ər evinə öyrəşməsi asan olurdu,

lazım gəldikdə onu yeni ailəsinin ab-havasına uyğunlaşdırmaq üçün

yenidən tərbiyə etmək də mümkün idi.

Üçüncüsü, cavan gəlin özündən yaşca böyük olan ərinin

nüfuzunu istər-istəməz, qəbul edir və onu ailədə üstünlük mövqeyi ilə

hesablaşırdı. Beləliklə, ailə başçısı problemi asanlıqla həll olunurdu.

 Nəhayət, keçmiş Azərbaycan ailəsi üçün xüsusi məna kəsb edən

çoxuşaqlılıq  ənənəsi. Erkən yaşlarında gəlin gedən qız 30 yaşında ikən

artıq çoxuşalı ana olurdu. Çoxuşaqlı ana olmaq isə o dövrdə böyük

şərafət idi, qadın üçün bundan  yaxşı xoşbəxtlik ola bilməzdi.

Müdriklərimzi bütün bu amilləri əsrlər boyu götür-qoy etmiş,

neçə-neçə nəsilərin həyat təcrübəsini  ümumiləşdirmiş və “nikah yaşı

normaları”  müəyyənləşdirmişlər.

Azərbaycanda  ənənəyə görə, “nikah yaşı normaları” oğlanlar

üçün 16-18 yaşından evlənirdilər. Bəzi ailələrdə isə oğlanların

evlənməsi müəyyən səbəblərdən yubanırdı və bir çox hallarda 25-30

yaşlarında evlənirdilər. Qızların ərə getməsi isə “nikah yaşı

normaları”na uyğun olmuşdur. Bəzi hallarda isə qızları 12-13

yaşlarında ərə vermişlər.

Azərbaycanda ər ilə arvad arasında yaş fərqi məsələsinə

münasibət  müxtəlif olmuşdur. Keçmişdə Azərbaycanda ər arvaddan

əksər hallarda 10-15, bəzən hətta 20-25 yaş böyük olurdu. Xalqın

empirik biliklərinə  əsasən tədqiqatçılar isə müəyyən etmişlər ki,  ərin

arvaddan  ən azı 3, ən çoxu 7 yaş böyük olması daha  əlverişli seçimdir.

[38]

Ailə-nikah münasibətlərində bəzən valideylərin sosial-iqtisadi



təmayüllü mövqeyləri ilə gənclərin pak məhəbbət hissləri, azad sevgi

amalları qarşı-qarşıya gəlirdi. Bu uyğunsuzluq isə qızqaçırma  kimi

evlənmə üsulunu şərtləndirmişdir. Adətən, Azərbaycanda  iki cür



qızqaçırma  adəti olmuşdur: qızın sevdiyi oğlan qoşulub qaçması və

qızın zorla qaçırılması.

Qızların zorla  qaçırılması halları tarixdən məlumdur. Xalq

qızların zorla qaçırılmasına  mənfi münasibət bəsləmişdir. Xalq

dastanlarında qızalrın zorla  qaçırılmasına cəhdlər  və qızların bu

zorakılıqdan qorunmaları barədə  təsvirləri vardır. Azərbaycan

məhəbbət dastanlarında  adlı-sanlı, var-dövlətli adamların qızlara qarşı

zor  işlətməsi  təsvir  edilir.  Belə  ki,  “Abbas  və  Gülgəz”  dastanında  Şah

Abbas Gülgəzi, “Novruz və Qəndab” dastanında  Mahmud paşa

Qəndabi, “Seyid və Pəri” dastanında Hasan paşa Pərini zorla  almağa

cəhd göstərirlər, lakin niyyətlərinə nail ola bilmirlər. Qarşlıqlı sevgi,

məhəbbət olan yerdə zor da heç bir iş görə bilmir, qız istəmirsə qoşunla

da  onu almaq mümkün olmur. Dastanların bu ruhu zorla qızların

qaçırılmasına xalqın münasibətinin təzahürüdür.

Azərbaycanda qızın könüllü qaçırılmasının iki səbəb olmuşdur.

Bunlardan biri qızın valideylərinin onu istədiyi oğlana vermək

istəməməsi, ikincisi isə oğlaınnı ailəsinin toy etməyə maddi imkanın

olmaması. [39] Qızın istədiyi oğlan  tərəfindən könüllü qaçırılması

zamanı ara arvadı və ya başqa bir şəxs  vasitəsilə qabaqcadan qızla

əlaqə saxlanılır və sərtləşdikləri vaxt qız evdən çıxaraq  oğlana qoşulub

qaçırdı. Çox zaman igid oğlanlar “Koroğlu” qəhrəmanın dastanlarındakı

olduğu kimi sevdikləri qızları gizli deyil, zorla qaçırdırdılar. Xalq

qəhrəmanı Koroğluya Nigarı xəlvəti oğurlayıb aparmaq ağır gəlir. O,

Nigar deyir: “Mən səni Çənlibelə bu cür apara bilmərəm. Sonra

deyərlər ki, “Koroğlu gedib Xotkarın qızını oğurlayıb gətirib”. [40]

“Koroğlu” dastanında təsvir edildiyi kimi, əksər hallarda qız

qaçırıldıqdan sonra olan  toy da edirdi.

Qaçan qıza yaxşı münasibət bəslənilmirdi. Bəzən valideylər

qaçan qızlarla aylarla danışmırdılar. Qızın atası yalınz el tənəsilə

yumşaldıqdan və ağsaqqallar məsləhət gördükdən sonra barışığa razılıq

verirdi. Rəsmi barışıqdan sonra qızın “ayaq açdısına” icazə verilirdi.

Adətə görə, qaçan qıza cehiz verilmirdi. Lakin imkanlı ailələrdə bəzən

barışıqlardan sonra qıza cehiz də verilirdi.

                           TOY



Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə

nişanlayıb toy etmək olmuşdur.

“Toy çoxlu adət-ənənələrlə müşayiət olunan, qızbəyənmədən

başlamış  gəlinin ər evində üzə çıxmasınadək davam edən çoxtəbəqəli,

mürəkkəb mərasimdir”. [41]

Xalq arasında “toy” dedikdə müasir evlənmə prosesinin son

mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb  oynamaq  mərasimi

nəzərdə tutulur. Bu da təsadüfi deyildir. Ulu babalarımız “toy”  dedikdə,

şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El

arasında deyilir: “Filankəs şadyanalıq edib toy çaldırıdı”. Bu fikir

“Kitabi-Dədə Qorqud” dastanında öz təsdqini belə tapmışdır: “Xanlar

xanı Bayındır ildə bir kərə toy edib Oğuz bəylərin qonaqlardı”. [42]

Evlənmə prosesini son mərhələsində icra  olunan  qonaqlıq-şənlik

məclisi isə “Kitabi-Dədə Qorqud”da “toy-düyün” adlandırılır: “Qırx

gün, qırx gecə toy-düyün edərdilər”. [43] Odur ki, bütövlükdə evlənmə

prosesi üçün etnoqrafik anlayış kimi “toy-düyün” ifadəsinin işlədilməsi

daha məqsədə uyğundur və gerçəkliyi daha  dolğun əks etdirdiyinə görə

elmidir.


  Azərbaycanda evlənmək prosesi bir neçə mərhələdən ibarət

olmuşdur: qız bəyənmə, elçilik, nişan və toy şənliyi.

Toy-düyün, hər şeydən öncə, qız bəyənmədən başlayırdı. Qız

seçərkən bir sıra  şərtlər nəzərə alınır. Qız seçərkən anasının kimliyinə

xüsusi fikir verilirdi. Bununla əlaqədar  el arasında geniş yayılmış zərb-

məsəl vardı: “Qırağına bax beznini al, anasına bax qızın al”. Qızın

özünün gözəlliyi, qənd-qaməti, sadəliyi, evdarlığı,  işgüzarlığı, ağlı,

mərifəti və başqa  keyfiyyətləri də nəzərə alınırdı. Evlənərkən qızların

hansı keyfiyyətlərinə fikir verməsini ən yaxşı nümunəsi “Kitabi-Dədə

Qorqud” dastanında verilmişdir. Oğuz elinin bilicisi Dədə Qorqud

qadınları dörd qismə bölürdü:

“Qarılar dörd dürlüdür:

Birisi solduran soydur.

         Birisi dolduran toydur.

Birisi evin dayağıdır



Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə