Gəlin araba iə aparıldıqda yengələr onun yanında oturrar və
çörək bağlamasını, çırağı və “bəxt güzgüsü”nü əllərində tutardılar.
Gəlin arabasını bir qayda olaraq qızın qardaşı sürərdi. Gəlin at ilə
aparıldıqda yengələr başqa bir ata mindirərdilər. Gəlin aparmaq üçün
nəzərdə tutlmuş at qırmızı parça ilə bəzədilərr və bəyin evinə qədər
yedəkdə aparılardı. Gəlin atla aparılan zaman iki gənc yol boyu sağ və
sol üzəngilər tutub onu müşayiət edərdilər. Zəngəzur bölgəsində isə
gəlinin ardına gəlmiş bəy oğlanın sağdışı gəlini ata mindirib, öz
arxasında oturdar, soldış isə atın cilovunu tutardı. [63] Aran
bölgələrində gəlini keçmişdə iki hürgüclü dəvə ilə də aparadılar. Bu
məqsədlə bədilmiş dəvənin üstündən kəcavə qurular, kəcavənin
ətəklərində zınqırovlar asılardı. Gəlin aparan karvanı önündə at belində
bəy oğlanın böyük qardaşı (yaxud atası, əmisi və ya dayısı) gedərdi və
gəlini axşam apardığına görə karvanı əllərində məşəl olan gənclər
müşayiət edərdilər. Gəlin karavanının qabağını yol boyu cavanlar və ya
uşaqlar ip (sicim) ilə kəsərdilər. Oğlan adamı o saat əllərinə pul və ya
xələt verin yolu açdırardı. Bu minvalla gəlin gətirən karvan bəy oğlanın
evinə gəlib çatardı.
Gəlin fayton və atdan düşürdülüb bəy evinə yaxınlaşanda
eyvanda durmuş bəyin anası və ya bacısı onun başına noğul, konfet və
xırda pul səpərdi. Uşaqlar isə həmin şeyləri yerdən yığıb sevinərdiər.
Çox vaxt gəlin həyətə girəndə ayağı altında qoç da kəsərdilər. Bəzi
bölgələrdə gəlin evin qapsına yaxınlaşan zaman ayaqları altına maşa,
nal, şiş və s. dəmir əşya atardılar ki, ər evində onu yeri dəmir kimi
möhkəm olsun. Gəlindən öncə evə onun çırağı, bəxt güzgüsü və çörək
bağlaması aparılardı.
Gəlin otağa daxil olarkən qapının ağzında onun qarşısında bir
qabda bal, şərbət, un və yaxud xəmir tutardılar. Gəlinin barmağını
həmin şeylərə batırıb əlinin bərəkətinni rəmzisi kimi qapınının üst
çərçivəsinə sürtməli və altında keçməli, içəri keçdikdə sinə qənşərində
yerə atılmış çini və ya saxsı qanı sağ ayağı ilə tapdalayıb sındırmalı idi.
Gəlin otağa daxil olduqdan sonra qız və ya gəlin onu dövrəyə
alıb, “xoş gəldin”-deyərək qucaqlayıb öpər və otağın yuxarı başında
divar boyu döşənmiş döşəkçələrin yanına apararaq bir müddət ayaq üstə
saxlardılar. Adətə görə, qayınata və qayınana gəlib gəlinə “dizdayağı”
qiymətli hədiyyə vəd etməli və oturmasına icazə verməli idi. Gəlin
döşəkcə üstünə oturduqdan sonra quşağına 3-5 yaşında bir oğlan uşağı
otuzdurub “oğullu-qızlı olsun” deyərdilər. Gəlin həmin oğlan uşağını
başına bir araqçın qoymalı idi. Sonra gəlinin başına toplaşmış qız və
gəlinlər çalıb-oynayar, oxuyar, şənlik edərdilər. Qızlar gəlinin yanından
çəkildikdən sonra yengə onu gərdəyini qurardı gəlinin gərdəyi arakəsmə
pərdədən ibarət olurdu. Azərbaycanın Şirvan, Mil-Qarabağ və Muğan
düzlərinin maldar əhalisi bəy üçün “gərdək” olaraq alaçıq qurardılar və
ya qarğıdan “qom” adlana müvəqqəti otaq tikərdilər. Qədimdə
Azərbaycan oğuzlarında da bəy oğlan üçün xüsusi “gərdək” tikilməsi
adəti olmuşdur. “Kitabi-Dədə Qorqud”da deyilir ki, “Oğuz zamanında
bir yigit ki, evlənsə ox atardı. Oxu nə yerdə düşsə onda gərdək tikərdi”.
[64]
Bəy toyun əvvəlki günlərində mağarda oturmazdı. O, başqa
evdə (əmisigildə, dayısıgildə, sağdışıgildə və ya qonşuda) yoldaşaları
ilə birlikdə kiçik bir məclis qurar, yeyib-içər əylənərdi. Bəyin məclisini
idarə etmək üçün bir nəfər “xan” seçilərdi. “Xan” böyük səlahiyyətə
malik idi və bəydən başqa məclsin bütün iştirakçıların cərimə edə
bilərdi. Toyun sonuncu axşamı gəlin gətirildikdən sonra bəy musiqi
sədaları altında mağara gətirilir, toy şənliyi daha da canlanardı. Bəy
mağaranın başında xüsusi düzəldimiş yerdə öz sağdışı və soldışı ilə
birlikdə oturardı. Onun qarşısına mizin üstə meyvə, çərəz və şirniyyatla
dolu xonça qoyulardı. Qazax bölgəsidə bəyin sağdışı onun üçün “şax”
bəzəyərdi. “Şax” ağac budağında düzəldilirdi və onun kiçik
budaqlarında meyvələr və konfetlər asılardı. Gəncə bölgəsində “şax”
ağacı xüsusi olaraq düzəldilər, üzərinə xırda mıxlar vurular, onlardan
isə corba, konfet, yaylq, meyvə və s. asılardı. “Şax” bəyin masasının
qarşısında yerə qoyulardı.
Toyun sonunda bəy tərfi olardı. Bəy tərifi adəti Azərbaycanın
müxtəlif bölgələrində “bəy durma”, “bəy oturma” və “bəy başı” da
adlanmışdı. Bu zaman bəy oğlan öz sağdışı və soldışı ilə birlikdə
mağarın ortasında qoyulmuş masanın arxasında oturar və ya ayaq üstə
dururdu. El aşığı bəyin şərəfinə təriflər deyər, onu ata və anasından
başlayaraq yaxın qohumlarını, dost-tanışlarını bəyə xələt verməyə dəvət
edəri. Bəyə xələt verənlərin çoxu sağdış və soldışa da xələt verirdi.
Bəyin xalaları, bibiləri və digər yaxın qohumları olan qadınlar
xonçlarla birlikdə təbrikə gəlir və bəyin sağdış və soldışın boynuna
qiymətli parçalardan xələtlər salardılar. Bəy tərifindən sonra bəy oğlanı
nası, bacı qardaş və bütün qohum əqrəbası onun başına toplaşaraq bir
qədər oynadıqdan sonra təbrik edib dağılışardılar. Bəy oğlanı sağdış və
soldışı isə onu mağardan çıxardıb gərdək otağına qədər ötürərdilər.
Toyu bu sonunvu gecəsi “zifaf gecəsi” adlanırdı.
Zifaf gecəsinin səhərisi günü bəy evdən çıxıb sağdışgilə
gedərdi və yoldaşları onun başına toplaşardı. El adətinə görə həmin gün
cavan uşaqlar məhəllənin həyətinə girib toyuq tutardılar. Bəyin şərəfinə
üç gün məclis qurardı. Yalnız axşamlar yoldaşları bəyi gətirib evə
ötürərdilər.
Gəlin isə üç gün gərdəkdə qalardı. Zifaf gecəsinin səhərisi
günü gəlinin anası quymaq bişirər, üstünə darçın və bal töküb yengə ilə
bəy evinə göndərərdi. Günorta və axşam yemklərin isə gəlinin
qayınanası hazırlayıb kiçik qızlarından biri ilə göndərədi, evdə kiçik
qız uşağı olmayanda, qayınana özü qapını döyüb açar və çörəyi qapı
arasında otağa qoyardı.
Gərgəkdə oturmanın üçüncü günü “üzə çıxdı” mərasimi olurdu.
Be el adəti çox yerdə “üçgün” adlanırdı. “Üç gün”də olanı anası xörək
hazırlayır və yaxın qohum və qonşuları “gəlin gördü”yə dəvət edərdi.
Qonaqlar toplaşdıqdan sonra qayınana gəlini çağırtdırardı. Yengə təzə
gəlini geyindirib qonaqların üzünə çıxarardı. Gəlin hamıya salam verib
bir tərəfdə dayanardı. Quba şəhərində təzə gəlin yengəsi ilə birlikdə
qonaqlara salam verdikdən sonra əlindəki gülabdandan qayınanasının
və başqalarını əlinə gülab tökmə adəti də var idi. [65] Qonaqlar gəlinə
“Xoş qədəm olasan, ayağın düşərli olsun, ulduzlarınız barışsın”-
deyərdilər. Sonra qayınanası gəlinə yer göstərib onu oturdardı. Gəlini
görməyə gələnlər ona hədiyyə verərdi. Azərbaycanı bəzi bölgələrində
(Yardımlı rayonu ərazisində) gəlin yeddi gün gərdəkdə qalmalı idi və
yalnız səkkizinci gün yengəsi onu “üzə çıxdı” mərasiminə aparardı. [66]
“Üzə çıxdı” nın səhərisi günü gəlin aftafa-ləyəni götürüb
qayınata, qayınana və qayınlarının əlinə su tökməklə yeni ailəsinin
həyatına qoşulardı. Gəlin ərinin valideynlərinə “qayınata” deyil, adətən
Dostları ilə paylaş: |