Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə107/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   103   104   105   106   107   108   109   110   ...   134

şəxsi mülkiyyəti –“cehz”, “mehr”, “dizdayağı” ayrılırdı. Sonra isə

valideynlər baba ilə nənə, ata iə ana üçün “xeyratlıq” (Gəncə bölgəsində

“adnalıq” adlanırdı. Bu pay valideyn vəfat edərkən onların dəf və yas

mərasim iüçün nəzərdə tutulurdu), subay qardaşın toy xərci üçün

“ərgənlik”, və yaxud “subaylıq” , subay bacı üçün  “cehizlik” (bəzi

bölglərdə  bu  paya  “isə  ”  deyilir)  ayrılırdı.  Bundan  sonra  ailənin  yerdə

qalan mülkiyyəti yerdə qalan aiələr arsında bölüşdürülürdü. Bu zaman

islam hüququna bə  şəriət qayadlarına uyğun olaraq qardaşlar bərabər

pay alırdılar, qızlara qardaşın payının yarısı, anaya isə səkkizdə biri

qədər pay ayrılırdı. Anaya ayrılan payın azlığını səbəbi əvvəldən onu

şəxsi mülkiyyətini ayrılması idi.

   Böyük ailələr kiçik ailələrə parçalanan zaman əmlak bölgüsü

aparılırarkən qardaşların  sayı qədər istehsal və alət vasitələri

olmadığından  çox vaxt əmək alətləri -kotan, xış, istehal vasitələri-

cəhrə, hana, toxucu dəzgahı, su dəyirmanı, su dingi və qoşqu heyvanları,

həmçinin məişətlə bağl bəzi əşyalar –məclis qazanı, məclis samovarı,

arxıd (ağac nehrə) və s. bölüşdürülmürdü və qardaşların ümumi

mülkiyyətnidə saxlanaraq ata sağdırsa onu, vəfat etmişdirsə,

qardaşlardan birinin, adətən, ata ocağında oturan qardaşın sərəncamında

qalırdı. Bu istehsal vaistələrində yeni ayrılmş kiçik ailələr növbə ilə,

məişət əşyalarından isə zərurət olan da istifadə edirdiər.

  XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində Azərbaycanda

dövlət torpaqlarını bir hissəsi icma torpaq sahibliyi hüququnda kənd

cəmiyyətlərini istifadəsinə verilmiş, bir hissəsi isə mülkədarlarda

qalmışdı. Həm dövlət, həm də mülkədar torpaqlarında yaşayan kəndli

ailəsinə  əmlak bölgüsü zamanı torpaq ayrılmırdı. Dövlət torpağında

yeni yaranmış ailələrə ev tikmək üçün həyətyanı torpaq sahəsini kənd

cəmiyyətləri verirdi. Həmin ailələr əkin və biçənək sahələrini vaxtaşırı

bölgüsündə müstəqil tüstü kimi iştirak edərək icma torpaqlarında pay

alırdılar. Mülkədar torpaqlarında yaşayan ailələrdə  əmlak bögüsü

zamanı  həyətyanı torpaqlarda bölünürdü əkin və biçənək sahələrini isə

yeni ailələr mülkədardan icarəyə götürürdülər.

Göründüyü kimi, həm böyük, həm də kiçik ailədə kişi ailənin

başçısı sayılırdı. Ailədə ata uşaqların mənafeyi üçün əməli işlər görmək

bacarığına və inamına malik olduğuna görə, ailənin bütün üzvləri onun



iradəsinə tabe idilər.  Ailə həyatı ilə bağlı olan bütün əsas qərarları ailə

başçısı qəbul edirdi. Ana isə uşaqlarını böyüdür, onları cəmiyyət üçün

ləyaqətli bir insan kimi yetişdirir. Ananın  zəhməti, hədsiz fədakarlığı

ailədə qiymətləndirilirdi.

Əsrlərdən kçeib gələn Azərbaycan milli ənənsinə görə, atanı

övlada üç borcu vardır: tərbiyə, təhsil və evləndirmək. Bu üç borcu

atanın oğlanları da öz övladları qarşısında yerinə yetirməli ididlər.

Dastanlarımızda bu üç borcun [21] yerinə yetirilməsi Allahın hökmü

kimi təbliğ və tərənnüm edilir.

   Atanı övlad qarşısında bu üç borcu yerinə yetirdiyi vəzifələrlə

təmin olunur. Bütün xalqalrda olduğu kimi Azərbaycan ailəsi də üç

funksiyanı yerinə yetirmişdir: təsərrüfat funkiyası, nəsilartırma və

uşaqların tərbiyəsi. Ailənin bü üç funksiyası arasında qarşılıqlı əlaqələr

mövcuddur. Onlardın biri digərini doğurur, biri digərini tamamlayır. Bu

funkiyaların həyata keçirilməsi ilə ailə üzvləri arasınd adət-ənənələrə

arasında formalaşmış münasibətlər mövcuddur. Azərbaycan ailəsində

valideynlər və övladlar arasında əsrlər boyu təşəkkül tapmış  taxiri

sınaqlarından çıxmış milli ənənlərimizlə tənzimlənən qaydalar

mövcuddur. Bu qaydalar  sistemində böyüyün də, kiçiyin də öz yeri

vardı. Onların nüfzu və hörməti həm ailə daxilində, həm də ailədən

kənarda, ailə həyatı ilə bağlı çətin problemlərin aradan qaldırılmasına

həlledici rol oynayırdı.

     

Ailənin  maddi  durumu,  iqtisadi  vəziyəti  onu  təsərrüfat



funksiyasını yerinə yetirməsində asılır. Ailənin təsərrüfat işlərini yerinə

yetirməsi vəzifəsi onu həm də təsərrüfat özəyi hesab edilməsi ilə

əlaqədar idi. Ailənin bütün üzvləri təsərrüfat işi ilə məşğul olurdu.

Ailədə  ən ağır fiziki işləri kişilər görürdü. Torpağı  şumlamaq, əkib-

becərmək, taxılı bikçmək və dəyirmanda üyütmək, məhsulu yığmaq, ot

çalmaq, qoyunların qırxılması, arx qazmaq, hasar  çəkmək, meşədən

odun gətirmək və s. ağır işləri ailədə kişilərin öhdəsinə düşürdü. Ailənin

daxili təsərrüfat işləri isə  qadınların qayğısı idi. Qadınlar bostan  və

dirrikdə çalışır, qoyun-quzu bəsləyir, iknəkləri sağır, süd məhsulları

sağır, qırxılmış yunu yuyur, darayır, əyirir, boyayır,  yun iplikdə çarıq

bağı və corabdan tutmuş xalça-palaz və xalı-gəbədəyək müxtəlif

əşyaları toxuyur, yorğan sırıyır, paltar yuyur, paltar tikir, evi yığışdırır,




çörək bişirir, səliqə-sahman yaradır və üstəlik uşaqların tərbiyəsi ilə

məşğul olurdular.

     

Ailə  üzvlərinin  qarşlıqlı  münasibətlərin  mərkəzində  qadını



ailə və cəmiyyətdə mövqeyi və vəziyyəti dururdu. Yoxsul və ortabab

kəndli ailələrində qadın ev təsərrüfatında gördüyü işlərdən əlavə əri iə

yanaşı çöl işlərində də çalşırdı. Quba bölgəsində meyvəçilikdə,

Lənkəran


bölgəsində

çəltiçilikdə, Şəki,

Şirvan, Qarabağ

və Naxçıvanda

baramaçılıqda,

Qazax, Zəngilan

İrəvanda


qoyunçuluqdan

qadın əməyindən

geniş istifadə

olunurdu. Belə

kəndli ailələrində qadın ailənin bütün təsərrüfat işlərində fəal iştirakına

görə onu ailədə sosial vəziyyəti bir qədər yaxşı idi, kişi onunla

məsləhətləşirdi. Şəhərlədə və varlı kəndli ailələrində isə vəziyyət belə

deyildi. Ev təsərrüfatında dayə, nökər, kəniz və qarabaş qadına kömək

edirdi. Lakin onun ərini işlərinə qarışmağa ixitiyarı yox idi.

Azərbaycanın bir sıra şəhər və kəndlərində qadınlar yaşmaq tutmalı,

çadra örtməli idilər. Naməhrəm kişilər onların üzlərini  görməməli idi.

Hətta zadəgan ailələrində olan və yüksək cəmiyyətə məxsus qadınlar

küçəyə çıxdıqda üzlərinə toxunma niqab tuturdular. Cavan gəlin nəinki

yad kişidən hətta  bir uşağı olanadək qayınatasında, qayınlarından və

ailənin digər yaşlı kişilərindən üzünü gizlətməli, başını örtməli idi.

Kəndli ailələrində isə qadın kişilərlə birlikdə çöl işlərində çalşdığından

nisbətən sərbəst idi. Qayınata və qayınlar “üzgörəncəyi” verdikdən

sonra gəlini yaşmağı açmağa icazə verirdilər. Kənddə cavan gəlin bir

uşağı olandan sonra daha üzünü gizlətmirdi.

   Ailə üzvləri arasında   qarşlıqlı münasibətlərdə qayınana və

gəlin münasibətləri xüsusi yer tuturdu. Yoxsul və kəndli ailələrində



Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə