Məşhur coğrafiyaşünas Strabonun əsərində də albanların
geyimləri haqqında ötəri məlumatlar vardır. O qeyd edirdi ki, albanlar
da iberlər kimi iri qalxanlar gəzdirir və başlarına vəhşi heyvan
dərisindən tikilmiş dəbilqə qoyurlar.
Geyimlər haqqında tarixi mənbələrin, təsviri materialların və
maddi mədəniyyət nümunələrinin cəlb edilməsi ilə aparılan tədqiqatlar
sübut edir ki, eramızdan əvvəl I minillikdə Azərbaycan əhalisi yun və
kətanda toxunma köynək və şalvar geymiş, dəri bürüncəklərdən
istifadə etmiş, keçə və yun papaqlar gəzdirmiş, ayaqlarına isə ucları
yuxarı qatlanmış dəri ayaqqabılar geymişlər. Paltar hazırlamaq üçün
başlıca xammal yun, dəri, çox ehtimal ki, həm də keçə olmuşdur.
Xalq geyimlərinin təkmilləşmə prosesi orta əsrlər dövründə
daha intensiv olmuşdur. İstər yazılı mənbələr, istər arxeoloji qazıntıların
nəticələri, istərsə də qayaüstü təsvirlər, şifahi xalq yaradıcılığı
nümunələri, Azərbaycanda olmuş səyyahların yol qeydləri və s.
Azərbaycan xalq geyim fondunun yeni geylərlə zənginləşdiyini
izləməyə imkan verir. Bu dövrdə geyim materialları içərisində dəri və
yunla yanaşı, kətan və pambıqdan da geniş istifadə olunduğu qeyd
edilir. Pambıq və kətandan bir qayda olaraq, “bez” adlanan parça
hazırlanırdı. “Kitabi-Dədə Qorqud” dastanında “əski pambıq bez
olmaz” ifadəsi, [14] dastan qəhrəmanı Qanturalının “altunlu incə kətan
bezini belinə sarıması”, [15] eləcə də Azərbaycanda pambıq
yetişdirilməsi haqqında yazılı qaynaqlar [16] və arxeoloji dəlillər [17]
sübut edir ki, bəhs olunan dövrdə kətan və parçalar geyim materialları
içərisində özünəməxsus yer tutmuşdur.
Erkən orta əsrlərin Azərbaycan kişi və qadın geyimləri
haqqında ətraflı məlumatları “Kitabi-Dədə Qorqud” dastanından almaq
olar. Burada kişi və qadın geyimlərində kömlək (köynək), şalvar (
“mahmudi şalvar”, “al məxmuru şalvar”), cübbə (“samur cübbə”), çuxa
(adi və doqquzlama 18 –doqquz qırçınlı çuxa), kaftan (uzun və qısaqol,
yaxası açıq, ağ və qırmızı parçadan tikilən üst geyim növü), qurşaq (“
altunlu incə kətan bez” ), kürk və yapıncının (“kəpənək”); eləcə də baş
geyimlərində xanların tacı, bəylərin baş sarığı (çalma, dolbənd), börk
(keçə börkü, külah, niqab, duvaq, yaşmaq və çəmbərin (dingə);
ayaqqabı növlərində isə başmaq, ədik (çəkməni xatırladan uzunboğaz
kişi ayaqqabısı), soqman, (topuğa qədər boğazı olan ayaqqabı) və
sərmuzənin (qadın ayaqqabısı) xalqın geyim fondunda üstünlük təşkil
etdiyi aydınlaşır. [19]
Sasanilər imperiyasının ərəblərə qarşı mübarizəsində Sasanilər
tərəfindən bu döyüşlərdə iştirak etmiş Cavanşiri mükafatlandırmış
Sasani hökmdarı III Yezdəgird onun belinə mirvari ilə işlənmiş qızıl
kəmər və qızıl saplı qılınc bağlatmış, qollarına qolbaqlar saldırmış,
başına daş-qaşlı tac qoydurmuş, boynuna ağır mirvari boyunbağlar
asdırmış, çiyninə taftadan tikilmiş şah geyimi saldırmış və zərli ipək
parçadan tikilmiş dörd qotazlı mavi rəngli şalvar geydirtmişdir. [20]
VII-IX əsrlərdə Azərbaycan şəhərlərinin ənənəvi əmtəə
mallarından bəhs edən ərəb müəllifləri yerli və dünya bazarlarına
Bərdədən ipək, yaxşı pərdələr, müxtəlif parçalardan tikilmiş paltarlar,
Dərbənddən isə kətan parçalar, onların boyanmasına istifadə edilən
“qırmız” deyilən qiymətli boyaq maddəsi və marena ixrac edildiyini
qeyd edirlər. [21]
Azərbaycanın “intibah dövrü” hesab edilən XII əsrdə yaşamış
böyük şair N.Gəncəvinin “Xəmsə”sində həmin dövrün parça
materialları və geyim növləri haqqında maraqlı məlumatlara rast gəlirik.
[22] Bu dövrdə yüksək keyfiyyətli parça növləri içərisində ipək
parçaların geniş çeşidindən (atlas, pərniyan, qumaş, diba, gurçeşm
ipəyi, şüştər ipəyi, zərbaf və s.) söhbət açan şair, Azərbaycanda qadın
və kişi geyimlərindən köynək, arxalıq, şalvar, kürk, çuxa, əba, cübbə,
qəba, papaq, qəsəb, əmmamə, çarıq, xətayi, başmaq, corab, ləbbadə,
nimtənə, don, çalma, qaftan və s.-nin xalqın gündəlik məişətində və
bayramlıq geyim dəstlərində əsas yer tutduğunu söyləyir. [23] “Xosrov
və Şirin” əsərində Nizami Azərbaycan qadının geyimini real poetik
pafosla tərənnüm edir:
Gülnar rəngində bir don geydi,
Onun üzərində saçının hər bir hörüyü bir kəmənd idi.
Həlqəyə oxşar bir kəmənd çiyninə salmış
Hər bir həlqəsinə dünya qulağı halqalı qul idi.
Xalis qızıldan bir həmayili,
Ərğəvan rəngli ipəyin üzərinə çəkmişdi.
Çinlilər qaydası ilə başına
Cəvahirlə bəzənmiş bir örpək salınmışdı.
Ənbər saçan zülf kimi qara bir örpək
Dürr saçan ay üzünə asmışdı.
Bir tovuz kimi bəzənmiş hüma
Turac kimi havada süzürdü. [24]
Aparılan tədqiqatlar göstərir ki, artıq XII-XIII əsrlərdə
Azərbaycanın ayrı-ayrı sənət-ticarət mərkəzləri bu və ya digər parça və
geyim növünün hazırlanmasında, bir növ, ixtisaslaşmışdı. Belə ki,
Gəncədə zərlə işlənmiş atlas və diba kimi ipək parçalar, eləcə də sadə
ipək parçalar, beyləqanda “kəzzkaşidə” adlanan ipək parça, Ərdəbildə
“camə” adlandırılan qara rəngli zərif parça, habelə, Naxçıvanda zərif
çuxalar, Təbrizdə atlasdan kişi üst geyimləri, Gəncədə yun paltarlar
hazırlanırdı. [25] Hələ X əsr ərəb müəllifi əl-İstəxri “Kitabi məsalik əl-
Mamalik” (Məmləkətin yolları kitabı) əsərində əl-Babdan (Dərbənddən)
kətan parçalar ixrac edildiyindən, Arran, Ərməniyyə və Azərbaycandan
başqa, heç yerdə kətan paltarlar hazırlanmadığını yazırdı. [26]
Dərbənddə kətan paltarlar tikildiyini XIII əsr müəllifi Yaqut əl-Həməvi
də təsdiq etmişdir. [27] Təbriz haqqında danışan müəllif burada əbalıq
parça, siqlatun (qızılı sapla işlənmiş ipək parça), xətayi (toxunma Çin
parçası), atlas və b. parçalar toxunduğunu, bütün Şərq və Qərb
ölklərinə ixrac olunduğunu göstərmişdir. [28] XIII əsr İtaliya səyyahı
Marko Polo da Azərbaycan haqqında məulmatlar verərkən burada ipək
və ipək məlumatlarının bolluğundan, toxunan ipək və zərxara
parçalardan, bu parçalara heç yerdə rast gəlmədiyindən, eləcə də
Təbrizin ipək və zərxara parçalarından ağızdolusu danışmışdır. [29]
“Cami ət-təvarix” (“Tarixlər toplusu”) əsərinin müəllifi F.
Rəşidəddin XIV əsrdə oğlu Şihabəddinə yazdığı məktubunda hər bir
hakimin ona gərəkli olan üç xəzinəsi (pul, yaraq, geyim-ərzaq)
içərisində geyimin mühüm rol olduğu göstərilirdi. [30]
XIV-XV əsrlərdə Azərbaycan xalqı geyim fondunda ciddi
dəyişiklikər baş vermişdir. Hər şeydən əvvəl geyimlər gündəlik və
mərasim (toy, qonaqlıq, bayram, yas və s.) geyimləri kimi müxtəlif
səciyyə kəsb etmiş, mərasim geyimlərində motivləşmə (bişin, rəng,
Dostları ilə paylaş: |