libasa vurulan bəxyələr Azərbaycan qadının milli libaslarının bəzək
elementlərinin zənginliyini göstərir. [140]
Dastan yaradıcılığında, əsasən, zər-zivər içərisində süstlənən
əsəb-nəsəbli bəy, xan, tacir-tüccar təbəqəsinin bəzək əşyaları hesab
olunan boyunbağılara (“mərcanə”. “silsilə” və s.) təsadüf olunur:
Ay həzərat, gəlin sizə söyləyim,
Göz düşüb Səlbinin mərcanəsinə.
Sərraflar yığılıb qiymət qoysunlar,
Min tümən kəsdirib bir danəsinə. [141]
Yaxud:
Bülbül ayrılığı sitəmdi gülə.
Güləbətin naxış süsən sünbülə,
Badilə mintənə, üstdən silsilə,
Sərəndazdan töküb başa- baş Pəri. [142]
Göründüyü kimi, kamil sənət əsəri səviyyəsində hazırlanan bu
bəzək nümunələri bahalı olmaqla yanaşı, zərgərlik incəsənətinin inkişaf
durumunu da göstərir.
“Şah İsmayıl” dastanında “Gülzarın boynunda babasının yeddi
illik bac-xəracı ilə başa gəlmiş bir boyunbağı” dan bəhs olunur. [143]
Bütün bunlar Azərbaycan zərgərlərinin sənət bacarığını, yerli istehsalın
səviyyəsini, balıcası isə, sosial təbəqələr arasında qeyri-bərabərliyi
göstərir və bəzəklərin az bir qisim əhali arasında dəbdə olmaqla, dar
sosial mühitdə yayıldığını təsdiq edir.
XVII əsrdə Azərbaycanda zərgərlik və zinət-bəzək əşyalarının
hazırlanma səviyyəsindən bəhs edən M.X.Heydərov bir çox Avropa və
türk səyyahlarının məlumatlarına əsaslanaraq yazır ki, zərgərlik
məlumatları, müxtəlif bəzəklər orta əsr Azərbaycan əhalisinin, xüsusilə
əyanlar və varlı tacirlərin məişətinə o dərəcədə geniş daxil olmuşdu ki,
bu, zərgərlik məlumatları satan zərgər dükanlarının xüsusi cərgəsinin
yaranmasına səbəb olmuşdur. Təbriz və Ərdəbil qeyrəsriyyələrində ən
bahalı və ən zərif zərgərlik məlumatları belə tağbəndli zərgər
dükanlarından ibarət sənət cərgələrində müşahidə olunurdu. Bəhs
olunna dövrdə belı sənət cərgələri Şamaxı şəhərində də mövcud idi.
[144] Eyni məlumatın XIX-XX əsrin əvvəllərində Bakı şəhərinə də aid
edilidiyinin şahidi oluruq. Bu dövrün rus səyahətçisi E.Markov Bakı
limanının Şərqin Marselinə çevrildiyini qeyd edərək yazırdı ki,
memorial abidələri ilə diqqəti cəlb edən bu şəhərdə örtülü bazarlar,
zərəgrlik emalatxanaları cərgə ilə düzülmüşdür. Orada gümüşdən firuzə
ilə bəzədilmiş filiqran-şəbəkəçilik məlumatının gözəl nümunələri emal
olunmaqdadır. [145]
Geyimlərə xüsusi yaraşıq verən bəzək məluamtlarının
hazırlanması və satışı XVIII-XIX yüzilliklərdə yüksək xətlə inkişaf
etmişdir. XIX əsrdə Quzey Azərbaycanda Naxçıvan, Ordubad, Gəncə,
Şəki, Şamaxı, Bakı, Quba, Şuşa, Lənkəran və Salyan şəhərləri başlıca
zərgərlik mərkəzləri sayılırdı. XIX yüzilliyin 50-ci illərində Gəncədə 24
zərgər, [146] 80-ci illərdə Qazax qəzasının Şəmşəddil sahəsində 3,
Zəyəm
stansiyasında 2
güşəbənd, [147]
XIX-XX
yüzilliyin
hüdudlarında isə
Bakıda 130 nəfər
qeydiyyatdan
keçmiş zinət
ustası və 89 nəfər
şagirdi, Şamaxıda 25, Salyanda 13, Qubada 12, Gəncədə 33, Nuxada 22,
Şuşada 12 nəfər zinət ustası fəaliyyət göstərmişdir. [148]
XIX-XX yüzilliyin əvvələrində bəzi əməli əhəmiyyət kəsb edən
bəzəklər (toqqaqayış, kəmər, xəncər qını, saat və saat qabı, vəznə -
patrondaş, tütün qabı, saat zənciri, üzük və s) istisna olmaqla, kişi
geyimləri demək olar ki, bəzəkisiz olurdu. Bu məsələdə əhali “erkək
atın çulu cırıq olar”, “bəzənmək qadına yarşır”- kimi mülahizələrə
əsaslanırdı.
Bəhs olunana dövrdə hazırlanan bəzək-zinət məlumatları qadın
geyim kompleksinin vacib elementi kimim əhəmiyyət kəsb etmişdir.
Zərgərlik incəsənətinin
tədqiqatçları bu dövrün
zərgərliyinin yeni-yeni bədii və
texniki xüsusiyyətlərinin
meydana çıxdığını, hazırlanan
məlumatda xalqın adət-
ənənsinin, əqidəsinin, sosial
mövqeyininn şərti dekorativ
formada, rəmzi mənada işlədilməsinin ön plana keçməsini qeyd edirlər.
Azərbaycan zərgərlik geyimlərində bəzək şeylərini bədii formasını və
naxışlarını (dekorativ bəzəyini) gücləndirmək məqsədilə həm yekcins
qızıl və gümüşdən həm də, müxtəlif cəvarihatın ahəngdar qarşığından
məharətlə istifadə etməklə bu və ya digər zinət növünün
hazırlanmasında həndəsi, nəbati, zoomorf və astral motivli naxışlar
tətəbiq edilir, məlumatların surəti (ay, ulduz, günəş, yarpaq, gül, şaxə,
balıq, quş və s.) təbii-dekorativ formalarda alınırdı. [149]
Kustar sənət üsulu ilə (döymə, qəlbkarlıq, basma, savadlanma,
şəbəkə, minasızlıq, xatəmkarlıq və s.) hazırlanan bəzək-zinət
məlumatlarının əksəriyyəti Azərbaycanın sənət mərkəzlərində ərsəyə
gəlsə də, bəzən varlı əyanların tacir-tüccar əhalinin qadınlarının
bəzkələri içərisində xaricdə hazırlanan, üzəri kəsmə sikkələrlə (ərəfi,
impreial, çervon, lirə, real, tilani və s. tərtiblənən bahalı kəmər,
boyunbağı və qolbaqlara da rast gəlmək olurdu.
Etnoqrafik və ədəbiyyat materiallarının təhlili göstərir ki,
Azərbaycan qadınlarının bəzək-zinət əşyalarının hazırlanmasında
müxtəlif qiymətli daşlar, (mirvari, yaqut, əqiq, kəhrəba, zümrüd, firuzə,
mərcan, şəvə, hətta brilyant) mühüm yer tutmuş, mürəkkəb əsaslı zinət
məlumatlarının komponent tərkibi olmuşdur. Bu qiymətli daşlardan bir
çoxu ölkəyə karvan ticarəti vasitəsilə Şərq ölkələrindən gətirilirdi. Belə
kombinə edilmiş şəkildə (qiymətli metallarla –ləl cəvahiratın
kombinəsi) hazırlanan zinət və zər-zəbərcəd baha başa gəldiyindən,
imkansız qadınlar ucuz daşlarda, adi şüşədən, misdən. Tuncda, hətgta
bəzi meyvələrin çəyirdəklərindən (iydə, xurma və s.) sapa düzməklə
bəzək şeyləri hazırlayıb gəzdirir, toyda, el şənliklərində isə varlı
qadınlardan bəzi zinət-bəzək əşyalrını 1-2 günlüyə “birovuz” alırdılar.