167
təsərrüfat vərdişlərinin aşılanması, regionda xristian xalqlarının sayının artırılması
kimi niyyətlərinə müəyyən dərəcədə nail olsa da, kütləvi alman məskunlaşması
XIX əsrin 70-ci illərindən başlayaraq Rusiya dövləti üçün təhlükə mənbəyinə
çevrildi. Rusiya hökumətinin alman məskunlaşması ilə bağlı narahatçılığının
obyektiv əsasları vardı. 1871-ci ildə Almaniyanın birləşməsi prosesinin başa
çatması, Rusiya ilə Almaniya arasında münasibətlərin kəskinləşməsi, Almaniyanın
Rusiyaya qarşı açıq-aşkar təcavüzə hazırlaşması Rusiya ictimaiyyətində
«əməksevər alman» haqqında müsbət stereotiplərin dəyişməsinə səbəb oldu. Çar
hökumətinin 1884, 1887, 1888, 1892, 1895-ci illərdə qəbul etdiyi qərarlar
Rusiyanın sərhəd zonalarında, o cümlədən Qafqazda «alman elementi»nin
məhdudlaşdırılmasına yönəlmişdi. Çarizmin «antialman» siyasətinə pangermanist
dairələrin bəyanatları da təsir göstərirdi, belə ki, alman militaristləri Rusiyanın
bölüşdürülməsi planlarını cızır, bu planların həyata keçirilməsində Rusiyada
yaşayan 2 mln. almanın aparıcı rol oynayacağını vurğulayırdılar. Şantaj xarakterli
bu cür açıqlamalar çar hökumətinin alman kolonistlərinə qarşı mövqeyinin daha da
sərtləşməsinə səbəb olurdu.
Ancaq çar hökumətinin XIX əsrin sonu—XX əsrin əvvəllərində apardığı
«almanları məhdudlaşdırma» siyasəti heç bir əməli nəticə vermədi. Alman
elementi Rusiyanın iqtisadi həyatına o qədər sıx inteqrasiya olmuşdu ki, yaranmış
iqtisadi sistemdə istənilən dəyişiklik iqtisadi xaosa gətirib çıxara bilərdi: XIX əsrin
əvvəllərində almanlar sənaye və kənd təsərrüfatına görə Rusiya iqtisadiyyatında
nəzərəçarpacaq çəkiyə malik idilər. Bir faktı qeyd etmək kifayətdir ki, XX əsrin
əvvəllərində Rusiya almanlarının şəxsi mülkiyyətində 12 mln. desyatin torpaq
sahəsi vardı.
Alman əhalisinin iqtisadi sahədə fəaliyyətinin genişlənməsi müxtəlif alman
torpaqlarından — Baden-Vürtemberq, Şvabiya, Prussiya, Gessen, Bavariya və sair
ərazilərdən gəlmiş mühacirlər arasında coğrafi, etimoloji, psixoloji fərqlərin
silinməsinə, vahid «Rusiya almanları» anlayışının formalaşması üçün şərait
yaratdı, alman əhalisinin Qafqazın yerli əhalisi ilə əlaqələrinin genişlənməsinə
müsbət təsir etdi. Yeri gəlmişkən qeyd edək ki, alman kolonistlərinin Qafqazın
müxtəlif xalqları ilə qarşılıqlı münasibətləri heç də eyni xarakterli olmamışdır.
Aparılan tədqiqatlar almanlarla — çeçenlər, kabardinlər, balkarlar, gürcülər,
azərbaycanlılar, ruslar arasında münasibətlərdə müəyyən problemlərin
mövcudluğunu göstərir. Ancaq qeyd edək ki, bütün bu adı çəkilən xalqlarla
almanlar arasında baş verən münaqişələr çar hökumətinin torpaq, əmlak haqqında
qanunvericiliyində mövcud olan boşluqlar ucbatından yaranırdı. Əsasən məişət
xarakterli bu cür münaqişələr adı çəkilən Qafqaz xalqları ilə alman kolonistləri
arasında simbioz münasibətlərin formalaşmasına xələl gətirə bilmədi. Erməni-
alman münasibətləri üzərində xüsusi olaraq dayanmaq lazımdır. Belə ki, almanlarla
ermənilər arasında münasibətlər, əksər hallarda məişət çərçivəsindən çıxaraq siyasi
rəng alırdı və bu tip münasibətlərin əsas günahkarı ermənilər, onların XIX əsrin
168
sonlarından fəaliyyətə başlayan millətçi partiyaları idi. Qondarma «erməni
məsələsi»ndə Almaniyanın ədalətli olaraq erməni millətçilərini qınaması, alman
kolonistlərinin Qafqazda terror fəaliyyəti ilə məşğul olan erməni quldur dəstələrinə
müqavimət göstərməsi — bütün bunların nəticəsi kimi ermənilər almanlara qarşı
düşmənçilik münasibəti bəsləyir, tez-tez onların koloniyalarına basqınlar edirdilər.
Erməni quldur dəstələrinin alman kolonistlərinə qarşı terrorçu fəaliyyəti çar
hökumətinin «antialman» siyasəti fonunda baş verirdi. 1870-ci illərdən başlayan
«alman məsələsi»nə I Dünya müharibəsi illərində son qoyuldu.
169
ĠSTĠFADƏ OLUNMUġ ƏDƏBĠYYAT VƏ MƏNBƏLƏR
GĠRĠġ
1.
Кичихин В.И. Советские немцы: откуда, куда и почему?//Военно-
исторический журнал, 1990, №8, с.35.
2.
Кичихин В.И. Советские немцы: откуда, куда и почему?//Военно-
исторический журнал, 1990, №9, с.38.
3.
Плохотнюк Т.Н. К вопросу о немецкой миграции в Северо-кавказском
регионе. //Вестник СГУ, №15, 1998, с.6-15.
4.
Резолюция Российско-Германской научной конференции «Российские
немцы на Дону, Кавказе и Волге».//Российские немцы на Дону, Кавказе и
Волге. Материалы Российско-Германской научной конференции. М.: 1995,
с.355;
5.
Кеппен П.И. Этнографическая карта Европейской России. СПб., 1851; его
же. Об этнографической карте Европейской России. СПб., 1852.
6.
Клаус А. Община, собственник и ее юридическая организация //Вестник
Европы. 1870, Т.1, с.573-628; его же. Наши колонии. СПб., 1869.
7.
Велицын А.А. Немцы в России. Очерки исторического развития и
настоящего положения немецких колоний на Юге и Востоке России. СПб.,
1893.
8.
Писаревский Г.Г. Из истории иностранной колонизации в России в
XVIII в. (по неизданным архивным документам). М., 1909; Шелухин С.П.
Немецкая колонизация на юге России. Одесса, 1913. Штах Я. Очерки из
истории и современной жизни южнороссийских колонистов. М., 1916;
Линдеман К.Е. Законы 2-го февраля и 13 декабря 1915 г. (об ограничении
немецкого землевладения в России) и их влияние на экономическое
состояние Южной России. М., 1916;
9.
Дружинина Е.И. Южная Украина в 1800-1825 гг. М., 1970; ее же. Южная
Украина в период кризиса феодализма. 1825-1860 гг. М., 1981, и др.;
Малиновский Л.В. Социально-экономическая жизнь немецкой деревни в
России (1762-1871 гг.). Депонирована в Институте научной информации по
общественным наукам АН СССР. М., 1982; его же. Социально-
экономическая жизнь немецкой деревни в Южной России. (1762-1917 гг.)
Автореф. докт. дисс. Л., 1986. Наулко B.J. Етнiчний склад населеныя
Украпнськоп РСР. Статистико-картографiчне дослiдженыя. Киев, 1965; его
же. Развитие межэтнических связей на Украине. Киев, 1975; Бруль В.И.
Немцы в Западной Сибири - ч.I. с.Топчиха, 1995; его же. Немцы в Западной
Сибири. Ч.II. с.Топчиха, 1995. Кулинич И.М. Нiмецькi колонii на Украiнi.
(60-тi роки XVIII ст. - 1917 р.) // Украiнський icторичний журнал. - 1991. № 9.
с. 18-30; его же. Нiмецькi колонii на Украiнi. ИсторioгРафiя, основнi джерела.
Dostları ilə paylaş: |