Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə116/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   112   113   114   115   116   117   118   119   ...   134

yemək verilərdi. Qadınlar yemək yeyib dağlışardılar, qızlar isə oxuya-

oxuya  o biri otağa keçərdilər. Gəlin qızın yengəsi hənanı xonçadan

götürüb bir qabda isladar,  gəlin qızı yatağına uzuadıb əl-ayağına həna

yaxar,  yorğan-döşək bulanmasın dəyə  üstündən qırmızı  şilə dolayıb

bağlayardılar.

 Qız evində olan sonuncu toy şənliyi Azərbaycanı  əksər

bölgələrində “xıyaxdı”, bəzi bölgələrində “xına toy”, Bakı, lənkəran və

Şəki bölgəsində həm də “qız toyu”, Qazax bölgəsində “qız başı”, Quba

bölgəsində  “xına gecəsi”,  Təbriz bölgəsində isə “yegəl” adlanırdı.

“Xınayaxdı” gecəsində başlayaraq  nişanlı qıza “gəlin qız”, adaxlı

oğlana  “bəy oğlan” deyilirdi.

 Toy-düyün  prosesinin adət-ənənələrlə zəngin mərhələlərindən

biri də gəlin qızın köçürülməsidir. Gəlin gətirilən gün oğlan evindən toy

xörəyi üçün tədarük görülərdi. Qız evində isə gəlinin cehizinin siyahısı

tutulardı. Siyahı tutma mərasimində həm qız, həm də oğlan evinin

adamları iştirak edərdilər. Cehiz şeylərinin siyahısının tutulmasında

axund  və ya molla  ilə birlikdə  kəndin və ya  məhəllənin ağsaqqalları

da dəvət edilərdirlər. Siyahıya  ən öncə “Quran”, sonra “canamaz” və

“möhür” yazılırdı. “Quran” və namaz dəstgahından  başqa qalan

şeylərə qiymət qoyulardı. Qızın siyahıda göstərilən cehizlərin

aparmasının şahidləri kimi, biri oğlan, digər isə qız evindən olmalqla,

iki nəfər siyahınnı imzaladıqdan sonra   onu qız atasına təqdim edir, qız

atası da onu saxlamaq üçün arvadına  verərdi.

  Cehiz siyahıya alındıqdan sonra  kəbin kəsilməsinə başlanardı.

Kəbin keçmişdə adətən, nişan-şirni mərasimində kəsilərdi. Bəzən isə

kəbinkəsmə mərasimində oğlan və qızın vəkilləri (adətən, ataları,

əmiləri, dayıları və ya qardaşları)  iştirak edərdilər. Kəbin kağızına

“mehr”in miqdarı,  yəni nikaha girmənin haqqı da qeyd edilirdi. Şəriətə

görə, kişi arvadını boşamaq istədikdə kəbin kağızında qeyd olunmuş

mehri ona verməli idi. [61] Odur ki, çox vaxt nikahın möhkəmliyini

təmin etmək, boşanmanı çətinləşdirmək məqsədilə kəbin kağızına elə

şeylər yazırdılar ki, onu vermək müşkül olsun. Kəbin kağızını nikaha

girən oğlan və qızdan  əlavə, hər iki tərəfdən bir nəfər olmaqla şahidlər

imzalayırdı, sonra isə axund, qazı imza və möhürlə təsdiq edirdi. Kəbin

kağızı bir müddət qızın atası evində saxlanırdı.



  Kəbin kəsildikdən sonra qızın cehizi oğlan evinə daşınır və gəlin

otağı döşənib bəzənirdi. Həmin gün axşam bəy oğlan sağdış soldış və

tay-tuşları ilə birlikdə “bəylik hamamına” gedərdi. Qız evində bəy

hamamı üçün xüsusi “bəy xonçası” gələrdi. Xonçada  ipək köynək,

araqçınlar, corablar, ipək yaylıqlar və s. hədiyyələr olurdu. Hamamdan

sonra bəy oğlan qızın hədiyyəsi olan  ipək köynəyi və corabın bir

cütünü geyər, araqçınlardan birinin başına, yaylıqlardan  birini cibinə

qoyar, qalanlarını sağdış və soldışa  verərdi. Azərbaycanda qız

tərəfindən bəy oğlana  hədiyyə köynək göndərilməsi adəti  qədimdə də

mövcud olmuşdur. “Kitabı-Dədə Qorqud” dastanında deyilir:

“Adaxlısından ərgənlik bir qırmızı qaftan  gəldi. Beyrək qaftanı geydi”.

[62]


  Bəy oğlan hamamından qayıtdıqdan sonra, təxminən axşam saat

8-də toya çağırılmış qonaqlara xörək verilərdi. Hazırlanmış xörəklərdən

ən əvvəl bir-iki qab çəkib qız evinə göndərərdilər, sonra  məclisə xörək

paylanardı. Kişilər xörək yedikəri vaxt qadınlar başqa  bir otaqda  çalıb-

oynayardılar. Kişilər yeyib qutardıqdan sonra cavanalar gəlini

gətirməyə gedərdilər. Gəlin gətirməyə gedənlər məşəllər yandırıb

musiqinin sədaları altında qız evinə yürüş edərdilər. Yolda tüfəng və ya

fişəng atar, papaqları göyə-atıb tutar, hurray çəkərdilər.

 Adətə görə, gəlin gətirmək üçün bəyin atası, qardaşı, bacısı,

əmisi, dayısı, əmidostusu, dayıdostusu, böyük qardaşın arvadı və ya

başqaları gedərdi. Gəlini gətirmək üçün gedən adamlar arasında  oğlan

yengəsi də olardı. Keçmişdə Qazax bölgəsində bəy oğlan da “qardaşlıq”

adlanan sağdışı ilə birlikdə gəlin gətirməyə gedərdi. Zəngəzur

bölgəsində gəlin gətirməyə bəy deyil, onun sağdışı və soldışı gedərdi.

Oğlan adamları qız evinə çatdıqda  həyətdə kişilər dayanar, oğlan

yengəsi isə gəlin geyinən otağa  girərdi. Bu zaman qız yengəsi  gəlin

geyindirməyi başa çatdırardı. Oğlan  yengəsi gəlinin  başına duvaq

salaraq: “Mübarək olsun, ayağı düşərli oldun” –deyərdi. Sonra  bəy

oğlanın qardaşını və ya  əmisi oğlunu gəlinni belini bağlamq üçün içəri

çağırardılar.  O,  qırmızı  rəngli  ipək  qurşaq  və  ya  atlas  şərid  (lent)  ilə

duvağın üstündən gəlinin belini bağlayaraq deyərdi:

       Anam, bacım qız gəlin,

Əli, ayağı düz gəlin!



Yeddi oğul istərəm,

 Bircə dənə qız gəlin!

 Gəlinin atası evindən çıxması və  ər evinə qədəm qoyması

zamanı ayrı-ayrı bölgələrdə müxtəlif adət və ayinlər icra  olunurdu.

Adətən, gəlin gətirməyə gedənlər qız evindən bir şey oğurlamağa

çalşardılar.qızın anası isə buna yol verməmək üçün  gəlinin qurşağına

bir çörək bağlayar və ya qoltuğuna  bir çərək verər və bununla da

bildirərdi ki, qızını çörəklə yola salır. Qız evindən gəlinlə birlikdə çörək

aparırlırdığna görə oğurluq etmək olmazdı. Bu, duz-çörəyə hörmətsizlik

sayılardı.

 Ata evindən çıxmasına yaxın gəlin ağ duvaq altında otağın

ortasında “bəxt güzgüsü” ilə üzbəüz durardı. Gəlini aparmağa gələnlər

onun üzünü  görməməli idilər. Gəlinin duvağı yalnız  ər evində

gərdəkdə bəy oğlan qaldırmalı idi. Qızın atasın və belini bağlayan qaynı

qollarında tutub çırağın ətrafında üç dəfə  dolandırardılar. Gəlin otaqdan

çıxanda qapı ağzında döşəməyə üzüqoylu atılmış  şüşə və ya saxsı

boşqabı sındırıb keçməli idi ki,  ər evinə “bədbəxtlik” aparmasın. Gəlini

qapıdan  çıxarkən müqəddəs “Quran”ın altında  keçirərdilər. Qapının

astanasında atası və ya əmisi, yaxud dayısı onu dayandırardı. Oğlan

adamı burada  kəbin kağızını saxlamaq üçün qızın anasına  təqdim

etməli idi. El adətinə görə, oğlan adamı kəbin kağızı ilə birlikdə qızın

anasına “süd pulu” adlanan  müəyyən məbləğ “halallıq” pulu da verməli

idi.

  Şəhər yerlərində gəlini faytonla aparardılar. Faytona əvvəlcə



qızın yengəsi oturardı. Onun əlində  şirniyyatla dolu bağlama  olardı.

Sonra  gəlin qızın atası və  əmisi  onu faytona  mindirərdilər.  Onun

dalınca  isə oğlan yengəsi faytona minərdi. O, əlində  yanan çırağı

tutuardı. Faytonçunun yanında otumuş ooğlan uşağının əlində gəlini

“bəxt güzgüsü” olardı.  Gəlini aparan fayton yavaş getməli idi ki,

piyadalar  onunla ayaqlaşa bisinlər. Gəlin karvanın əlində məşəllər

tutmuş cavanlar müşayiət edərdilər.

 Kənd yerlərində gəlini at arabası, yaxud da at ilə aparardılar.

Görünür, el arasında gəlinin ər evinə köçməsi  üçün işlədilən “gəlin

atlanması” ifadəsi də gəlinin atla aparılması  ilə əlaqədar deyilmişdir.




Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə