ərinin dili ilə “ata” və “ana”, qayınlarına və baldızlarına isə “qardaş”,
“bacı” ifadəsi əlavə etməklə adları ilə müraciət edərdi.
Gəlin qırx gün öz həyətlərindən bayıra və camaat arasına
çıxmazdı, hətta anasıgilə də gedə bilməzdi. Bu müddətdə onu “çillə” yə
düşməsindən ehtiyat edərdilər. Qırx gündən sonra baldız və qaynanası
gəlini camaat arasına çıxarar, özləri ilə bulaq başın aparardılar. Gəlinin
at-anası da qızlarını yalnız qırx gündən sonra qonaq çağırardı. Gəlinin
tası evinə qonaq çağrılmasını “ayaq açdı” adlanırdı. “Ayaq açdı”
zamanı gəlini atası qızına xalça, sağmal heyvan və qiymətli bir hədiyyə
verərdi. Bəzi ailələr kürəkənlərinə hətta at da bağışlayardılar. Odur ki,
gəlin köçmüş qızın atası evinə “ayaq açdı” mərasimi həm də “kürəkən
görümcəyi” adlanırdı. Qayınata və qayınana üçün kürəkən olan qızın əri,
qayın və baldızlar habelə digər qohumlar üçün “yeznə” adlanırdı.
Azərbaycanın Şirvan, Gəncə, Qazax, Borçalı və Göyçə bölgələrində
qızın əri üçün kürəkən sözünün əvzinə “göy” sözü işlədilmişdir.
Ehtimal ki, Azərbaycanın bir çox bölgələrində müasir dövrdə də
“kürəkən” mərasimində işlədilən “göy” sözünün zəmanəmizədək gəlib
çıxan qədim oğuz “göykü” sözünün qısaldılmş formasıdır.
UŞAQLARIN TƏRBİYƏSİ
Gəlinin gətirilməsi ilə yeni bir ailənin təməli qoyulurdu. Gəlin ər
evinə gəldikdən sonar onnu həyatını yeni mərhələsi başlanırdı. Gən
ailənin mənəvi həyatında qayınata, qayınana, qayın və baldızlar, qayın
aravdaları və təzə bəyin digər qohumları mühüm rol oynayırdılar.
Atalar yaxşı deyiblər: “Gəlin gəlin olmaz, düşdüyü ev gəlini gəlin edər”.
Gənc ailənin taleyində valideynlərin gəlinə verdiyi nəsihətlər də öz
təsirini göstərirdi. Belə ata nəsihətlərinin gözəl nümunəsi
Y.V.Çəməzəminlinin “Qızlar bulağı” romanında verilmişdir” “... Rəftar
adama bağlıdır. Sən istəsən qayınata və qayınananın çəmini taparsan.
Köhnələrin də rəyi ilə bir az hesablaşmaq lazımdır” [68] gəlinlər bir
hərəkətləri ilə ata və anaların onlara verdikləri nəsihətlərə əməl etməyə
çalışırdılar. Azərbaycanda gəlin ər evinə gəldiyi üçün bir uşağı olana
qədər qayınata və qayınanasından üzünü gizlədər, yaşmaq tutar,
qayınatasının və böyük qayınlarını yanında yemək yeməz, onlarla
biləvasitə danışmaqdan çəkinər, hətta çox zaman özündən kiçiklərlə də
astadan danışardı.
Azərbaycan ailəsində gəlinin mövqeyi və ona münasibət uşaq
doğmasında asılı idi. Xalqımız gənc ailələrin övlad arzusunu nağıllarda
və dastanlarda ilahiləşdirmişdi: “qırx gün qırx gecə toy eldilər, gəlin
gətirdilər. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə gəlin
otdu, pəhləvan cüssəli bir oğlan (və ya Günəşə, Aya bənzər, gözəl,
görçək bir qız) uşağı dünyaya gəldi”. Nazğıllarımızın bu isindirici
nəfəsi “Kitabi-Dədə Qorqud” dastanında da Qlın Oğuz elinin hökmdarı
Bayındır xannı sözlərində də öz əksini tapmışdır: “Oğlu-qızı olmayanı
Allah-taala qarğayıbdır. Biz dəxi qarğarız, bəlli bilsin”. [69] El arasında
uşaqları evin yaraşığı adlandırır, uşaqsız evi isə susuz dəyirmanna
bənzədirdilər. Xalqın alqış və qarğışında bu inam öz ifadəsini tapmışdı.
Birini dua-sana edəndə deyərdilər: “Səni görüm övladlarında
yarıyasan!” birini qarğıyanda deyərdilər: “Sənin görüm, nəslin
kəsilsin!” və ya “Səni görüm, bayquş kimi tək qalasan!”.
Gəlin toydan qırx gün keçəndən sonra uşağa qalmadıqda, “gəlin
çilləyə düşüb”, - deyərdilər. Xalq inamına görə, gəlnin çilləyə
düşməsinə səbəb yanına hələ doğuşdan sınra qırxı çıxmamış qadının, ya
doğulduqdann sonra uşaqları qalmayan, bir-birini ardına ölən “şəşəli”
və ya “həmzatlı” qadının, ya da ölüsünün qırxı çıxmayan yaşlı adamın
gəlməsi ola bilərdi. Xalq inamına görə, gəlin onunla eyni vaxtda ərə
getmiş başq gəlindən, hətta piçik və ev heyvanalrından da çilləyə düşə
bilərdi. Gəlini çillədən azad etmək üçün çilləsi kəsilməli idi. Çillə
kəsməkdən ötrü xalq arasında müxtəlif üsul və ovsunlardan istifadə
olunurdu.
Gəlin hamiləlik dövründə böyük qayğı ilə əhatə olunurdu. Gəlini
ürəyi nə istəsə tapıb gətirərdilər. Ona qüvvətli və keyfiyyətli ləziz şeylər
yedizdirərdilər. Gəlinə məsləhət görülürdü ki, çoxlu heyva və xurma
yesin. Xalq təcrübəsinə görə heyva uşağı gözəl, xurma isə sağlam və
qüvvətli olmasına təsir edirdi. Hamilə qadın yalnız gözəl şeylərə və
mənzərələrə,göyçək admalara baxmalı idi ki, uşağı da göyçək olsun.
Xalq inamına görə hamilə qadın bətnində uşaq tərpənən vaxtlarda çirkin
adama baxsaydı uşaq
çirkin, dovşana
baxsaydı-qorxaq və ya
dovşandodaq, tülküyə
baxsaydı-hiyləgər, itə
baxsaydı-qəzəbli olardı.
Hamilə qadına haram şey
yedizdirilərdisə uşaq oğru
olardı.
Doğuş zamanı
zahının yanında mamaça
qadın və ya başqa bir qadın mütləq növbə çəkməli idi. Zahının ağzına
saqqız və y abaşqa yeməli şeylər verirdilər ki, yatmasın. Xalq inamına
görə zahı yatsa, “hal anası” onun ürək və ciyərini çıxarıb apara bilərdi.
Bu bardəd xalq arasında belə bir rəvayət yayılmışdı ki, guya bir kişi
arxa su ayırmaq üçün sübh çağı çay kənarına gəldikdə görür ki, uca
boylu, əlləri olduqca uzun, dözləri çiyinlərinə atılmış bir bədheybət bir
qadın əlindəki ürək və ciyəri suda yumaq istəyir. Dünyagörmüş kişi
başa düşür ki, bu “hal anası” adlanan cindir, əlindəkilər isə hansısa zahı
qadının ürək və ciyəridir. Kişi özünü itirmir və əlindəki beli yuxarı
qaldıraraq, qəzəblə onu üstünə qışqırır: “Ey məlun! Bu saat əlindəkiləri