Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə33/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   29   30   31   32   33   34   35   36   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
113 
pürnikât bu cemiyyet-i zurefâya sebt olunması münâsib görüldi. 
Ebyâtına eşhâs-ı âşık-pîşe tâlibdür.  
Nazm  
Bize bir yâr-ı vefâ-dâr gerekmez mi gerek 
Olıcak yâr-ı cefâ-kâr gerekmez mi gerek 
 
Diğer : Türkî-vârınca söylerem şiri 
Kâtî arınca söylerem şiri
179

 
Müxtəlif  variantlarda  davamlı  şəkildə  əsərə  edilən  əlavələr 
üzündən təzkirənin  bir-birindən fərqlənən nüsxələri meydana çıx-
mışdır. Təzkirə üzərində S.Solmazın apardığı araşdırma nəticəsin-
də  əsərdəki  şairlərin  sayı  381-ə  çatmışdır
180
.  Əlavələr  əsərin  bəzi 
yerlərində əlifba prinsipinin pozulmasına da səbəb olmuşdur.  
Azərbaycan  türkcəsində  ilk  təzkirə  hesab  olunan  “Gülşəni-
şüəra”da  Lətifi  təzkirəsində  bəhs  olunmayan  272  şairin  həyat  və 
yaradıcılığı  haqqında  məlumat  almaq  mümkündür.  Başqa  təzkirə-
lərdə bəhs olunmayan və yalnız “Gülşəni-şüəra”da rast gələ biləcə-
yimiz şairlərin sayı 147 nəfərdir.  
Ö.F.Akün Əhdi təzkirəsinin çox qiymətli əsər olduğunu xü-
susi vurğulayır: “Künhül-ahbar”ın Ahdiyi küçümseyen o bilgili ve 
tahkiki kuvvetli mağrur müellifi Ali gibi bir şahsiyet bile, bazı hal 
tercümelerinde  ondakı  bilgilere  yeni  hiçbir  şey  katamayarak  aynı 
muhteva  ile  onu  nakil  ve  tekrarlamak  mecburiyyetinde  kalmış-
tır”
181

Riyazi  h.1018/1609-cu  ildə  yazdığı  təzkirəsində  Əhdi  təzki-
rəsinin  unudulduğunu  yazırsa  da
182
,  bu  məlumatı  doğru  saymaq 
olmaz.  Çünki  “Gülşəni-şüəra”  Əbdürrəhman  Hibrinin  “Ədirnə 
tarixi”nə, “Ənisül-müsamirin” əsərinə və Əsrar Dədənin təzkirəsi-
                                                 
179
 Ahdi ve Gülşen-i şuarası (İnceleme-metin). Ankara, 2005, s. 271. 
180
 İsen  M.,  Kılıc  F.,  Aksoyak  İ.,  Eyduran  A.  Şair  tezkireleri,  Ankara,  2002, 
s.44. 
181
 Akün Ö.F. Ahdi. DİA, I c. İstanbul, 1988, s. 512. 
182
 Riyazi. Riyazüş-şüəra. Nurosmaniyyə kitabxanası, No.3724, vər. 102 a. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
114 
nə qaynaq olmuşdur. XIX əsrin əvvəllərində P.Hammerdən başla-
yaraq,  Ata  Bəyin  “Əndərun  tarixi”ndə,  Məhəmməd  Sürəyyanın 
“Sicilli-Osmani”sində  və  s.  başlıca  müraciət  qaynaqlarından  ol-
muşdur
183
. Ruhi Bağdadi “Divan”ından isə Əhdi təzkirəsinin Bağ-
dadda nə qədər məşhur olduğunu öyrənirik.  
Türkiyədə  Cümhuriyyətdən  əvvəlki  illərdə  “Gülşəni-
şüəra”nın  Vəliyiddin  Əfəndi  kitabxanasındakı  nüsxəsi  istisna  ol-
maqla,  digər  əlyazmaları  şəxsi  kitabxanalarda  mühafizə  olunmuş-
dur
184
. Bu səbəbdən də təzkirədən yetərincə istifadə olunmamışdır. 
Təzkirənin  Sankt-Peterburq  Dövlət  Universiteti  Şərq  bölməsində 
T-16 şifrə altında saxlanılan əlyazma h.1217/1802-ci ildə Abdulla 
ibn  İbrahim  Üsküdari  tərəfindən  köçürülmüşdür.  Həcmi  290  və-
rəqdir. Əlyazmanın fotosurəti Azərb. MEA Əlyazmalar  İnstitunda 
mühafizə olunur. 
 
