Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə31/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   27   28   29   30   31   32   33   34   ...   134

tapmışdır. Burada geyim materialı kimi yun (şal), ipək (atlas, qumaş,

darayı və s.), kətan, pambıq (şilə, satin və çit) parçalardan tikilmiş

köynək, don, ənbərçə, duvaq, çəpkən, nimtənə, xalat, tuman, kəlayağı,

çalma, çarqut, niqab, külah və s. kimi qadın geyimlərinin

mövcudluğunun şahidi oluruq. Bu geyimlər, müxtəlif səciyyəvi və

təyinatlı qadın bəzəkləri ilə ahəngardlıq təşkil edərək, qadın görkəminə

xüsusi gözəllik vermişdir. [38] “Abbas və Gülgəz” dastanında

Azərbaycan gözəlinin əndamına yaraşıq verən milli geyimlərimiz incə

zövqlə tərənnüm olunur.

Örtübən başına şalı-zər gəzər,

       Abıdan nimtənə, qızıl düymələr,

Yaraşır belinə zərbafdan kəmər,

        Çəpkənli, çarqatlı ağ bədən gəlir. [39]

Xanlıqlar dövründə müstəqilləşmə meylləri ilə  əlaqədar olaraq

Azərbaycanın ayrı-ayrı  bölgələrində kənd təsərrüfatının  və

sənətkarlığının nisbətən dirçəldilməsi, kustar sənət sahəsi məhsullarının

istehsalının artırılması, Şuşa şəhəri kimi yeni sənət, ticarət

mərkəzlərinin meydana gəlməsi, digər Şərq və Avropa ölkələri ilə

ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və s. amillər Azərbaycan

geyim fondunun daha da zənginləşməsinə, müztəlif çeşidli geyim

materiallarının daha da keyfiyyətli və kütləvi şəkildə istehsalına, geyim

növləri hazırlayan kustar emalatxanalarının sayının artmasına gətirib

çıxarmışdır. Bu dövrdə böyük Azərbaycan şəhərləri xanlıqlar olmaqla

yanaşı, həm də mühüm sənət-ticarət mərkəzləri kimi inkişaf edirdi.

Parça və geyim növləri istehsalı başlıca olaraq bu şəhərdə cəmləşirdi.

Dövrün siyasi hadisələrinin xalq məişətinə əngəlli təsirinə baxmayaraq,

XVIII yüzillikdə Avropa geyim elementləri xalq geyimlərimizin ayrı-

ayrı növlərinə “nüfuz edir”, bu əcnəbi naxışlar orta əsrlərin süjetli

parçalarındakı naxışları sıxışdırıb  aradan çıxarır və  əvəzində həndəsi,

nəbati, xətti formalı naxışlar parça istehsalında üstün yer tutmağa

başlayır. Bununla yanaşı, xalqın bədii zövqünün gözəl biliciləri olan

səriştəli parça ustaları-şalbaflar, bəzzazlar, culfalar, qələmkarlar,




basma-naxışçılar, şərbaflar, eləcə də paltar (libas) hazırlamaqla məşğul

olan peşəkar dərzilər yeni-yeni empirik bilik sistemi yaradır, geyim

fondunu yeni parça materialları və geyim növləri ilə zənginnləşdirir,

gözəl və  əlvan rəng çalarlı, mükəmməl  çeşidli xalq geyimləri

hazırlayırdılar. XVIII əsrdə yaşamış Azərbaycan şairi Molla Pənah

Vaqifin lirik şeirlərində Azərbaycan xalq geyimlərinin geniş çeşidinin,

rəng əlvanlığının, forma müxtəlifliyinin poetik-bədii əksi fikrimizi

sübut edir, M.P.Vaqifin yaradıcılığında qadını özünün əlvan geyimi ilə

diqqətimiz çəkir:

                                   Xoş yaraşır sənə diba nimtənə,

                                   Bu bəzəyin yeni əlaməti var. [40]

  Yaxud:                     Libasın əlvandır, çarqat narıncı,

                                   Saçaqlar yaraşır qıraqlarından.[41]

Yaxud da:

                                   Barmağında xatəm, guşində tənə,

                                   Gireh-gireh zülfün tökə gərdənə,

                                   Güləbətin köynək, abı nimtənə,

                                   Yaxasında qızıl düymə gərəkdir. [42] və s.

