Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə26/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   ...   22   23   24   25   26   27   28   29   ...   134

bərəkətli olsun”, “Xeyrini, bərəkətini görəsiniz”, “İçində övladınız üçün

toy edəsiniz”.

  Tikinti prosesində ev sahibinə yaxın qohumlar, qonşular, kənd

sakinləri də kömək edərdi. Tikinti sahəsinə ilk dəfə gələn hər bir kəs

“gözaydınlığı” verərək tikintinin üstünə pul və ya başqa hədiyyə

qoyardı. Ev inşasında çox zaman Azərbycan kəndlərində geniş yayılmış

qarşılıqlı yardım forması olan hoy, mədəd, əvrəz (iməcilik) təşkil

edilərdi. Kərpic kəsilməsi, bünövrə qazılması, evin tirinin qaldırılması,

dərasərin qoyulması kimi güc tələb edən inşaat işlərində el köməyi

adətlərinə daha çox ehtiyac hiss olunardı. [69] Hoya (iməciliyə)

gələnlər özləri ilə iş alətləri, araba və s. gətirərdilər. Ev sahibi tikintidə

iştirak edənlərə qoyun kəsər, yemək hazırlatdırardı.

  Tikinti prosesində həyata keçirilən maraqlı adətlərdən bir də

“dərasərin qoyulması”, “tiratdı” adəti idi. Adətən, qapı və pəncərə

açırımlarının üzərinə qoyulan dərasər, eləcə də dam tirləri  yoğun və

möhkəm ağaclardan hazırlanar, nisbətən ağır olardı. Usta tirin və

dərasərin birinin ucundan tutub ucadan: “Qaldıra bilmirəm, kömək

lazımdır”-deyə qışqırardı. Bunu eşidən ev sahibi və yaxın qohumlardan

biri  ustaya  bəxşiş  verər  və  köməkləşib  dərasəri  və  dam  tirlərini

düzəldərdilər.  Ev tikilib başa çatandan sonra ev sahibi ustanın damdan

düşməsi və evin içərisinə keçməsi münasibəti ilə də bəxşiş verərdilər.

Tikinti başa çatan kimi ev sahibi tərəfindən bəzən təziyə (imam ehsanı)

verilirdi. Belə təziyələr ev sahibinin maddi imkanından asılı olaraq  üç

gün, bəzən də bir həftə davam edirdi. Şəki-Zaqatala bölgəsində təziyəni

(imam ehasınını) “mövlud duası” və ya “evgörmə mövludu” əvəz

edirdi.


Ənənəyə görə, ata evindən ayrılıb müstəqil həyata başlayan hər

kəs tikdirdiyi təzə evdə ilk dəfə ata ocağından od gətirərdi. Bu adətin

mahiyyəti dədə-baba ocağının davam etdirilməsi ilə izah olunurdu.

Bundan başqa, ilk dəfə evə xoşbəxtlik və səadət rəmzi olan güzgü,

lampa, bolluq və bərəkət rəmzi duz-çörək gətirərdilər.

   


Lənkəran-Astara  bölgəsinin  kəndlərində  bünövrəyə  bolluq-

bərəkət  rəmzi  olan  əşyaların  (metal  pullar,  duz,  çörək,  qənd,  un  və  s.)

qoyulmasında, xüsusilə də yeni tikilən evə avadanlıqlarının və şirniyyat

xonçasının kimin keçirməsi məsləsində bütün ciddiliyi ilə  əməl edilən




adətlər mövcud olmuşdur. Azərbaycanda qədim matriarxat dövrününü

qalıqları ilə səsləşən bu adətlərə görə, ev tikdirən oğulun anası sağ idisə,

ilk bünövrə daşının altına pul və ya bərəkət rəmzlərini mütləq o

qoymalı idi. Maraqlıdır ki, bağda yetişən ilk meyvəni də ya oğulun

anası,  əgər  o  sağ  deyildisə,  evin  qadını  dərməli  idi.  Şübhəsiz  ki,  bu

adətlərlə qadının-ananın müqəddəsliyi, onun bar ağacına bənzəməsi,

ağacbar gətirən kimi, onun da nəslin davamı olacaq körpə dünyaya

gətirməsi kimi inamlar öz əksini tapmışdır. Qadının özü bar-bərəkət

simvolu olduğu kimi, onun təzə evə öz əli ilə qoyduğu bərəkətdə

gələcəkədə yeni ocağın bərəkətli olacağına inamdan gəlirdi. Ev tikilib

başa çatandan sonra evə ilk gətirilən içərisi yağlı çörək (zerən),

şirniyyat və çərəzlərlə dolu xonçanı da mütləq ya oğul anası, ya da

oğlunun öz qadını gətirməli idi.

  Ailə yeni mənzildə məskunlaşandan sonra qohum və qonşular,

eləcə də kənd sakinləri müəyyən bir hədiyyə alıb, “ev görməsi”nə

gələrdilər. Bu adətin başlıca qayası yeni qurulan ocağa əl tutmaq,

kömək göstərmək təşkil edirdi. Bu zaman yaxın qonum-qonşular,

həmkəndlilər öz imkanı daxilində palaz, pəncərə pərdəsi, damazlıq

heyvan, imkanı geniş olanlar isə xalça, somavar, kətil və s. götürüb

gözaydınlığa gələrdilər. Gələnlərə qonaqlıq süfrəsi aşmaq da bir ayrı

adət idi.

Təsərrüfat tikililəri. Azərbycanda təbii-coğrafi şərait, sosial-

iqtisadi amillər, əhalinin məişət tərzi və təsərrüfat məşğuliyyyətindən

asılı olaraq tarixən bir çox təsərrüfat tikililəri formalaşmışdır.

   


Təsərrüfat tikililəri,  ayrıca  bir  obyekt  kimi,  yalnız  xüsusi

mülkiyyət şəraitində meydana çıxmışdı. O vaxta qədər heç bir təsərrüfat

tikilisinə ehtiyac olmamış, yaşayış evi həm də təsərrüfat tikintisi

vəzifəsinin icra etmişdi. Təsərrüfat tikililərinin formalaşmasında XIX

əsr Azərbaycanı üçün xarakterik olan əkinçilik, maldarlıq qismən də ev

peşəsi və sənətkarlıq kimi təsərrüfat-mədəni tiplərin müstəsna rolu

olmuşdur.

  XIX əsrdə Azərbaycanda fərdi təsərrüfat tikililərinin müxtəlif

variantları mövcud olmuşdur. Onlardan bəziləri həyətin daxilində evə

bitişik və ya ondan aralı, bəziləri kəndin içərisində, bəzilər isə kənddən

xeyli aralı, qışlaqlarda və yaylaqlarda inşa edilirdi. Dağ və dağətəyi



kəndlərdə ikimərtəbəli evin alt mərtəbəsindən təsərrüfat tikintisi kimi də

istifadə etməyə üstünlük verilirdi.

  XIX-XX əsrin əvvəllərində xalqımıza məxsus olan təsərrüfat

tikililəri istifadə məqsədlərindən asılı olaraq müxtəlif səciyyəli

olduğundan, onları əsasən üç qrupa bölmək olar:

I.

Məişətlə bağlı tikililər: təndirxana (təndirəsər), odun və



kömür yığmaq üçün yer (odunluq), yağmurluq və ya quraqlıq, taxıl

quyusu, taxıl kəndisi, çardaq (talvar), yandamı və ya əldamı, anbar,

tərəcə, buzxana-qırxayaq, zirzəmi-xərpiştə (Naxçıvan) və s.

I. Heyvandarlıqla əlaqəli olan təsərrüfat tikililəri: pəyə, tövlə,

mərək, banıstan, vana, kaya, ağzıbir, yataq, sığırxana, küz, ağıl,

göyəbaxar, kərəskə, xalxal (basdaray), poru, paçal, qəhər, baharbənd,

dolan, hin.

II.İstehsal binaları: dükan, emalatxana, kümxana, dəmirçixana,

dəyirman, dabbağxana və s.

 Təndirxana- təndir və onun yanında xörək hazırlamaq üçün

düzəldilmiş qarımdan, bunların üzərində isə dörd dirəklə qurulan

çardaqdan ibarət idi. Təndirxanada qarımın düzəldilməsi ondan

həmçinin  mətbəxi kimi də istifadə olunmasına imkan verirdi.

Təndirxananın yanları adətən açıq saxlanılırdı. Onu həyətin sakit, dalda

bir tərəfində inşa edirdilər.

Müxtəlif ehtiyat ərzaq məhsullarını, mövsümü işlərdə işlədilən

təsərrüfat alətlərini və məişət əşyalarını saxlamaq üçün hər bir ailə

ayrıca olaraq yandamı və  əldamından istifadə edirdi.  Bir təsərrrüfat

tikilisi ya evin yan tərəfində ona bitişik halda ya da evin qabağında,

onunla üzbəüz tikilirdi. Lənkəran-Astara bölgəsində ona fakin, uja və

ya ginabun, Naxçıvanda isə əl-ovuc damı deyilirdi.

 Azərbaycan kənlərində hər bir ailənin istifadəsində olan mühüm

təsərrüfat tikilisindən biri də taxıl quyusu idi. Taxıl quyusu ya həyətdə,

ya da anbarın və da əldamın içərisində dördkünc, həm də dairəvi

formada qazılırdı. Onun içərisinə bəzən suvaq çəkir, bəzən də  əzilmiş

küləşi elastik çubuqlar vasitəsilə quyunun kənarlarına kipləşdirirdilər.

Bəzən üzərində çalaq da qurulmuş belə təsərrüfat quyusunda bir neçə

ton taxıl da yerləşdirmək olurdu.



Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə