Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə25/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   21   22   23   24   25   26   27   28   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
84 
əfkar” 
5.  Sultan  Məhəmməd  mirzə  Bahadır 
xan Səfəvi “Töhfətüş-şüəra” 
əşar” 
5. Safvət “Nüxbətül-asar fi Fəvaidil-əşar” 
6. Ramiz “Adabi-zürəfa” 
7. Silahdarzadə “Təzkirətüş-şüəra” 
8. Əsrar Dədə “Təzkireyi-şüərayi-
mövləviyyə” 
9. Akif “Mirati-şeir” 
 
 
 
 
 
 
 
 
 
 
XIX 
 
1.  Əbdürrəzzaq  bəy  Dünbüli  “Təc-
rübətül-əhrar  və  təsliyyətül  əbrar”; 
“Hədayiqül-üdəba”; 
“Nigaristani-
Dara” 
 2. Məhəmməd Fazil xan Gorusi Ravi 
“Əncüməni-xaqan” 
3.  Mahmud  mirzə  Qacar.  “Gülşəni-
Mahmud”; 
“Bəyanül-Mahmud”; 
“Nüqli-məclis” 
4. Bəhmən mirzə “Təzkireyi-Məhəm-
mədşahi” 
5.  Məhəmməd  Saleh  Şamlu  “Məhə-
küş-şüəra” 
6. Hülaku mirzə Qacar “Xərabat” 
7.  Xudaverdi  xan  Qacar  “Təzkireyi-
mədayihi-Elxaniyyə” 
8.  Məhəmməd  Bağır  xan  Qacar  “Fə-
ləkül-Mərrix” 
9.  Məhəmmədhəsən  xan  Etimadüs-
səltənə “Xeyrati-hesan” 
10.  Heydərqulu  mirzə  “Təzkireyi- 
Xavər” 
11.  Məhəmmədqulu  mirzə  Qacar 
“Təzkireyi-Xosrovi” 
12.  Seyfüddövlə  Sultan  Məhəmməd 
Tağı “Bəzmi-xaqan” 
13. Seyid Əzim Şirvani “Təzkirə” 
14.  Məhəmməd  Kazım  Əsrar  Əlişah 
Təbrizi “Behcətüş-şüəra” 
15.  Əli  Rza  mirzə  Qacar  “Bosatinül-
xaqaniyyə” 
16. Ziyai “Təzkireyi-Ziyai” 
17.  Mir  Möhsün  Nəvvab  “Təzkireyi-
Nəvvab” 
18.  Əbülqasım  Möhtəşəm  Şirvani 
“Əxtəri-taban” 
 
 
1. Şəfqət “Təzkireyi-şüəra” 
2. Əsad Əfəndi “Bağşeyi-səfa-ənduz” 
3. Arf Hikmət “Təzkirətüş-şüəra” 
4. Fatin “Xatimətül-əşar” 
5. Tevfiq “Məcmueyi-təracim” 
6. Məhəmməd Tevfiq “Qafileyi-şüəra”  
 
 
 
 
 
 
 
1.  Məhəmməd  ağa  Müctəhidzadə 
“Riyazül-aşiqin” 
2.  Həsənəli  xan  Qaradaği  “Təzkireyi-
Qaradaği” 
3. İbrahim Tahir “Riyazül-arifin” 
 
1. Faiq Rəşad “Əslaf” 
2. Məhəmməd Siracəddin “Məcmueyi-
şüəra” 
3. Əli Əmiri “Təzkireyi-şüərayi-Amid” 
4. Mahmud Kamal İnal “Kamalüş-şüəra” 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
85 
 
 
XX əsr 
4. Şəmsəddin xan Həqqi Təbrizi “Ən-
cümənül-üdəba” 
5.  Məhəmmədəli  Tərbiyət  “Daniş-
məndani-Azərbaycan” 
6. Qulam Məmmədli “Təzkirə” 
7.  Seyid  Əbdülhəmid  Xalxali  “Təz-
kireyi-şüərayi-müasiri-İran” 
8.  Əziz  Dövlətabadi  “Süxənvərani-
Azərbaycan”; 
“Sərayendeqani-şeri-
parsi dər Qəfqaz” 
9.  Əli Nəzmi “Devist süxənvər” 
10. Yəhya Şeyda “Ədəbiyyat ocağı” 
11.  Məhəmməd  Deyhim  “Təzkireyi-
şüərayi-Azərbaycan” 
 
5. Nail Tuman “Töhfeyi-Naili” 
XXI 
 
1. Şahin Fazil “Təzkireyi-Şahin” 
 