XIX  yüzilliyin əvvəllərində  Şimali Azərbaycanın çar Rusiyası

tərəfindən işğalı onun siyasi müstəqilliyinə son qoysa da burada

müstəmləkə üsul-idarəsi yaradılsa da, bununla belə, dağıdıcı  feodal-ara

müharibələrinə son qoyuldu, Azərbaycanın natural təsərrüfat qapalılığı

və feodal pərakəndəliyi aradan qaldırıldı. Ölkəmizin Ümumrusiya

bazarına qoşulması və Rusiya siyasi sisteminin ayrılmaz tərkib

hissəsinə çevrilməsi burada kaptalist münasibətlərin inkişafına, əmtəə

istehsalının və mal dövriyyəsinin artmasına, rabitə-nəqliyyat

vasitələrinin təkmilləşməsinə, ticarət-iqtisadi əlaqələrin güclənməsinə

səbəb olmuş, xüsusilə də XIX yüzilliyin ikinci yarısından başlayaraq

Azərbaycanda geyim materiallarının hazırlanması ilə məşğul olan bir

çox kustar sənət sahələrinin  (toxuculuq, dabbağlıq, papaqçılq,

başmaqçılq və s.) manufaktura və fabrik müəssisələrinin güclü



inkişafına təkan vermişdir. Bu dövrə aid olan statistik məlumatlar,

yazılı mənbələr, dövri mətbuat və rus müəlliflərinin tərtib etdikləri

materiallar topluları, layihələr, iqtisadi-maliyyə hesabatları

Azərbaycanın çar Rusiyasının xammal əlavəsinə çevrilməsinə  və onun

iqtisadi işğalına xidmət etsə də, hər halda Azərbaycanın XIX əsrə aid

geyim fondunun mövcud durumunu da izləməyə imkan verir. XIX əsrin

30-cu illərinə aid bir məlumatda deyilir ki, Yelizavetpol (Gəncə)

dairəsində xanlıqlar dövründə 375, indi isə 200 ipək-toxuma dəzgahı,

habelə ağ və qırmızı bez, calamaya (nazik bez) toxuyan 30 dəzgah

işləyir. Bütün Yelizavetpol toxuculuq müəssisələrində il ərzində 10 min

top parça, 15 min müxtəlif çeşidli yaylıq, 2 min top ağ, 200 top qırmızı

bez (şilə) və 400 top calamaya hazırlanır. [43] Bəzzazlıq sənəti adlanan

pambıq parça istehsalı XIX əsrdə Gəncə ilə yanaşı, Naxçıvan, Ordubad,

Şamaxı və  Şuşa şəhərlərində də mövcud olmuşdur. 1829-cu ildə  Şuşa

şəhərində 28 bez karxanası fəaliyyətdə idi. Burda 80 toxucu dəzgahında

il ərzində 8 min ədəd on arşınlıq bez toxunurdu. [44]

XIX əsrdə Azərbaycanda yun parça toxuculuğu (şalbaflıq)

Qazax, Naxçıvan, Zəngəzur, Şuşa, Quba, Şamaxı, Göyçay qəzaları və

Zaqatala dairəsində  geniş yayılmışdı. Şamaxı və Zaqatala dairəsi isə

təkcə Azərbaycanda deyil, ümumən Cənubi Qafqazda şal istehsalının

yüksək inkişaf mərhələsinə çatmış mərkəzləri arasında xüsusi yer

tuturdu.


Azərbaycanda tarixən mövcud olan ipək parça toxuculuğu

(şalbaflıq)  XIX əsrdə özünün ən yüksək inkişaf nərhələsinə çatmışdır.

Azərbaycaın Təbriz, Ərdəbil, Şamaxı, Mərənd, Xoy, Səlmas, Naxçıvan,

Gəncə, Beyləqan, Qəbələ və b. şəhərləri hələ orta əsrlərdən şərbaflıq

sənətinin başlıca mərkəzləri olmuşdur.  Bunların içərisində  Şamaxı və

Təbriz xüsusilə seçilmişdir. XVIII əsrin 90-cı illərində  Şamaxı

şəhərində darayı, tafta və qanovuz toxuyan 1500 toxucu karxanasının

olması [47] burada ipək və parça toxuculuğunun geniş yayıldığını sübut

edir. Şübhəsiz ki, geyim materiallarının çeşidinin və istehsalının artması

onlardan hazırlanan geyim dəstlərinin də rəngarəng olmasını, çeşid,

forma və növ müxtəlifliyini şərtləndirmişdir. Xalq arasında həm

xaricdən gətirilən, həm də yerli istehsala məxsus olan bu parça növləri

“məni aldatdı”, “alışdım-yandım”, “Hacı, mənə bax”, “gecə-gündüz”,



Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə