42
mətnin timsalında özünü doğruldur. Onun İldırım tanrısı tərə-
findən yaradılması türk xalqlarının inamlarında geniş yayılmış-
dır (47, 84). Ona görə də qısa məzmununu verdiyimiz rəvayət-
də Odun İldırım tanrısının oğlu olması odun ildırım tərəfindən
yaradılması ideyasına əsaslanır. Odun İldırım tanrısının kiçik
oğlu kimi səciyyələndirilməsi isə kiçik ailənin yaranmasından
əvvəl mövcud ola bilməzdi. Türkmən xalqının “ Koroğlu” dasta-
nı bu baxımdan misilsiz fakt verir. Dastanda Rövşən Cığalı bə-
yin kiçik oğlu Adı bəyin oğludur (84, 34-35). Koroğlu surətinin
od, işıq kultu ilə bağlılığı barədə folklorşünaslıqda müəyyən
mülahizələr söylənmişdir (39, 142; 33, 63). Prof. M.Seyidov bu
həqiqəti qəbul edib Koroğlu surətinin dağ kultu ilə bağlılığını
da qeyd edir. Müəllif doğru olaraq bu qənaətə gəlir ki, Koroğlu
surətinin bu iki atributu türk xalqlarında od tanrısı ilə dağ tanrı-
sının birgə düşünülməsi ilə bağlıdır (30, 200). Türkmən “Ko-
roğlu”sunda bizi maraqlandıran məsələ baxımından diqqəti cəlb
edən odur ki, Koroğlu məhz kiçik qardaşın – Adı bəyin (Adı –
kiçik qardaşı ifadə edən qohumluq termini) oğludur. Deməli,
dağ, od hamisinin övladı olan Koroğlu da ən son redaktəyə
məruz qalaraq kiçiklik atributu ilə yüklənmişdir. Başqa sözlə,
kiçikliyin kölgəsi Koroğluya da düşmüşdür.
Maraqlıdır ki, kiçiklik atributu ilə “ Göyoğlu” kimi ta-
nınan bu mifik qəhrəmanlar silsiləsinin bir çoxu səciyyələnir.
Q.Potaninin İldırım tanrısının oğlu hesab etdiyi adlar və
tunkin buryatlarının əcdad kimi tanıdıqları Buxa-noin (hərfən:
Buğa cənab) haqqında əfsanədə deyilir ki, Buxa-noin göydən
yerə öküz şəklində düşmüşdür. Başqa bir varianta görə, bu
göy öküzü bir qızın yanına gedir və ondan bir uşaq olur. Baş-
qa bir varianta görə, Buxa-noin göy oğlu idi, onun atası Eseqe
malan-tenqri, anası Əke Orön adlanır (150, 300). Sibir xalqla-
rında İsıqı-malan tenqrinin kiçik oğlu Otxan və Buxa-noin bir
mifoloji surətin müxtəlif ifadə formalarıdır.
43
“Göy oğlu” mifinin zoomorfik buğa formasının Doqquz
oğuz variantında qəhrəman Buğu Təkin adlanır. Mifdə deyilir:
Hulin dağından axan Tuğla və Selenqa çayları arasında qayın
və şam ağacları bitir; bir gecə ağacların üstünə göydən bir şüa
enir; gün keçdikcə ağaclardan birinin qarnı şişir; doqquz ayın
tamamında bu ağaclardan birinin qarnından qapı açılır; ağacın
içində ağzında gümüş əmzik olan beş uşaq görünür; doqquz
oğuzlar uşaqları saxlayır və onları belə adlandırır: Sutur Tə-
kin, Qotur Təkin, Tukan Təkin, Or Təkin, Buğu Təkin. Buğu
Təkin hamıdan ağıllı olduğu üçün onu özlərinə xaqan seçirlər
(42, 212-213). Bu mifdə uşaqların dünya ağacından doğulma-
sı mifin ən qədim variantlarından biri hesab olunmalıdır. Bu
motiv yakutların od hamisi, tanrının kiçik oğlu Tanqxa Dalar-
aksı, Aal uot iççite, Osox (yəqin ki, ocaq – Ə.Ə) botur, Aal
Okxon adlanan mifik surətin folklordakı mahiyyətini başa
düşməyə imkan verir. “Bosko” adlı yakut nağılında Bosko üç
qardaşın kiçiyidir. O, xəstədir. 30 ildir ki, hərəkətsiz yatır,
altını isladır və s. Qardaşları onu incidir, yeməyin artığını ona
atırlar. Bosko qardaşlardan intiqam almaq üçün onların var-
dövlətini yandırır. Böyük qardaş onu qılıncla parçalamaq istə-
yəndə Bosko ağacın arxasında gizlənir. Qardaşlar onu ölmüş
bilib gedirlər. Bosko ağacın koğuşundan çıxaraq ağaca müra-
ciətlə deyir: “Sən mənim anam, məni doğan, məni eşit, mən
30 il yaşadım, 30 il qardaşlarım məni incitdilər. Bu müddət
ərzində mən onlardan çox pislik görmüşəm. İndi isə mənim
ayağa qalxmaq və qardaşlarımın zülmünə son qoymaq vax-
tımdır. Göylərdə mənim üçün at və yaraq-əsləhə saxlanılır.
Onlar mənim üçün göydən gəlməlidir, mənə güc ver”. Ağac
yarılır və onun içərisindən vaşaq dərisindən paltar geymiş ağ
saçlı bir qadın çıxır. O, sol döşündən oğlanı əmizdirir. Oğlan
qadının döşünü əmdikcə ona güc gəlir. Axmaq (Bosko) yenə
güc istəyir. Qadın dünyanın yaradıcısına (Ai-Toenə) müraciət
44
edir: “Sənin lənətlədiyin oğlun 30 il yerdə uzanaraq hər bir
mərhumiyyətə dözüb. İndi onu bağışla. Onu bədbəxtlikdən
qurtar”. Göy guruldayır, ildırım çaxır, göydən ağ paltarlı adam-
lar gələrək ona at, silah verir. Bundan sonra axmaq (Bosko) bö-
yük qardaşlarını bağışlayır və səfərə çıxır (151, 630-642). Na-
ğılda Bosko surəti tanrının (Ai-Toen) kiçik oğlu Od tanrısıdır.
Bu fikri Boskonun tanrı oğlu kimi səciyyələndirilməsi, tanrı
tərəfindən göydən qovulması, tanrının hökmü ilə 30 il xəstə
yatması, altını islatması kimi xüsusiyyətlər təsdiq edir. Şa-
manlar mərasimlərdə od ruhu Aal Okxonu məhz bu cəhətlərlə
səciyyələndirirlər (190, 241-243, 275-283). Mifoloji inamlarda
Aal Okxonun dünyaya necə gəlməsi haqqında heç nə deyilmir.
Nağıldan məlum olur ki, Bosko məhz ağacdan doğulub. Do-
ğulmanın səciyyəsi isə bizə Buğu-Təkin əfsanəsindən məlum-
dur. Beləliklə, “Göy oğlu” mifinin bir variantı ilə qarşılaşırıq.
“Bosko” nağılının müasir nağıl poetikasına uyğun olduğunu
(qardaşlar arasında ədavət) qeyd etməklə bir daha belə bir həqi-
qəti qabartmaq olar ki, nağıllarda kiçik qardaşın ideallaşdırıl-
masında onun sakral səciyyəsi az rol oynamayıb. Bu nağılda
Bosko surəti mifoloji Aal Okxonla, ata mülkünün varisi kimi
sakral kiçik qardaşın sərhədində dayanır. Bu nağıldan canlı şə-
kildə yaşamaqda davam edən mifoloji elementləri çıxsaq, qar-
şımızda tam mənada sehrli nağılların kiçik qardaş surəti daya-
nar. Buradan həm də başqa bir həqiqət anlaşılır. Tanrının kiçik
oğlu Otxon (Okxon) “Göy oğlu” mifinin variantlarından biri
kimi özünü göstərir. Bununla da onun yerə göndərilməsi haq-
qında mifoloji ideya “Göy oğlu” mifi ilə birləşir.
“Göy oğlu” mifinin qəhrəmanları ulu əcdad, ilk insan he-
sab olunur. Bu fikrin təsdiqi üçün onun, demək olar ki, bütün
türk xalqlarında əcdad hesab olunduğunu xatırlamaq kifayətdir.
“Göy oğlu” mifi altaylılar arasında dual səciyyə daşıyır.
Burada dünyanın yaradıcısı Ülgen və onun kiçik qardaşı Erlik-
Dostları ilə paylaş: |