 
XVI  əsr  təzkirələrini  nəzərdən  keçirdiyimiz  zaman  məlum 
olur  ki,  Osmanlı  təzkirəçiləri  bu  janrda  6  əsər  qələmə  almışlar. 
Azərbaycan təzkirəçiləri isə cəmi 4 təzkirə tərtibləmişlər. Bu təzki-
rələrdən ikisi zamanımıza gəlib çatmamışdır.  
XVII  əsrdə  də  Osmanlı  sahəsində  say  artımı  müşahidə  olu-
nur. Osmanlı müəlliflər 6, azərbaycanlılar isə 2 təzkirə hazırlamış-
lar. 
XVIII əsrdə də Osmanlı təzkirəçiliyi inkişaf etmiş və 9 təzki-
rə  qələmə  alınmışdır.  Azərbaycan  təzkirəçiləri  isə  5  təzkirə  yaz-
mışlar. 
Azərbaycan  və  Osmanlı  təzkirələrinin  yazılma  dinamikası 
arasında XIX əsrdə çox ciddi fərq müşahidə olunmaqdadır. Bu əsr-
də  yazılmış  Azərbaycan  təzkirələrinin  sayı  22-yə  çatmışdır.  Os-
manlı təzkirəçiləri isə 6 təzkirə tərtibləmişlər.  
XX əsrdə də Azərbaycan təzkirələrinin sayı 12-yə çatmışdır. 
Osmanlı təzkirələrinin sayı isə 5-dir.    
Beləliklə, apardığımız araşdırmalardan nəticə çıxararaq deyə 
bilərik ki, Osmanlı təzkirəçiliyi say baxımından kuliminasiya nöq-
təsinə XVIII  əsrdə çatmışdır. Azərbaycan təzkirəçiliyində isə say-
artımının maksimum həddi XIX əsrə təsadüf edir.     


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
86 
Azərbaycan müəlliflərinin təzkirələrinin əlyazma nüsxələrini 
araşdırarkən məlum olmuşdur ki, XVI əsr Osmanlı təzkirəçisi Cə-
rullah Bəyani h.975/1567-ci ildə Sam mirzə təzkirəsini köçürmüş-
dür. Bu Əlyazma AMEA Əlyazmalar İnstitutunda B – 5119 şifrəsi 
ilə  saxlanmaqdadır. Ancaq Bəyani  öz təzkirəsində  bu  əsərin  adını 
çəkməmişdir.  Halbuki  Bəyaninin  təzkirəsi  (h.1006/1597) 
Qınalızadə  Həsən  Çələbinin  “Təzkirətüş-şüəra”sının  xülasəsi  ma-
hiyyətindədir. Məlum olduğu kimi bu əsərdə bəzi Azərbaycan şair-
ləri haqqında da məlumat yer almaqdadır. Bəyani Sam mirzə təzki-
rəsindən  istifadə  edərək  Həsən  Çələbinin  öz  təzkirəsində  xatırla-
madığı  şairlər  haqqındakı  informasiyaları  əsərinə  daxil  etməklə 
təzkirəsinə  orijinallıq  qazandıra  bilərdi.  Bizcə  bunun  əsas  səbəbi 
Bəyaninin öz təzkirəsində Osmanlıların rəqibi olan Səfəvilər süla-
ləsi şahzadəsinin yazdığı təzkirədəki bilgilərə və ümumiyyətlə Sə-
fəvi şairləri haqqında məlumatlara yer verməmək istəyi olmuşdur.   
Qeyd edək ki, Bəyaninin Sam mirzənin təzkirəsini köçürməsi 
faktı Azərbaycan və Osmanlı təzkirələri arasındakı əlaqələrin ma-
raqlı və diqqətəlayiq bir məqamıdır
130

 
Təzkirələrin strukturundakı oxşarlıqlar və fərqlər 
 
İlk  Azərbaycan  və  Osmanlı  təzkirəçiləri  Herat  təzkirəçilik 
məktəbinin nümunələrini təsiri altında öz əsərlərini qələmə  almış-
lar. Nümunə üçün XVI  əsr Osmanlı təzkirəçisi Səhi bəyin “Həşt-
behişt” və XVI  əsr təzkirəçisi Sam  mirzənin  “Töhfeyi-Sami”sinin 
strukturunun müqayisəsinə nəzər salaq: 
 
“Töhfeyi-Sami” 
“HəĢt-behiĢt” 
 
1. Şah nəslindən olan şairlər 
1. Qanuni Sultan Süleyman 
2. Seyyid və alim nəslindən olan şairlər 
2. Qanuni dövrünə qədər şeir yazmış padşah 
və şahzadələr 
3. Peşəkar şair olmayıb, bəzən şeir söylə-
3.  Vəzir,  qazıəsgər,  dəftərdar,  nişançı, 
                                                 
130
 Yenə orada, s. 97. 
 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə