Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə28/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   24   25   26   27   28   29   30   31   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
97 
runa  gəlib  onunla  görüşdülər
139
.  Tezliklə  Hüseyn  xan  qızılbaş 
əmirləri  arasında  əsas  rəqibi  olan  Çuxa  sultan  Təkəlünü  aradan 
qaldıraraq, Şah Təhmasib tərəfindən vəkil və əmirül-üməra vəzifə-
lərinə təyinat almağa nail olur və faktiki olaraq, şahdan sonra döv-
lətin ikinci şəxsinə çevrilir.  
H.941-ci ilin məhərrəm ayında (13.07.-11.08.1534) Şah Təh-
masib  yenidən  Sam  mirzəni  Xorasan  hakimliyinə  təsdiq  edir  və 
Ağzıvar xan Şamlunu onun yeni lələsi təyin edir
140

Osmanlı  –  Səfəvi  müharibəsinin  başlanmasından  istifadə 
edən  Hüseyn  xan,  Osmanlı  sultanı  I  Süleymanla  sövdələşməyi  və 
Təhmasibi  devirib  onun yerinə  öz  kürəkəni  Sam  mirzəni  şah  elan 
etməyi qərara alır. Lakin bu qəsdin üstü vaxtında açılır və Hüseyn 
xan Təhmasibin əmri ilə edam edilir
141
. Gizli planın ifşa olunduğu-
nu  görüb  həyatları  üçün  təlaş  keçirən  Sam  mirzə  və  Ağzıvar  xan 
Heratda şaha qarşı üsyan qaldırmaqdan başqa çarə görmürlər və 15 
şaban h.941 (19 fevral 1535)-ci ildə qiyam qaldırıb, Qəndəhar şə-
hərini  də  ələ  keçirməyə  cəhd  edirlər
142
.  Bu  xəbəri  eşidən  Sultan 
Süleyman Sam  mirzəni Səfəvi  hökmdarı  kimi  tanımağa qərar ve-
rir
143

Lakin qiyam uğursuzluğa düçar oldu. Qəndəhar şəhəri yaxın-
lığında  Böyük  Moğol  şahzadəsi  Mirzə    Kamranın  ordusu  ilə  dö-
yüşə girən Sam mirzənin qüvvələri darmadağın edildi, Ağzıvar xan 
isə öldürüldü. Sam mirzə Gərmsirat və Təbəs ərazilərinə qaçmağa 
                                                 
139
 Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi.Təkmilətül-əxbar (Səfəvi dövrü - Şah 
İsmayıl və Şah Təhmasib dövrləri tarixi). Bakı, 1996, s.61; Şah Təhmasibin təz-
kirəsi / tərcümə: Ə.Rəcəbov. Bakı, 1996, s.24; Эфендиев О. Азербайджанское 
государство Сефевидов в XVI веке. Баку: 1981, s. 72. 
140
 Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi.Təkmilətül- əxbar. Bakı, 1996, s.70; 
Mirza bəy Cünəbadi. Rövzətüs-səfəviyyə. Tehran, 1378, s.421; Şah Təhmasibin 
təzkirəsi. Bakı, 1996, s.32-33. 
141
 Эфендиев  О.  Азербайджанское  государство  Сефевидов  в  XVI  веке. 
Баку: 1981, s. 73-74. 
142
 Mirza  bəy  Conabədi.  Rouzətüs-səfəviyye.  Be  kuşeş-e  Qulamrza  Təbətəbayi 
Məcd. Tehran, 1378,  s.438- 439. 
143
 Бидлиси Шараф-хан. Шараф-наме (перевод, предисловие, примечания и 
приложения Е.И.Васильевой). II том. Москва: Наука, 1976, s.183. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
98 
məcbur oldu və Şah Təhmasibə yalvarış dolu məktub göndərib əfv 
olunmasını  xahiş  etdi
144
.  1536-cı  ildə  Təhmasib  Xorasana  gəlib 
Əbivərd  məntəqəsində  dayanarkən  Sam  mirzə  onun  hüzuruna 
yetişib itaətini bildirdi
145
.  
Təhmasib onu bağışlasa da, heç bir yerə hakim təyin etmədi 
və 1536-cı ildən 1549-cu ilədək öz yanında saxladı. Bu illər ərzin-
də Sam mirzə rəsmi dövlət qəbullarlında və tədbirlərində iştirak et-
mişdir.  1540-cı  ildə  Səfəvilər  dövlətində  olmuş  Venesiya  elçisi 
Mikele Membre Sam mirzə haqqında yazır: “Şah Sam mirzəyə ha-
kimiyyət vermir... O, (yəni Sam mirzə - V.M.) saqqal saxlamır. O, 
28  yaşında,  güclü,  qısaboylu  gəncdir”
146
.  Mikele  Membre  Sam 
mirzənin zahiri görünüşü barədə məlumat verən yeganə müəllifdir. 
Əgər nəzərə alsaq ki, həmin zaman Samın cəmi 23 yaşı vardı, onda 
onun zahiri əlamətlərə görə  yaşından böyük göründüyünü söyləyə 
bilərik.  1544-cü  ildə  Səfəvilər  dövlətinə  gəlmiş  Böyük  Moğol 
hökmdarı  Hümayun  padşahın  Sultaniyyə  şəhəri  yaxınlığındakı 
Sorluq  yaylağı  ətrafında  qarşılanma  mərasimində  Sam  mirzə  də 
yaxından iştirak etmişdi
147
.  
H.956/1549-cu  ildə  Sam mirzə  Təhmasibin  əmri  ilə Ərdəbil 
hakimi  təyin  olunmuş  və  1562-ci  ilin  əvvəllərinə  kimi  bu  postda 
qalmışdır. Lakin  Sam  mirzənin  hakimiyyət  iddiaları ilə bağlı  yeni 
məlumatlar alıb şübhəyə düşən Təhmasib  onu həbs  etdirərək, Cə-
nubi  Azərbaycanın  Qəhqəhə  qalasında  zindana  saldırmış  və  Sam 
mirzə həyatının son illərini orada keçirmişdir. Sam mirzənin ölüm 
tarixi, şəraiti, səbəbi haqqında tədqiqatçılar müxtəlif versiyalar irə-
li sürmüşlərsə də, bu hadisəni dəqiqləşdirən Ə.Rəhimov olmuşdur. 
Sam  mirzə  Qəhqəhə  qalasında  bir  müddət  məhbus  həyatı  keçdik-
                                                 
144
 Mirzə  bəy  Cünabədi.  Rövzətüs-Səfəviyyə.  Be  kuşeş-i  Qulamrza  Təbatəbayi 
Məcd. Tehran, 1378, s. 440- 442. 
145
 Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. Təkmilətül-əxbar. Bakı, 1996, s.81. 
146
 Əfəndiyev O. Venesiyalılar Şah I Təhmasibin sarayında (Mikele Membre və 
Vinçenso Alessandri). Bakı, 2005, s. 45-46. 
147
 Эфендиев  О.  Азербайджанское  государство  Сефевидов  в  XVI  веке. 
Баку: 1981, s. 109. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
99 
dən sonra, h.975-ci ilin cəmadiyüssani (1567-ci ilin dekabr) ayında 
iki oğlu ilə birlikdə Şah Təhmasibin əmri ilə öldürülmüşdür
148
.  
Sam  mirzə  bir  şahzadə  kimi  görkəmli  alim  və  şairlərdən  tə-
lim və tərbiyə almışdır. Gözəl xəttat, təliq və şikəstə xətlərinin ma-
hir ustası olan Sam mirzənin adı tarixə həm də şair kimi düşmüş-
dür. Şeirlərini Sami təxəllüsü ilə yazan Səfəvi şahzadəsinin ən mü-
hüm əsəri “Töhfeyi-Sami” adlı təzkirəsidir. Təzkirə ilə tanış olan 
ingilis şərqşünası E.Broun əsərin təcili çap olunmasının vacibliyini 
yazır
149
.  Türk  alimi  M.F.Köprülü  “Töhfeyi-Sami"nin  XVI  əsrdə 
yetişmiş  türk  və  iranlı  şairlər  və  xüsusilə  Azəri,  yəni  şərqi  oğuz 
türk  ədəbiyyatı  haqqında  məlumat  almaq  üçün  müraciət  ediləcək 
başlıca  mənbələrdən  biri  olduğunu  bildirir
150
.  Ancaq  təzkirə  bəzi 
tənqidlərə  də  məruz  qalmışdır.  Belə  ki,  Sam  mirzənin  atasının 
əksinə  olaraq  farspərəst  olduğunu,  fars  dili  və  mədəniyyətinə 
pərəstiş  etdiyi  və  atasının  Azərbaycan  dilində  yaratdığı  zəngin 
ədəbi  irsə  etinasız  yanaşdığı,  təzkirəsində  “mütəəssüb  bir  fars 
kimi”  hərəkət  edərək,  əsərlərinin  mühüm  qismini  azərbaycanca 
yazmış olan  Xətainin şerlərindən nümunə üçün yalnız farsca beyt 
verdiyini qabardırlar
151
. A.Topalova da fars dilində qələmə alınmış 
təzkirələri  tənqid  edərək  yazır:  “Sam  mirzənin,  Lütfəli  bəy  Azərin 
və Mir Möhsün Nəvvabın təzkirələrində isə Azərbaycan şairlərinin 
əsərlərindən, Azərbaycan ədəbiyyatından bu və ya digər dərəcədə 
bəhs  olunsa  da,  biz  türkcə  təzkirələrdə  olan  vətən,  millət,  xalq 
təəssübkeşliyini, yanğısını bu əsərlərdə görmürük”
152

                                                 
148
 Rəhimov  Ə.  Sam  Mirzənin  qətli  haqqında  yeni  məlumat  //  AEA  Xəbərləri. 
Ədəbiyyat, dil və incəsənət seriyası, 1990, № 4, s.98- 99. 
149
 A Desccriptive Catalogue of the Arabic, Persian and Urdu Manuscripts in the 
Library of the University of Bombay. Bombay, 1935, p.41. 
150
 Köprülü F. Sam Mirza Safevi ve eseri // Azerbaycan Yurt bilgisi, 1934, № 3, 
s.32. 
151
 Azərbaycan  ədəbiyyatı  tarixi:  3  cilddə,  I  c.,  Bakı,  1960,  s.372;  Səfərli  Ə., 
Yusifli X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, 1998, s. 370. 
152
 Topalova.  Ədəbiyyat  tarixinin  öyrənilməsində  təzkirələrin  rolu  və  Ağa  Mə-
həmməd Müctəhidzadənin “Riyazül-aşiqin” təzkirəsi. Bakı: 2001, s. 43. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə