Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə120/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   116   117   118   119   120   121   122   123   ...   134

olanda saçını qırxdırardılar. Uşağa şər qarışandan sonra yemək

verməzdilər. Uşağı kiçik yaşlarından əl-üzünü  yumağa məcbur edər və

o, süfrə kənarında  əli çirkli oturduqda əllərinin yumasını tələb edərdilər.

Bütün bunlar uşağın sağlam böyüməsi, onda səliqə və təmizlik

vərdişlərinin tərbiyə edilməsi məqsədini daşıyırdı.

 Oğlan uşaqlarının sağlamlığını təmin etmək məqsədilə onu

sünnət edərdilər. Gigiyenik tədbir kimi həyata keçirilən sünnət

mərasimləri oğlanların fiziki tərbiyəsi ilə bağlı olmuşdur. Bəzən sünnəti

dini adət kimi qələmə verir və oğlana  sünnət etdikədən sonra: “Bu

gündən müsəlman oldun”,-deyirlər. əslində isə sünnət islam dini ilə

bağlı adət olmamışdır. Yəhudilərdə də sünnət adəti vardı. Yəhudi

rəvayətlərinə görə sünnət adəti guya İbrahim peyğəmbərin öz oğlu

İshaqı sünnət etməsi ilə başlamışdır. Qeyd etmək lazımdır ki, sünnət

yalnız monoteist dinlərə sitayiş edən müsəlman və yəhudilər arasında

deyil, qədimdə ibtidai dinlərə sitayiş edən başqa xalqların arasında da

yayılaraq dini xarakter daşımamışdır. Bir çox tayflarda  isə gənclərin

hərbiçilər sosial təbəqəsinə qəbul edilməsi  ilə bağlı mərasim olmuşdur.

[72] Yəhudilərin adətinə görə körpə 7 günlüyündə sünnət edilirdi.

Xəlifə  Əli (ə) də buyurmuşdu: “Öz övladlarınızı doğumun yeddinci

günü sünnət edin və isti-soyuqdan  çəkinməyin, bu canın paklığına

səbəb olar”. Lakin sonralar müsəlmanlarda oğlan uşağını 7 yaşında

sünnət etmək bir qayda  kimi qəbul olundu. Azərbaycanda adətən olan

uşaqlarının 5-8 yaş arasında, bəzən daha tez sünnət edərdilər. Keçmişdə

oğlan uşaqlarının sünnət edilməsi varlı ailələrdə toy şənliyinə

çevrilirdi.bu şənlik bəzi bölgələrdə “sünnət toy”, bəzilərində isə “kiçik

toy” adlanardı.

  Azərbaycanın Şəki, Şirvan, Qarabağ, Gəncə, Qazax, və b. qərb

bölglərində sünnət adəti ilə  əlaqədar  “kirvəlik” institutu olmuşdur.

Keçmişdə “kirvəlik” istitutu Azərbycanın Xəzərsahili qərb bölgələrində

hgeniş yayılmamışdı. Cənubi Azərbaycanda isə belə bir ailə  ənənəsi

olmamışdı. “Kirvə” sünnət vaxtı oğlanı  “tutan” adama deyilirdi. Kirvə

uşağı qucağında  oturdub tuturdu ki, sünnət zmanı uşaq əl-ayağını

tərpətməsin. Dəllək bir anda uşağı sünnət edir, sonra isə qan axmasını

qarşısnı  almaq  üçün    kəsilmiş  yerə  ələnmiş  kül  səpirdi.  Kirvənni

seçilməsinə xüsusi fikir verilirdi. O, ailəyə münasib adamlardan,



dostlardan seçilərdi. Sünnətdən bir neçə gün əvvəl uşağın ata-anası

qiymətli hədiyyələrlə “kirvəgördüyə” gedərdilər. Sünnətdən sonra isə

kirvə xonça bəzəyib ailə üzvləri ilə birlikdə tutduğu olanı görməyə

gələrdi. Belə qarşılıqlı “kirvəgördü” yoluxmaları iki  ailə arasında

sonralar da davam edərdi və çox vaxt ailə hüdudlarından kənara çıxardı.

Yaxın qohumlarda “kirvəgördü” qonaqlıqlarında  iştirak edərdilər.

Nəticədə iki ailə, iki nəsil arasında mehriban, qardaşlıq münasibətləri

yaranardı. Kirvəlik iki nəslin bir növ yeni  qohumluq forması olmuşdur.

Kirvənin yaxın qohum sayılması ondan görünür ki, ənənəyə görə

kirvənin “tutduğu” oğlan üçün kirvənin qızı  bacı heasb edilirdi və

onunla evlənmək olmazdı. Kirvəyə ata kimi hörmət edilirdi. Kirvəyə

müqəddəs münasibət Şirvan bölgəsində belə bir zərb-məsəl öz əksini

tapmışdır: “Allahdan  dönmək olar, kirvədən yox”.

 Azərbaycan ailəsində övladlarını inkişaf etmiş kamil şəxsiyyət

kimi tərbiyə etmək hər bir valideynin arzusu olmuşdur. Bu məqsədilə

əxlaq tərbiyəsinə xüsusi diqqət yetirilirdi. Əxlaq tərbiyəsinin  ilkin

mərhələsi  ata-ana    nümunəsi    olmuşdu.  Ata    və  ana  nümunəsi  bardə

Dədə Qorqud çox gözəl deyib:

 Ata və ananın qarşılıqlı hörmətə  əsaslanan münasibətləri,

səmimi, mehriban və qayğıkeş  rəftarları  ailədə sağlam  mənəvi mühit

yaradırdı. Bunun isə  bir tərəfdən müsbət nümunə kimi uşaqların  bir-

birilərinə münasibətlərinin  tənzim olunması, digər  tərəfdə uşaqlarda

valideynlərinə hörmət hissi aşılanması üçün tərbiyyəvi əhəmiyyəti vardı.

 Azərbaycan ailəsində valideyn-övlad münasibətləri qarşılıqlı

əsaslar üzərində qurulmuşdu. Valideynlər uşaqlarının ərsəyə çatdırmaq

üçün bütün  imkan və vasitələrdən istifadə edirdilər. Uşaqlarını  ev-eşik

sahibi etmək hər bir valideynin ən böyük arzusu idi. Valideynlər qız

övladları üçün körpə çağlarında  cehiz yığmağa başlayır, oğlan

övladlarını evləndirmək üçün hər cür mərhumiyyətlərə dözürdülər.

Azərbaycan oğulları və qızları da ailədə həmişə elə davranmışlar ki,

valideynlərinin heç biri ondan inciməsin. Məhəmməd Peyğəmbər (s.)

valideynlər hörmət etməyi, övladları onlarla kobud rəftardan

çəkindirməyə çağıraraq demişdir ki, əgər behişti istəyirsinizsə, ata-



anaya yaxşılıq eləyin, əgər cəhənnəm odunu istəmirsinizsə,

valideynlərinizə əziyət verməkdən çəkinin.

 Azərbaycan ailəsində ataya hörmət hissinin   aşılanması

uşaqların təribiyəsində həmişə birinci dərəcəli əhəmiyyət kəsb etmiş və

qədim zamanlardan əxlaq tərbiyəsinin  vacib şərtlərindən biri olmuşdur.

Bu barədə “Kitabi-Dədə Qorqud”da  maraqlı bir epizod var. Tacirlər

onları xilas edən igidin Baybura bəyin sağında  olduğunu görüb

yüyürərək onu əlindən öpürdülər. Ata dura-dura  onun yanında oğulun

əlini öpmək Baybura  bəyi qəzəbləndirir. Çünki tacirlərin hərəkəti

atanın oğula verdiyi tərbiyəyə zidd idi və cəmiyyət tərəfindən qəbul

olunmuş  əxlaq normalarını pozurdu.

 Qədim və orta əsrlərin oğuz ənənələrinə sadiq qalmış

Azərbaycan ailəsində atanın nüfuzu onun xanımı tərəfindən göz bəbəyi

kimi qorunurdu. Ana  uşaqları ata nüfuzu ilə tərbiyə edərək onları

öyrədirdi ki, Allahdan sonra yer üzündə  onu üçün ən böyük varlıq

atadır. Ana özü ərinin hörmətini gözləməklə başqalarına  nümunə

olurdu. Ata otağa daxil olandan ana uşaqları ilə bərabər ayağa durardı.

Ata işdən və yaxud yoldan gəlibsə, arvadı və ya  qızlardan biri aftafa-

ləyən gətirərək onun ayaqlarını yuyardı. Yemək zamanı ata “bismillah”

deyib süfrəyə əl uzatmayınca heç kəs süfrəyə əl uzatmazdı.

 Ailədə anaya  hörmət də uşaqların tərbiyəsində mühüm yer

tuturdu. Ana evin xanımı sayılırdı. Ailə həyatına  dair bütün məsələrdə

əri onunla məsləhətləşərdi. Ananın öz uşaqları üstündə çəkdiyi

əziyyətlərinin, hamillik və doğum vaxtının məşəqqətlərinin əvəzini heç

bir şeylə ödəmək mümkün deyildi. N.Tusi yazır ki, ana  uşaqlarını

yedizdirir, xeyirli şeylərini ona çatdırır, zərərli işlərdən onları

çəkindirirdi. Uzun müddətli şəfqət və mehribanlıq nəticəsində ananın

uşaqlarına məhəbbəti o qədər artır ki, onların həyatını öz həyatından

üstün tutur. [74] Ana haqqı “Tanrı haqqı” adlandırılır. Ananın haqqı

Məhəmməd Peyğəmbərin (s.) kəlamında  lakonik ifadə ilə belə

qiymətləndirilmişdir: “Cənnət anaların ayaqları altındadır.” Ata və ana

hüquqları müqayisə edilsə, ata hüququ daha çox mənəvi, ana hüququ isə

nisbətən cismanıdır. Bu səbəb görə də uşaqlar ana  qayğısını daha tez

hiss edir və analarına daha çox meyl göstərirlər. [75]




Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə