verməmək məqsədilə, hər bir ravadı üçün ayrıca ev düzəltməli idi, yəni
arvadların sayı qədər iki, üç və ya dörd ailə saxlamalı idi. Deməli,
poliqam nikah əsasında vahid ailə deyil, bir neçə ailə yaranırdı və bu
ailələr ayrı-ayrılıqda yaşadığından çox vaxt müxtəlif təsərrüfatlar
olduqlarından onları böyük bir ailə adlandırmaq düzgün olmazdı. Bu
xüusiyyət aydın göstərir ki, Azərbaycanda poliqamiya ailə forması deyil,
nikah forması olmuşdur.
Azərbaycanda poliqamiya əsasən ikiarvadlılıq şəklində
yayılmışdı. Ruhanilər və bəzi varlı şəxslərlə yanaşı, ortabab və yoxsu
əhali arasında ikiarvadlılığın əsas səbəbi kişini birinci nikahdan
övladının olmaması və yaxuid yalnız qız uşaqlarının olması idi.
Uşaqsızlıqla əlaqədar kişini birinci arvadın üstünə “günü” (ikinci
arvad) gətirməsi müxtəlif sonluqlara nəticələnirdi. Kişi şəriətin ona
veridiyi hüquqdan istifadə edərək ikinci arvad aldıqda, çox vaxt birinci
arvad üstünə günü gətirməsi ilə razılaşmaq istəmirdi. İkinici arvadın
özü də günü vəziyyətindən xoşallanmırdı. Evdə günü arvadlar arasında
tez-tez dava-dalaş baş verirdi. Onların biri digərini ərinin gözündən
salmağa çalışırdı. Çox vaxt ikinici arvadın tərəfini saxlayır və birincini
boşayırdı. Belə halda poliqamiya dama etmirdi və ikiaravadlılığa
çevrilmirdi. Bəzən günü arvadlar bu dava-dalaş adət edirdilər və ailədə
belə gərginlik ömürlərini axırna qədər davam edirdi. Bu halda
poliqamiya ikiarvadlılığa çevrilirdi. Bəzən də uşağı olmayan arvad
ərinin yenidən evlənməsinə razılıq verir və əri ikinici dəfə evləndikdə
boşanıb öz atası evinə qayıdırdı. Bu halda poliqam nikah baş vermirdi.
Ailə həyatında elə hallar olmuşdur ki, uşağı olmayan ağıllı qadın özü
ərinə ikinci arvadı almasını təklif etmiş və ərinin razılığı ilə ailədə qalıb
ev işlərin də əsas rol oynamış, günüsü iə mehriban rəftar etmiş, hətta
ərini ikinci arvaddından olan uşaqlarına öz doğma övladları kimi
münasibət bəsləyərək onların tərbiyəsi ilə məşğul olmuşdur. Belə
hallarda poliqamiya ikiarvadlılığa çevrilirdi. Poliqam nikah formasında
belə ailəni böyük ailə formasına aid etmək olmaz. Əslində, belə ailə
poliqam nikah əsasında genişləndirilmiş, üç nəsildən ibarət vahid kiçik
ailədir.
Poliqamiya levirat adəti iə də bağlı idi. Kiçik uşaqları olan
cavan qardaşlardan biri cavan vaxtında vəfat etdikdə və onun subay
qardaşı olmadıqda, evli qardaşlardan biri mərhum qardaşını uşaqlarını
saxlamaq məqsədilə o dul qalmış arvadı ilə evlənirdi. Adət buna yol
verdiyinə görə camaat buna pis münasibət bəsləmirdi. Poliqam nikah
əsasında levirat adəti ilə yaranmış belə ailəni, iki ailədən ibarət
olduğuna görə, böyük ailə formasına aid etmək olar.
Nikah formlarında bəhs edərkən “siğə” adlanana nikaha
toxunmamaq olmaz. Siğə islam dininin şiə təriqətinə mənsub olan
ruhanilər və tacirlər üçün səciyyəvi olmuş müvəqqəti nikah qaydasıdır.
Siğə qaydasına görə, kişi mollanın yanına gedib müvəqqəti yaşamaq
istədiyi qadının adını deyir və kəbin kəsdirirdi. Siğə yalnız qadının
icazəsilə bağlanan və istənilən vaxt tərəflərin hər birinin təşəbbüsü ilə
pozula bilərdi. Siğə nikahdan uşaq doğulduqda kişi həmin uşağı kənar
yerdə saxlayırdı. Azərbaycanda siğə nikah qaydası geniş yayılmamışdı.
Xalq arasında siğə nikahla yaşayan qadınlara siğə münasibət
bəslənirdi. Siğə nikahlardan olan uşaqlara “bic”, “bicbala”, “bicvələd”,
“düşəngə” və s. təhqiredici ad verilirdi. Azərbaycanın mütərəqqi şair və
yazıçıları, mütəfəkkirlərin həmişə siğə nikahlara qarşı çıxmış, öz
əsrlərində siğəni pisləmişlər.
Nikah adətləri sırasında qohumla evlənməyə münasibət əsas
yer tutur. Qohumla evlənmə adəti yalnız qohumla evlənməyə icazə verir,
onu məcburi saymır. Bi adət qohum olmayanlarla evlənməyi qadağan
etsəydi, onu endoqamiyanın qalığı adlandırmaq olardı, çünki söhbət
qəbilə-icma tayfasından deyil, müasir qohum ailələrdən gedir. Bu
sözləri ekzoqamiya haqqında da demək olşar. Qohum ilə evlənməyi
qadağan edən adət olsaydı, onu ekzoqamiya alığı adlandırmaq olardı.
V.Kurılyov, “Kitabi-Dədə Qorqud” dastanındakı İç Oğuz bəylərin Daş
Oğuzdan, Daş Oğuz bəylərini isə İç Oğuzdan evlənmələri haqqında bir
məlumatdan belə yalnış nəticə çıxarır ki, Azərbaycanın bu qədim
dastanında bir ənsidən törəmiş və endoqam nikahın hökm sürdüyü
vahid oğuz tayfasının ekzoqam nikaha əsaslanan iki fratriyası, qəbiləsi
təsvir olunmuşdur. [31] Əslində isə Azərbaycan oğuzlarının nikah
münasibətlərində endoqam və ekzoqam xarakterli qəti qadağalar
olmamışdır. Belə ki, Qantutralı evlənmək üçün öncə İç Oğuzdan qız
axtarır. Deməli, qəbilənin üzvü iə nikah qadağan edən və yalnz
qəbilədənkənar evlənməyə icazə verən ekzoqam nikah forması
Azərbaycan oğuzları arasında olmamışdır. Qanlı qoca sonra həmin İç
Oğuzda, həm də daş Oğuzda oğlunun arzu etdiyi kimi qız arayıb
tapmaqda qalın Oğuz elindən kənara çıxır və nəhayət Trabzonda belə
bir qıza rast gəlir. Qanturalı atasının tapdığı Selcan adlı həmin qızla
evlənir. [32] Bu amil göstərir ki, yalnız tayfa daxilində evlənməyi tələb
edən endoqam nikah forması da Azərbaycan oğuzları arasında
olmamışdı.
Azərbaycanda ta qədim zamanlardan, ən yaxın qohumlar
istisna olmaqla, qohumlar evlənməyə icazə verilirdi. Bunun qədim
Albaniyanın Böyük Aran vilayətindəki Aluen (Aquen) kəndində 488-ci
il yanvarın 26-də çağrılmış Alban xristian kilsəsinin böyük məclisi
tərəfindən əmi və bibi nəvələrini qadağan olunması kimi məhdudiyyət
qoyulması sübut edir. [33] Buradan aydın görnür ki, Azərbaycanda
qohumla evlənmək adəti geniş yayılmışdı və xiristian dini onu müəyyən
qədər məhdudlaşdırır.
Azərbaycanda qohumla evlənmə adəti sonralar islam dini
tərəfindən tənzimlənmişdir. İslam ehkamına görə, Allah kişilərə,
anaları, qızları, bacıları, bibiləri, xalaları, qardaş və bacılarını qızları,
süd anaları, süd bacıları, qayınanaları, ögey qızları və öz belindən gələn
oğullarının arvadları ilə evlənməyi və iki bacını birlikdə almağı
qadağan etmişdi. [34] İslamı qəbul etdikdən sonra Azərbaycan xalqı
qohumla evlənmə adətini “Qurani-Kərim”lə müəyyən edən islam
dininin bu normalarına uyğunlaşdırmış və ailə məşiətində həmişə ona
raiyət etmişdir. Azərbaycanda qohumla evlənmə adətin bu normaları
ehkam sayıldığından onların mənşəyini araşdırmağa lüzum yoxdur.
Azərbaycanda qohumla evlənmə adətin iki qrupa bölmək
olar: yaxın qohumlar və uzaq qohumlar ilə evlənmə. Yaxın qohumlarla
evlənmə adəti kuzen nikahlar adlanır. Kuzen nikahlar dedikdə əmioğlu
ilə əmiqızının və yaxud xalaoğlu ilə xalaqızının nikahları (buna
ortokuzen nikahlar deyilir) və dayıoğlu ilə bibiqızının və bibiboğlu ilə
dayıqızının nikahları (bunlara korsskuzen nikahlar deyilir) nəzərdə
tutulur. Digər qohumlarla evlənmə uzaq qohumlarla evlənmə adətidir.
Azərbaycanda qohumla evlənmə adətində ən çox kuzen
nikahlar adəti yayılmışdı. Keçmişdə valideynlər mox vaxt gənclər yaxın
qohumları ilə evləndirməyə çalışmışlar. Yaxın qohumlarla evləndirmə
Dostları ilə paylaş: |