Əlyazmaları 
 
Təzkirənin üç rövzədən ibarət olan nüsxələri 
 
İstanbul Universiteti K/X., İbnül-Əmin kitabları 3111. 
İstanbul Universiteti K/X. TY 9598. 
Süleymaniyə K/X. Halət Əfəndi 107. 
Topqapı Sarayı Muzeyi K/X. Xəzinə 1303. 
Ankara Genel Kitablığı, Adnan Ötükən 47. 
İzmir Milli K/X. 1154. 
Berlin K/X. Ms. or. oct 3449. 
Bayəzid Dövlət K/X. 10266. 
Vyana K/X. 379. 
Yuqoslaviya K/X. 
Bursa El Xalq K/X. 
Paris Milli K/X. Turc. 518. 
 
                                                 
183
 Akün Ö.F. Ahdi. DİA, c. I, İstanbul, 1988, s. 512. 
184
 Yenə orada. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
115 
 
 
Təzkirənin dörd rövzədən ibarət olan nüsxələri 
 
Fateh Millət K/X. Əli Əmiri 774. 
İstanbul Universiteti K/X. Ty. 2604. 
Agah Sırrı Levend nüsxəsi, Türk Dil Kurumu K/X. B-55. 
İstanbul Divan Ədəbiyyatı Muzeyi 669. 
London Britaniya Muzeyi Add. 7876. 
Misir Qahirə Milli K/X. M. 108. 
Sankt - Peterburq Dövlət Universiteti, Şərq bölməsi T-16
 
 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
116 
 
 
 
 
 
Əhdi Bağdadi “GülĢəni-Ģüəra” 
Sankt-Peterburq ġərq Əlyazmaları Ġnstitutu T-16


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
117 
 
ĠBRAHĠM MĠRZƏ SƏFƏVĠ 
 
XVI əsrdə təzkirə tərtibləmiş digər bir müəllif Səfəvilər süla-
ləsindən  olan  I  Şah  İsmayılın  nəvəsi  və  Zəhirəddin  Bəhram 
mirzənin oğlu İbrahim mirzə Əbülfəthdir.  
İbrahim  mirzə  Səfəvi,  I  Şah  Təhmasib  zamanında  (1524-
1576) əvvəlcə Məşhəd hakimi olmuş, daha sonra isə şah sarayında 
çalışmışdır. I Şah Təhmasib öz qızı  Gövhərsultan xanımı ona ərə 
vermişdir. Axırda II Şah İsmayılın əmri ilə öldürülmüşdür.
 
 
I  Şah  Abbasın  (1587-1629)  saray  tarixçisi  İsgəndər  bəy 
Münşi Türkman öz əsərinin Səfəvi şahzadələrindən bəhs edən böl-
məsində İbrahim mirzə haqqında bu məlumatları verir:  
“Bəhram mirzənin ikinci oğlu İbrahim mirzədir. Onun anası 
Şirvan vilayətinin  əsilzadələrinə mənsub idi. O,  cənnətməkan şah 
həzrətlərinin (I Şah Təhmasibin – V.M.) kürəkəni idi və o həzrətin 
vəfatı zamanı ulu dərgahda eşikağası mənsəbi ilə əzizlənmiş və şə-
rəflənmiş bir vəziyyətdə idi. O, yüksək qabiliyyətə, istedada, ağıla 
və  idraka  malik  idi  və  ali  dərəcəli  əmisinin  (I  Şah  Təhmasibin  – 
V.M.)  hüzurunda  əziz,  möhtərəm,  sözükeçən,  əhəmiyyətli,  rəyi 
dinlənən  və  məşvərətçi  bir  şəxs  idi.  Daha  sonra  qeyd  edəcəyimiz 
kimi, İsmayıl mirzənin (II Şah İsmayılın – V.M.) zamanında şəhid-
lik  şərbətini  nuş  etmişdir…  Sözügedən  Sultan  İbrahim  mirzə  çe-
şidli fəzilət və kamilliklərlə bəzənmiş və incəsənət fənləri ilə zinət-
lənmiş bir şəxs olub, zəmanənin istedad sahiblərindən idi. O, nəs-
təliq xətti  ilə çox  yaxşı  yazırdı  və  incə  qələmli  bir müsəvvir (rəs-
sam – V.M.) idi. Musiqi və ədvar (musiqi nəzəriyyəsi – V.M.) el-
mində  zəmanənin  öncülü  idi.  O,  musiqi  bəstələmək  sahəsində 
Mövlana  Qasım  Qanuninin  şagirdi  olmuşdur.  Yaxşı  saz  çalardı. 
Dülgərlik  etmək,  saz  yonmaq  və  mozaika  (“xatəmbəndi”)  yarat-
maq sənətlərində böyük məharətə malik idi. Xorasanda olarkən ək-
sər vaxtlarda şairlərlə, nəzm  və bəlağət  sahibləri ilə  söhbət  edərdi 
və özü də “Cahi” təxəllüsü ilə şeir yazardı. Ondan aşiqanə qəzəllər 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə